birlərimizi geniş kontekstdə həyata
keçirək”.
Ekoloji problemlərin həlli, ətraf
mühitin qorunması, təbiətin zən-
ginləşdirilməsi Naxçıvan Muxtar
Respublikasında həyata keçirilən
kompleks quruculuq tədbirlərinin
mühüm istiqamətlərindən biridir.
Görülən işlərin nəticəsidir ki, son
17 ildə yaşıllıqların həcmi dəfələrlə
artmış, qədim diyarımız yaşıllıqlar
məskəninə çevrilmişdir. Ötən dövr
ərzində muxtar respublikada eko-
logiyanın mühafizəsi, bu sahədə
görülən işlərin kəmiyyət və key-
fiyyətinin yüksəldilməsi, mövcud
problemlərin həlli istiqamətində də
mühüm tədbirlər həyata keçirilmiş,
yeni əkilən ağacların suvarılmasında
damcı üsulunun tətbiqi genişləndi-
rilmiş, bəzək kolları, həmişəyaşıl,
həmçinin meşə ağaclarının əkilməsi,
müntəzəm olaraq
onlara qulluq edil-
məsi diqqət mər-
kəzində saxlanıl-
mış, ekoloji taraz-
lığın qorunmasın-
da müstəsna rola
malik olan yaşıllıq
zolaqlarının bər-
pası və artırılması
istiqamətində apa-
rılan işlər prioritet
vəzifəyə çevrilmişdir. İnsanlar öz
zəhmətləri hesabına yaratdıqları ya-
şıllıq sahələrinə qulluq göstərməyi
vətəndaşlıq borcu hesab edir, ya-
şıllıqlar diqqət və qayğıdan kənarda
qalmır.
Cari ildə də bu tədbirlər davam
etdirilməkdədir.
Aprelin 6-da keçirilən iməciliklər
də yüksək səviyyədə təşkil olun-
muşdu. Naxçıvan şəhərinin sakinləri,
idarə, müəssisə və təşkilatların nü-
mayəndələri bu tədbirdə fəallıq gös-
tərmiş, şəhərin müxtəlif ərazilərinə
3600 ədəd meyvə ağacı əkmişlər.
Muxtar respublikanın ən böyük
bölgələrindən biri olan Şərur rayo-
nunun sakinləri də əvvəlki iməci-
liklərdə olduğu kimi, əzmkarlıq nü-
mayiş etdirmiş, Naxçıvan-Sədərək
magistral yolunun kənarlarına 3500
ədəd, kəndlərdə isə 1300 ədəd meyvə
ağacı əkmişlər.
İməcilik günü Babək rayonunun
ərazisində də qələbəlik müşahidə
edilmişdir. Bölgə sakinləri muxtar
respublikanın ekologiyasına öz töh-
fələrini verməyə çalışmış, Naxçı-
van-Ordubad magistral yolunun kə-
narlarına 400 ədəd meyvə, 500 ədəd
meşə, Şəkərabad kəndində isə 700
ədəd meyvə, 355 ədəd həmişəyaşıl
ağac və 380 ədəd gül kolu əkmişlər.
Bağlar diyarı kimi tanınan Or-
dubadda da iməciliklər mütəşəkkil-
liklə keçirilmiş, rayon sakinləri Nax-
çıvan-Ordubad magistral yolunun
kənarlarına 900 ədəd meyvə, şəhər,
qəsəbə və kəndlərdə 1280 ədəd mey-
və, 450 ədəd meşə ağacı əkmişlər.
Culfa rayonunun sakinləri Nax-
çıvan-Ordubad magistral yolunun
kənarlarına 800 ədəd meyvə, 1700
ədəd meşə ağacı əkmişlər.
Kəngərli sakinləri Naxçıvan-Sə-
dərək magistral yolunun kənarla-
rındakı bağlarda 2200 ədəd meyvə
ağacı əkmişlər.
Şahbuzlular rayonun Daylaqlı
kəndi ərazisində 510 ədəd meyvə
ağacı əkmişlər.
Sədərək rayonunun sakinləri
bölgənin müxtəlif ərazilərinə 700
ədəd meyvə, 300 ədəd meşə ağacı
əkmişlər.
Həmin gün muxtar respublika-
mızın bütün bölgələrində ahıl və-
təndaşların həyətlərində təmizlik,
abadlıq işləri aparılmışdır.
Dostları ilə paylaş: |