Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 202.28 Kb.

səhifə1/2
tarix27.06.2017
ölçüsü202.28 Kb.
  1   2

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  yanvarın  25-də  ATƏT  Parlament

Assambleyası  sədrinin  müavinləri  Georgi  Tseretelinin  və  Kent  Harstedtin  başçılıq  etdiyi,

ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.

Georgi  Tsereteli  ATƏT  Parlament  Assambleyasının  sədri  İlkka  Kanervanın  xəstəliyi  ilə

bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd etdi. O, ölkəmizin təmsil etdiyi qurum

üçün  prioritet  olduğunu  və  Azərbaycan  ilə  əməkdaşlığın  böyük  əhəmiyyət  daşıdığını  dedi.

Georgi Tsereteli ATƏT-in həyata keçirdiyi layihələrdə Azərbaycanın iştirakına görə Prezident

İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ATƏT Parlament Assambleyasının 2014-cü ildə

Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırladı. Azərbaycan ilə

bu  günə  qədər  əməkdaşlığın  uğurla  həyata  keçirildiyini  bildirən  qonaq  bu  əməkdaşlığı

konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını dedi.

Dövlətimizin başçısı ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tseretelinin

ölkəmizə səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirdi.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da

dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Rəsmi xronika

    Bu gün qida sahəsində dünyanın

üzləşdiyi ən böyük problemlərdən

biri  geni  modifikasiya  olunmuş

məhsullardır. Qısaca GMO olaraq

tanınan  gen  mühəndisliyinə  ərzaq

terrorizmi də deyilir. GMO müasir

biotexnologiya  üsulu  ilə  müxtəlif

mənşəli canlı orqanizmlərin geninin

kombinasiyası vasitəsilə əldə edilmiş

istənilən canlı orqanizmdir. Bu za-

man heyvan geninin bitkiyə və ək-

sinə, bitki geninin bitkiyə, heyvan

geninin  heyvana  köçürülməsi  baş

verir. 

    Dünyada becərilən GMO bitki-



ləri, əsasən, qarğıdalı, soya, pambıq,

şəkər  çuğunduru,  yonca,  kartof,

düyü, pomidor və tütündür. Hazırda

120-dən artıq müxtəlif kənd təsər-

rüfatı bitkisinin genetik modifikasiya

olunmuş analoqları vardır. Son mə-

lumatlara  görə,  onlardan  64-ü  tə-

sərrüfatlarda tətbiq olunur. Hazırda

bu sahədə aktivlik göstərən 15-dək

şirkət var. Artıq 20 ildən çoxdur ki,

milyonlarla istehlakçı istər heyvan

və  quş,  istərsə  də  bitki  mənşəli

GMO-dan  istifadə  edir.  ABŞ  və

Avropada, o cümlədən bir çox başqa

ölkələrdə transgen məhsulların ay-

rıca satışı həyata keçirilir. Bu prob-

lemlə  bağlı  Ümumdünya  Səhiyyə

Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı

və beynəlxalq ekoloji təşkilatlar tə-

rəfindən həyəcan təbili çalınır. Artıq

bir çox dövlətlər insan orqanizmində

qarşısıalınmaz  dəyişikliklər  yarat-

dığından geni modifikasiya olunmuş

məhsullara  qarşı  ciddi  mübarizə

aparır. 

    Ölkəmizə  gəldikdə  isə  bizdə

geni modifikasiya edilmiş məhsul-

ların idxalı qanunla qadağan olunur.

Muxtar respublikamızda da əhalinin

keyfiyyətli idxal məhsulları ilə tə-

min  olunması  istiqamətində  təd-

birlər həyata keçirilir. Bu məqsədlə

Naxçıvanda ilk olaraq 2012-ci ildə

bir gömrük laboratoriyası qurulmuş

və  ixtisaslı  kadrlarla  təmin  olun-

muşdur.  Naxçıvan  Gömrük  Eks-

pertizası  İdarəsinin  laboratoriyası

Cənubi Qafqazda geni dəyişdirilmiş

məhsulların təyininin aparıldığı ilk

və ən müasir laboratoriyadır. GMO

laboratoriyasında  3  otaqlı  kabin

quraşdırılmış, analizlərin oxunması

üçün laboratoriya ABŞ-ın Agilent

firmasının  PCR  cihazı  ilə  təchiz

olunmuşdur.

    Yaradılan şərait gömrük orqanları

tərəfindən  idxal  istiqamətində  gə-

tirilən ərzaq məhsullarının keyfiy-

yətinə  və  ərzaq  təhlükəsizliyinə

ciddi şəkildə nəzarət etməyə imkan

verir.  Muxtar  respublikaya  idxal

olunan  kənd  təsərrüfatı  məhsulla-

rının genetik modifikasiyaya məruz

qalmasının dəqiqliklə yoxlanmasını

təmin etmək məqsədilə bu günlərdə

Türkiyə  Respublikasından  dəvət

olunmuş GMO mütəxəssisinin rəh-

bərliyi ilə kurslar təşkil olunmuşdur.

Mütəxəssis Türkiyənin bu sahə üzrə

dünyada tanınmış Ek-İm firmasının

nümayəndəsidir. 

    Qeyd edək ki, Türkiyə Respub-

likasında mövcud olan GMO labo-

ratoriyalarının 80 faizinin qurulmasını

təmin etmiş həmin qurum bu sahədə

ən təcrübəli heyətə malikdir.

    Dördgünlük  tədris  kurslarının

nəticəsi  olaraq  Naxçıvan  Gömrük

Ekspertizası İdarəsinin əməkdaşları

genetik modifikasiyaya məruz qalmış

kənd təsərrüfatı məhsulları, o cüm-

lədən belə kənd təsərrüfatı məhsul-

larından hazırlanmış ərzaq məhsulları

və hətta az miqdarda bu məhsullar-

dan istifadə olunmaqla istehsal edil-

miş ərzaq məhsullarında transgenləri

təyin etməyi öyrənmişlər. 

    Naxçıvan Gömrük Ekspertizası

İdarəsinin  əməkdaşları  kurslarda

fəallıq göstərmiş, onlara sertifikatlar

təqdim olunmuşdur. Gömrük labo-

ratoriyasının geni dəyişdirilmiş məh-

sulların  təyini  ilə  bağlı  aparacağı

analizlərin nəticələrinin beynəlxalq

səviyyədə  də  tanınması  istiqamə-

tində işlər davam etdirilir. 

    Təbii ki, Naxçıvanda geni dəyiş-

dirilmiş  məhsulların  təyini  istiqa-

mətində aparılacaq analizlər xaricdən

gətirilən  ərzaq  məhsullarının  key-

fiyyətinə və təhlükəsizliyinə nəzarəti

gücləndirəcək. Bununla da, muxtar

respublikaya idxal olunan kənd tə-

sərrüfatı məhsullarının genetik mo-

difikasiyaya məruz qalıb-qalmaması

tam şəkildə yoxlanılacaq.

       

Naxçıvan Muxtar Respublikası

Dövlət Gömrük Komitəsinin

mətbuat xidməti

  Yeni  Azərbaycan  Partiyası

Sədərək  Rayon  Təşkilatında

ötən ilin yekunları ilə bağlı ke-

çirilən şura iclasında şura üzv-

ləri və ilk partiya təşkilatlarının

sədrləri iştirak ediblər.

    İclasda təşkilatın sədri, Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

deputatı  Arif  Qasımov  mövzu  ilə

əlaqədar məruzə edib. Qeyd olunub

ki, 2015-ci ildə təşkilat öz işini par-

tiyanın Proqram və Nizamnaməsinin

tələblərinə uyğun qurmağa səy gös-

tərərək  rayonun  ictimai- siyasi

həyatında fəal iştirak edib. Hesabat

ili  ərzində  təşkilatın

4  şura  iclası,  İdarə

Heyətinin  12  yığın-

cağı keçirilib. Yığın-

caqlarda  Yeni  Azər-

baycan  Partiyasının

V  Qurultayının  və

Yeni Azərbaycan Par-

tiyasının  Naxçıvan

Muxtar  Respublika

Təşkilatının  V  Kon-

fransının  qərarlarının  yerinə  yeti-

rilməsi vəziyyəti diqqət mərkəzində

saxlanılıb.  Azərbaycan  Respubli-

kasının Milli Məclisinə və Naxçı -

van  Muxtar  Respublikasının  Ali

Məclisinə keçirilmiş seçkilərlə bağlı

məsələlər də müzakirə olunub, mü-

vafiq  qərarlar  qəbul  edilib.  Eyni

zamanda  Naxçıvan  Muxtar  Res-

publikasının Ali  Məclisində  keçi-

rilmiş sessiya və müşavirələrin ye-

kunları, Yeni Azərbaycan Partiyası

Naxçıvan Muxtar Respublika Təş-

kilatı tərəfindən qarşıya qoyulmuş

məsələlər müzakirə olunub.  

    Bildirilib ki, hesabat ili ərzində

əlamətdar  və  tarixi  günlərlə  əla-

qədar tədbirlərin keçirilməsinə diq-

qət artırılıb. 

    2015-ci  ildə  rayonda  aparılan

tikinti-quruculuq  və  abadlıq  təd-

birlərində, yaşıllaşdırma iməcilik-

lərində partiya üzvləri mütəşəkkillik

nümunəsi  göstəriblər.  Vurğulanıb

ki, təşkilatda partiya sıralarının ge-

nişləndirilməsi üçün məqsədyönlü

tədbirlər həyata keçirilib. Bəhs olu-

nan dövrdə Yeni Azərbaycan Par-

tiyasının  sıraları  55  nəfər  artaraq

partiya üzvlərinin ümumi sayı 1431

nəfərə çatıb. Onların 261 nəfərini

qadınlar, 368 nəfərini gənclər təşkil

edir. 


    Yığıncaqda  Yeni  Azərbaycan

Partiyası Sədərək Rayon Təşkilatı

Qadınlar Şurasının sədri, Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

deputatı Vüsalə Əliyevanın və Heydər

Əliyev  adına  Gənclər  Birliyinin

sədri Oğuz Əliyevin çıxışları olub.



Muxtar MƏMMƏDOV

    Banklar qarşısında qoyulmuş ən

mühüm vəzifələrdən biri olan iqtisa-

diyyata kredit qoyuluşunda 2015-ci

ildə  xeyli  irəliləyiş  olub.  Belə  ki,

bank və kredit təşkilatları tərəfindən

ötən il ərzində 70 milyon 221 min

manat  kredit  verilib  ki,  bunun  da

26 milyon 627 min manatını qısa-

müddətli, 43 milyon 594 min ma-

natını  isə  uzunmüddətli  kreditlər

təşkil edir. Verilmiş kreditlərin 20

milyon 860 min manatı kənd təsər-

rüfatının, 14 milyon 318 min manatı

sənayenin, 7 milyon 162 min manatı

nəqliyyatın inkişafına və digər sa-

hələrə yönəldilib. Kredit qoyuluşu

əvvəlki ilin müvafiq dövrü ilə mü-

qayisədə 20 milyon 499 min manat

artıb. 

    Kredit qoyuluşları, əsasən, dövlət



proqramlarının  icrasına,  real  sek-

torun,  kiçik  və  orta  sahibkarlığın

inkişafına yönəldilib ki, bu da kənd

təsərrüfatı, yerli sənaye və istehlak

malları istehsalının həcminin artması

və yeni iş yerlərinin yaranmasında

əhəmiyyətli  rol  oynayıb.  Belə  ki,

2015-ci il ərzində verilmiş kreditlərin

29,7 faizi kənd təsərrüfatının inki-

şafına,  ənənəvi  istehsal  və  kiçik

emal  sahələrinin  dirçəldilməsinə

yönəldilib.  Bu  kreditlər,  əsasən,

muxtar respublikada qəbul edilmiş

dövlət proqramlarının icrasına uyğun

olaraq  prioritet  sayılan  toxum  və

əkin materiallarının, kiçik emal ava-

danlıqlarının  alınmasına,  heyvan-

darlığın inkişafına verilib. 

     Ulu öndər Heydər Əliyev siyasə-

tini uğurla davam etdirən Azərbaycan

Respublikasının  Prezidenti  cənab

İlham  Əliyevin  “Yaşa  görə  əmək

pensiyasının baza hissəsinin artırıl-

ması  haqqında”  16  yanvar  2016-cı

il  tarixli  Sərəncamına  əsasən,  yaşa

görə əmək pensiyasının baza hissə-

sinin  məbləği  2016-cı  il  fevralın

1-dən 10 faiz artırılaraq 110 manat

məbləğində müəyyən edilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası

Dövlət Sosial Müdafiə Fondundan

verilən məlumatda bildirilir ki, yaşa

görə əmək pensiyasının baza hissə-

sinin artırılması nəticəsində “Əmək

pensiyaları  haqqında” Azərbaycan

Respublikası Qanununun 19-cu mad-

dəsində nəzərdə tutulmuş şəxslərin,

Azərbaycanın Milli qəhrəmanlarının

və şəhidlərin ailə üzvlərinin, əlillərin

və digər şəxslərin əmək pensiyala-

rının baza hissəsi 10 faiz artırılmaqla,

onların pensiyalarının baza hissəsinin

üzərinə müvafiq əlavələr də hesab-

lanaraq ödəniləcəkdir.

     Naxçıvan  Muxtar  Respublikası

Dövlət Sosial Müdafiə Fondu tərə-

findən muxtar respublika üzrə əmək

pensiyaçılarının  pensiyalarının  ye-

nidən hesablanması məqsədilə fondun

şəhər  və  rayon  şöbələrinə  müvafiq

tapşırıqlar verilmiş və əmək pensi-

yaçılarının pensiyalarının baza his-

səsinin məbləğinin 10 faiz artırılması

prosesi başa çatdırılmaqdadır. Fond

tərəfindən bütün növ əmək pensiyaları

üzrə 48 min 56 nəfər əmək pensiya-

çısının pensiyasının (hərbi qulluqçular,

xüsusi rütbəli şəxslər və dövlət qul-

luqçusu  kimi  əmək  pensiyası  alan

pensiyaçılar  istisna  olmaqla)  baza

hissəsinə 10 faiz artım tətbiq edilə-

cəkdir. Bu da muxtar respublika üzrə

ümumi pensiyaçıların 93 faizini təşkil

edir. 


     Naxçıvan Muxtar Respublikası

Dövlət  Sosial  Müdafiə  Fondunun

yerli orqanları tərəfindən bütün növ

əmək pensiyaları üzrə hesablanmış

artımlar ölkə başçısının Sərəncamına

uyğun  olaraq  2016-cı  ilin  fevral

ayının  pensiya  ödənişində  əmək

pensiyaçılarının  plastik  bankomat

kartlarına köçürüləcəkdir.

Xəbərlər şöbəsi

    Əmək  pensiyalarının  müntəzəm  olaraq  artırılması,  pensiyaların

vaxtlı-vaxtında  pensiyaçılara  ödənilməsi,  pensiya  təminatı  ilə  bağlı

müvafiq qanunların qəbul edilməsi, ölkədə ilk dəfə olaraq yeni mexanizm

hesab edilən fərdi uçot sisteminin qurulması, yaşa görə əmək pensiya

hüququ olan sığortaolunanlara avtomatlaşdırılmış qaydada pensiyaların

təyin edilməsi, əmək pensiyalarının pensiyaçılara plastik kartlar vasitəsi

ilə  ödənişinin  təşkil  edilməsi  və  digər  bu  kimi  işlər  ulu  öndərimiz

Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olunan

“Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın yüksək

səviyyədə reallaşması nəticəsində mümkün olmuşdur.

    İqtisadiyyatın  stabil  inkişafında  bank  sektorunun  mühüm  rolu

vardır. Naxçıvan Muxtar Respublikasında real sektora investisiya qo-

yuluşunun artırılması üçün bank sektorunda fəallıq ötən ildə də təmin

olunub.  Mərkəzi  Bankın  Naxçıvan  Muxtar  Respublikası  İdarəsi

tərəfindən ötən ilin yekunlarına dair verilmiş məlumatlar belə deməyə

əsas verir. 


2

    Naxçıvan şəhərində əhalinin ra-

hatlığına  xidmət  edən  müasir  in-

frastruktur yaradılmış, şəhərin İslam

Səfərli  küçəsində  yenidənqurma

işləri aparılmış, Əliabad qəsəbəsində

geniş  abadlıq-quruculuq  tədbirləri

görülmüşdür. Tikinti-quruculuq işləri

şəhər mərkəzi ilə yanaşı, ətraf kənd -

ləri də əhatə etmişdir. Belə ki, Qa-

raçuq kəndində kompleks quruculuq

işləri görülmüş, yeni kənd və xidmət

mərkəzləri  tikilib  istifadəyə  veril-

mişdir. Hazırda bu istiqamətdə işlər

Bulqan kəndində davam etdirilir.

    Şəhər əhalisinin mənzil-kommu-

nal şəraitinin yaxşılaşdırılması isti-

qamətində  də  kompleks  tədbirlər

həyata  keçirilmişdir.  2014-2015-ci

illərdə şəhərin Atatürk, Kazım Talıblı,

Əziz Əliyev küçələrində yaşayış bi-

naları tikilmiş, sakinlərin mənzil tə-

minatı yaxşılaşdırılmışdır. Həmçinin

mövcud  binalarda  əsaslı  təmir  və

yenidənqurma  işləri  aparılmış,  13

binanın  dam  örtüyü  və  fasadı  də-

yişdirilmiş,  Atatürk  küçəsindəki  5

nömrəli ictimai yaşayış binası əsaslı

yenidənqurmadan  sonra  istifadəyə

verilmişdir.

    Yeni yaşayış binalarının tikintisi

gənclərin  mənzil  şəraitinin  yaxşı-

laşdırılmasına  geniş  imkanlar  aç-

mışdır.  2014-cü  ilin  may  ayında

Naxçıvan şəhərinin Əziz Əliyev kü-

çəsində 3 beşmərtəbəli binadan ibarət

yeni  yaşayış  kompleksi  istifadəyə

verilmişdir. Binalardakı 80 mənzilin

ipoteka şərtləri ilə satışa çıxarılması

gənc  ailələrin  mənzil  təminatında

mühüm əhəmiyyətə malik olmuşdur.

Sözügedən küçədə geniş bir ərazini

əhatə  edən  daha  bir  yaşayış  kom-

pleksinin – “Gənclər şəhərciyi”nin

tikintisi isə davam etdirilir. Gənclərə

göstərilən  diqqət  və  qayğıdan  söz

düşmüşkən,  qeyd  edək  ki,  onların

asudə  vaxtının  səmərəli  təşkili  və

fəallığının artırılması məqsədilə də

ardıcıl işlər görülmüş, Naxçıvan şə-

hərində müasir tələblərə cavab verən

Gənclər  Mərkəzi  tikilib  istifadəyə

verilmişdir.

    Genişmiqyaslı quruculuq tədbir-

ləri Naxçıvan şəhərində digər sahə-

lərin, xüsusilə təhsil müəssisələrinin

müasir binalarla təminatına və mad-

di-texniki  bazalarının  gücləndiril-

məsinə də səbəb olmuşdur. Belə ki,

Naxçıvan şəhərində 11 nömrəli və

Qaraçuq  kənd  9  nömrəli  tam  orta

məktəblərin  binaları  əsaslı  şəkildə

yenidən  qurulmuşdur.  Həmçinin

“Naxçıvan” Universiteti üçün müasir

universitet  şəhərciyi  – inzibati  və

tədris  binalarından,  kitabxana,  ya-

taqxana,  idman  və  konfrans  zalla-

rından  ibarət  yeni  kompleks  inşa

olunaraq istifadəyə verilmişdir. Təhsil

infra strukturunun təkmilləşdirilməsi

işlərindən Naxçıvan Dövlət Univer-

sitetinə  də  pay  düşmüş,  Baytarlıq

təbabəti ixtisası və Universitet xəs-

təxanası üçün müasir binaların açılışı

olmuşdur.

    İnsanların sağlamlığının qorun-

ması  muxtar  respublikada  həyata

keçirilən  sosial  tədbirlərin  əsasını

təşkil  edir.  Naxçıvan  şəhərindəki

səhiyyə müəssisələrinin müasir stan-

dartlara uyğunlaşdırılması, yeni xəs-

təxana  binalarının  tikilməsi  pro -

qramda  icrası  nəzərdə  tutulan  ən

mühüm tədbirlərdəndir. Ötən dövrdə

Naxçıvan şəhərində Yoluxucu Xəstə -

liklər Mərkəzi üçün yeni bina inşa

edilmiş,  Qaraçuqda  həkim  ambu-

latoriyasının  istifadəyə  verilməsi

kənddə  səhiyyə  xidmətinin  səviy-

yəsini yüksəltmişdir. Bu tədbirlərin

yekunu  olaraq  ötən  il  dekabrın

1-də  Azərbaycan  Respublikasının

 Prezidenti  cənab  İlham  Əliyevin

iştirakı  ilə  Naxçıvan  Muxtar  Res-

publika Xəstəxanasının binası isti-

fadəyə verilmişdir. 

    Proqramda Naxçıvan şəhərindəki

tarixi  abidələrin  bərpası,  yeni  mə-

dəniyyət müəssisələrinin yaradılması

da nəzərdə tutulmuşdur. Ötən dövrdə

“Naxçıvanqala” Tarix-Memarlıq Mu-

zey Kompleksində tikinti-bərpa işləri

başa çatdırılmış, Pişəvəri küçəsində

Bayraq Meydanı və Muzeyi, Fəxri

xiyaban,  Kalbalıxan  küçəsində  isə

Xatirə Muzeyi üçün yeni bina inşa

olunmuşdur. Proqramın icrası musiqi

təhsilinin inkişafına da yeni imkanlar

açmışdır. Azərbaycan Respublikası

 Prezidentinin  Naxçıvana  səfəri

zamanı  Naxçıvan  Şəhər  2  nömrəli

Uşaq Musiqi Məktəbinin yeni binası

istifadəyə verilmiş, təhsil ocağında

müasir tədris imkanları yaradılmışdır.

Qaraçuq  Kənd  Uşaq  Musiqi  Mək-

təbinin yeni binası da həyata keçirilən

tədbirlərin tərkib hissəsidir. Həmçinin

şəhərin  “Atabəylər”  məhəlləsində

Şərq hamamı tikilərək sakinlərin is-

tifadəsinə verilmişdir. 

    Proqramın tələblərinə uyğun ola-

raq  Naxçıvan  şəhərində  əhalinin

rahat həyat şəraitinin təmin olunması,

kommunal-məişət şəraitinin günün

tələbləri səviyyəsində qurulması diq-

qət  mərkəzində  saxlanılmışdır.  Bu

məqsədlə  şəhərin  müxtəlif  küçələ-

rində  42  kilometrdən  artıq  hava

elektrik  verilişi  xətləri  yeraltı  ka-

bellərlə əvəz edilmiş, 17 ictimai ya-

şayış  binasında  istilik  sistemi  də-

yişdirilmişdir. Enerji təhlükəsizliyinin

təmin  olunması  və  qaz  təsərrüfatı

sahəsinin təkmilləşdirilməsi istiqa-

mətində  də  işlər  davam  etdirilmiş,

2015-ci  ilin  sonunadək  şəhərdə  8

min  984  smartkarttipli  elektrik  və

7907 smartkarttipli qaz sayğacı qu-

raşdırılmışdır. İçməli su təchizatı və

kanalizasiya  sistemlərinin  yenidən

qurulması istiqamətində də mühüm

işlər görülmüş, 221 yaşayış binasına

su-kanalizasiya  xətti  çəkilmişdir.

Ümumiyyətlə, bu dövrdə 219 kilo-

metr  kanalizasiya  xətləri  çəkilmiş,

21 min 207 evdə su sayğacı quraş-

dırılmışdır. Hazırda çirkab sutəmiz-

ləyici  qurğunun  tikintisi  aparılır.

Kəhrizlərin bərpası və təmiri də bu

baxımdan mühüm əhəmiyyət daşıyır.

Ötən  dövrdə  şəhərdəki  “Kalba

Musa”, “Naxçıvanqala”, “Xandiki”

kəhrizlərinin təmiri başa çatdırılıb. 

    Bu gün Naxçıvan şəhərində yeni

texnologiyaların  həyatın  bütün  sa-

hələrində tətbiqi inkişafın əsas gös-

təricilərindən  hesab  olunur.  Ötən

dövrdə “Evədək optika” layihəsinin

reallaşdırılması nəticəsində Naxçıvan

şəhərində 99 fərdi evə və yeni tikilən

6 yaşayış binasına optik xətt çəkilmiş,

ümumilikdə,  164  mənzildə  GPON

avadanlığı  quraşdırılmışdır.  Həm-

çinin şəhərin C.Məmmədquluzadə,

Ə.Əliyev və “İstiqlal” küçələrində,

Qaraxanbəyli kəndində, Xətai mə-

həlləsində, ümumilikdə, 5 ədəd yeni

nəsil avtomat telefon stansiyası qu-

raşdırılmışdır. Layihəyə əsasən, ge-

nişzolaqlı  internet  şəbəkəsinə  qo-

şulma, IP televiziya və telefon xid-

mətlərinin daha da genişlənməsi is-

tiqamətində ardıcıl tədbirlər görül-

müş,  150  abonentə  IP TV  xidməti

göstərilmişdir. Həmçinin simsiz in-

ternet şəbəkəsinin ən müasir texno-

logiyalar əsasında inkişafı məqsədilə

2014-cü ildə “Naxtel” mobil opera-

torunun  3G  geniş  zolaqlı  internet

xidmətini  dəstəkləyən  5,  2015-ci

ildə  isə  4-cü  nəsil  LTE  şəbəkəsi

üçün 17 baza stansiyası qurulmuşdur. 

    Proqrama uyğun olaraq yol-nəq-

liyyat infrastrukturunun yaxşılaşdı-

rılmasına da xüsusi diqqət yetirilmiş,

şəhərdaxili  yollar  yenidən  qurul-

muşdur. Ötən dövrdə şəhərin Xətai

məhəlləsində,  Abbas  Zaman ov,

Məmməd Araz, Məmmədcəfər Cə-

fərov küçələrində yollar abadlaşdı-

rılmış, Qaraçuq kənd yolu yenidən

qurulmuşdur.  Yolların  genişləndi-

rilməsi nəticəsində ictimai nəqliyyat

vasitələrinin rahat və davamlı hərə-

kəti  təmin  olunmuş,  “İstiqlal”  kü-

çəsində  1,  Əliabad  qəsəbəsində  3

yeni  dayanacaq  quraşdırılmışdır.

Həmçinin “Azərbaycan” küçəsində

yerüstü piyada keçidinin istifadəyə

verilməsi nəqliyyatın intensivliyini

və piyadaların rahat hərəkətini təmin

etmişdir. Bu istiqamətdə işlər şəhərin

Qaraxanbəyli və Bulqan kəndlərində

də davam etdirilir, İslam Səfərli kü-

çəsində  isə  yeni  avtomobil  parkı

inşa olunur. Əhaliyə göstərilən nəq-

liyyat xidmətinin səviyyəsinin yük-

səldilməsi istiqamətində də kompleks

tədbirlər görülmüş, şəhərdaxili nəq-

liyyatda  işləyən  marşrutların  yeni-

lənməsi  məqsədilə  5  ədəd  “King-

Long”, 2 ədəd “İsuzu Citybus” mar-

kalı  müasir  avtobus  alınaraq  xəttə

buraxılmışdır. Naxçıvan Şəhər Nəq-

liyyat  İdarəsinə  təqdim  olunan  2

ədəd “Man Neoplan” markalı avto-

buslar isə beynəlxalq sərnişindaşıma

xidmətinin yüksəldilməsinə mühüm

töhfə vermişdir. 

    Salınan park və xiyabanlar, müasir

istirahət kompleksləri şəhərə xüsusi

görkəm  verməklə  yanaşı,  həm  də

sakinlərin və turistlərin mənalı isti-

rahətinə,  asudə  vaxtının  səmərəli

təşkilinə xidmət edir. Bu işlər çər-

çivəsində  Naxçıvançay  vadisində

“Əyləncə adası” istirahət parkı isti-

fadəyə verilmişdir. Ərazidə yeni is-

tirahət parkının salınması və yaşıl-

lıqların artırılması da nəzərdə tutulur.

Yaşıllaşdırma tədbirlərindən söz düş-

müşkən onu da qeyd edək ki, ötən

dövrdə Naxçıvan şəhərinin ətraf əra-

zilərində 19,1 hektarlıq meyvə bağ-

ları salınmış, 5 hektar yaşıllıq sahə-

sində bərpa işləri aparılmışdır. 

    Sahibkarlığın  dəstəklənməsi  iq-

tisadi  inkişafın  təmin  olunmasında

başlıca şərtdir. Buna görə də sahib-

karlığın inkişaf etdirilməsi proqramın

əsas hədəflərindən idi. 2014-2015-ci

illərdə Naxçıvan şəhərində köynək,

konserv  taraları,  ətin  konservləşdi-

rilməsi, ət qovurması və unlu-qənnadı

məmulatları istehsalı, melamin lövhə,

laminat örtüklü iş masası lövhəsi və



Ardı 3-cü səhifədə 

    İlkin  şəhərsalma  mədəniyyətinin  izlərini  özündə  yaşadan  qədim

Naxçıvan şəhəri bu gün yeni inkişaf dövrünü yaşayır. Son illər şəhərin

prospekt,  küçə  və  məhəllələri  abadlaşdırılmış,  park  və  xiyabanlar

salınmış, yeni inzibati və yaşayış binaları tikilmiş, yeni sosial obyektlər

istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci

illərdə  Naxçıvan  şəhərinin  sosial-iqtisadi  inkişafı  üzrə  Proqram”ın

icrası bu işlərin davamlı olmasına imkan vermiş, Naxçıvan şəhərində

tikinti-quruculuq, yaşıllaşdırma və abadlıq işlərinin həcmi artmışdır.

Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi

Naxçıvan Muxtar Respublika Xəstəxanası

Naxçıvan şəhərində Gənclər Mərkəzi

“Naxçıvan” Universiteti

Naxçıvan şəhərinin Atatürk küçəsində 

yeni yaşayış binası

: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Rÿsmè dþvlÿt qÿzetè ¹ 127 (7271) ×ßRØßNBß axøAMÛ, 14 èéóí 2016-cû IL
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə