~ baki-2006 Azərbaycan Respublikasının Prezidenti İl ham ol İ VI \ İN



Yüklə 415,66 Kb.
səhifə1/7
tarix15.07.2023
ölçüsü415,66 Kb.
#136643
  1   2   3   4   5   6   7
G.D.Mopassan-Hek-r-Novel-r


DE MOPASSAN
HEKAYƏLƏR

NOVELLALAR
^ƏRQ-QƏRB” ~
BAKI-2006


Azərbaycan Respublikasının Prezidenti
İl HAM Ol İ VI \ İN
“Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyala
keçirilməsi haqqında**

11 yanvar 200-4 cü i! tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
'lədıyyo edilir







ÖN SÖZ
Fransanın məşhur realist yazıçısı Gi de Mopassan XIX esrin sək­səninci illərində yaradıcılığa başlamışdır. O, Fransa tənqidi realizminin gör­kəmli nümayəndələrindən biri kimi tanınmışdır.
Gi de Mopassan (Anri Rene Alber) 5 avqust 1850-ci ildə Donizsahili Sena departamenti, Turvilyasüz - Ark yaxınlığındakı Miromenil qəsrində, kasıblamış zadəgan ailəsində doğulmuşdur. Onun uşaqlıq illəri Normatıdi- yanın mənzərəli bır guşəsində, meşələr arasında, dəniz sahilində keçmişdir. Təbiətə, dəniz gəzintisinə, balıq ovuna olan həvəsi, sadə adamlarla ünsiy­yəti, onların adətləri, kobud, lakin duzlu zarafatları sonralar yazıçının yara­dıcılığında öz bədii əksini tapmışdır.
Mopassanın həyat və yaradıcılığına irihəcmli tədqiqat əsərləri həsr edilib, lakin qələm dostu, məşhur fransız yazıçısı Emil Zolyanın 1893-cü il iyulun 7-də onun defiı mərasimindəki ürək yanğısı və səmimiyyətlə dolu çıxışı da Mopassan haqqında geniş məlumat almağa imkan verir:
“Mopassanı ilk dəfə on səkkiz-iyirmi il əvvəl Qustav Flobenn evində görmüşəm. O vaxtkı Mopassan hələ de gözümün qabağındadır... Səmimi, həmişə gülümsəyən, ustadın qarşısında təvazökarlıqla susan bir gonc idi. O, bütün axşamı bizi dinləyir, təsadüfi hallarda kəlmə kəsirdi. Amma bu ürəyiaçıq, mərd və sağlam görkəmli oğlanda həmişə şənlik və həyat eşqi duyulurdu. Məclisimizə gətirdiyi təravət üçün onu sevirdik.
Mopassan macəranı sevirdi. Onun macəraları vo igidliyi barədə maraqlı söhbətlər yayılmışdı. Heç birimizin ağlına gəlmirdi ki, bir gün o, öz yara­dıcılığı ilə do bizi heyran qoyacaq.
“Gonbul” hekayəsi meydana çıxdı. Bu, onun əsil şah əsəri idi, satira, məhəbbət və həyatla dolu bir esordi. Mopassan elə ilk dəfədən dəyərli eserlə çıxış edib, ustadlar sırasma keçdi. Biz çox sevindik, çünki dühasından xəbərsiz olduğumuz, gözlərimiz qarşısında böyümüş bu gənc bizə qardaş oldu. Həmin vaxtdan o, ara vermədən yaradıcılıqla məşğul olur, bızı heyran qoyan bir həvəslə, inamla, qiiwə ilə yazırdı. Mopassan bir neçə qəzetlə əməkdaşlıq edir və müxtəlif məzmunlu, hamısı da maraqlı nağıllar, hekayə­lər çap etdirirdi. Onların hərəsi kiçik həcmli yeni bir komediya, məzmunca dolğun, həcmcə kiçik bir pyes, boyata geniş pəncərə açan əsərlər idi. Onları oxuyarkən odam gülür, ağlayır u» düşünür. Mopassanın xırda hocmli elo əsərləri \a? ki. oradakı mövzunu başqa > szıçılar qalın cildli bir kraha /orla sığışdıra bılordı. Misal gətirmək istəsək. gərək bütün əsərlərin adım çəkək Məgər bıı əsərlərin bəziləri Fontemıı təmsili, yaxud Yolları nağılı kimi klassik əsərlər saçılmırmı?
Onu valnı/ hekayə ustası kimi tanıyanlara ca\ab vermək üçün Mop.is saıı yaradıcılıq saiıəsini genişləndirdi. Özünəməxsus eneru vo dönmə/ iradə ilə ışləv ib gözəl romanlar va/dı. Bu əsərlərdə onun ya/ıçıiıq qabiliy yəti daha qabarıq vo həyat eşqi ilə cilalanmış şəkildə o/ıınfı göstərdi. Ona fıham gəlmişdi, gb/əi \o canlı əsərlər yaratmağa sövq cdəıı ya/içı ilhamı.
"Həyal"dan başlanan “Bizim qəibimi/"ə qədər va/dığı lomar.larda “Moııt-Orıol”. “(iivəl dost". “< )lum kim: güclıı”. "Parisli burmanın ha/ıır günləri” romanlarının hamısında həyat həqiqəti güclü və adı gözlə görü nəndiı. Bu romanlarda hr.disələı inandırıcı şəkildə təhlil edilir, fikir sadə dillə söylənilir. Yazıçı ləyaqəti \ə ınərdiiyı adamı heyran edir. "Pye: vo Jan” romanını xıisusi qeyd etmək istəyimin Məncə, hıı. bir gd/əilik nümu­nəsi. bədii naxış, həyat həqiqəti ilə dola, t.ıyı bərabəri olmayım bu əsə-dir. Bizi Mopassan: xcvə-.xevə izləyənləri təəccübləndirən ınosəloor.un ıırək lori belə te/ lətlı etməsi kə. O. r.or yer.ı ya/ı i!ə oxucu kütləsini özünə cəlb edirdi. Mənisilə bit xoşbəxt başlanğıc, 'vio te/ və yekdil qazanılmış ikinci birmüvəlTəqivyə! tanımıram. O nə yazırdısa. a!qr>! nrrdı. Başqasının qələ mində həmir, razıla: ancaq təbəssüm doğura bilərd
O. rmixtoiıl'd'işuiKə:: adamları qane edir, həı etir hissiyyata təxın.ı bilirdi Bircə çıxis’ıa adamları heyran edən, tanınmış sənətkarar.:: soY ə lər.məsinə xəsisliklə imkan verər ziyalıların da. adi kütlənin do roğbətmi qa/aıımiş mərd ve iradəli brr dahinin ucalmasını qeyri-adi bir tamaşa kimi izləyirdik.
Mopassan..: dahiliyi əııvın qeyri-adiliyindən irəli gəlirdi Mopassan ona görə ilk addımdan sevilmiş \ə ianınmışdı ki. ədəbiyyata dəyəri və kcyiiyyotino gerə millətin t'əx-i sav ...m fransız ir əy: gəlirmişdi. Onu hatr.ı
basa duşiırdti. çiınki o. aydınlıq, sadəlik və güclülük k xüsusiyyətləri
özündə toplamışdı . Onu sev .r 'ilər, çünki o. gözəlliyə, bövük məli ttətlə yumşaldılmış dəmi Mitraya və çö/ yaş'.arı altır.da gizlənmiş zorityumora malik ıdı. O. dilimizin yer.ı təsəkk '1 dövründən indiyə qodərki alı ırsuı nümayəndəsidir Onıın bıbalan ədoHyyatınıı/ın baniləri və İmüi olan Rable. Mcntcn. Molyer. I.a I oıılen kim; güclülə- və çıraqb uf :ı idi Oxıı- ı u ar. pərəstişkarlar yanılmırdı!;'.:, otılar nı u ehtiy le.nnın i/ı ilə gəlib bu şəıtat \ə sərin çeşməyə, bu gözəllik və üsuıə bolluğuna müraciət edini'-
lor. Oxucul.ır əsərlərinin aydınlığı do onlara müvazinət vo inam bağış­lamış bədbin yazıçıya minnətdar idilər
Xvdınlıq! Bu elo bir çeşmədir kı. istərdim bütün nəsillər öz ürok yan ğılannı orun sərin suyu ılo söndürsünlər. Mən Mopassanı çox sevirdim, çünki onun damarlarında ula babalarımızın qara axırdı, hoın do o. böyük ədəbiyyatın nümayəndəsi idi. İncosənoto hodd qoymaq olmaz: qarışıq, zoil", qaranlıq osorlori do qobul etmok lazımdır Zəııııimco. onlar müəyyən bır dövrdo, qarısıq. hay-kı:vlıı bir dövrdə yaşaya bilərlər.. Ilor lıalda. insanın əsas yeməyi olan, bizi heç vaxt /ara gətirməyən çörəyə müraciət etdiy imiz kimi ədəbiyyatda da adı. anlaşılan osəı lo;ə müraciət etməli olu­ruq Fiə gözəllik do. sağlamlıq da, sadəlik do hamının sevdiyi şəffaflıq dadır. Yoqin bizim sevo-sevo oxuduğumuz osorlori yazarkən Mənassan çox əmək sərf edib, yorulub. O gər bu yorğunluq oxuda dııyuimuısa, əsot don qəlbimizə gözəllik axırsa, ondan qüwo alırıqsa. deməli, seri*edilən omok özıinü doğruldub. Nfopassarun əsərini oxuyub i?aşa vuranda adam təmiz hav ada go/ıntidən qayıdıbmış kimi özünii şotı vo gümrah hiss edir"’, (rı de Mopassan ö iyul 1893-eii iido Paris şəhərində vəfat etmişdir.
»
Cx


^>0 6
GONBUL
Bir neçə gün idi ki, Ə2İlmiş ordunun qalıqları arasıkəsilmədər şəhərin içindən keçib gedirdi. Bu, ordu yox, başıpozuq bir dəstə idi. Əsgərlərin üzünü tük basmışdı. Uzanmış saç-saqqalları kir-pas için- dəydi. Paltarları cırılmışdı. Bayraqsız, nizamsız şəkildə, yorğun- arğın halda irəliləyirdilər. Açıq-aşkar görünürdü ki, əziliblər, əldən düşüblər, nə fikirləşməyə taqətləri qalıb, nə də bir iş görməyə. Ayaq üstə güclə dayanırlar, özləri də bilmir ki, hara gedirlər. Bir balaca dayansalar, yorğunluqdan yerə səriləcəklər.
Nizami qoşun hissələrindən daha çox dünənə qədər sakit dola­nan, indi isə tüfəngin ağırlığından belləri əyilmiş, qaçmağa da, hücuma keçməyə də eyni dərəcədə hazır olan, gah qorxub, gah da ruhlanan silahlı camaat daha çox gözə dəyirdi. Böyük döyüşlərdə əzilmiş diviziyanın qalıqları: qırmızışalvarh əsgərlər, müxtəlif polk- lardan qalan piyadalar, qaşqabaqlı topçular, özlərini piyadalara güclə çatdıran süvarilərin-draqunlann parıldayan dəbilqələri bu qarma­qarışıqlıq içində gözə dəyirdi.
“Məğlubiyyətin intiqamını alanlar”, “ölüm köməkçiləri", “Məzar vətəndaşları” kimi qəribə qəhrəmanlıq adı daşıyan, lakin görkəmlərindən əməlli-başlı quldura oxşayan könüllü nişançılar dəstəsi də gəlib keçirdi.
Onların dünənə qədər mahud, yaxud taxıl alveri edən, piy və sabun satan, indi təsadüfən, ya pulla, ya da uzun bığlarına görə zabit rütbəsi alıb zər baftalı paltar geyinmiş, yaraqlı -yasaqh rəisləri hay- küy salıb planlar müzakirə edir, özlərindən razı halda söyləyirdilər ki, məhv olmaqda olan Fransanın yeganə dayağıdırlar. Əslində isə çox vaxt ipə-sapa yatmayan canilərdən, oğrulardan və pozğunlar­dan ibarət olan öz əsgərlərindən qorxurdular.
Söz yayılmışdı ki, prussiyalılar Ruana çathaçatdır.
Son iki ayda yaxındakı meşədə qorxa-qorxa kəşfiyyat aparan: çox vaxt da öz keşikçilərinə atəş açan və kolluqda bir dovşan tər­pənib şıqqıltı salan kimi hücuma keçməyə hazırlaşan milli qvardiya indi evlərinə dağılmışdı. Onların bir az əvvəl adamları üç verstlik- dən qorxuya salan tüfəngləri, mundirləri, dəhşətli od saçan silahları birdən-birə yoxa çıxmışdı.
Sen-Sever və Bur-Aşardan adlayıb Pont-Odemerə doğru İrəli­ləyən axırıncı fransız əsgərləri, nəhayət, Sena çayını keçdilər, hamı­dan axırda isə general, özünün iki yavəri ilə birlikdə, qoşunun arxası ile payi-piyada sürünürdü. O tamamilə ruhdan düşmüşdü və pərən- pərən olmuş bu adamlarla nə edəcəyini bilmirdi. Həmişə qələbə çalmağa vərdiş edən və indi özünün əfsanəvi qoçaqlığına baxma­yaraq, birdən-birə dəhşətli məğlubiyyətə uğrayan xalqın vəziyyəti generalı sarsıtmışdı.
Sonra şəhərə sükut çökdü, hamı dinməz-söyləməz, qorxu içində yaxınlaşan düşməni gözlədi. Dükanda, daxıl dalında oturmaqdan piylənmiş və hər cür cəsarəti itirmiş burjualar, ət qızartdıqları şiş­ləri vo iri mətbəx bıçaqlarını prussiyalılarm silah hesab edib, onlara cəza verəcəklərindən qorxa-qorxa qaliblərin gəlməsini həyəcanla gözlədilər,
Elə bil şəhərdə heyat ölmüşdü, dükanlar bağlanmışdı, küçələr­dən səs-səmir gəlmirdi. Bu məşum sükutdan qorxuya düşən və divar dibi ilə kölgə kimi sürünən tək-tük adamdan başqa gözə heç nə dəymirdi.
Gözləməkdən cana gəlmişdilər, istəyirdilər ki, düşmən tez gəlib çıxsm və intizardan canlan qurtarsın.
Fransız qoşunlarının geri çəkilməsindən bir gün sonra axşam­üstü, hardansa çapıb gələn bir neçə atlı-ulan şəhərdə göründü. Bir azdan sonra İsə Sen Katrinin döşü ilə qara bir sel axmı İrəliləməyə başladı. Dametal və Buaqiyom yollan tərəfdə də iki sel axını göründü. Üç korpusun avanqardı eyni zamanda şəhər bələdiyyə idarəsinin qarşısındakı meydançaya gəldi. Bunların ardınca alman nizami qoşunlarının əsgərləri qonşu küçələro doluşdular. Əsgər­lərin ahəngdar ayaq tappıltılarından küçələr uğuldamağa başladı.
Şəhər Ölü sükutuna qərq olmuş və sakmsiz kimi görünürdü, əslində isə qapalı pəncərə taxtalarının arxasından, müharibə qanun­larına görə şəhərin, burada yaşayan insanların və bütün var-dövlətin sahibi hesab olunan fatehləri qorxa-qorxa gizlicə süzürdülər. Küço- lərdə, həmin evlərin divarları boyunca isə hərəkət edən alman əsgərlərinə, yerlilərə tanış olmayan “ğığıltıh” səslə komandalar
•feO 8 Csverilirdi. Yanmqaranlıq otaqlarda gizlənən obıvatellər1 insan müd­rikliyini və qüdrətini aciz qoyan kortəbii fəlakətlər, hər şeyi məhv edən böyük geoloji dağıntılar qarşısında aciz qalan adamlar kimi dəhşətə gəlmişdilər. Belə hisslər hor dəfə yaradılmış qayda- qanunlar devrildikdə, təhlükəsizlik duyğulan itirildikdə, təbiətin və insanların qanunları ilə qorunan hər şeyin mənasız və qəzəbli qüv­vələr qarşısında qaldığı zaman baş qaldırır. Şəhərliləri uçub dağılan evlərin altında dəfn edən zəlzələlər, kəndliləri Ölmüş öküzləri və evinin damının çatması ilə birlikdə aparan, yatağından oynayıb daşan çaylar, ya da təslim olmaq istəməyənlərin hamısını qıran, qalan­larını isə əsir alan, qılıncının şöhrəti naminə hər şeyi talayan, top gurultuları altında hansı bir ilahi qüvvəyəsə iltifat göstərmək istə­yən qalib ordu - bütün bu dəhşətli fəlakətlər, göylərin ədalətinə və insan zəkasının qüdrətinə uşaqlıqdan bizə təlqin edilən bütün qədim etiqadları və ümidləri büsbütün yox edir.
Artıq qapıları bir-bir döyürdülər. Kiçik dəstələrlə içəri dolu­şurdular. Hücumdan sonra zəbtetmə başlayırdı. Məğlub olanların boynuna yeni vəzifə düşürdü: onlar qaliblərə mehribanlıq göstər­məli idilər.
Aradan xeyli keçdi. Qorxu canlardan çıxdı vo hor şey əvvəlki qaydasına düşdü. Prus zabitləri ailələrdə ev sahibləri İlə birlikdə süfrə arxasında oturub, rahatca nahar eləməyə başladılar. Bu zabit­lərin bəziləri ədəbli çıxır, nəzakət xatirinə Fransanın məğlubiy­yətinə acıyır və belə bir müharibədə iştirak etdiyinə görə əzab çəkdiyini söyləyirdi. Fransızlar almanlara bu cür alicənablıqlarına görə minnətdarlıqlarını bildirirdilər, bu bir də ona görə edilirdi ki, almanların himayəsinə sığınmaq hər an lazım ola bilərdi.
Zabitlərin qılığına girməklə evə doluşan əsgərlərin sayını da azaltmaq olardı. Bir də asılı olduğun adama toxunmağın nə mənası vardı? Belə hərəkət etmək qoçaqlıq yox, ağılsızlıq olardı. Ruan burjuaları keçmiş zamanlarda, şəhərə şöhrət gətirən müdafiə illə­rində olduğu kimi, ehtiyatla hərəkət edirdilər. Onlar fransız nəzakət qaydalarına qəti riayət edərək, belə bir qərara gəlmişdilər ki, evin içində xarici qəsbkarlara mehribanlıq göstərmək olar. Ancaq elə etmək lazımdır ki, bu yaxınlıqdan başqaları xəbər tutmasın. Küçədə 1 2

almanlara üz göstərmirdilər. Amma axşamlar, evdə onlarla şirin- şirin söhbet edirdilər. Bu mehribanlığa alışan almanlar isə axşamlar özlərini buxarının istisinə verərək oturur, gecəyarısına qədər yerlə­rindən qalxmaq istəmirdilər.
Şeher yavaş-yavaş əvvəlki adi görkəmini alırdı. Fransızlar hələ evdən çıxmağa ehtiyat edirdilər, amma küçələrdə prus əsgərlərinin əlindən tərpənmək olmurdu. Bununla belə öz uzun qılınclarını küçə­lərdə lovğa-lovğa sürüyən mavi paltarlı qusarlar1 bir il bundan əvvəl həmin qəhvəxanalarda kef sürən fransız yeger2 zabitləri kimi, yoxsul, adi şəhərlilərə həqarətlə baxırdılar.
Bununla belə havada sezilməsi çetin olan ağır, xoşagəlməz, yad bir əhvali-ruhiyyə hiss edilirdi. Elə bil hər yerə hücum, basqın qoxusu hopmuşdu. Bu qoxu evlərə, ictimai yerlərə dolmuşdu. Yeməklərə xüsusi dad-tam vermiş, insanlarda ele bir hiss əmələ gətirmişdi ki, guya sən uzaq-uzaq ölkələrdə, qan herisi olan vəhşi qəbilələr ara­sında dolaşırsan.
Qaliblər pul, həm də çoxlu pul tələb edirdilər. Obıvatcllər varlı idilər və onlara dinməz-söyləməz istədikləri qədər pul verirdilər. Amma varlı norman tacirləri buna dözmürdülər. Onların xasiyyəti idi, balaca bir ziyana düşəndə, gəlirlərinin kiçik bir damlası başqa­sının əlinə keçdiyini hiss edəndə daha çox əzab çəkirdilər.
Bütün bunlarla yanaşı, şəhərdən iki-üç lye aralıda, çayın aşağı­larında, Kruasse, Dyepdal və Byessarm yaxınlığında , qayıqçılar ve balıqçılar daşla başı əzilmiş, ya yumruqla öldürülmüş, bıçaqla doğ­ranmış, ya da sadəcə körpüdən başıaşağı çaya atılmış alman paltarlı köpmüş meyitləri defelerle suyun dibindən tapıb çıxarırdılar. Günün günortaçağı apanlan açıq döyüşlərdən daha təhlükəli olan bu hay- haraysız, səssiz-küysüz, gizli, vəhşicəsinə, lakin qanuni intiqam hissindən doğan, sirli qəhrəmanlıqla edilən döyüşlərin qurbanı olan meyitlər çox vaxt çayda lillənib qalırdı.
Çünki yadellilərə nifrət hissi ta qədimlərdən başlayaraq məslək yolunda ölümə hazır olan və cəmiyyətin cüzi hissəsini təşkil edən cəsurları həmişə ayağa qaldırır.
Qəsbkarlar öz deyişməz qayda-qanunlan ilə şəhəri özlərinə tabe etsələr də, heç bir dəhşətli hadisə törətmədilər. Halbuki onların qələbə ilə irəlilədikləri yerlərdə çox amansızlıqlar etdikləri haq­qındakı şayiələr şəhərə yayılmışdı. Bunu görən yerli əhali axırda cəsarətləndi və tacirlər ticarətə başlamaq ehtiyacı duydular. Onla­rın bəzilərinin fransız qoşunlarının tutduğu Qavr limanı ilə böyük pul alverləri vardı. İndi onlar bu əlaqəni bərpa etmək məqsədilə Dyeppaya qədər piyada getmək, orada gəmiyə minmək və sonra özlərini Qavr limanına salmaq təşəbbüsündə bulundular. Bu məq­sədə çatmaq üçün tanış alman zabitlərinin təsirindən də İstifadə etdilər və şəhər komendantı onlann getməsinə icazə verdi.
On nəfərin yazıldığı bu səfərə çıxmaq üçün dörd at qoşulmuş karet ayırdılar və camaatın gözündən yayınmaq məqsədi İlə həftə­nin ikinci günü, səhər tezdən, işıqlaşmamışdan yola düşmək qərara alındı.
Axır günlər şaxta yeri dondurmuşdu. Bazar ertəsi isə saat üç radelərində Şimaldan qara buludlar axıb gəldi, qar yağdı və bu qar axşamdan başlayıb səhərə qədər ara vermədi.
Səhər tezdən, saat beşin yarısmda müsafirlər karet ilə yola düşmək üçün “Normand mehmanxanasının həyətinə toplaşdılar. Onlar yuxulu idilər. Böyük yun şala bürünmüşdülər. Soyuqdan tİr- tir əsirdilər. Qaranlıqda bir-birlərini güclə seçirdilər. Əyinlərin- dəkİ qalın qış paltarları onları uzun əbalı kök keşişlərə oxşadırdı. Nəhayət, kişilərin ikisi bir-birini tanıdı, üçüncü də onların yanma gəldi.

  • Mən arvadımı da özümlə aparıram, - deyə kişilərdən biri dilləndi.

  • Mən də.

Birinci kişi əlavə etdi:

  • Biz daha Ruana qayıda bilmərik, əgər prussiyahlar Qavra gəl­sələr, oradan da İngiltərəyə gedərik.

Bu adamlar eyni ictimai təbəqədən olduqlarına görə fikirləri də bir-biri ilə düz gəlirdi.
Kareti nədənsə qoşmurdular. Mehtərin əlindəki çıraq qaran­lıqda qapıların birində işıldayır, dərhal da yox olur, sonra o biri tərəfdə görünürdü. İçinə peyin səpilib, saman döşənmiş tövlədən at ayağının tappıltısı və mehtərin söyüşü eşidilirdi. Zınqırovların cin­giltisindən başa düşmək olurdu ki, atlan qoşurlar. Bu cingiltilər azacıq sonra gücləndi, atlann hərəkətinə uyğun olaraq aydınca səslənməyə başladı. Bu zınqırov səsləri bəzən eşidilməz olur, sonra birdən, nallı at ayağının tappıltısı ilə bərabər güclənirdi.
Birdən qapı açıldı. Hamı səsini içinə saldı. Üşümüş yolçular soyuqdan donduqları üçün yerlərindən tərpənməyib susdular.
Ara vermədən lopa-lopa yağan qar adamın gözünü qamaşdı­rırdı. Bu soyuq, yumşaq qar pambıq kimi ətrafa səpələnir, evləri, çölləri bürüyür və hər şeyi bir-birinə qatıb, ağ örtük altında görünməz edirdi. Qış yuxusuna dalıb dərin səssizlik və sükut içində mürgülə­yən bu şəhərin sakitliyini ancaq kainatı bürüyən sonsuz enginlik- lərdən axıb gələn ağ zərrəciklərin - səssiz-səmirsiz yağan qarın pıçıltıya bənzər qarışıq xışıltısından başqa heç nə pozmurdu.
Əli çıraqlı faytonçu başını aşağı salıb dartınan və tövlədən çıx­maq istəməyən atın yüyənindən çəkib həyətə gəldi. Atı karetin yanma gətirdi, yan qayışım bağladı, xamutu boynuna keçirdi, bir əlində çıraq olduğundan, tək əli ilə xeyli əlləşdi, sonra ikinci atı gətirməyə gedərkən dönüb soyuqdan büzüşən ve qarın altında qal­dıqlarından ağappaq olmuş sərnişinlərə baxdı:

  • Niyə karetə minmirsiniz? - dedi, - heç olmasa, üstünüzə qar yağmaz.

Bu heç onların ağlına gəlmirdi. Faytonçunun sözünü eşidən kimi dərhal, tələsik, karetə doluşdular. Kişilərdən üçü əvvəlcə arvad­larım karetə mindirdi, sonra da Özləri çıxdılar. Onların arxasınca alaqaranlıqda güclə görünən qaraltılar içəri keçib boş yerləri tutdular.
Karetin içinə ot döşənmişdi. Adam ayağını qoyanda topuğa qədər batırdı. Karetin dərinliyində oturan xanımlar özləri İlə kim­yəvi kömürlə yanan mis qızdırıcılar götürmüşdülər. Onlar dərhal qızdırıcdan yandırdılar və uzun müddət bir-birinə bu cihazın çox­dan hamıya məlum olan üstünlüklərindən pıçıltı ilə danışmağa başladılar.
Nəhayət, yolların xarab olduğunu nəzərə alaraq karetə dörd at əvəzinə altı at qoşduqdan sonra bayırdan kimsə soruşdu:

  • Hamı yerindədİrmi?

İçəridən cavab verdilər:

  • Bəli.

Yola düşdülər.
Karet ağır-ağır, elə bil addım-addım irəliləyirdi. Təkərlər topuna qədər qara batır, karet ləngərlənib cınldayır, atlar fınxırıb dartın­dıqca ayaqlan sürüşür, onların bədənlərindən, burun perələrindən buğ qalxırdı. Faytonçunun qamçısı havada oynayır, ilan kimi qıv­rılıb açılır və atlardan birinin titrəyən sağrısına dəyən kimi onlar gücünü toplayıb irəliləyirdilər.
Yavaş-yavaş işıqlaşırdı. Xalis ruanlı olan sərnişinlərdən birinin dediyi kimi, “pambıq yağışına oxşayan yüngül qar yağımı” azalıb ara verirdi. Alatoranlığın işığı qırov bağlamış uca ağacların və yastı- yapalaq daxmaların hərdən gözə dəydiyi sonsuz qarlı çöllərin üzə­rinə qatı kölgə salan iri, qara, ağır buludlara hopurdu.
Səhərin bu ürəksıxan hüznlü işığında sərnişinlər bir-birlərini maraqla süzməyə başladılar, Qran-Pon küçəsindən olan məşhur şərab alverçisi Luazo soyadlı ər-arvad karetin baş tərəfində, ən yaxşı yerdə, qabaq-qabağa oturub mürgüləyirdilər. Keçmiş nökər Luazo iflasa uğramış ağasının var-dövlətini ələ keçirmiş və bununla da çoxlu qazanc toplaya bilmişdi. O, ən zibil şərabı əyalət tacirlə­rinə lap ucuz qiymətə sırımaqda ad çıxartmış və beləliklə də, dost- tanışların arasında ən usta kələkbaz kimi, əsil mənada bic və kefcil normandiyalı kimi məşhurlaşmışdı.
Onun kələkbazlığı haqqında söhbət o qədər geniş yayılmışdı ki, bir dəfə prefektura idarəsində, axşam qonaqlığında, öz təmsil və şeirləri ilə, həmçinin hazırcavablığı ilə lovğalanan, bir sözlə, əya­lətin məşhur şairi kimi tanınmış cənab Tumel, darıxdıqlarından mürgüləyən xanımlara təklif etmişdi ki, gelin, “Quş uçdu”1 oyunu oynayaq. Bu zarafat ildırım sürəti ilə prefektin qonaq otağına, oradan da şəhərə, bütün evlərə yayıldı və düz bir ay, bütün əyalət sakinləri gülməkdən qırıldılar.
Bundan başqa Luazo cürbəcür məzəli əhvalatları ilə, həmçinin bəzən yerinə düşən, bəzən də mənasız görünən zarafatları ilə də şöhrət qazanmışdı. Onun haqqında kim söhbət eləsə axırda:
- Nə deyirsiniz deyin, Luazo hər halda tayı-bərabəri olmayan misilsiz adamdır, - deyərdi.
O gödəkboylu idi. Adama ele gəlirdi ki, onun bədəni iri, deyirini qarından və bir də onun üstünə yapışdırılmış gicgahlarına den düşən qırmızı sifətdən ibarətdir.
Luazo Özlərinin ticarət evlərini məzəli hərəkətləri ilə şənlən­dirirdisə, onun ucaboy, cüssəli, yoğun səsli, sərt təbiətli ve qətiy­yətli arvadı evin bütün səliqə-sahmanını öz əlinə almışdı.
Onların yanında özünün cəmiyyətdəki yüksək mövqeyindən və şəxsi ləyaqətinin üstünlüyündən lovğalanan fabrikant cənab Karre- Lamadon oturmuşdu. Onun üç iplik fabriki vardı və pambıq-parça istehsal edən sənaye sahəsində xüsusi mövqe tutmuşdu. Həm də fəxri legionun zabiti və Baş şuranın üzvü idi. İmperiya dövründə, özünün dediyi kimi, ədəb və nəzakət qaydalarım gözləyə-gözləyə, xeyirxahlıq naminə, müxalifətə başçılıq edirdi ki, sonradan müba­rizə apardığı quruluşa tərəfdar çıxsın və bununla da çoxlu mənfəət əldə etsin. Bu, onun yeganə məqsədi idi.
Öz ərindən xeyli kiçik olan xanım Karre-Lamadon Ruan hərbi qarnizonuna İşləməyə göndərilən, mərifətli ailələrdən çıxmış cavan zabitlərin yeganə təsəllisi olan bir qadın idi.
Bu balacaboy, zərif, qəşəng qadın xəz paltosuna bürünərək əri ilə üzbəüz oturmuşdu və məyus baxışlarla karetin yoxsul görkə­minə tamaşa edirdi.
Onlarla yanaşı Normandiyanm ən məşhur və qədim kübar nəs­linə mənsub olan qraf Yuber de Brevil öz zövcəsi ilə oturmuşdu. Yaşa dolmuş, boylu-buxunlu bu qraf cürbəcür paltarlar geyinərək, özünün təbiətən kral IV Henrixə oxşadığım daha da nəzərə çarp­dırmağa çalışırdı, çünki dədə-babalannin iftixarla söylədiklərinə görə de Brevil soyadlı bir xanım kral IV Henrixden uşağa qalmış, bundan sonra onun əri qraf rütbəsi və qubernator vəzifəsi almışdı.
Baş şurada Cənab Karre-Lamadonun həmkarı olan qraf Yuber departamentdə orleançılar partiyasını təmsil edirdi. Onun birdən- birə miyanə dolanan nantsalı gəmi sahibinin qızı ilə evlənməsi indi de sirr olaraq qalır. Ancaq qrafinya özünü vüqarla aparmağı, hamıdan yaxşı qonaq qəbul etməyi bacardığına görə ve vaxtilə Lui-Filippİn oğlanlarından birinin aşnası kimi məşhurlaşdığı üçün əsilzadələr ona hörmət edirdilər və onun evi bütün departamentdə qedim nəza­kət və ədəb qaydalarım saxlayan yeganə ev hesab olunurdu, oraya düşmək isə çox çətin idi. Deyilənə görə, Brevillərin ancaq yatardan ibarət olan var-dövləti onlara ildə beş yüz min livr gəlir gətirirdi.
Bu altı nəfər özlərinin cəmiyyətdə yüksək mövqe tutduqların­dan, dinə sadiq, namuslu, hörmətli, nüftızlu və varlı-hallı adamlar olmalarından razı halda, karetin yuxarı başında əyləşmişdilər.
Qəribə təsadüf nəticəsində qadınlar bir tərəfdə cərgə İlə otur­muşdular və qrafinyanın yanında uzrnı təsbehlərini çevirən və tez- tez “Pater”, “Ave”1 deyə dodaqaltı dua oxuyan iki rahibə otur­muşdu. Onların biri yaşlı və çopur idi. Elə bil tüfəngi düz üzünə tuşlayıb saçma doldurmuşdular. Üz-gözündən üzgünlük yağan o biri rahibənin sifəti gözəl olsa da, vərəmə oxşayırdı. Hər şeyi udan, fanatiklər və əzabkeşlər yetirən din, görünür, bu qıza da əzab verib iztirablar çəkdirirdi.
İçerİdəkilərİn hamısının diqqəti rahibələrlə qabaq-qənşər oturan kişi ilə arvadda idi.
Kişi hamının yaxşı tanıdığı və hörmətli adamların canına qorxu salan demokrat Komyude idi. Düz iyirmi ildən artıq idi ki, bütün demokratik qəhvəxanaları dolaşır və Özünün uzun, kürən saqqalım içdiyi pivələrlə isladırdı. O vaxtilə şirniyyat satan atasından qalan külli var-dövləti öz dostları və tanışları ile çoxdan göyə sovur­muşdu, indi isə böyük səbirsizliklə respublika quruluşunun yaran­masını gözləyirdi ki, inqilab yolunda düzəltdiyi içki məclislərinin və verdiyi şərab nəzirlərinin əvəzində layiq olduğu yerlərdən birini tutsun. Sentyabrın dördündə1 2 kiminsə zarafatına inanaraq özünü prefekt vəzifəsinə təyin olunmuş hesab etdi və istədi ki, öz vəzi­fəsini yerinə yetirməyə başlasın, prefektura əməkdaşlarından işdə qalan yeganə adam - katib, ona tabe olmaqdan imtina etdi və Kom­yude məcbur oldu ki, dinməz-söyləməz çıxıb getsin. Ümumen sakit, heç kəsə zərəri dəyməyən, lütfkar adam olan Komyude var qüvvəsini sərf edib şəhərin müdafiəsini təşkil etmək istədi, Onun başçılığı ilə çöllərdə xəndəklər qazdılar, qonşu meşədəki körpə ağacları doğradılar, yollarda pusquya durdular və bütün gördüyü bu işlərdən razı qalan Komyude düşmən yaxınlaşan kimi tələsik şəhərə qayıtdı. İndi o belə zənn edirdi ki, Qavrda da xəndəklər qazmaqla ölkəyə daha çox xeyir verəcəkdir.
Qadın isə “yüngül, əxlaqsız arvadlardan” biri idi və vaxtmdan əvvəl kökəlib yumurlandığı üçün ona “Gonbul” deyirdilər. O, bala­caboy, yupyumru, piy içində batmış cavan bir qadın idi. Ağ, yumşaq, totuq barmaqları ortasından iplə boğulmuş sosiska kimi buğumlar- dan nazilirdi. Dərisi şəffaf və tarım idi. Yupyumru döşləri sinəsini qabardır və paltarlarının altından dikəlirdi. O qədər təravətli və gözəgəlimli idi ki, ehtirasları coşdururdu ve kişilər ondan gözlərini çəkə bilmirdilər, az qalırdılar ki, gözləri ilə yesinlər. Yanaqları alma kimi qıpqırmızı idi, sifəti açılmaqda olan qırmızı pion çiçəyinin qönçəsinə bənzəyirdi. İri, qara, məftunedici, canalan gözləri vardı. Bu gözləri uzun, sıx, qara kirpiklər çəpərləmişdi və haşiyədən göz­ləri daha tünd görünürdü. Balaca ağzı, nəm dodaqları, inci kimi parlaq dişləri vardı. Elə bil Allah dodaqlarım yalnız öpüş üçün yaratmışdı.
Deyilənlərə görə, onun bunlardan başqa da çoxlu əvəzsiz, qiy­mətli məziyyətləri vardı.
Onu tanıyan kimi karetdə oturan abırlı, ismətli qadınlar dərhal “biabır olduq”, “küçə qızı” - deyə pıçıldaşmağa başladılar, həm də bu sözləri elə tərzdə dedilər ki, Gonbul eşitdi və başmı yuxan qal­dırdı. Qız yol yoldaşlannı elə sərt, qəzəbli və bu saat döyüşə çağır­mağa hazır olan amansız baxışlarla süzdü ki, biclik tökülən gözlə­rini ondan çəkməyən Luazodan başqa, hamı başını aşağı saldı və ortalığa dərin bir sükut çökdü.
Azacıq sonra xanımların üçü yemdən söhbətə başladı. Belə bir pozğun küçə qızının onlarla bir yerdə getməsi bu qadınları dərhal bir- birinə yaxınlaşdırıb dostlaşdırdı. Ləyaqətli xanımlar bu cür ayağı sürüşkən, pozğun küçə qıza qarşı birləşmək zəruriyyətini duyurdular, çünki kəbinli arvadlar bu cür qadınlara həmişə həqarətlə baxırlar.
Xanımlar birləşdiyi kimi, kişilərdən üçü Komyudcnin burada olduğunu görəndə qeyri-ixtiyari bir mühafizəkarlıq duyğusu ilə birləşdilər və dərhal puldan söhbət saldılar, onların danışıq tərzin­dən hiss olurdu ki, kasıblara həqarətlə baxırlar. Qraf Yuber prussi- yalıların ona vurduğu ziyandan, heyvanlarının oğurlanması və məh­sulun məhv olması nəticəsində çəkdiyi zərərdən danışsa da, belə ziyanların onun kimi varlı adama uzaqbaşı bir il təsir edəcəyini söyləyirdi. Pambıq-toxuculuq sənayesinin işlərindən əməlli-başlı xəbəri olan Karre-Lamadon qara gün üçün saxladığı altı yüz min frank!ıq ehtiyat pulunu sayıqlıq göstərərək, vaxtında İngiltərə banklarına keçirmişdi. O ki qaldı Luazoya, zirzəmisində saxladığı ucuz sərabların hamısını Fransa intendantlığmaJ nişvə satmısdı və
i
1 Mason -XVIII
ndi Qavrda, hökumətin ona borclu olduğu külli miqdarda pulun hamısını almaq im^mdə idi.
indi onların üçü də bir-birini ötəri mehribanlıqla süzürdülər, İcti­mai mövqeləri mü\təlif olsa da, var-dövlət onları bir-birinə yaxın­laşdırırdı. Onlar ö^ıərjnj ciblərində qızıl cingildəyən bütün xüsusi mülkiyyətçiləri ətrafmda birləşdirən böyük frankmason' təşkilatı­nın üzvləri hesab edirdilər.
Karet o qədər yavaş hərəkət edirdi ki, saat ona qədər heç dörd lye də yol getməmişdilər. Karet yoxuşu çıxanda kişilər üç dəfə yerə düşüb dikdiri piyada getməli olmuşdular. Sərnişinlər belə hesab etmişdilər ki, Totqa sə]ıər yeməyini yeyərlər, ancaq belə getsə, oraya heç axşam saal onda da çata bilməyəcəkdilər. Ona görə də - sərnişinlər narahat olmağa başlamışlar. Onlar yol üstündə bir aşxana görmək ümidi ilə Qz^tcz etrafa boylanırdılar, amma tərs kimi, göz­lənilmədən, karet qara batdı və düz iki saat əlləşdikdən sonra onu güclə çıxarda bildi\er
Aclıq öz işini §örür, içəridəkİlərin başı hərlənirdi. Yollarda İsə tərs kimi nə bir aş\an&5 nə də bir meyxana gözə dəyirdi. Ona görə ki, prussiyalılann ^əhşi və geri çəkilən ac fransız qoşunları alver­çilərin hamısını qobuya salmışdı.
Yol Üstündə bqıaca kəndlərdə rast gələn kimi kişilər karetdən tökülüşüb yemək da]mca getsələr də, əliboş geri qayıtmışdılar, hətta qunı çörək də tapınajjjjşdd^ çünki ehtiyatlı kəndlilər əllərinə keçə­ni talayan ac əsgərIg^ qorxusundan, nələri vardısa, hamısını gizlət­mişdilər.
Günorta, saat bjrg yaxın, Luazo acından qarnının quruldadığmı söylədi. O biriləri ac idilər və aclıqdan dilləri söz tutmurdu.
Sərnişinlər asta_asta esnəmoyə başladılar. Əsnək əsnək gətirdi və hər kəs öz xasiyyətinə, aldığı tərbiyəyə, ictimai mövqeyinə uyğun şəkildə: kimısi alçaqdan, kimisi ağzını açaraq bərkdən əsnədi və dər­hal da İçindən buğ qalxan yarığı əlləri ilə örtdülər.
Gonbul bir neçq dəfə aşağı əyilib elə bil ətəymin altında nə isə axtarırdı. Amma cəSarət eləmədi, qonşularına baxıb yenidən yerində jsakitnəarümüı
Hamının sifəti ağarmışdı və üzlərində gərginlik vardı. Luazo dedi ki, bir parça çörəyə lap min frank verməyə hazırdır. Onun arvadı qaşqabağını töküb, ərinə etiraz etmək istədi, lakin az keçməmiş sakitləşdi. Havayı pul xərclənməsindən söhbet belə düşəndə bu xanım doğrudan da narahat olurdu, hətta bu barədə edilən zarafatı belə xoşlamırdı.

  • Heç özümün özümdən başım çıxmır, - deyə qraf söyləndi, - necə olub ki, yola azuqə götürməyi yaddan çıxarmışam?

Hamı elə buna görə ürəyində özünü danlayırdı.
Komyudenin, sən demə, bir üyaqa romu varmış, O, romu çıxartdı, ətrafdakılara təklif etdi, lakin hamı rom içməkdən boyun qaçırtdı. Təkcə Luazo bircə qurtum içmək istədiyini bildirdi və qabı geri qay­tarıb sahibinə təşəkkür edərək:

  • Pis deyil, - dedi, - həm aclığın qabağım alır, həm də bədəni isidir.

İçki onun kefini açdı və təklif etdi ki, matros mahnılarında oxun­duğu kimi, gəlin, gəmidəki ən yağlı, kök sərnişini yeyək. Abır- həyalı sərnişinlər açıq-aşkar Gonbula edilən bu eyhamdan özlərini itirdilər. Cənab Luazonun zarafatına heç kəs cavab vermədi, bircə Komyude qımışdı. Rahiblər dualarına ara verib əllərini obalarının gen qoluna satdılar, gözlərini yerə dikib yerlərindən tərpənmədilər, göylərdən göndərilmiş əzaba, iztiraba dözüb, sınaqdan çıxırlarmış kimi, sakitcə oturdular.
Nəhayət, saat üçdə, karetə kəndsiz-kəsəksiz, ucu-bucağı görün­məyən düzənliklə gedəndə, Gonbul cəld əyilib skamyanın altından üstü ağ örtüklə örtülmüş iri bır səbət çıxartdı.
Əvvəlcə, səbətdən saxsı boşqabla gümüş stəkan, sonra içi doğ­ranmış iki cücə əti ilə dolu olan iri bir cam çıxartdı. Səbətdə kağıza bükülmüş başqa dadlı yeməklər də vardı. Səbətin içi qoğal, meyvə, cürbəcür şirniyyat və bu kimi başqa ləziz yeməklerle dolu idi. Bir sözlə, bu yeməkləri hazırlayan adam nəzərdə tutmuşdu ki, yemək­xanaya getmədən üç gün dolana bilsin. Bükülmüş yemeklerin arasından, səbətin içində dörd şüşə boğazı da görünürdü, Gonbul cücənin qanadını götürdü, Normandiyada “rejans” adlanan çörək­dən dişləyə-dişləyə yeməyə başladı.
Gözlər ona dikildi. Azacıq sonra karetə adamı iştaha gətirən yeməklərin iyi doldu. Burunlar pərələndi, ağızların suyu axdı, çənə­ləri sıxıb güclə dayandılar. Xanımların bu kiiçə qızma Ürəklərində bəslədikləri həqarət hissi qəzəbə çevrildi və onlar bu qızı bu saat boğub öldürmək, ya da səbəti, stəkanı və yeməyi ilə birlikdə götü­rüb birbaş karetdən qarın içinə atmağı arzuladılar.
Ancaq Luazo gözləri ilə camdakı cücələri yeyirdi. Axırda özünü saxlaya bilmədi:

  • Hə, bu ağıllı İşdir, görünür, xanım bizdən uzaqgorənmiş. Elə adamlar var ki, hər şeyin ehtiyatını əvvəlcədən görürlər.

Gonbul onun üzünə baxdı:

  • Buyurun, cənab, bütün günü ac qalmaq asan iş deyil.

Luazo baş əydi:

  • Sözün düzü, boyun qaçırmaram. Çünki oldun dəyirmançı... elə deyilmi, xanım? - Yol yoldaşlarına ötəri nəzər salıb əlavə etdi. - Belə dəqiqələrdə ehtiyatlı adamlara rast gəlmək çox xoşdur.

O, şalvarını bulamamaq üçün dizinin üstünə qəzet sərdi, həmişə cibində gəzdirdiyi qatlama bıçağı çıxartdı, ağzım açdı, toyuq budu­nun birinə sancdı, götürüb dişinə çekib elə iştahla yedi ki, karetdə hamı köksünü ötürüb udqundu.
Bunu görən Gonbul sakitcə, asta səslə, rahibələrə təklif etdi ki, onunla çörək yesinlər. Onların ikisi də dərhal razı oldular, dodaqaltı mızıldayıb təşəkkür etdilər və gözlərini qaldırmadan tələsə-tələsə yeməyə başladılar. Komyude də yanaşı oturduğu qızın təklifini qəbul etdi və rahibətərlə birlikdə dizinin üstünə qəzet sərdi və beləliklə, stola bənzər bir şey düzəltdilər.
Ağızlar açılıb örtüldü, tikələr çeynənildi, udqunulub içəri ötü­rüldü, Luazo küncdə oturub arvadını dilə tutur və pıçıltı ilə ona deyirdi kı, sən də mənim kimi elə. O xeyli razılıq vermədi, ancaq mədəsindən sancı qalxdığını hiss edəndə əlacı kəsildi. Luazo dərhal nəzakətlə, şirin sözlər seçərək, “qəşəng qızdan” soruşdu ki, “o et par­çasından birini xanım Luazoya təklif etməyə lütfen razılıq verərmi?” Gonbul dərhal cavab verdi:

  • Bu nə sözdür, cənab, məmnuniyyətlə.

Və mehribanlıqla gülümsəyərək, camı irəli uzatdı.
Birinci çaxır şüşəsini açanda bir az özlərini itirdilər, çünki cəmi bircə stəkan vardı. Ancaq azacıq sonra stəkanı silib bir-birlərinə ötür­dülər, Təkcə Komyude nəzakətli kişi kimi hərəkət etdi: stəkanı qonşu qadının dodaqlarının yeri getməyən tərəfindən ağzına aparıb çaxır içdi.
Acgözlüklə yemək yeyən adamların arasında oturan və xörəyin ətrindən boğulan qraf və qrafinya de Brevil, eləcə də Karre-Lamadon öz zövcəsi ilə dəhşətli “tantal əzabı”] çəkməyə başladılar. Birdən fabrikantın cavan arvadı ele dərindən köks Ötürdü ki, hamı dönüb baxdı. Onun rəngi çöldəki qar kimi dümağ ağardı, boynu çiyninə düşdü, gözləri qapandı və xanım huşunu itirdi. Əri qorxuya düşdü və ətrafındakı 1 ara yalvardı ki, kömək eləsinlər. Hamı özünü itirdi. Ancaq xanımın başını dizinin üstə qoyan yaşlı rahibə Gonbulun stəkanını onun dodaqlarına yaxınlaşdırdı və bir neçə damcı şərab içməyə məcbur etdi. Gözəl xanan dərhal tərpəndi, gözünü açdı, gülümsündü və zəif səslə dedi ki, indi halı lap yaxşıdır. Lakin ürək­getməsinin təkrar olunmaması üçün rahibə onu diie tutdu və yeni­dən düz bir stəkan şərab içirtdi.

  • Bu, aclığın qabağmı almaq üçündür, - dedi.

İşi belə görəndə Gonbul qızardı, özünü itirdi və dönüb üzünü hələ də yerlərində donub qalan dörd nəfərə tutdu:

  • Ağalar, siz allah, buyurun, mənim sizə yemək təklif etməyə sadəcə cəsarətim çatmırdı.

Gonbul təhqiramiz rədd cavabı alacağından qorxub susdu.
Luazo söz aldı:

  • E, əslində, belə hallarda bütün insanlar qardaşdırlar və bir- biri lərine kömək etməlidirlər. Siz allah, xanımlar, utanmayın razı olun, qalan şeylər qoyun cəhənnəm olsun! Ola bilsin ki, biz heç gecələməyə do yer tapınadıq. Bu gedişlə sabah günorta Tota çata bilsək, böyük işdir.

Ancaq tərəddüd davam edirdi. Heç kəs razılıq vermək məsuliy­yətini boynuna götürmək İstəmirdi, Qabağa düşməyə cəsarətləri çatmırdı.
Nəhayət, qraf məsələni həll etdi. O, üzünü özünü itirmiş Gon­bula tutdu və ağayanalıqla dedi;

  • Xanım, biz sizin təklifinizi minnətdarlıqla qəbul edirik.

Çətini ilk addım atanacan idi. Elə ki ara açıldı, ondan sonra heç
kəs utanmadı. Səbət boşaldı. Səbətdə yuxarıda adlarım çəkdiyimiz yemeklərden başqa ciyər qiymesi, hisə verilmiş dil parçası, krasson armudu, ponlevek pendiri, qalet və ağzınacan turşuya qoyulmuş 1
xiyar və sarımsaqla dolu olan iri bir şüşə qab vardı. Görünür, Gon­bul da bütün qadınlar kimi turşuya qoyulmuş yeməkləri sevirdi.
Bu qızın yola götürdüyü bütün azuqəsini yeyib onunla danışma­maq olmazdı. Ona görə də söhbət qızışdı. Əvvəlcə təmkinlə söh­bətə başladılar, sonra Gonbulun özünü çox ədəbli apardığım gördü­lər və tam sərbəst şəkildə söhbət getdi. Yüksək cəmiyyətin qayda­larını çox gözəl bilən qrafinya de Brevil və xanım Karre-Lamadon çox incə bir mehribanlığa başladılar. Xüsusən qrafinya kiminlə söhbet edir etsin, öz ləyaqətini itirmeyəcəyinə əmin olan bir zadəgan xanımı kimi özünü çox fıisunkarcasına aparıb iltifat göstərməyə baş­ladı. Amma jandarma kimi amansız qəlbi olan xanım Luazo inadından dönmədi, söhbətə o qədər də qarışmadı, lakin yeməyindən qalmadı.
Söhbət, heç şübhəsiz, müharibədən gedirdi. Prussiyalıların qəd­darlığından, fransızların qoçaqlığından danışırdılar. Baş götürüb qaç­maqla düşmənin elindən yaxalarım qurtaran bu cənablar əsgərlərin cəsarətinə lazımi qiymət verirdilər. Sonra mövzunu dəyişdirib öz şexsi vəziyyətlərindən söhbət açdılar. Gonbul dərhal pozğun qadın­lara xas olan həqiqi həyəcan və hərarətlə başına gələn işlərdən, keçirdiyi sarsıntılardan danışdı ve Ruandan nə üçün qaçdığının səbə­bini izah etdi.
- Əvvəlcə, heç yerə getmək istəmədim. Evimdə yemək-içmək vardı, hər şey bol idi. Baş götürüb qaçmaqdansa evdə qalar, iki-üç əsgəri də saxlayar, onları yedirdib-içirdə bilərdim. Amma onları, bu prusları görəndə özümü ələ ala bilmədim, hirsimdən dişlərim bağırsaqlarımı kəsdi və mən bütün günü axşamacan evdə oturub acığımdan, həyadan ağladım. Allahın altında kişi olaydım, onda onların başına bir oyun açardım ki! Mən onlara - şiş uclu dəbilqə geyinmiş bu axtalanmış donuzlara pəncərədən baxırdım. Qulluqçu əllərimdən yapışmışdı. Qorxurdu ki, evdə nə varsa, hamısı götürüb onların başına tökərəm. Sonra onlar mənim evimə gəldilər, içəri girən kimi qabağıma çıxanın boğazından yapışdım. Almanı boğmaq başqa­sını boğmaqdan çox asandır. Men onu boğub öldürəcəkdim, amma saçımdan dartırdı. Bundan soma qaçıb gizləndim və fürsət tapan kimi aradan çıxdım. İndi də gördüyünüz kimi, sizinlə bir yerdəyəm.
Onu tərifləməyə başladılar. Gonbul o qədər də qoçaqlıq göstər­məyən yol yoldaşlarının gözündə böyüdü və Komyude, dindar bir adamın Allaha minnətdarlıqla dolu olan duasına qulaq asan ruhani
•>£D 21
kimi, apostol iltifatı ve təqdiri ilə dodaqlarında təbəssüm qıza qulaq asmağa başladı. Ona görə ki, uzun saqqallı demokratlar, dini məsə­lələri öz əlinə alan ebalı ruhanilər kimi, vətənpərvərlik məsələlə­rini, göz dəyməsin, tam inhisarda saxlayırdılar. Komyude danışmağa başladı, özü də nəsihətamiz tərzdə, hər gün divarlara yapışdırılan bəyannamələrdən götürülən təmtəraqlı cümlələrlə danışdı və öz monoloqunu “əclaf Badenqe”1 divan tutmağa çağırışlarla qurtardı.
Amma Gonbul Bonapart tərəfdan olduğu üçün dərhal özündən çıxdı. Gilənar kimi qıpqırmızı oldu. Hirsindən dili topuq çala-çala sözləri yağdırmağa başladı:
- Mən sizin kimi ağalan onun yerində görmək istərdim. Bə nə, göz dəyməsin, sizin hamınız çox yaxşı adamlarsınız! Axı onu siz satdınız! Əgər ölkəyə sizin kimi araqarışdıranlar başçılıq etsə, ağa­lığı öz əllərinə alsa, Fransadan baş götürüb qaçmaqdan başqa çıxış yolu qalmaz.
Komyude təmkinini pozmadı. Təkəbbür və nifrətlə gülüm­sündü. Bir az da keçsəydi, söhbətin axın söyüşə çevriləcəkdi. Qraf bunu hiss edib İşə qarışdı, özündən çıxmış qızı güc-bəla ilə sakit­ləşdirdi və amiranə tərzdə dedi ki, hər hansı bir səmimi fikrə hör­mət etmək lazımdır, Amma qrafinya ilə fabrikantın arvadı respublika quruluşuna qeyri-iradi nifrət bəsləyən bütün yüksək mənsubiyyətli adamlar kimi, eləcə də qadınlara məxsus bir məftunluqla, kortəbii şəkildə, müstəbid quruluşlu hökumətə pərəstiş etdiklərinə görə, istər-istəməz özünü bu cür ləyaqətlə aparan və təxminən onların ürəyindən keçənləri deyən bu qıza rəğbət bəsləməyə başladılar.
Səbət boşaldı. On nəfər asanlıqla onun İçindəki yeməkləri aşır­dılar və səbətin balaca olmasına təəssüf etdilər. Yemək qurtarandan sonra əvvəlki kimi maraqla olmasa da, xeyli söhbet etdilər.
Axşam düşür, şər qarışırdı. Yeyilənlərin həzm olunması zamanı daha çox hiss edilən soyuq, köklüyünə baxmayaraq Gonbula təsir etdi və titrəməyə başladı. Xanım de Brevil bayaqdan bəri bir neçə dəfə kömür qoyduğu qızdırıcı cihazı Gonbula təklif etdi. Gonbulun ayaq­lan donmuşdu, ona görə də xanımın təklifini dərhal qəbul etdi. Xanım Karre-Lamadon və Luazo öz qızdırıcılarını rahibələrə verdilər.
Faytonçu fənəri yandırdı. Ortadakı atların sağrısından qalxan buğ, yolların kənarındakı qarın işığında aydınca göründü. Çöllərin üzərinə sərilmiş ağ örtük - karet irəlilədikcə elə bil titrəşən işıqda bükülüb açılmağa başladı.
Karetin içində göz-gözü görmürdü. Birdən Gonbul ilə Kom­yude tərpəndilər və qaranlıqda onlara göz qoyan cənab Luazoya elə gəldi ki, uzunsaqqal Komyude böyrünə səssiz, lakin ağır dürtmə dəymiş adam kimi, dik atılıb qızdan aralandı.
İrəlidə, yolda işıq göründü. Bu Tot kəndinin işıqlan idİ. On bir saat idi ki, yolda idilər. Əgər buraya, yolda, atların yemləmək və dincəlmək üçün dörd dəfə dayandıqlanna sərf edilən iki saatı da əlavə etsək, düz on üç saat idi ki, yol gəlirdilər. Karet kəndə daxil oldu və “Ticarət mehmanxanası ”nın önündə dayandı.
Qapı açıldı. Birdən sərnişinlər onlara yaxşı tanış olan: yerlə sürün­düyündən cingildəyən uzun qılınc səsini eşidib dik atıldılar, dərhal da almanca danışan adamın sərt səsini eşitdilər.
Karet dayanmışdı, amma heç kəs qorxusundan yerindən tərpən­mirdi. Hamıya elə gəlirdi ki, içəridən çıxan kimi, dərhal onları tutub güllələyəcəklər, Faytonçu əlində fənər gəldi və karetin içinə işıq düşdü. Bu işıqda qorxudan və dəhşətdən bərəlmiş gözlər, açılmış ağızlar və yerlərində tir-tir əsən iki cərgə adam göründü.
İşıq zolağında, faytonçunun yanında, uzun, sarı, həddindən artıq anq, cavan bir alman zabiti dayanmışdı. Korset bağlayan qızlar kimi, kəmərlə mundirinin belini boğmuşdu, çəpəki qoyduğu günlüyü düz, laklı furajkası onu ingilis mehmanxanalanndakı buyruqçu uşaq­lara oxşadırdı. Hədsiz dərəcədə uzun olan bığlarının ucu getdikcə nazilir və gözlə güclə görünən napnazik, ağımtıl tüklə qurtarırdı. Bu bığlar elə bil zabitin ağzının büküləcəklərini basıb sıxır, yanaq­larım, dodaqlarının küncünü basıb aşağı dartırdı.
O, fransızca və aşkar hiss edilən Elzas ləhcəsində, qətiyyətlə əmr etdi ki, karetdən düşsünlər.
- Cənablar, düşməniz münasib deyilmi?
Hamıdan əwel, həmişə İtaət etməyə Öyrənmiş rahibelər səssiz- səmirsiz karetdən düşdülər, Sonra qrafla qrafinya göründü, onların arxasınca fabrikantla arvadı, daha sonra öz qamətli arvadını irəli itələyən Luazo düşdü. Düşən kimi də nəzakətli olduğu üçün yox, qorxusundan zabitə salam verdi:

  • Axşamınız xeyir, cənab.

Zabit bir qəsbkar həyasızlığı ilə ona baxdı və heç nə demədi.
Gonbul ilə Komyude qapının ağzında otursalar da hamıdan sonra çıxdılar və düşmənin önündə özlərini şax tutdular. Gonbul özünü elə almağa və sakit aparmağa çalışırdı. Demokrat xəfifcə titrəyən barmaqları ilə uzun, sarımtıl saqqalmı faciəli şəkildə didişdirirdi. Gonbul ilə öz ləyaqətini saxlamaq istəyirdi ve başa düşürdülər ki, belə şəraitdə, burada qismən də olsa vətəni təmsil edirdilər, elə ona görə də yol yoldaşlarının üzüyolalığı onları qəzəbləndirirdi. Həm Gonbul özünü nəcabətli xanımlardan daha məğrur aparırdı. K.om- yude isə yollan qazdırmağa başladığı vaxtdan boynuna müqavimət hərəkətinin başçılığım götürdüyünü nəzərə çarpdırmaq və başqa­larına nümunə göstərmək məqsədi ilə özünü çəkir və bütün görkəmi ilə şax qatmaq istəyirdi.
Hamı karvansaranın geniş mətbəxinə gəldi, alman zabiti sərni­şinlərin adı, soyadı, peşəsi, əlamətləri qeyd olunan Ruan komen­dantının verdiyi icazə kağızını aldı, kağızda yazılan nişanələri adam­ların həqiqi əlamətlərini yoxlamaq məqsədi ilə bir-bir, uzun-uzadı, diqqətlə onların üzünə baxdı.
Sonra qətiyyətlə “yaxşı” - dedi və bayıra çıxdı.
Sərnişinlər nəfəslərini dərdilər. Acmışdılar, yemək sifariş etdilər. Xörəyin hazırlanması yanm saat çəkdi. İki qulluqçu qız ciddi-cəhdlə biş-düşlə məşğul olduqları vaxt, sərnişinlər binaya baxmağa getdi­lər, Otaqlar, - sonu qəribə və müəmmalı bir otağın şüşə qapısında qurtaran uzun dəhliz boyu cərgələnmişdi.
Nəhayət, yemək hazır olub, adamlar süfrə arxasına əyləşəndə, vaxtilə at alveri edən karvansara sahibinin özü də göründü. Bu, astma xəstəliyinə tutulmuş kök bir kişi idi. Sinəsi daim xışıldayır, bəlğəm boğazında poqquldayırdı. Atasının soyadını götürmüşdü: Folanvi1.

  • Madmazel Elİzabet Russc kimdir? - deyə soruşdu.

Gonbul diksindi və qanrılıb baxdı:

  • Mənəm.

  • Madmazel, prus zabiti dərhal sizinlə danışmaq istəyir.

  • Mənimlə?

  • Madam ki madmazel Elİzabet Rıısse sizsiniz, demək sizinlə.

Qız özünü itirdi, ani olaraq nəsə düşündü və qətiyyətlə dilləndi.

  • Bir bu çatmırdı!.. Getmirəm!

Ətrafdakılar həyəcanlandılar. Belə bir təklifin səbəbini bilməyə çalışdılar. Mübahisə başladı. Qraf qıza yaxınlaşdı:

  • Düz eləmirsiniz, xanım, ona görə ki, sizin rədd cavabınız təkcə Özünüzə yox, yol yoldaşlarınıza da zərər vura bilər. Heç vaxt sizdən güclü olan adama müqavimət göstərməyin. Şübhəsiz, bu çağırışda elə bir qorxulu şey yoxdur, yəqin elə-belə rəsmiyyət üçündür.

Hamı qrafın səsinə səs verdi. Qızı dilə tutdular, yalvarıb- yaxardılar, öyüd-nəsihət verdilər və nəhayət, inandırdılar. Axı hamı belə bir axmaq hərəkətdən sonra vəziyyətin mürəkkəbləşə biləcə­yinə qorxurdu.
Nəhayət, Gonbul dilləndi:

  • Yaxşı, razıyam, ancaq yadınızda saxlayın, yalnız sizə görə razılıq verirəm.

Qrafinya onun əlini sıxdı:

  • Bilirsinizmi, sizə nə qədər minnətdarıq!

Gonbul getdi. Hamı yenidən süfrə arxasına əyləşmək üçün onun otaqdan çıxmasını gözlədi.
Hamı zabitin onu yox, mehz bu hirsli, kəmhövsələ qızı çağır­masından dilxor olmuşdu və əgər, işdir onlan çağırmalı olsa, xəyal­larında cavab vermək üçün şit-şit cavablar hazırlayırdılar.
Nəhayət, on dəqiqədən sonra Gonbul qayıtdı. Onun sifəti qıpqır­mızı idi, həyəcandan güclə nəfəs alırdı, Özündən çıxmışdı və öz- özünə söylənirdi:

  • Əclafın biri əclaf, bir bunun iştahından keçənə bax!

Nə baş verdiyini bilmək üçün hamı qızın üstünə atıldı. Amma o bir kəlmə də demədi, nəhayət, qraf təkid etdikdə böyük bir ləyaqətlə:

  • Bunun sizə dəxli yoxdur, - deyə cavab verdi, - mən onun söz­lərini sizə deyə bilmərəm.

Belə olduqda hamı, içindən ətrafa kələm qoxusu yayılan iri kasa­nın ətrafına cəmləşdi. Belə bir həyəcanlı hadisənin baş verməsinə baxmayaraq, iştahla çörək yedilər. Alma şərabı ləzzətli idi və Luazo İlə arvadı, həmçinin rahibələr bu ləzzətdən tez məhrum olmamaq üçün şərabı qurtum-qurtum içirdilər. Qalanları başqa çaxır sifariş etdilər, Komyude isə pivə istədi. O, özünəməxsus xüsusi bir əda ilə çüşenin tıxancını açar, pivəni köpükləndirər, stəkanı əvvəlcə əyər,
sonra yuxarı qaldırıb içkinin rəngini daha yaxşı görmək üçün çıra­ğın işığına tutardı. O içki içəndə şəraba, ya da pivəyə bulaşıb rən­gini dəyişən uzun saqqalı xəfifcə titrəyər, gözünü qıyıb krujkaya zilləyər və bu an elə bil dünyaya ancaq yeganə bir iş üçün: şərab içmək üçün gəldiyini dərk edib, vəzifəsini böyük bir ləzzətlə yerinə yetirərdi. O, həyatım dolduran iki böyük ehtirası: şəffaf el1 içməyi və inqilabi fəaliyyəti xəyalən birləşdirir və birinin dadına baxanda o birini yaddan çıxartmırdı.
Cənab Folanvi arvadı İlə birlikdə stolun lap qurtaracağında otu­rub şam edirdi. Kişi köhnə parovoz kimi fısıldayırdı. Sinəsi elə xışı)- dayırdı ki, yemək zamanı ağzım açıb bir söz deyə bilmirdi, amma arvadı bircə an danışığına ara vermirdi. O, prussiyalılara rast gələn­dən sonra gördüyü bütün məsələlərdən: onların nə etdiklərindən, nə söylədiklərindən danışır və iki oğlu orduda olduğuna görə, həm də prussiyalılar onu böyük xərcə saldıqları üçün onlara nifrət edirdi. Danışanda ən çox da qrafiniyaya müraciət edirdi, çünki belə bir nəca­bətli qadınla söhbət etməkdən xoşu gəlirdi.
O, gülməli bir şey danışanda səsini alçaldırdı, əri isə tez-tez onun sözünü kəsirdi.

  • Madam Folanvi, danışmasan yaxşı olar.

Ancaq o, erinə əhəmiyyət vermədən sözünə davam edirdi.

  • Beli, xanım, bunlar ancaq donuzu kartofla, kartofu da donuzla yeməkdən başqa bir şey bilmirlər. Onların təmiz, mədəni insanlar olması haqqında deyilənlərə inanmayın. Qətiyyən elə deyil, ayıb olmasın, hər yeri murdarlayırlar. Siz onların bütün günü, səhərdən axşama qədər necə təlim keçdiklərini bircə görəydiniz: hamısı düzən­liyə yığışır, soma irəli-geri gedirlər, o yana dönürlər, bu yana gəlirlər. Bundansa yaxşı olardı ki, evlərində oturaydılar, yer şumlayaydılar, yol salaydılar. Eh xanım, hələ dünyada bu hərbçilərdən heç kəs xeyir gör­məyib. Bilmirəm, bu bədbəxt camaat, əlindən adam öldürməkdən başqa heç bir İş gəlməyən bu adamlara niyə müftə yerə çörək verir­lər? Mən savadsız qoca arvadam, mən heç, amma səhərdən axşama qədər onların əldən düşərək, ayaq döydüklərini görəndə öz-özümə fikirləşirəm: “Bax, elə adamlar var ki, camaata xeyir verməkdən örtü cürbəcür kəşflər edirlər, bəs belələri - xalqa ziyan vurmaqdan ötrü dəridən-qabıqdan çıxanlar kimə və nəyə lazımdır?” Məgər kim olur olsun: istər prus, istər ingilis, istər polyak, istərsə də fransız olsun, adam öldürmək mənfurluq deyilmi? Əgər səni bir adam təhqir etdi­yinə görə ondan intiqam alıb öldürürsənsə, sənə cəza verirlər, demək adam öldürmək pis şeydir, amma bizim övladlarımızı quş kimi qırıb tökürlər, buna heç kəs, heç nə demir, əksinə, çoxlu adam öldürənlərə orden verirlər. Demək, onlar yaxşı iş görürlər? Yox, ele deyil, bilirsi- nizmi, mən bu işlərdən heç nə başa düşə bilmirəm.

Komyude ucadan dilləndi:

  • Dinc dolanan qonşuya hücum edib müharibə başlamaq vəhşi­likdir, amma vətəni müdafiə etmək müqəddəs borcdur.

Qan başını aşağı saldı.

  • Düzdür, vətəni müdafiə etmək lazımdır, amma öz xeyri üçün müharibə törədən kralların hamısını qırmaqdan yaxşı şey yoxdur.

Komyudenin gözləri oynadı:

  • Afərin, xanım! - deyə qışqırdı.

Cənab Karre-Lamadon çaşıb qalmışdı. O, məşhur sərkərdələri ilahiləşdirib pərəstiş etsə də, bu qoca kəndli arvadının sözlərindəki ağıllı fikirləri dinlədikdən sonra düşünməyə məcbur olurdu ki, doğrudan da, bu saat mənasız yerə çəkilən zəhmətlər gərəkli bir işə sərf edilsə, qurub-yaratmaq əvəzinə vurub dağıdan əllər xeyirli bir işdən yapışsa, boş yerə çəkilən zəhmətlərin hamısı heyata keçi­rilməsi yüz illərlə vaxt lazım olan böyük işlərə sərf edilsə, insanlara nə qədər firavanlıq gətirərdi.
Luazo yerindən qalxdı, aşxana sahibinin yanında oturdu və pıçıltı İlə danışmağa başladı. Y ekəqarm aşxana sahibi qonşusunun zarafa­tından qəşş etdi, boğulub öskürdü, güldükcə piyli qamı atılıb düş­məyə başladı. Aşxana sahibi ilə Luazo dərhal sövdələşdilər. Aşxana sahibi ondan altı çəllək bord şərabı aldı və qərara gəldi ki, yazda gətirər. O, əmin idi ki, prussiyalılar yaza qədər çıxıb gedəcəklər.
Yemək qurtaran kimi sərnişinlər dağılışıb yatmağa getdilər.
Bəzi şeylərə göz qoyan və ürəyinə şübhə daman Luazo arvadını yorğan-döşəyə uzandırdıqdan sonra astaca qapıya yaxınlaşdı, gah açar yerindən bayıra baxdı, gah qulağım deşiyə yaxınlaşdırıb dinlədi və Özünün dediyi kimi “dəhlizin sirrini” Öyrənməyə çalışdı.
Təxminən bir saatdan sonra şıqqıltı eşitdi, tez açar yerindən baxdı, mavi kişmiri parçadan ağ krujevalı xələt geymiş və bu paltarda daha yaraşıqlı görünən Gonbulu gördü. Onun əlində şam vardı və dəhlizin sonundakı müəmmalı otağa doğru gedirdi. Elə bu vaxt lap yaxındakı qapılardan biri açıldı və azacıq sonra Gonbul geri qayı­danda aşırmalı şalvar geyinmiş Komyude qızm dalınca düşdü. Onlar pıçıldaşdılar və dayandılar. Belə başa düşmək olardı ki, Gonbul öz qapısını ləyaqətlə qoruyur və heç kəsi içəri buraxmaq istəmir. Çox təəssüf ki, Luazo onların nə danışdığım ayırd edə bilmirdi. Amma azacıq sonra onların səsi ucaldı və Luazo bəzi sözləri aydın eşitdi. Komyude qızı dilə tuturdu, onu yola gətirməyə çalışırdı:

  • Bura bax, axmaqlıq eləmə, burada nə var ki?

Onun bu hərəkətinə Gonbul açıq-açığına hirslənmişdi:

  • Yox, mənim əzizim, elə anlar olur ki, belə şeylərə yol vermək olmur. İndiki halda, belə vəziyyətdə bele şeyə yol vermək ən azı rüsvayçılıqdır.

O, deyəsən qızın dediklərini başa düşmədi və “axı niyə?” deyə soruşdu. Gonbul onun sözlərini eşidəndə açıq-aşkar hirslənib səsini qaldırdı:

  • Niyə? Başa düşmürsünüz, niyə? Bəlkə, binada, elə lap qonşu otaqda prussiyalı var?

Komyude susdu. Fahişə qızın vətənpərvərlikdən doğan bir həya hissi İlə düşmən olan yerdə kişini özünə yaxm qoymamağı görünür, onda zəifləməkdə olan şəxsi ləyaqət hissini oyatdı, elə buna görə də qızı öpməklə kifayətləndi və səssizcə çıxıb öz otağına getdi.
Bu səhnəyə tamaşadan bədəni istiləşən Luazo açar yerindən uzaqlaşdı, havada ayaqlarını bir-birinə vuraraq hoppandı, gecə papa­ğını geyindi, arvadının yorğanmı qaldırıb yanına girdi, onu öpüşlərlə oyatdı və ehtirasdan titrəyən səslə pıçıldadı:

  • C anım-ciyərim, sən meni sevirsənmi?

Bundan sonra binaya dərin bir sükut çökdü. Amma azacıq sonra ya çardaqda, ya da zirzəmidə, haradasa şiddətli, yeknəsəq, ahəng­dar bir xorultu başladı. Elə bil poqquldayan buxar qazanından boğuq, uzun bır uğultu qopdu. Bu cənab Folanvimn xorultusu idi.
Səhər saat səkkizdə yola düşmək qərara alındığından, düz vax­tında hamı mətbəxə toplaşdı. Lakin üstünə qar yağmış karet heyə­tin ortasında dayanmışdı. Nə at qoşulmuşdu, nə de faytonçu gözə dəyirdi. Onu tövlədə, samanlıqda, ot tayalanmn arasında axtardılar, tapa bilmədilər. Belə olduqda kişilər ətrafı yoxlamağı qərarlaşdılar
və karvansaradan çıxdılar. Gəzə-gəzə gəlib bir meydançaya çatdılar. Meydançanın sonunda kilsə, yanlannda isə iki cərgə alçaq evlər vardı. Evlərdə prus əsgərləri görünürdü. Onlar gördülər ki, əsgərlərdən biri kartof soyur, o biri bir az aralıda dəllək dükanının döşəməsini yuyur, üz-gözünü saqqal basmış bir başqası isə ağlayan bir uşağın üzütldən öpür, dizinin üstünə alaraq onu sakitləşməyə çalışırdı. Ərləri “döyü­şən orduda” olan kök kəndli arvadları tez-tez işarələr edib, özlərini müti qaliblərinə nə iş görmək lazım gəldiyini: odun yarmaq, qəhvə əzmək, şorba bişirmək - göstərirdilər. Əsgərlərdən biri hətta qoca­lıb əldən-ayaqdan düşmüş bir qarının paltarlarını yuyurdu.
Təəccüblənmiş qraf keşişin evindən çıxan bir ruhanidən bunun nə iş olduğunu soruşdu. Kilsənin köhnə qurdu cavab verdi:

  • Bu əsgərlər o birilərinə oxşamırlar, sakitdirlər, özləri deyi­lənə görə heç prussiyalı da deyillər. Düzünü bilmirəm hardandırlar, ancaq onu bilirəm ki, uzaqdandırlar, bir az o tərəflərdəndirlər. Onla­rın özlərinin də evdə arvad-uşaqları qalıb, bəm də müharibədən bir şey qazanmırlar. Yəqin ki, bunların arvadları da orada ərlərindən ötrü göz yaşları axıdırlar. Burada olduğu kimi oralar da qarmaqa­rışıqlıqdır. Hələlik bizim bu əsgərlərdən şikayətlənməyə əsasımız yoxdur. Bizo bir pislikləri keçməyib, başlarını aşağı salıb, öz evlə- rindəki kimi işləyirlər. Necə olursa olsun, ağa, gərək kasıblar bir- birinin əlindən tutsun.,. Özünüz yaxşı bilirsiniz ki, müharibəni kasıb­lar yox, varlılar törədir,

Komyude qaliblərlə məğlublar arasında yaranan bu cür səmimi ünsiyyətdən hirsləndi, burada faytonçunu axtarmaqdansa qayıdıb aşxanada oturmağı lazım bildi və getməzdən əvvəl zarafatla ürə­yindəkini dedi:

  • Onlar doğub törəyənlərə kömək edirlər.

Cənab Karre-Lamadon ciddi tərzdə etirazını bildirdi:

  • Onlar kainatın boş qalmaması üçün əlləşirlər.

Faytonçu görünmürdü. Nəhayət, onu kənd meyxanasında, bir zabit nökəri İlə oturub qardaşcasma yeyib-içən yerdə tapdılar.
Qraf:

  • Məgər, sizə saat səkkizdə atları qoşmağı əmr etməyiblər? - deyə soruşdu.

  • Bəli, ancaq sonra əmri dəyişdirdilər.

  • Nə dedin?

  • Dedilər ki, atları heç qoşmayacaqsan.

  • Bunu kim əmr edib?

  • Necə yəni kim? Prus komendantı.

  • Niyə?

  • Mən haradan bilim? Gedin, Özündən soruşun, icazə vermirlər, mən də atları qoşmuram, vəssalam!

  • O bunu sənə Özü dedi?

  • Yox, cənab, əmri onun adından aşxana sahibi dedi.

  • Nə vaxt?

  • Dünən axşam, yatmazdan əvvəl.

Sərnişinlərin üçü də böyük həyəcanla geri qayıtdı.
Cənab Folanvini çağırmağı qərara aldılar, ancaq qulluqçu qız dedi ki, astması olduğundan o saat ondan tez yuxudan durmur. Dönə- dönə tapşırıb ki, bircə yanğından başqa, qalan vaxtlarda onu tez oyat­masınlar.
İstədilər zabitlə görüşsünlər, amma o burada, karvansarada yaşasa da, onunla görüşmək müşkül iş idi, çünki belə məsələlər barədə zabitlə danışmaq ixtiyarı yalnız cənab Folanviyə verilmişdi.
Gözləməyi qərara aldılar. Arvadlar öz otaqlarına çəkilib xırda- xuruş işlər görməyə başladılar.
Komyude mətbəxdə, alovlanan ocağın yanında yerini rahatladı. O əmr etdi ki, yemək otağından bir stol və bir şüşə pivə gətirsinlər, dərhal da demokratlar arasında sahibi qədər hörmət qazanmış qəl­yanım çıxartdı. Elə bil bu qəlyan sahibinə xidmət göstərəndə birbaş vətənin özünə də xidmət göstərirdi. Oda davamlı ağacdan qayrılmış bu qəlyan çoxdan çəkildiyindən sahibinin dişi kimi qaralmışda, amma əyri müştüklü bu qəlyan indi parıldayırdı, ətrafa ətir saçırdı, sahibinin əlində yaraşıqlı görünürdü, qəlyan ona, o da qəlyana yaraşırdı və onu qəlyansız təsəvvür etmək çətin idi. Gözünü gah ocağm alovuna, gah da pivənin rənginə zilləyib dayanırdı. Hər dəfə pivədən bir qurtum içəndən sonra sümüyü çıxmış uzun barmaq­larını yağlanmış, pırpız saqqalının tükləri arasına salır və dili İlə bığına bulaşmış pivə köpüyünü yalayırdı.
Luazo ayaqlarının üyüşüyünü almaq bəhanəsi ilə karvansaradan çıxdı. Əslində, onun məqsədi yerli alverçilərlə görüşmək ve onlarla sövdələşib çaxır satmaq İdi. Qrafla fabrikant siyasətdən söhbet et­məyə başladılar. Fransanın gələcək taleyi haqqında öz mülahizelə- rini söylədilər. Biri orleanlara ümid bəsləyirdi, o biri isə ən ağır dəqiqələrdə peyda olacaq xilaskara. Kİm bilir, bəlkə, yeni bir dü Qeklen, Janna d'Ark va ya I Napoleon meydana çıxacaqdı? Kaş, imperatorun oğlu balaca olmayaydı. Komyude onlara qulaq asaraq taleyin işini əvvəlcədən bilən bir adam kimi gülümsünürdü. Onun qəlyanının iyi mətbəxə dolmuşdu.
Saat onda cənab Folanvi gəldi, Dərhal onu sorğu-suala tutdular. O, eyni sözləri, bir kəlmə də dəyişmədən, bir neçə dəfə təkrar etdi:

  • Zabit mənə belə dedi: “Cənab Folanvi, bu sərnişinləri aparan faytonçuya atlan qoşmağa icazə verməyin. Menim xüsusi sərəncamım olmadan onlann getməsini istəmirəm, başa düşdünüz? Vəssalam”.

Iş belə olanda zabitin yanına getməyi qərarlaşdırdılar. Qraf ona vizit kağızını göndərdi, cənab Karre-Lamadon da həmin kağıza öz adını, soyadmı və bütün rütbələrini yazdı. Prus zabiti cavab gön­dərdi ki, onları yalnız səhər yeməyindən sonra yəni saat birdən sonra qəbul edə bilər.
Xanımlar da gəldilər. Qanları qara olsa da sərnişinlər yüngülcə yemək yedilər. Gonbul deyəsən xəstələnmişdi ve çox həyəcanlı idi.
Qehve içəndən sonra zabitin nökəri qrafla fabrikantın dalınca gəldi.
Luazo onlara qoşuldu və zabitin yanına gedən dəstənin daha əzəmətli görünməsi üçün Komyudeni də özləri ilə aparmaq İstə­dilər. Ancaq o, almanlarla heç bir danışığa girmək niyyətində olma­dığını qürurla elan etdi və bir şüşə də pivə sifariş edib, ocağın kəna­rında əyləşdi.
Üç kişi ikinci mərtəbəyə qalxdı. Zabit onları ən yaxşı otaqda, heç şübhəsiz, evini qoyub qaçmış və o qədər də incə zövqə malik çhnayan bir burjua mənzilindən oğurladığı par-par parıldayan xələtə bürünmüş halda, uzun saxsı qəlyanını tüstülədə-tüstülədə, ayağını buxarıya dirəyib kresloya yayxanmış vəziyyətdə qəbul etdi. O yerin­dən tərpənmədi, salamı almadı və beç onlann üzünə de baxmadı. O öz hərəkətləri ilə qalib pnıslara məxsus böyük bir ədəbsiz ftlduğunu nümayiş etdirirdi və nəhayət, dilləndi:

  • Siz nə istəyirsiniz?

Qraf cavab verdi:

  • Cənab, biz getmək istəyirik.

  • Olmaz,

  • Cəsarət edirəm, bunun səbəbini bilmək olar?

  • Kefim belə istəyir,

  • Cənab, cəsarət edirəm, ehtiramla nəzərinizə çatdırmaq istə­yirəm ki, sizin komendant bizə Dyeppaya qədər getməyə icazə vermimdir və biz, zənnimcə, sizi bu qədər qəzəbləndirən, belə bir ciddi qərar vermənizə səbəb olan, elə bir pis iş görməmişik.

  • Kefim belə istəyir, vəssalam, gedə bilərsiniz.

Hər üçü baş əyib çıxdı.
Gün darıxdırıcı keçdi. Almanın şıltaqlığı anlaşılmaz idi. Hərə­nin ağlına bir fikir gəlirdi. Mətbəxdə oturub vəziyyətlərini hey müza­kirə edir və arayıb cürbəcür səbəblər tapırdılar. Bəlkə, onları girov saxlamaq istəyirlər? Ancaq nəyə görə, nə səbəbə? Nə məqsədlə? Bəlkə, onları əsir eləmək istəyirlər? Bəlkə də, azad olmaq üçün onlardan çoxluca pul istəyəcəklər? Bu fikirdən dəhşətə gətdilər. Ən çox qorxanlar varlılar oldular. Onlar canlarını qurtarmaq üçün bu həyasız, kobud zabitə qızıl dolu kisələri necə verəcəklərini təsəvvürlərinə gətirdikcə, hallan xaıab olurdu. Onlar varlı olduq­larını gizlətmək, kasıb, həm də lap kasıb adamlar olduqlarını sübut etmək üçün ağlabatan yalanlar uydurmağa çalışdılar. Luazo saatmm zəncirini çıxardıb cibində gizlətdi. Hava qaraldıqca, onlann qorxusu daha da çoxalırdı. Çırağı yandırdılar. Nahar vaxtına hələ iki saat qaldığından xanım Luazo “otuz bır” oynamağı təklif etdi. Bu, bir az onlann başını qata bilərdi. Hamı razı oldu. Hətta Komyude də ədəb və nəzakət naminə qəlyanım söndürüb onlara qoşuldu.
Qraf kartları qarışdmb payladı, Gonbul dərhal otuz bir xal yığdı. Oyuna başlan qarışdı, qorxu yadlarından çıxdı. Ancaq Komyude gördü ki, Luazo ilə arvadı bir-birinə qaş-göz eləyir və oyunda kələk İşlədirdilər.
Nahar eləməyə yığışanda cənab Folanvi yenidən göründü. Onun xınltılı səsi eşidildi:

  • Prus zabiti mənə dedi ki, öyrənim, madmazel Elİzabet Russe hələ də öz fikrindən dönməyib?

Gonbul yerindəcə donub qaldı, rəngi ağappaq oldu ve sonra qıp­qırmızı qızardı. Hirsindən nəfəsi daraldı və dili söz tutmadı. Axırda dözə bilməyib partladı;

  • Gedin o murdara, o həyasız prus köpəkoğluna deyin ki, mən onun dediyinə heç vaxt razı ola bilmərəm, eşitdinmi, heç vaxt, heç vaxt, heç vaxt!

Yekəqarın, kök mehmanxana sahibi getdi. Dərhal Gonbulun başına toplaşdılar, hərə bir tərəfdən sual verdi və qızı dilə tutdular ki, zabitlə aralarında olan söhbəti, bu sirri açıb desin. Əvvəlcə Gon­bul İnad etdi, heç demək istəmədi, amma əsəbləri dözmədi:

  • Nə istəyir?.. Nə istəyəcək, mənimlə bir yorğan-döşəkdə yat­maq istəyir, bildinizmİ, onun iştahından keçən budur!

Bu sözdən heç kəs pərt olmadı, çünki həddindən artıq hiddətli idilər. Komyude qəzəbindən krujkanı stola elə hirslə çırpdı ki, krujka çilik-çilik oldu. Bu əclaf zabitin hərəkətləri hamını qeyzlən­dirdi. Onların qəzəbdən ağızlarından od tökülməyə başladı. Ona, bu həyasız zabitə cavab vermək üçün birləşdilər, elə bil Gonbuldan tələb olunan məsələdə iştirak etmək və hərə öz payım vermək üçün hazır olduqlarını bildirdilər. Qraf ikrah hissi ilə dedi ki, bunlar özlərini qedim vəhşilərdən də pis aparırlar. Xüsusilə qadınlar Gon­bulun halına yanıb dərdinə şərik oldular. Öz otaqlarından ancaq yeməkdən-yeməyə çıxan rahibələr başlarını aşağı salıb susdular.
Aradan bir az keçdikdən və əsəbləri bir qədər sakitləşdikdən sonra nahar eləməyə başladılar. Nə qədər çalışdılarsa da, bir sözün ucundan tutub söhbət edə bi/mədiier. Hamı düşüncəyə dalmışdı.
Xanımlar nahardan sonra tələsik öz otaqlarına getdilər. Papiros çəkməyə qalan kişilər isə qumar oynamağa başladılar, zabiti ina­dından döndərmək üçün məsləhət almaq məqsədilə cənab Folan- vini də oyuna dəvət etdilər. Amma mehmanxana sahibindən heç nə öyrənə bilmədilər. O, heç nə eşitmir, heç kəsə cavab vermir, oyuna girişərək tez-tez:

  • Cənablar, oynayın, oyununuzu oynayın! - deyirdi.

O elə qızışmışdı ki, hayxırağını tüpürməyi belə unutmuşdu, Ona görə də dolmuş sinəsi körük kimi xışıldayırdı. Onun sinəsindən cür­bəcür səslər çıxırdı. Gah yoğun xırıltı, gah da yenicə banlamaq istə­yən xoruz-beçə səsi kimi cır səslər çıxırdı.
Yorğunluqdan ayaq üstə güclə dayanan arvadı dalınca gəlib onu yatmağa çağıranda da Folanvİ getmədi. Arvadın əlacı kəsilib Özü təkcə yatmağa yollandı, çünki o, budaqda yatan quş kimi səhər tez- den, gün doğmamış yuxudan durardı. Əri isə gec yatar, dostları ilə lap səhərə qədər oturmağı sevərdi. Folanvi arvadının arxasınca; “Menə qoqlu-moqlu çal və sobanın üstünə qoy”, deyə qışqırdı və yenə də oynamağa başladı. Sərnişinlər ondan söz qoparmağın müm­kün olmadığını gördükdə yatmağın vaxtı çatdığını qərara aldılar və dağılışıb hər kəs öz otağına getdi.
Bu iyrənc karvansarada bir gün də ləngiyə biləcəklərindən qor­xuya düşən və ona görə də getmək arzusu daha da şiddətlənən sər­nişinlər ertəsi günü, ümidləri az olsa da, səhər tezdən oyandılar. Əfsus ki, atlar yenə tövlədə idi və faytonçu gözə dəymirdi. Əlacsız qalıb karetin ətrafında xeyli dolandılar.
İştahsız və könülsüz halda səhər çörəyini yedilər. Hiss olunurdu ki, Gonbula münasibət bir az soyumuşdu, deyəsən, gecə götür-qoy etmişdilər ve fikirlər dəyişmişdi. İndi, demək olar ki, onlarm hamısı qızm necə xəlvətcə prus zabiti ilə görüşüb yoldaşlarının oyanma­sına qədər xoş bir sürpriz hazırlamadığına görə hirslənmişdilər. Burada çətin nə vardı ki? Bir de bu işdən axı kim xəbər tutacaqdı? O, prus zabitinə el gözünə deyə bilərdi ki, bu işə məyuslaşmış yol yoldaşlarının xatirinə razılıq verir. Bu Gonbuldan ötrü çox asan və mənasız işdir. Ancaq hələ heç kəs ağlından belə şeylər keçdiyini boynuna almaq istəmirdi.
Günortadan sonra darıxıb əldən düşdüklərinə görə, qraf bir az çıxıb dolanmağı təklif etdi. Buxarının qırağında oturmağı hər şey­dən üstün tutan Komyude ve bütün günü kilsədə, ya da keşişin yanında keçirən rahibələrdən başqa qalanları möhkəmcə bürünərək yola düşdülər.
Gündən-günə şiddətlənən şaxta qulaqları, burunları kəsirdi. Ayaqları donduğundan addım ata bilmirdilər. Onlar düzənliyə çatan­da ağ örtük altına sərilmiş çöllər elə məşum göründü ki, dərhal onlan qüssə bürüdü, ürəkləri sıxıldı və geri döndülər. Xanımlar qabağa düşdülər, üç kişi isə onların dalınca addımladı. Vəziyyəti gözəl başa düşən Luazo birdən:

  • Bu fahişənin ucbatından biz bu viranxanada çoxmu qalacayıq? - deyə soruşdu.

Həmişə ədəb-ərkan gözləyən qraf:

  • Belə bir təhqiramiz işə qadını məcbur etmək olmaz, - dedi. - Bu iş gərək xoşluqla olsun, onun öz razılığı ilə.

Ancaq cənab Korre-Lamadon qeyd etdi ki, əgər deyilən kimi olsa, yəni fransızlar Dyeppadan keçib əks hücuma başlasalar, vuruşma mütləq Totda olacaq. Bu fikir onun müsahiblərini qorxuya saldı.

  • Piyada qaçıb getsək, necə olar? - deyə Luazo dilləndi.

Qraf çiyinlərini çekdi:
- Nə danışırsınız, belə qarlı havada, özü də arvadlarla? Bundan başqa dərhal dalımızca adam göndərər, onca dəqiqədən sonra tutub əsir alarlar və bizi əsgərlərin ixtiyarına verərlər.
Bu söz ağlabatan idi. Hamı susdu.
Xanımlar geyim-kecimdən söhbət edirdilər. Amma deyəsən aralarında pərtlik vardı.
Birdən küçələrin qurtaracağında bir zabit göründü. Üfüqə qədər uzanan qarlı çöllərin işığında, onun eşşekansma oxşayan uzun bədəni aydınca seçilirdi. O, silinib təmizlənmiş uzunboğaz çəkmələrinin palçığa bulanmasından ehtiyat edən bir hərbçi vərdişi ilə dizlərini qatlaya-qatlaya irəliləyirdi.
Zabİt xanımlara yaxınlaşanda təzim etdi və kişilərə şübhə ilə baxdı. Onlar isə şəxsi ləyaqətlərini saxlayıb şlyapalarını çıxartma­dılar. Təkcə Luazo az qalmışdı ki, əlini papağına uzatsın.
Gonbul qulağının dibinəcən qızardı. Onunla yanaşı gedən ərli üç xanım isə kobud zabitin onları, bir yataqda yatmaq istədiyi küçə qızı ilə bir yerdə görməsindən özlərini təhqir olunmuş sayırdılar.
Dərhal zabitin görkəmi, onun sir-sifəti, boy-buxunu haqqmda söhbətə başladılar. Həyatı boyu çox zabitlər görüb yola salan və onlann yaxşı-pisindən başı çıxan xanım Karre-Lamadon dedi ki, bu prus zabiti o qədər də pis kişi deyil, hətta təəssüfləndi ki, əgər o fransız olsaydı, arvadların ağlını yerindən oynadan gözəl bir qusar ola bilərdi.
Gəzintidən qayıtdıqdan sonra bilmədilər nə iş görsünlər. Hətta hər balaca, mənasız məsələdən ötrü bir-birlərini acılamağa başla­dılar. Sakitcə və tələsik nahar etdilər və dərhal da otaqlara dağılışıb yatmağa getdilər ki, vaxtı öldürsünlər.
Ertəsi gün səhər tezdən, sərnişinlər yuxudan durub yemək ota­ğına toplaşanda yorğun və qəzəbli görkəmləri vardı. Xanımlar Gon­bulun üzünə baxıb onunla kəlmə belə kəsmək istəmədilər.
Kilsə zəngi çalındı. Deyəsən, uşaqları xaç suyuna çəkmək məra­simi olacaqdı. Gonbulun bir uşağı vardı. İvetoda bir kəndli qadmına saxlamağa vermişdi. Onun üzünü ilde bircə dəfə ancaq görürdü ve çalışırdı ki, balasını yadına salmasın. Amma indi kilsədə zəng səda­ları altında kiminsə körpə uşağının xaç suyuna çəkiləcəyini bildikdə, birdən-birə Gonbulun qəlbində doğma balasına qarşı mehriban analıq duyğusu baş qaldırdı və kilsədə keçirilən ayində mütləq işti­rak etmək fikrinə düşdü.
Gonbul gedən kimi otaqdakılar bir-birinin üzütıe baxdılar ve dər­hal qərara gəlmək vaxtının çatdığını hiss edərək, baş-başa verdilər. Luazonun beyninə belə bir fikir gəldi: prus zabitinə demək lazımdır ki, təkcə Gonbulu tutub saxlasın, qalanlarına isə getməyə icazə versin.
Cənab Folanvi onların sözünü zabitə çatdırmağa razı olub yuxarı çıxdı və dərhal da geri qayıtdı. İnsanların təbiətinə yaxşı beləd olan prussiyah mehmanxana sahibini qapıdan qovmuş və demişdi ki, onun arzusu yerinə yetirihnəyincə, sərnişinlərin heç birini buraxan deyil.
Bu sözü eşidən kimi xanım Luazonun mərifəti bütün çılpaqlığı ilə meydana çıxdı:

  • Biz burada qocalana qədər oturub gözləyəsi ha deyilik? Bu qəhbənin sənəti rastma gələn kişilərlə bir yorğan-döşəkdə yatıb durmaq deyilmi, indi niyə özünü çəkir, niyə zabitin təklifini rədd edir, buna onun nə ixtiyarı var? Sən bir buna bax, Ruanda yorğanın altma salmadığı kişi qalmayıb, üzü üzlər görüb, hətta faytonçularla yatıb durub, indi buna nə olub? Bəli, xanımlar, mən onun dabbağda gönünə bələdəm, onu lap yaxşı tanıyıram, həmişə bizim dükandan çaxır alır, öz gözümlə görmüşəm onun faytonçularla mazaqlaşdı­ğını! Amma indi, bizi bu vəziyyətdən çıxartmaq lazım olanda bu həyasız özünü xam qız kimi aparır. Zabit çox mərifətli adamdır. Hər şey onun əlindədir. İstəsə, elə lap bizim üçümüzdən birini seçə bilərdi, amma o, bütün kişilərin altma yıxılmağa hazır olan bu tər­biyəsizdən yapışıb. Kişi qanacaqlı adamdır, ərli qadınlara hörmət eləyir, yoxsa ixtiyar sahibidir, nə İstəsə edə bilər. Bircə dəfə “mən bunu istəyirəm”, - desə, bizi əsgərlərin qabağına salıb yanma apart- dırar və zora salıb başımıza istədiyi oyunu aça bilər.

Xanımlar diksindilər. Qəşəng xanım Karre-Lamadonun gözləri parıldadı, rəngi ağardı, ona elə gəldi ki, prus zabiti onu bu saat zorlayır.
Kənarda söhbət eləyən kişilər qadınlara yaxınlaşdılar. Luazo özündən çıxmışdı və bu yaramaz qızın əl-ayağını sarıyıb düşmənə verməyə hazırdı. Ancaq üç arxadan dolananları səfir olan və zahiri görkəmindən diplomatı xatırladan qraf incə bir yolla hərəkət etmə­yin tərəfdarı idi:

  • Qızı yola gətirmək lazımdır.

Ve onlar sözü bir yerə qoydular.
Arvadlar baş-başa verdilər. Səslərini alçaltdılar və hər kəs öz fikrini söyləməyə başladı, özü də hər şeyi qaydasmda elədilər. Ən pis, nalayiq işlərdən danışanda da çox incə ifadələr tapıb işlədir və ədəblə danışırdılar. Onlar sözləri ele ehtiyat və diqqətlə seçirdilər ki, işdən halı olmayan adam onların danışığından heç nə başa düşə bilməzdi. Əslində kübar qadınlarının büründükləri nazik ismət və həya örtüyü ancaq zahiri görkəm ve gözdən pərdə asmaq üçündür. İndi İse onlar özlərini çox sərbəst hiss edir, prus zabiti ilə Gonbulun əhvalatından əməlli-başlı ləzzət alır, ürəklərində əylənir və baş­qasına yemək hazırlayan aşxana aşpazı ehtirası ilə bu məhəbbət əhvalatını quraşdırırdılar.
Bütün bu əhvalatlar o qədər əyləncəli və ləzzətli idi ki, sərni­şinlərin kefi açılmışdı. Qraf əslində çox şit zarafatlar edirdi. Ancaq bu zarafatlara ele incə don geydirirdi ki, hamı gülümsünürdü. Luazo da bir neçə dəfə açıq, ikibaşlı atmaca atdı. Onun belə bayağı sözlə­rindən heç kəs incimədi. Hamı xanım Luazonun kobud şəkildə d&diyi: “Bu qəhbənin sənəti kişilərlə bir yorğan-döşəkdə yatmaq deyilmi, indi özünü niyə çəkir?” sözləri düşünür və bu barədə fikir­ləşirdi. Qəşəng xanım Karre-Lamadon, hətta deyəsən Gonbulun yerinə mən olsaydım, başqalarını rədd etsəm də, bu prus zabitinin sözünü yerə salmazdım, - deyə xəyalından keçirdi də.
Sui-qəsdçilər elə bil mühasirəyə salınmış bir qalanı alacaq- larmış kimi, uzun-uzadı tədbirlər tökürdülər. Hərə boynuna bir iş götürürdü ve kimin nə vaxt, nə cür hərəkət edəcəyi, nə kimi inan­dırıcı sözlər tapıb söyləyəcəyi haqqmda əvvəlcədən şərtləşirdilər. Cürbəcür hücumlar düzəltmək, gözlənilməz basqınlar etmək, kələk­lər qurmaq haqqında əməlli-başlı tədbir tökürdülər ki, bu canlı qalanı düşmənə təslim olmağa məcbur etsinlər. Təkcə Komyude ewəlkİ kimi kənarda dayanaraq, bu sui-qəsddə iştirak etmirdi.
Onların başı bu işə o qədər qarışmışdı ki, Gonbulun içəri gir­məsindən xəbər tutmadılar. Təkcə qraf bunu gördü və “sss” - deyə yoldaşlarını xəbərdar etdi. Onlar gözlərini qıza zillədilər. Gonbul onların qarşısında dayanmışdı. Qızın yol yoldaşları özlərini itirib, səslərini kəsdilər və bir xeyli ağızlarını açıb ona söz deyə bilmədilər. Kübar saxtakarlığına başqalarından daha çox bələd olan qrafinya:
- Xaç suyuna çəkilmə mərasimində maraqlı bir şey vardımı? - deyə soruşdu.
Helə də gördüklərinin təsirindən xilas ola bilməyən Gonbul hamısını: kilsəni, adamlan, onların sir-sifətini, oturuş-duruşunıı yol­daşlarına təsvir etdi ve axırda: - Bəzən ibadət etmək adama elə ləzzət verir ki, - deyə əlavə etdi.
Xanımlar səhər yeməyinə qədər onun ürəyini almaq, sonra da yola gətirmək ümidi ilə qızla çox ehtiyatla davrandılar. Ancaq yemək stolunun arxasına keçən kimi hücuma başladılar. Əvvəlcə ümumən fədakarlıqdan danışdılar. Qədim dövrlərdən misallar gətirdilər, Yudif və Olofemİ yada saldılar, sonra heç dəxli olmadığı halda Lukretsi və Sekstin adım çəkdilər, daha sonra isə bütün düşmən sərkərdələri yatağına salıb öz əsirinə çevirən KJeopatranı xatırladılar, bu tərbi­yəsiz milyonerlər hətta Kapuya gedib öz ağuşlarında Hannibatı, onun sərkərdələrini və muzdlu əsgərləri oxşayan Roma qadınları haqqında öz təsəvvürlərində canlandırdıqları əfsanəvi əhvalatları danışdılar, sonra öz bədənlərini qüdrətli silaha, hökmranlıq alətinə, döyüş meydanına çevirən, öz fədakar nəvazişləri ilə eybəcərləri, ya da nifrət etdikləri hökmdarları özünə ram edən, öz ismət və baki­rəliklərini intiqam hissinə qurban verən bütün cəsur qadınlardan söhbət etdilər.
Həmçinin kübar ailəsindən olan bir ingilis xanımının Bonapartı pis xəstəliyə salmaq məqsədilə qəsdən özünü xestələndirmesi və məşum görüş vaxtı, qəribə təsadüfün: Bonapartm birdən-birə hal­dan düşməsi nəticəsində, bu bəladan xilas olması haqqında dumanlı bir əhvalat da danışdılar.
Bütün söhbətlər çox incə şəkildə, ədəb dairəsində aparılırdı. Ancaq hərdənbir söhbəti daha da qızışdırmaq məqsədilə qəsdən valehedici, heyranlıq bildirən səslər çıxarılırdı.
Deyilənlərdən belə nəticəyə gəlmək olurdu ki, qadınlar ancaq arasıkəsilməyən fədakarlıqlar və yer üzündə yalnız murdar əsgər­lərə kef vermək üçün yaranıblar.
Rahibələr özlərini elə aparırdılar ki, guya dərin fikrə gediblər və heç nə eşitmirlər. Gonbul susurdu.
Ona düz bir gün fikirləşməyə imkan verdilər. Amma indi ona əvvəlki kimi “madam”, - deyə yox, sadəcə “madmazel”, - deyə müraciət edirdilər. Amma heç kəs nə üçün belə etdiklərinin səbə­bini əməlli-başlı bilmirdi. Çox ehtimal ki, qızın yol yoldaşları ara­sında əvvəllər əldə etdiyi hörmətini bir qədər itirdiyini və peşə­sinin biabırçı bir iş olduğunu onun nəzərinə çatdırmaq istəyirdilər.
Süfrəyə şorba verilən kimi, cənab Folanvi göründü və əvvəlki sualını təkrar etdi:

  • Prus zabiti soruşur kı, madmazel Elizabet Russc öz fikrini hələ dəyişməyib ki?

Gonbul qəti cavab verdi:
-Yox.
Nahar vaxtı təşkil olunmuş ittifaq zəifləməyə başladı, Luazo bir neçə yersiz söz işlətdi. Dəridən-qabıqdan çıxaraq, hərə yeni bir yol axtarır, yeni bir şey fikirləşib tapmağa çalışır və qızın iradəsini qır­maq üçün yeni ibrətamiz bir nümunə tapmağa çalışırdı, lakin heç nə fikirləşə bilmirdilər. Elə bu vaxt qrafinya təsadüfənmi, yoxsa dumanlı şəkildə də olsa dinə hörmət etmək niyyəti iləmi, nədənsə, müqəd­dəslərin ibrətamiz həyat tərzlərinə toxunaraq, yaşlı rahibeyə müra­ciət etdi. Axı müqəddəslərin çoxu elə işlər görüblər ki, bu işlər bizim gözümüzdə cinayət hesab edilə bilərdi, amma bu işlər Allah yolunda və ən yaxın adamlarma kömək məqsədi ilə edilibsə, kilsə onlann günahından dərhal keçib. Bu çox güclü dəlil idi, qrafinya bundan istifadə etdi. Bax, bunun ruhaniliyə xas olan üstüörtülü razı­lıq hissindenmi, yoxsa xoşbəxt bir axmaqlıq üzündənmi, yoxsa sefehcesine baş verən xilaskarlıq duyğusundanmı, nədənsə qoca rahibə qıza qarşı edilmiş incəlik və tədbirlə düzəlmiş sui-qəsdi şiddətlə müdafiə etdi. Rahibəni utancaq hesab edirdilər. Sən demə, o çənədən yaman saz, amansız və fikrindən dönməz imiş. Danışılan hadisələr arasındakı incə, eyhamlı əlaqə onu narahat etmirdi. Onun iradəsi dəmir kimi idi. Əqidəsi möhkəm, vicdanı şübhədən uzaq idi. O, İbrahimin verdiyi qurbanı çox təbii hesab edirdi. Çünki hətta göylərdən əmr olsaydı o öz əlləri ilə ata-anasını da öldürərdi. Onun fikrincə, xeyirxah bir niyyətlə edilən cinayətin heç biri Allahın qəzəbinə səbəb ola bilməz. Qrafinya gözlənilmədən onu müdafiə edən bu dini müttəfiqinin dediklərindən çox istifadə etmək məq­sədi ile rahibəni daha çox “Məqsəd vasitəyə bəraət qazandırır” kimi adi, əxlaqi aksiomadan ibrətamiz izahat və nəticə çıxartmağa doğru yönəldir və tez-tez belə suallar verirdi:

  • Müqəddəs ana, demək, siz bu fikirdəsiniz ki, əgər günah xeyirxahlıq məqsədi ilə işlənibsə, Allah onu bağışlayır, eləmi?

  • Buna heç şübhə eləmək olarmı, xanım? Əslində məzəmmətə layiq olan bir sıra hərəkətlər xoş niyyətlə edildiyinə görə təriflənir.

Və onlar elə bu cür: Allahın iradəsini əvvəlcədən duymağa, onun verəcəyi qərarı qabaqcadan bilməyə və Allahın ona heç bir dəxli olmayan işlərə qarışacağını yəqin etməyə çalışa-çalışa söh­betlərinə davam etdilər.
Bütün bunlar üstüörtülü şəkildə, ustalıqla, ədəb dairəsində edi­lirdi. Ancaq rahibə libaslı bu mömin qadının dediyi hər söz Gon­bulun iradəsini sarsıdır, inadını sındırırdı. Sonra söhbətin mövzusu bir qədər dəyişdi, rahibə təsbehini asta-asta çevirərək mənsub olduğu ordenin monastırlarından, baş rahiblərindən, özündən müqəddəs Nikifor cəmiyyətinin sevimli bacısı - rahibəsi olan yanındakı cavan rahibədən danışdı, Onları Qavra hərbi xəstəxanalarında yatan çiçək xəstəliyinə tutulmuş əsgərlərə yardım etməyə, qulluq etməyə çağır­mışdılar. Rahibə xəstəlik haqqında dəqiq söhbət açıb, bədbəxt əsgərlərdən danışırdı. Bir prus zabitinin şıltaqlığına görə onlar burada qalıblar. Amma vaxtında çatsaydılar, bəlkə də bu rahıbələr neçə fransıza şəfa verər, onları ölümdən qurtarardılar. Hərbçiləri müalicə etmək onlann sənəti idi. O, Krımda, İtaliyada, Avstriyada olmuşdu. O öz işlərindən danışa-danışa sübut edirdi ki, qoşıın arxasınca gedən, qızğın döyüş zamanı yaralıları xilas edən, ipə-sapa yatma­yan əsgərləri bircə sözlə, onlann öz komandirlərindən də yaxşı sakitləşdirməyi bacaran cəsur, qorxmaz rahibələrdən biridir. Sübut edirdi ki, o əsil şəfqət bacısıdır. Onun eybəcərləşmiş çopur-çopur sifəti elo bil müharibənin dəhşətlərinin nəticəsini sübut edən bir nümunə idi.
Onun dedikləri elə bir təsir göstərmişdi ki, heç kəs dinib- danışmırdı.
Yeməkdən sonra tələm-tələsik dağılışıb öz otaqlarına çəkildi­lər və ancaq ertəsi günü, gün xeyli qalxandan sonra bayıra çıxdılar.
Səhər yeməyi çox sakit keçdi. Hamı dünən səpdikləri toxumun cücərməsini və meyvəsini gözləyirdi.
Günorta qrafinya gəzməyə çıxmağı təklif eldi. Qraf, əvvəlcədən şərtləşdikləri kimi, Gonbulun qoluna girdi, camaatdan bir az arala­yıb dala qaldı.
O, yenilməz ləyaqətindən, yüksək ictimai vəziyyətindən tənəz­zül edərək, küçə qızları ilə söhbət edən, onlara “mənim əziz balam” deyən təmkinli kişilər kimi, Gonbul ilə açıq, saymazyana, atasayağı söhbət edirdi. O, dərhal məsələnin mahiyyətim izah etdi:

  • Demək siz, işdir-şayəd, prus ordusu məğlub olsa, özünüzü de, bizi də hər cür təhqirə, zorakılığa mütləq düçar etmək üçün burada saxlamaq niyyətindəsiniz? Siz bütün bunlara dözməyə hazırsınız? Ona görə ki, yumşaqlıq, lütfkarlıq eləmək istəmirsiniz, eləmi? Halbuki, ömrünüz boyu kişilərə yumşaqlıq eləmisiniz.

Gonbul heç nə demədi.
Qraf qıza öz dəlilləri, hissiyyatı və nəvazişi ilə təsir göstərirdi. O, özünü həm qraf kimi aparmağı bacarır, həm də nəzakətli olmağı, füsunkarcasma təsir göstərməyi, şirin sözlər yağdırmağı bacarırdı. Qraf qızın edə biləcəyi yaxşılığı şişirdir, özlərinin minnətdarlığını əvvəlcədən bildirirdi.
Qraf birdən qıza “sən” deyə müraciət etməyə başladı.

  • Bilirsənmi, əzizim, prus zabiti səninlə yaxınlıq etdikdən sonra ilk dəfə lovğalanacaq ki, ömründə belə bir qız görməyib. Onun vətə­nində belə qıza çox az təsadüf etmək olar.

Gonbul heç nə demədi, dərhal sürətini artırıb qabaqda gedən yoldaşlarına çatdı.
Geri qayıdan kimi o, Öz otağına çəkildi və bir daha gözə görün­mədi. Hamı bərk narahat oldu. Görəsən nə qərara gələcək?
Əgər inadından dönməsə, evimiz yıxıldı.
Nahar vaxtı çatdı, hamı intizarla qızı gözlədi. Nəhayət, cənab Folanvı gəldi və xəbər verdi ki, madmazel Russe özünü pis hiss edir, onu gözləməyib nahara başlamaq olar. Hamı ehtiyat eləməyə başladı. Axırda qraf mehmanxana sahibinə yaxınlaşdı və pıçıltı ilə soruşdu:

  • Razı oldu?

-Hə.
Nəzakət naminə yoldaşlarına heç nə demədi, yüngülcə başını tərpətməkdə kifayətləndi. Dərhal nəfəslərini dərib yüngülləşdilər və sir-sifətləri açıldı.
Luazo bağırdı:

  • Tra-lya-lya-lya! Əgər bu aşxanada şampan şərabı varsa gəti­rin, pulunu özüm verəcəyəm.

Mehmanxana sahibi əlində dörd şüşə şərab gələndə xanım Luazonun ürəyi sıxıldı. Amma başqalarının qaşqabağı açıldı, deyib- gülməyə, zarafata başladılar. Ürəklərində sevinc coşub daşdı. Elə bil qraf, xanım Karre-Lamadonun qəşəng arvadı olduğunun fərqinə indicə vardı, fabrikant qrafinyaya qulluq etməyə başlad). Söhbət qızışdı, getdikcə daha canlı şəkil aldı, mənalı, yerine düşən zara­fatlar başladı.
Birdən Luazo sifətinə dəhşətli bir ifadə verdi, əllərini yuxarı qaldırıb fəryad etdi:

  • Sakit olun!

Hamı qorxub təəccüb içində susdu. C' isə əllərini oynadıb sakitliyə çağırdı, gözlərini tavana zillədi, yenidən qulaq asdı və sonra sakitcə dilləndi.

  • Rahat ola bilərsiniz, hər şey öz qaydasındadır.

Heç kəs söhbətin nədən getdiyini üzə vurmaq istəmədi, amma dodaqlarda təbəssüm göründü.
On beş dəqiqədən sonra Luazo həmin zarafatı yenidən təkrar etdi və bütün axşamı bu zarafata dönə-dönə qayıtdı. O, guya üst mərtəbədə kiməsə müraciət edir, alverçilərin işlətdiyi sözlərdən, ikibaşlı, eyhamlı ifadələrdən istifadə edərək elə bil kiməsə məs­ləhət verirdi. Bəzən sir-sifətinə yazıq, məzlumanə görkəm verir, “yazıq qız”, - deyə köksünü ötürür, bəzən də qəzəbli hal alıb dişlə­rini qıcıyır və “ax, əclaf prussiyalı”, - deyə hirsini bildirirdi. Adam­lar bu hadisəni yadlarından çıxardanda da Luazo yenidən bir neçə dəfə titrək səslə fəryad qoparıb “bəsdir, bəsdir!” - deyə qışqırdı və sonra öz-özünə danışırmış kimi əlavə etdi:

  • Kaş, onu bir də görmək səadəti bizə nəsib olaydı, kaş, o yaramaz * ızı əldən salıb öldürməyeydi!

Zarafatlar şit və pis niyyətlə edilsə də, heç kəsə toxunmur, əksinə hamının xoşuna gəlirdi. Her şey hiddət də, zarafat da adamların münasibətindən asılıdır. Mehmanxanada isə tədricən sırtıqlıq əmələ gəlmişdi və açıq-saçıq sözlərdən heç kəs incimirdi.
Yeməkdən sonra çərəz veriləndə arvadlar eyhamlı, ikibaşlı söz­lər danışmağa başladılar. Çox içdiklərindən gözləri alışıb yanırdı. Hətta belə hallarda öz təmkinini saxlayan qraf özünə bir qədər sərbəstlik verib indiki vəziyyətlərini polyusda qışlayanlarm vaxtmm qurtarması ilə müqayisə etdi və keçirdikləri halı gəmi qəza­sına uğrayan, nəhayət. Cənuba doğru uzanan yollann üzlərinə açıl­dığını görən insanların sevincinə bənzətdi. Qrafın zarafatı hamının xoşuna gəldi.
Özündən çıxmış Luazo qədəh əlində ayağa qalxdı:

  • Bizim xilas olmağımızın şərəfmə içirəm!

Hamı ayağa durdu və onun dediyinə şərik oldu, hətta rahibələr de xanımların şirin dilinə uyub, ömürlərində dadını bilmədikləri köpüklü şərabdan bir-iki qurtum içdilər və dedilər ki, bu şərab köpüklü limonada oxşayır, ancaq ondan dadlıdır.
Luazo deyilənləri yekunlaşdırdı:
-Heyif ki, fortepiano yoxdur, olsaydı, çalıb oynayardıq!
Komyudc bir kəlmə də danışmadı, yerindən də tərpənmədi. O, ağır düşüncələrə dalmışdı və hərdənbir uzun saqqalını dartışdırır, elə bil onu bir az da uzatmaq istəyirdi. Nəhayət, gccə yarıya yaxm dağılışmağa başlayanda ayaq üstə güclə dayanan Luazo gözlənil­mədən onun qamma bir dürtmə vurdu və dili dolaşa-dolaşa:

  • Niyə bu gün sizin kefiniz yoxdur? - dedi. - Niyə dinib danış­mırsınız, vətəndaş?

Komyude birdən başını qaldırdı, hamını qəzəblə və kəskin baxış­larla süzdü:

  • Bilirsinizmi, sizin hamınız əclaflıq elədiniz!

O, ayağa durdu, qapıya doğru addımladı, dönüb:

  • Bəli, əclaflıq elədiniz! - deyə bir də təkrar etdi və yox oldu.

Əvvəlcə hamı pərt oldu. Karıxmış Luazo ağzmı açıb yerindəcə
dondu, sonra özünə gəldi və qəhqəhə çəkdi:

  • Gözü görür, ürəyi istəyir, ancaq əli çatmır!

Heç kəs heç nə başa düşmədiyinə görə “dəhliz əhvalatını” danışdı. Yenidən hamı şaqqıltı çəkdi. Xanımlar dəlicəsinə şadlan­dılar. Qrafla cənab Karrc-Lamadon gözləri yaşanncaya qədər gül­dülər. Bu hadisəyə inana bilmədilər.

  • Necə, yəqin bilirsən ki, o Gonbulu...

  • Bəli. Sizə deyirəm ki, öz gözlərində gördüm.

  • Gonbul onun dediyinə razı olmadı?

  • Beli, ona görə ki, prussiyalı qonşu otaqdaydı.

  • Ola bilməz!

  • And içirəm!

Qrafın nəfəsi təngidı. Fabrikant iki əli ile qarnını tutdu. Luazo sözünə davam etdi:

  • Aydın məsələdir, bu axşam onun gülməyə heç halı yoxdur.

Üçü də yenidən sancılanana, nəfəsləri tutulana və gözləri yaşa-
rana qədər güldülər.
Bundan sonra dağılışdılar. Ancaq hiyləgər və məkrli Luazo xanım yatmağa hazırlaşanda ərinə dedi ki, “bu koramal” — yəni xanım Karre-Lamadon, bütün gecəni candərdi gülürdü.

  • Bilirsənmı, qadın hərbi geyim vurğunu olanda, bu paltarı geyi­nənin alman, ya fransız olmasının fərqinə varmır. Şərəfsiz nacins­lərə nə deyəsən!.. Allah, keç günahımdan! - deyə əri ona cavab verdi.

Bütün gecə, səhərə qədər, qaranlıqda, aəhlizdən astaca xışıl­tılar, pıçıltılar, dərindən nəfəs alıb köksötürmələr, yalın ayaqlann döşəmə üzərindəki şappıltıları və güclə eşidilən cırıltı səsləri gəldi. Müsafirlər deyəsən, çox gec yatdılar. Qapıların aşağısında yarıqdan süzülən işıq zolaqları uzun müddət sönmədi. Şampan şərabını içən­dən sonra belə şeylərin olması təbiidir. Deyirlər, bu şərab adamın yuxusunu yaman qaçırdır.
Ertəsi gün hava aydın idi və şəffaf qış günəşinin şəfəqlərindən parıldayan qar adamın gözünü qamaşdırırdı. Şükür, axır ki, altı at qoşulmuş karet qapının ağzında gözləyirdi. Yumşaq tüklərini qabar­dan qırmızıgözlü, bəbəkləri qara xala oxşayan ağ göyərçinlər atla­rın ayaqları arasında özlərini dartaraq dolaşır, buğlanan peyinləri caynaqları ilə dağıdıb yem axtarırdılar.
Qoyun dərisindən tikilmiş kürkünə bürünən faytonçu qozlada oturub qəlyanını tüstulədirdi. Sevincək olmuş sərnişinlər isə yol azuqələrini tələsik qablaşdırırdılar.
Bircə Gonbul yox idi. Nəhayət, o da gəlib çıxdı.
Qız h; yəcanlı idi, utanırdı, qısıla-qısıla yol yoldaşlarına yaxın­laşdı, atcaq onların hamısı qızdan üz döndərdilər və özlərini elə apardılar ki, guya onu görmürlər. Qraf böyük ləyaqətlo arvadının qolıırdan yapışı ı kənara çəkdi ki, bu murdar şeyə toxunmaqdan onu qorusun.
Gonbul təo ;cüb içində dayandı, sonra özünü ələ alıb fabrikantın arvadına yaxınlaşdı ve sakitcə salam verdi.

  • Salam, xanım!

Xanım ehmalca təkəbbürlə başını tərpətdi və ləyaqəti təhqir olunmuş bir adam baxışı ilə onu süzdü. Hamı özünü məşğul kimi gös­tərirdi və çalışırdı ki, mümkün qədər ondan uzaq olsun, elə bil bu qız donunun altında yoluxucu xəstəlik gətirmişdi. Karete doluş­dular. Gonbul hamıdan sonra mindi, sakitcə əvvəlki yerində oturdu.
Ele bil daha onu görmürdülər, tanımırdılar. Yalnız xanım Luazo uzaqdan-uzağa hiddətlə baxaraq ərinin qulağına pıçıldadı:

  • Nə yaxşı ki, mən ondan uzaqda oturmuşam.

Ağır karet yerindən tərpəndi və yola düşdü.
Əvvəlcə hami susdu. Gonbulun gözünü qaldırmağa cəsarəti çat­madı. Qız öz yol yoldaşlarına həm hiddətlənirdi, həm də hiss edirdi ki, onlann sözünə baxıb prus zabitinin öpüşlərini qəbul etdiyinə və onun qoynuna girdiyinə görə, mənliyi tapdalanıb. Halbuki onu bu işə həmin bu əclaflar məcbur etmişdilər!
Azacıq sonra qrafinya - xanım Karre-Lamadona müraciət edə­rək ortaya çökmüş cansıxıcı sükutu pozdu:

  • Siz deyəsən xanım dc Estreli tanıyırsınız?

  • Bəli. Biz dostuq.

  • Nə gözəl qadındır!

  • Gözəl yox, füsunkardır! Allah gözəllik yaradanda qələmi birinci ona çəkib. Həm də tərbiyəli, təhsilli qadındır. Üstəlik təpədən dır­nağa qədər istedadlıdır. Elə gözəl oxuyur, elə qəşəng şəkillər çəkir!

Qrafla fabrikant da söhbət edirdilər. Karetin kiçik pəncərə­sindən içəri dolan gurultu onlann səsini batırsa da, hərdənbir “kuponu ödəmək”, “vaxtında gəlir götürmək” kimi sözlər qulağa dəyirdi.
Luazo mehmanxanadan çırpışdırdığı, düz beş İl çirkli stol üstündə oynanıldığından ləkə-ləkə olmuş kartı çıxartdı və arvadı ilə oyna­mağa başladı.
Rahibələr kəmərlərindən sallanan uzun təsbehləri götürüb asta- asta çevirdilər. Xaç çəkdilər və bir-birləri ile bəhsə giriblərmiş kimi, dodaqlannm altında fasiləsiz pıçıldayaraq dua etdilər. Onların dodaq- fan sürətlə açılıb örtülürdü, vaxtaşırı xaçı öpürdülər və sonra yeni­dən, arası kəsilmədən dodaqlarının altında nə isə deməyə baş­layırdılar,
Komyudc fikrə gedib sakitcə oturmuşdu.
Üç saatdan sonra Luazo qumarı yığışdırdı və:

  • Bir az çörək yesək, pis olmaz, - dedi.

Bunu eşidən kimi arvadı kəndirlə sarınmış bağlamanı açdı və oradan bir parça dana əti çıxartdı. Nazik-nazik doğradı və ər-arvad yeməyə başladılar.

  • Gəlsənə, biz də onlar kimi bir şey yeyək - deyə qrafinya ərin­dən soruşdu.

Qrafın razılığını alandan sonra özləri üçün yola hazırladığı yemək bağlamasını açdı. Ycməklərin içində üstünə dovşan şəkli çəkilmiş və qabda dovşan əti olduğuna işarə edilən dərin çini qabda hisə verilmiş yağlı ət vardı. Ağ piy zolağı xırda-xırda doğranmış müx­təlif ət parçalarının arasından seçilən şabalıdı rəngli yumşaq quş ətinin üstündə donmuşdu. Bükülü qəzetdən çıxarılan ləzzətli İsveçrə pendirinin yağlı qabığının üstündə yazılmış “hadisə” sözü oxunurdu.
Rahibələr sarımsaqlı kolbasa çıxartdılar. Komyude isə hər İkİ əlini torbaya oxşayan paltosunun cibinə salıb, dörd soyutma yumurta və bir parça çörək çıxartdı. O, yumurtaları sındırdı, qabığını aya­ğının altına, otun içinə tökdü ve dişləməyə başladı. Yumurta sansı- nın qırıntıları onun saqqalına səpələnib ulduzlar kimi sayrışdı.
Səhərki qaçaqaçdan və başına gələn əhvalatdan özünü itirdiyinə görə heç bir yol tədarükü görə bilməyən Gonbul indi qəzəb və hirsindən dişi bağırsaqlarım kəsə-kəsə sakitcə oturub gövşəyənlərə baxırdı. Əvvəlcə hirs onun beyninə vurdu və istədi ürəyinə yığılan və bu saat xirtdəyindən çıxmağa hazır olan sözlərin hamısını, söyüş-qarışıq, düz onların gözünün İçinə desin, ağzından çıxanı söyləsin, amma o qədər hirsli idi ki, acığından ağzım açıb bircə kəlmə də deyə bilmədi.
Heç kəs ona əhəmiyyət vermir, heç kəs onu yada salmırdı. O başa düşürdü ki, əvvəlcə onu qurban verən, sonra İsə gərəksiz çirkli əski kimi kənara atan bu namuslu əclaflar indi baxışlarındakı həqa­rətlə onu qırmanclayırdılar.
Qız içi ağzınacan cürbəcür ləzzətli yeməklərlə dolu olan və bu əclafların acgözlüklə aşırıb boşaltdıqları iri səbətini yadına saldı. Yağ içində üzən iki cücəni, ciyər döyməsini, armudları və dörd şüşə bord şərabını xatırladı. Həddindən artıq tanma çəkilmiş sim kimi birdən- birə onun qəzəbi sındı və qız hiss etdi ki, bir azca da keçsə, hönkürtü ilə ağlayacaq. O, bütün gücünü verib hönkürtüsünü içəri salıb ağlama­ğını boğmaq istədi. Uşaq kimi göz yaşlarını uddu, amma olmadı, yaş əvvəlcə göz bəbəklərini örtdü, sonra kirpikləri parladı, azacıq sonra isə iki damla iri gozyaşı gilələnib yanaqlarına yuvarlandı, onun dalınca qayalardan sızan su kimi gözyaşı şoralanıb töküldü və Gon­bulun irəli çıxmış sinəsi üstünə damcılamağa başladı. Gonbul ona heç kəsin əhəmiyyət vermədiyinə əmin halda, gözünü bir nöqtəyə zilləyərək, dinməz-söyləməz oturmuşdu. Onun rəngi ağappaq idi.
Təkcə qrafinya onun göz yaşlarını gördü ve işarə ilə qızı ərinə gösterdi. Qraf İsə çiynini çəkdi və bununla da: “Nə etmək olar, -
demək istədi, - bu işdə mənim bir günahım yoxdur”. Xanım Luazo isə için-için, ancaq şadyanalıqla güldü və:
- O, təhqir olunduğuna görə ağlayır, - deyə pıçıldadı.
Rahibələr artıq qalan kolbasaları kağıza büküb, yenidən dua oxu­mağa başladılar.
Elə bu vaxt Komyude yediyi yumurtaları həzm edə-edə, uzun ayaqlarını qarşıdala skamyanın altına qədər uzadıb yerində yayxandı, qollarını sinəsində çarpazladı, birdən lap yerinə düşəcək bir zara­fatı xatırlayıb gülümsündü və “Marselyoza”m fitlə çalmağa başladı.
Hamı qaşqabağını salladı. Görünür bu xalq mahnısı qonşuların heç birinin ürəyinə yatmırdı. Onlar əsəbiləşdilər və hirslənməyə başla­dılar, elə bil, şarmankamn səsini eşidən it kimi ulaşmağa hazır oldular. Komyude bunu başa düşdü, nəinki fit çalmağına ara verdi, əksinə, mahnının özünü oxumağa başladı:
Vətəne sevgimiz müqəddəs, ulu,
Doldursun qəlbləri intiqam hissi.
Ey əziz azadlıq, nişan ver yolu - Qəti döyiişloro sən apar bizi!1
Yolların qan tapdalandığından indi daha sürətlə irəliləyirdilər. Onlar Dyeppaya qədər çala-çuxur yollarda silkələnə-silkələnə, əvvəlcə axşamın alatoranında, sonra isə gecənin zil qaranlığında, saatlarla, uzun, cansıxıcı yol getdilər və bütün yolboyu Komyude amansız bir inadkarlıqla, yeknəsəq şəkildə hayıf alırmış kimi, fit çal­mağında davam etdi, hirslənmiş, yorulmuş sərnişinləri mahnıya əvvəldən axıra qədər qulaq asmağa, onun sözlərini başdan-ayağa yada salmağa və hətta ürəklərində oxumağa məcbur etdi.
Gonbul isə elə hey ağlayırdı. Hərdənbir qız özünü saxlaya bil­mirdi, oxunan mahnının beytləri arasında qaranlıqdan onun hıçqı­rıqları eşidilirdi.
Tərcüməsi Ağacavad Əlizadənindir.
SIMONUN ATASI
Saat on ikini vurdu. Məktəbin qapısı açıldı, uşaqlar tez çıxmaq üçün bir-birini itələyə-itələyə çölə tələsdilər. Amma həmişəki kimi müxtəlif səmtlərə və nahar üçün evə dağılışmaq əvəzinə bir neçə addımlıqda dayandılar, bir yerdə toplaşıb pıçıldamağa başladılar.
Məsələ onda idi ki, bu gün səhər Blanşotun oğlu Simon birinci dəfə dərsə gəlmişdi.
Uşaqlar valideynlərindən Blanşot haqqında eşitmişdilər. Anaların onu səmimi qarşılamalarına baxmayaraq, öz aralarında ağız büzərək həqarətlə danışmaları uşaqlarda da həmin qadına qarşı anlaşılmaz bir nifrət oyatmışdı,
Simonu uşaqlar yaxşı tanımırdılar, çünki o evdən çıxmırdı. Uşaq­larla qəsəbənin küçələrində, çay qırağında ora-bura qaçmırdı. Buna görə də uşaqlar onu xoşlamırdılar. İndi isə təzə xəbər onlarda qəribə bir sevinc doğurmuşdu. Bu barədə çox şey bilən on dörd-on beş yaşlı bir oğlanın dediklərini bir-birinə söyləyirdilər. Oğlan bic-bic göz vurub deyirdi:

  • Bilirsİnizmi... Simonun... Hə, onun atası yoxdur.

Blanşotun oğlu qapıda göründü. Onun yeddi-səkkiz yaşı olardı.
Solğun çöhrəli, üst-başı tərtəmiz, utancaq bir uşaq idi.
O, evlərinə getmək istəyirdi. Amma təzə bir əyləncə qurmağa hazırlaşan yoldaşları, hiyləgər gözlərini ona zilləyib, pıçıldaşa- pıçıldaşa başına yığışdılar və nəhayət, onu tamam araya aldılar. Uşaq onlann arasında, onunla nə edəcəklərini bilmədən donub qalmışdı. Xəbər gətirmiş oğlan lovğa-lovğa soruşdu:

  • Bura bax, adın nədir?

  • Simon.

  • Bəs sonra?

Özünü itirmiş uşaq təkrar etdi:

  • Simon.

Oğlan onun üstünə qışqırdı:

  • Deyirlər ki, Simon filankəs... Təkcə Simon ad deyil.

Kövrəlmiş uşaq üçüncü dəfə təkrar etdi:
•“fcrO 48

  • Mənim adım Simondur.

Uşaqlar gülüşməyə başladılar. Qələbə çalmış oğlan səsini ucaltdı:

  • Gördünüz, onun atası yoxdur.

Araya sükut çökdü. Uşaqlar görünməmiş, qeyri-adi əhvalata mat qalmışdılar - oğlanın atası yoxdur!
Uşaqlar görünməmiş bir varlığa, qeyri-təbii bir canlıya baxır­mış kimi, ona tamaşa edirdilər. Anaların Blanşota nifrəti uşaqlarda daha ciddi əks tapmışdı.
Simon yıxılmamaq üçün ağaca söykəndi. O, başını itirmişdi, özü­nü təmizə çıxarmaq istəyirdi. Amma bu dəhşətli böhtanı, atasız oldu­ğunu inkar etmək üçün onlara deməyə bir söz tapa bilmirdi.
Nəhayət, rəngi ağarmış Simon ürəklənib qışqırdı:

  • Var, mənim atam var!

  • Bəs hanı? - deyə oğlan soruşdu,

Simon susdu.
Uşaqlar gülürdülər; bir heyətin toyuqlarının yaralı bir toyuğu didməyə həvəsləndirən kimi, heyvana daha çox oxşayan, çöllərdə böyümüş bu uşaqlar Simonu sıxışdırmaqdan həzz alırdılar. Birdən Simon onun kimi atasız, balaca qonşusunu gördü.

  • Heç sənin də, sənin də atan yoxdur, - dedi.

  • Xeyr, mənim atam var! - deyə oğlan cavab verdi.

  • Bəs hardadır?

Uşaq lovğalandı:

  • Ölüb mənim atam, qəbiristanlıqdadır.

Cüvəllağılar, atasız Simonu sıxışdırmaq üçün atası Ölmüş yol­daşlarını tərifləyirmiş kimi mənalı-mənalı pıçıldaşdılar. Əksəriy­yətinin atası qəddar, içki düşkünü, oğru, arvadlarına zülm edən olan bu dəcəllər itələşə-itələşə sıxlaşırdılar; elə bil onlar - atalı uşaqlar, atasız uşağı məngənəyə salıb boğmaq istəyirdilər.
Birdən onunla üz-üzə durmuş bir uşaq dilini çıxardıb kinayə ilə qışqırdı:

  • Atasız! Atasız!

Simon ikiəlli onun saçlarından yapışdı. Uşaq onun yanağını bərk dişlədi. Simon isə ayağı ilə onun qıçlarına döyəcləməyə başladı. Çaxnaşma düşdü. Vuruşanları ayırdılar. Simon döyülmüş, paltarı cırılmış, toz-torpağa bulaşmışdı. Ətrafına toplaşmış əl çalan dəcəl­lərin arasında yerə sərilib qalmışdı.
O ayağa qalxıb toza bulaşmış köynəyini tələsik çtrpanda kim ise qışqırdı:

  • Get, atana xəbər ver!

Simona elə gəldi ki, ürəyi partlayır. Onlar güclü idilər, onu döy­müşdülər. Uşaq deməyə söz tapmırdı, özü də yaxşı bilirdi ki, atası yoxdur, Göz yaşlarını bir anlıq ləngitməyə çalışdı. Nəfəsi tutuldu, sonra səsini çıxarmadan İçin-için ağlamağa başladı.
Simonun düşmənləri sevindilər. Vəhşi adamlar öz qorxunc şen­likləri zamanı etdikləri kimi, əl-ələ verib onun ətrafında dövrə vurdular.

  • “Atasız, atasız!” - deyib oxuya-oxuya oynamağa başladılar.

Simon daha ağlamırdı, qəfildən dayanmışdı. Hirsindən pört-
müşdü. Ayağının altındakı daşlan yığıb var gücü İlə düşmənlərinə tərəf fırlatdı. Daş dəymiş iki-üç uşaq qışqırıb qaçdılar. Simon elə qəribə görkəm almışdı ki, qalan uşaqlann arasına da vəlvələ düşdü. Camaat həmişə özündən çıxmış adamdan qorxur, uşaqlar da hərəsi bir yana qaçdılar.
Tək qalmış atasız uşaq çay kənarına tərəf qaçmağa başladı. Yadma düşmüş bir əhvalat onu qəti qərara gətirmişdi. Uşaq özünü çayda boğmaq istəyirdi.
Yadma düşmüşdü ki, həmişə dilənməklə dolanan bir nəfər daha pul tapa bilmədiyi üçün səkkiz gün əvvəl özünü suda boğmuşdu. Onu sudan çıxararkən Simon orada idi. Həmişə çirkin və eybəcər görü­nən bu qocanın görkəmi, saralmış sifəti, uzun saqqalı, donuq, açıq gözləri uşağa ağır təsir bağışlamışdı. Yanındakılardan biri demişdi:

  • O ölüb.

Başqa biri isə əlavə etmişdi:

  • O, indi özü istədiyi kimi xoşbəxtdir,

Simon da özünü çayda boğmaq istəyirdi, Çüııki həmin zaval­lının pulu olmadığı üçün onun da atası yoxdur.
O, çayın qırağına gəlib suya baxdı. Bir neçə balıq suda üzür, hərdən sıçrayıb suyun üzü ilə uçan milçəkləri udurdu. Balıqlara başı qarışmış Sİmon daha ağlamırdı. Onların üzmələri Simonu əyləndi­rirdi. Ancaq arabir tufanın sakitləşdiyi anda ağaclan şaqqıldadıb keçən güclü külək dalğalarına bənzər bir fikir tez-tez yadma düşüb ona əzab verirdi: “Mən özümü suda boğmalıyam, çünki atam yoxdur”.
•bO 50 Oxr*
Hava İsti olsa da xoş idi. Günəş çəmənliyi qızdırır, su güzgü kimi parıldayırdı. Simon arabir dərdini unudurdu. Ağlamaqdan yorul­muşdu, oradaca, otun üstündə, günəş altında uzanıb yatmaq istəyirdi.
Balaca, yaşıl bir qurbağa onun ayaqları altında hoppanıb qaçdı. Simon onu tutmaq istədi. Qurbağa yenə hoppandı. Simon üç dəfə onu tutmaq üçün əyildi, amma tuta bilmədi. Nəhayət, qurbağanın dal ayaqlarından tutdu və balaca heyvanın qaçmaq üçün etdiyi səylərə baxıb gülməyə başladı. Qurbağa dal qıçlanni yığır, sonra onları qoşa tir kimi açıb irəli atılır, qızıl haşiyəli sarı gözlərini bərəldir, qabaq pəncələri ile havanı yarırdı. Bu, Simona bir oyuncağı: çarpaz enli taxta parçalarından asılan ağac esgərciklərin oyununu xatırladırdı.
O, evlərini yadma saldı. Sonra anasını xatırladı. Yenidən dərdli- dərdli ağlamağa başladı. Uşaq dizləri üstə çöküb yuxudan əvvəl deyi­lən duanı oxumağa başladı. Duanı bitirə bilmədi. Elə bərk hıçqırdı ki, dua yarımçıq qaldı. O, fikirləşə bilmir, heç nə görmür, hey ağlayırdı.
Birdən ağır bir əl uşağın çiyninə toxundu, kimsə yoğun səslə soruşdu:

  • Balaca kişi, de görüm səni kim incidib?

Simon geri döndü. Qara-qıvrım, qarasaqqal bir fəhlə mehriban- mehriban ona baxırdı.
Boğazı qəhərlənmiş, gözləri yaşlı uşaq dedi:

  • Onlar məni döydülər... çünki,,, mənim... mənim... atam., atam yoxdur.

  • Necə yəni, - deyə kişi gülümsəyərək soruşdu, - atasız da adam olar?

Uşaq boğula-boğula dedi:
-Mənim... mənim yoxumdur.
Fəhlə ciddiləşdi. O, Blanşotun oğlunu tanımışdı. Buralara tezə gəlmiş olsa da, Blanşot haqda azacıq məlumatı vardı.

  • Qəm çekmə, bala, - gedək, gedək ananın yanına. Sənə də bir ata tapılar.

Onlar evə yollandılar. Fəhlə uşağın əlindən tutmuşdu. O gülüm­səyirdi, çünki bu yerlərin ən gözəl qadınlarından sayılan Blanşotu ük dəfə görəndə xoşu gəlmişdi. Bəlkə də, fikirləşirdi ki, bir dəfə aldan­mış qadın yenə də aldana bilər.
Balaca, ağ, səliqəli bir evin qarşısına çatdılar.
Uşaq:

  • Buradır, - dedi və qışqırdı: - Ana!

Bir qadın çıxdı. Fəhlənin dodağındakı təbəssüm qəflətən çəkildi. O, həmin saat başa düşdü ki, solğun bənizli, artıq hər şeyi anlayan bu qadınla zarafat etmək olmaz. O, qapının ağzında elə ciddiyyətlə dur­muşdu ki, elə bil bir dəfə aldandığı bu evin qapısını bütün kişilərdən qoruyurdu. Fəhlə papağını əlində əzişdirərək, çəkinə-çəkinə dedi:

  • Buyurun xanım, sizin balacanı gətirmişəm, çayın kənarında azmışdı.

Simon isə özünü anasının boynuna atdı və yenidən ağlaya- ağlaya dedi:

  • Yox, ana, mən özümü çaya atıb ölmək istəyirdim, çünki uşaq­lar məni döymüşdülər... atam olmadığına görə... məni döymüşdülər.

Gənc qadının yanaqları qıpqırmızı pörtdü. Ürəyi parçalanmış yazıq ana uşağım bərk-bərk bağrına basdı. Gözünün yaşı sısqa bulaq kimi yanağından süzüldü.
Bu vəziyyətdən karıxmış fəhlə bilmədi necə uzaqlaşsın, fikirləşə- fikirləşə elə yerindəcə durdu. Birdən Simon onun yanma qaçıb dedi:

  • Mənim atam olmaq istəyirsinizmi?

Araya sükut çökdü. Xəcalətdən dili tutulmuş Blanşot əlləri qoy­nunda divara söykənib qalmışdı. Cavab verilmədiyini görən uşaq yenə dilləndi:

  • Əgər istəmirsinizsə, onda mən gedirəm özümü çaya atım.

Fəhlə zarafata salıb gülə-gülə dedi:

  • Əlbəttə, mən razıyam.

  • Sənin adm nədir, uşaqlar adım soruşanda nə deyim?

  • Filip, - deyə fəhlə cavab verdi.

Sİmon bu adı yadında saxlamaq üçün bir qədər susdu. Sonra əllərini ona uzadıb arxaym-arxaym dedi:

  • Çox gözəl! Filip, demək sən mənim atamsan.

Fəhlə onu yerdən qaldırıb hər iki yanağından öpdü, sonra iri addımlarla uzaqlaşdı.
Ertəsi gün uşaq məktəbə gələndə onu kinayəli gülüşlə qarşıla­dılar. Dərsdən çıxanda həmin dünənki oğlan yaxınlaşıb yenidən başlamaq istəyirdi ki, Simon əzbərdən dua oxuyurmuş kimi dedi:

  • Mənim atamın adı Filipdir.

Uşaqlar şən-şən hırıldaşdılar:

  • Hansı Filip?.. Neçi Filip?.. Filip nə deməkdir?.. Bu Filipi haradan tapıb çıxardın?

Simon cavab vermirdi. Amma belələrinin qabağından qaçmaq- dansa əzişdirilməyi üstün tutııb onlara gözləri ilə meydan oxuyurdu. Müəllimin gəlməsi onu xilas etdi. Simon anasının yanma qaçdı.
Üç ay idi ki, enlikürək Filip Blanşotun evinin yanından tez-tez keçirdi. Hərdən onu pəncərə qabağında tikişlə məşğul gördükdə cəsarətini toplayıb danışırdı da. Blanşot həmişə ağıllı cavab verər, həmişə ciddi olar, heç vaxt onun üzünə gülməz və evə buraxmazdı. Bütün başqa kişilər kimi bir az özündən razı olan Filip hərdən fikir­ləşərdi ki Blanşot onunla danışarkən tez-tez qızarır.
Adı təmizə çıxarmaq çətindir, adamı ləkələməyə nə var ki.
Blanşot nə qədər özünü qorusa, ehtiyatlı olsa da, ətrafda dedi- qodu gəzirdi.
Simon isə öz yeni atasını çox sevirdi. Hər axşam Filip işini qur­tarandan sonra onu gəzməyə çıxarırdı. O, hər gün məktəbə gedir, saymazyana yoldaşlarının arasından keçir və onların atmacalarına cavab vermirdi.
Bir gün ona ilk hücum etmiş oğlan dedi:

  • Yalan danışmısan, sənin Filip adlı atan yoxdur.

  • Necə yəni yoxdur? - deyə Simon narahatlıqla soruşdu.

Oğlan əllərini ovuşdura-ovuşdura dedi:

  • Çünki əgər sənin atan varsa, ananın əri olardı.

Simon bu sözlərin qarşısında aciz qaldı. Lakin yenə cavab verdi:

  • Necə olur olsun, o mənim atamdır.

Oğlan bİc-bic hırıldayıb dedi:

  • Ola bilər, çox şey ola bilər, amma o, əslində, sənin atan deyil.

Blanşotun oğlu başını aşağı salıb fikirli-fikirli Luazan əminin
demirçixanasına - Filipin işlədiyi yerə gəldi.
Dəmirçixana elə bil qəsdən ağacların altında gizlədilmişdi. İçəri qaranlıq idi. Böyük bir manqalın qırmızı alovu dil-dil qalxıb qolu çirməkli beş dəmirçini işıqlandırırdı. Onların dalbadal endirdikləri zərbələr qorxulu gurultuya çevrilirdi. Onlar ayaq üstə alova bürün­müş divlərə bənzəyirdilər. Gözlərini döyəclədikləri inadkar dəmirə zilləmişdilər.
Simon gözə çarpmadan içəri girdi və astaca dostuna yaxınlaşıb ətəyindən çəkdi. Filip geri döndü. Birdən iş dayandı. Kişilərin hamısı
i' ı * \ma/a başladılar. \də «u itləri . ’ yı S.nənun /əıl • a p / 1 r
Bura bax. I ihp. Mişodun oğlu indicə mənə dedi kı, sən mənim
. ..m deyilir.
Niyə ki? deyə fəhlə soruşdu.
Üçlun ıiş. ı .'-aralığı ilə cavab ve:di:
(. "■ • ı - • . mənini namın əri dcvıB «tı. lk-v mi:i : '.lmədi b iıp alnım /imlanın üstündə dik saxiadığı SMkı.-in s. qumun ;• qnşmış ' i.'tımn .snınə s‘ k- •> in d.ıy.-.nmiMİı •) itki: • yirdı İ-, % vidaslarının dörd •d.. əna bu.*. dı. Bu nəhəncləm arasında cırtdana oxmayan Simon ıx«> həyəcanla cavab uə/ləv irdi. Bird-:ı demi!., iJonlər bin yoMaş’.ınıiın du əvəzində ı frlıpə dedi:
Dı ;j' .ıdatı da. h,>db •\tly- in. • baxtmvaraq. Bi.iaşə: r.ə/əl. ayıl’:, də " ,ıiı qadındır. Onunla nilə qırmaq ni.ıt.
■ Doğrudan bei !ır. deyə qalan üç nəfər də dilləndi, hıhlə so/ünə d un c.li
(> yazığın heç bir təqsiri vexdut Ona evlənmək vəd edib aid.-, dib'.:". Mən bir q.ıdm ;.ı:ır-ır. n ki. bu yun ; tərməli yerə ğöyə - nı:. əməli r iv can.dıl.cdəmi bat; »v“>dü
D> ynuluı! de ə qal.ra aç ı.bır ağızdan səs|.-ndı. Dvvəlkı fə d.» venə d 11«'TUİ::
/.nallı arvadın oğlunu min ə/abl.ı hövv.’.məsmə. daha kı!« • də: başqa hcs >e; ■ yetmədi;,iııə. ə vaxtda:, b .-ı ••.. qədər ığl.ıvıb ■/.ıb çəkdivinə bır \ii.th şahiddir.
Bu da .!» yrudur. devə yoldaşları bır də təsdiq clədıləı. lııdı körüyün fışıltısından başqa heç na eşidilmirdi Birdən Fifp Sırımın tərəf əyildi.
(ieı. anana de kı. b : axş.ım • m unla danışmaya gələcəyəm Sonra isə t.s.ıyı: çiynindən tu:ub çələ çıxardı

  1. qavıuiı və çəkiclərin beşi d.* bir zərbə il.« zindanların . -.:ü- endi Beləliklə, gecə la < iardamiı döydülər. Hamısı güclü, qıvraq və şan idıi«*r B.ıvı.ım gi ulərıınlə bır kilsə /əngır.ıı: səsi h.şq ı /əndərin səsini batırdığı kimi bıb.pm də çəkici başqa çəkic­lərin vəsim batırır. hər sanivə qulaqbatırıcı bır enıb-qaBırdı

(). qığılcımlar içərisində. ayaq üstə, gözləri ədlu. həvəslə işləyirdi

  1. ilip Bbmşotuo qapısım döyəndə göy ulduzla dolu idi Bazar günləri geydiyi təim/ Köynəyini ccyrwşdı Saqqalın! «i. qırxntjşdı (ı *ne qadın qapının ağzında göründü və tauıla tutula dedi:

«-«>0 54 C^r»
ficte gecə vkxİi gəlməyiniz yaxşı deyil, cənab 1 ilıp.
O ca\.:b vermək işlədi. ruzıldadı. qadının qarşısında ö/.fsnfı ilirdi.
Biunşəı yenə dilləndi:
Özfinfiz başa düşürsünüz ki, hır daha mənim haqqımda danışılsa >.ı\şı düşmə/
O birdən dil açdı.
Əgər arvadım olmaq istəsəniz. gəlişim eşib sayılmaz!
< a\.ıb eşidilmədi. \mnı.ı ə:ia e’ə gəldi ki. əiuğın qarınlığında Hlanşəl həyəcanda! tövşüyın. Hhp Cəld ıç--ri girdi (,' ııpayısmda ıı/anmış Siınən üpiis səsi ana-mıın pıçıldadığı bu neçə sö/iı eşildi Sonra İsk* birdən birə doMurıun .»1 ərmdə ü/ü ı; :ı yuxan qalxdığım hiss eldi. 1 ilip u>agı gücliı əlləri üstə qaldırıb ucadan dedi:
Onlara, öz yoldaşlarına deyərsən ki. sənm aıan dəmirçi I ılıp Ranulır və sanin incidənlərin qulağım buracaq
1-rtəsr çuşaqların hanmı məktəbdə idi. Dərsin başlanmasına ’ap a/ qalmışdı, rəngi qaçmış balaca Simon ayağa qalxdı va dodaq l.ırı əsə-əsə aydın soxlə dedi:
Manim atam dəmirçi 1 ihp Remulır. o sö/ .cnb ki. məni itıei derilərin qulağını buracaq.
Bu dəfə heç kmı gülmədi, çüııkı dəmirçi l’ıbp Reımrıı haıı: yaxşı tanıyırdı Belən:. ilə hər kəs fəxr edərdi.


PYERO

Yüklə 415,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin