“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Azərbaycanda bələdiyyələşmənin özəllikləri



Yüklə 0,54 Mb.
səhifə46/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   42   43   44   45   46   47   48   49   ...   57
referat 3390

3. Azərbaycanda bələdiyyələşmənin özəllikləri
Müasir dövrdə praktikada geniş yayılmış yerli özünüidarəetmə vahidi bələdiyyələrdir. Bələdiyyə anlayışı 3000 il bundan əvvəl qədim Romada meydana gəlmişdir, tarixi inkişafın və birbaşa demokratiyanın məhsuludur. Bələdiyyə sözü ərəbcə "şəhər idarəetməsi" deməkdir. Yaran­dığı dövrdən indiyədək öz keyfiyyətini tamamilə dəyişmiş bu qurumlar müasir dövrdə dünyanın bir çox ölkələrində az və ya çox dərə­cədə yayıl­mış­dır. Bələdiyyələr digər yerli özünüidarəetmə vahidlərindən həm əha­li­nin sayına, həm də hüquq, vəzifə və səlahiyyətlərinə görə fərqlənir. Bə­lə­diy­yələr xalqa daha yaxın yerli özünüidarə vahidləridir. Bunun səbəbi bələdiyyələrə məxsus vəzifələrin xalqın gündəlik həyatı ilə sıx bağlı olmasıdır. Məhz buna görə də Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq referendumu ilə qəbul edilmiş Konsti­tu­si­ya­sı­nın 142-ci maddəsində birmənalı olaraq Azərbaycanda yerli özü­nü­ida­rəetmənin bələdiyyələr tərəfindən həyata keçirildiyi göstərilir.
Azərbaycanda yerli idarəetmə iki formadan ibarətdir:
1. Mərkəzi idarələr, yəni dövlət və onun yerlərdəki nümayən­də­lik­ləri olan icra hakimiyyətləri;
2. Yerli özünüidarələr, yəni bələdiyyələr.
Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilir ki, bələdiyyə – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.
Bələdiyyə – mənşəcə ərəb sözüdür və şəhər idarəsi deməkdir. Ərazi vahidlərində özünüidarəetməni aparmaq üçün bələdiyyənin xüsusi icra aparatı, mülkiyyəti, büdcəsi, yerli qeyri-adi formaları, yerli vergilər müəyyən etmək və yığmaq səlahiyyətləri vardır.
Yerli özünüidarə forması kimi bələdiyyənin səlahiyyətləri nisbi şəkildə 2 yerə bölünür: 1) məcburi; 2) könüllü (fakültativ) səlahiyyətlər.
Ümumdövlət əhəmiyyətli məsələlərin həlli ilə bağlı səlahiyyətlər bələdiyyələrin icra etdiyi məcburi səlahiyyətlərinə aiddir. Buraya mənzil-kommunal, su təchizatı, nəqliyyat, təhsil və səhiyyə, ictimai təhlükəsizlik işlərinin görülməsi daxildir.
Könüllü, yəni fakültativ işləri isə bələdiyyələrin özləri müəyyənləşdirir. Buraya ictimai parkların, kitabxanaların saxlanması, aztəminatlı ailələrə yardım, onlara və əlillərə mənzil tikintisi və s. aid edilə bilər.
Yerli özünüidarənin forması kimi bələdiyyələr 4 mühüm əlamətlərə malik qurumlardır:
1) Bələdiyyələr ayrıca büdcəyə və mülkiyyətə malik olur;
2) Yerli məsələlərin həllində muxtariyyətə və sərbəstliyə malikdir;
3) Seçkili hakimiyyətə gələn, qərarverən və icraedici vahidləri var;
4) Hüquqi şəxs statuslu qeyri-dövlət təsisatıdır.
Bələdiyyələrin vacibliyi ondan ibarətdir ki, o, bir tərəfdən dövlət idarəçiliyini optimallaşdırır, onu daha da səmərəli edir, digər tərəfdən isə məhdud ərazidə məskunlaşmış əhalinin insan hüquqları və azadlığının qorunmasını, yerli problemlərin həllinə vətəndaşların mü­təşəkkil qaydada qoşulmasını təmin edir.
Bələdiyyələr öz fəaliyyətlərində bütünlüklə yerli əhaliyə, ayrıca vətəndaşlarla, fiziki və hüquqi şəxslərlə və ən nəhayət, dövlət orqanları ilə qarşılıqlı münasibətdə olur və onların qarşısında siyasi, iqtisadi, sosial və hüquqi məsuliyyət daşıyır. Dövlət orqanları bələdiyyələrin fəaliyyətinə nəzarət etməklə yanaşı, bəzi məsələlərin həll olunmasında onlarla ortaq olur.
Bələdiyyələr üzərində hökumət nəzarəti mexanizmi müxtəlifdir. Federativ dövlət quruluşuna malik ABŞ-da bu işi ştatlar və departament dairələri, AFR-də torpaq hökuməti həyata keçirir. İngiltərə, Fransa, İtaliya və Yaponiya kimi unitar dövlətlərdə bu nəzarəti mərkəzi hökumət aparır. Fikrimizcə, yerli özünüidarə orqanlarının işinə hökumət və onun yerlərdəki nümayəndələri tərəfindən müdaxilə aşağıdakı istiqamətlər üzrə ola bilər:

  1. Ümumdövlət sosial-iqtisadi layihələrin ortaq şəkildə dövlət sahibkarlığı əsasında həyata keçirilməsi;

  2. Bələdiyyə orqanlarının işinə nəzarət;

  3. Eyni rayon və şəhərdə yerləşən bələdiyyələrin fəaliyyətinin koordinasiyası;

  4. Bələdiyyələrarası yerli inzibati və iqtisadi orqanların yaradılması;

  5. Birbaşa qaydada bələdiyyənin fəaliyyətinin tənzimlənməsi və nizamlanması;

  6. Yerli büdcələrin formalaşmasının mərkəzi hökumətdən asılılığı.

Bu istiqamətlər üzrə aparılan işlər yerli özünüidarəni səmərəli etməklə bərabər, bələdiyyə orqanlarının işində ümumxalq əhəmiyyətli məsələlər üzrə mərkəzi hökumətin istənilən qərarının bələdiyyələr üçün sözsüz, məcburi qaydada yerinə yetirilməsini mümkün edir.
Yerli özünüidarə orqanı kimi bələdiyyələrin cəmiyyətin müxtəlif qrupları və vətəndaşları qarşısında məsuliyyət daşıması birtərəfli şəkildə mövcud olmur. Eyni zamanda, yerli özünüidarəyə cəmiyyət tərəfindən bəzi təminatlar verilir:

  • yerli özünüidarənin həyata keçirilməsinə nə dövlət orqanları, nə ictimai-siyasi qurumlar, nə də ayrıca götürülmüş fiziki və hüquqi şəxs qarışmamalıdır;

  • dövlətin mərkəzi orqanları birtərəfli şəkildə bələdiyyələrin səlahiyyətlərini nə məhdudlaşdıra bilər, nə də əlindən ala bilər;

  • yerli özünüidarə orqanlarının mənafeləri və hüquqları məhkəmə hakimiyyəti ilə qorunur;

  • səlahiyyətləri çərçivəsində yerli özünüidarə orqanları tərəfindən qəbul olunan hüquqi aktların vətəndaşlar və hüquq təşkilatları tərəfindən icrası məcburidir.

Beləliklə, Azərbaycanda yerli özünüidarə ilə bağlı aparılan işləri və qabaqcıl Qərb ölkələrinin təcrübəsini nəzərə alaraq bələdiyyələrin təşkilinin əsas prinsiplərini müəyyənləşdirmək olar:
1.Yerli özünüidarə orqanlarının dövlət hakimiyyəti orqan­la­rından təşkilati cəhətdən ayrılığı;
2. Bələdiyyələrin seçkili olması;
3. Yerli özünüidarənin lazımi səviyyədə maddi və maliyyə resurslarının olması;
4. Ümumdövlət əhəmiyyətli işlərin görülməsində bələdiyyə və hökumət orqanlarının birgə fəaliyyət göstərməsi;
5. Yerli özünüidarənin təşkilinin və fəaliyyət göstərməsinin qanuni çərçivəyə salınması.
Əksər ölkələrdə bələdiyyə üç orqandan ibarətdir:
1. Bələdiyyə başçısı;
2. Bələdiyyə məclisi;
3. Bələdiyyə əncüməni (daimi və müvəqqəti komissiyalar).
Bunlardan birincisi icraedici, digər ikisi isə qərarverici orqanlardır.
Azərbaycanda isə bələdiyyələr iki orqandan ibarətdir: qərarverici orqan - Bələdiyyə iclası, icraedici orqan - Bələdiyyə sədri.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin