• Animasiya nə deməkdi?


Microsoft PowerPoint proqramında multimedia tәqdimatının hazırlanması



Yüklə 303,59 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü303,59 Kb.
#39589
1   2   3   4   5   6
Animasiya

Microsoft PowerPoint proqramında multimedia tәqdimatının hazırlanması

Öncə müəyyən hazırlıq işləri aparırıq. Kompüterimizdə, məsələn, Azәrbaycan şairlәri adlı yeni qovluq yaradırıq. İnternetdən Azərbaycanın beş məşhur şairinin şəklini, onların hər birinə aid kiçik bir şeir parçasını tapıb endiririk və uyğun qovluqda saxlayırıq. Müxtəlif mənbələrdən (İnternetdən, yaxud hazır videomaterial saxlanmış disklərdən) şairlərin birinə aid videofayl tapıb həmin qovluqda yerləşdiririk.

  1. Microsoft PowerPoint proqramını açırıq. Proqramın baş pəncərəsi və onunla birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq. Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki və bundan sonra daxil edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki slaydlar sahәsindә görmək olar.



  1. klavişini basmaqla və ya alətlər panelinin Slides bölümündəki   düyməsini çıqqıldatmaqla bir neçə (təxminən beş-altı) yeni slayd yaradırıq.

  2. Birinci slaydı aktivləşdiririk. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın Click to add title sahəsinə təqdimatın başlığını (Azәrbaycan şairlәri) yazın. Başlığın daha cəlbedici olmasını istəyirsinizsə, Microsoft Word proqramından sizə tanış olan WordArt alətindən istifadə edirik. Məsələn:



  1. Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdiririk.

  2. İkinci slaydı aktivləşdiririk və onun üçün yeni tərtibat (maket) seçirik. Bu məqsədlə alətlər panelinin Slides bölümündəki   düyməsini çıqqıldadırıq. Müxtəlif slayd maketləri təklif olunacaq:



  1.  Content with Caption maketini seçirik. Adətən, mətn və şəkli bir slaydda yerləşdirmək üçün bu maketdən istifadə olunur.

  2. Click to add title sahəsinə slaydın başlığını − şairlərdən birinin adını yazırıq. Click to add text sahəsinə həmin şairin məşhur şeirindən bir bənd əlavə edirik.

    1. Slayda həmin şairin şəklini əlavə etmək üçün   qrupundan   düyməsini çıqqıldadırıq. Şəkilləri saxladığınız qovluğa (Azәrbaycan şairlәri) keçirik və uyğun şəkli tapıb seçirik.

    2. Üçüncü slaydı aktivləşdiririk və onun üçün də ikinci slayddakı maketi seçirik. Bu slaydı haqqında video olan şairə həsr edirik. Slaydın başlığına həmin şairin adını daxil edirik, şeir üçün nəzərdə tutulan sahəyə isə uyğun videonu yerləşdiririk. Bunun üçün Insert menyusundan   Movie düyməsini çıqqıldadırıq. Uyğun qovluqdan həmin video faylını tapıb slayda əlavə edirik. Ekranda dialoq pəncərəsi əks olunacaq.

Videonun slayd açılanda avtomatik işə salınmasını istəyiriksə, Automatically variantını seçirik. When Clicked variantını seçsək, slayd açılandan sonra videonu işə salmaq üçün siçanın sol düyməsini çıqqıldatmaq lazımdır. Adətən, təqdimatın nümayişi zamanı ikinci varianta üstünlük verilir. Slaydda videofaylın şəkli əks olunacaq. Həmin şəklin ölçülərini və slaydda yerini öz istəyimizə uyğun tənzimləyirik.



    1. Qalan slaydları da bənzər qaydada doldururuq.

    2. Bir slayddan başqasına keçid effekti tətbiq etmək üçün Animations menyusunu seçirik. Təklif olunan effektlərin üzərində siçanın göstəricisini gəzdiririk və effektin necə olacağına öncədən baxmaq üçün azacıq gözləyirik. Bəyəndiyimiz effekti seçirik və əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını istəyiriksə, həmin paneldəki Apply To All düyməsini çıqqıldadırıq.



    1. Insert menyusunda Header & Footer düyməsini çıqqıldadırıq. Açılan dialoq pəncərəsində Slide Number boksunu qeyd edib Apply to All düyməsini çıqqıldadırıq. Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl nömrələnəcək.

    2. Slide Show menyusuna keçin və  düyməsini çıqqıldadırıq. Hazırladığımız təqdimat birinci slayddan nümayiş olunmağa başlayacaq.

    3. Slaydların nümayişini sona çatdırıb adi rejimə keçmək üçün Esc klavişini basırıq.

    4. Fayla uyğun ad verib Azәrbaycan şairlәri qovluğunda saxlayırıq.

Təqdimatı hazırladıqdan sonra, yaxud onun üzərində iş gedişində müəyyən slaydların yerini dəyişmək lazım gəlir. Slaydlar üzərində iş, adətən, adi baxış (Normal View) rejimində aparılır. Ancaq təqdimat haqqında tam təsəvvürün olması üçün bu rejim yetərli deyil. Bunun üçün slaydların çeşidlənməsi (Slide Sorter View) rejimindən istifadə etmək olar. Bu rejimə keçmək üçün proqram pəncərəsinin aşağısında status zolağında yerləşən   düymələrindən Slide Sorter View düyməsini, yaxud View menyusunda   Slide Sorter düyməsini çıqqıldadırıq. Bu rejimdə asanca slaydların yerini dəyişdirmək, yeni slaydlar əlavə etmək və slaydları uzaqlaşdırmaq olar.

    • Slaydın yerinin dәyişdirilmәsi. Slaydın yerini dəyişdirmək üçün siçanın göstəricisini onun üzərinə aparırıq və sol düyməsini basırıq. Göstəricini yeni yerə dartıb aparırıq və sonra siçanın düyməsini buraxırıq.

    • Yeni slaydın artırılması. Təqdimata yeni slayd artırmaq üçün öncə onu yerləşdirəcəyiniz yerdən qabaqkı slaydı, sonra isə New Slide düyməsini çıqqıldadırıq. Yaradılmış slaydı redaktə etmək üçün adi rejimə keçirik.

Yüklə 303,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin