“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Qeyri-məhdud vergiqoyma səlahiyyətinin verilməsi



Yüklə 0,54 Mb.
səhifə56/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   49   50   51   52   53   54   55   56   57
referat 3390

1. Qeyri-məhdud vergiqoyma səlahiyyətinin verilməsi. Bu günə qədər bütövlükdə nəzəriyyə şəklində mövcud olan praktikada olduğu kimi istifadə edilməyən bu metodda, yerli özünüidarələrə heç bir məhdu­diy­yət olmadan öz təşəbbüsləri əsasında müstəqil vergiqoyma və toplama səla­hiyyətinin verilməsi irəli sürülür. İngilis alimi H.Riç bu metoda "rəqabət sistemi" adını verərək, bunun qeyri-məhdud vergiləmə səla­hiy­­yətini ifa­də etdiyini qeyd edir. Bununla birlikdə onun özü sərhəd­siz ver­giləmə an­la­­yışının bələdiyyələrin gömrük və böyük istehlakdan əldə edilən ver­gi­lərə şamil edilmədiyini qeyd etməsi, bu metodun güman edildiyi qədər də qeyri-məhdud olmadığını göstərir. Bu metodu irəli sü­rən­­lər ona əsas­la­nır­lar ki, heç bir məhdudiyyət olmadan yerli özü­nüida­rəetmə orqan­ları vergi tətbiq edərkən, ölkədə bir necə yerli özünü­idarə­etmə orqanları ol­du­ğun­dan, onlar bir-biri ilə rəqabətə girəcək və beləliklə də, rəqabət əsasında vergi­qoymada optimal əsas əldə ediləcək.
Praktikada ABŞ və İsveçrə bu metoddan istifadə edir. Lakin bu ölkələrdə də bu metod bir sıra qanuni vasitələrlə məhdudlaşdırılır.
2. Vergi mənbəyinin bölünməsi. Riçin "ayırmalar sistemi" adını verdiyi bu metodun əsası müxtəlif vergilərin idarələr arasında paylan­masını, yəni bəzi vergilərin dövlət orqanlarına, bəzilərinin isə yerli özünü­idarə­etmə orqanlarına verilməsidir. Almaniyada maliyyə naziri olmuş Von Miquel şəxsi vergiləri: məsələn, gəlir vergisinin daha dinamik ol­duğu üçün mərkəzi idarə tərəfindən, daşınmaz əmlakdan alınan vergiləri, o cümlədən bina və ərazi vergisinin yerli özünüidarələr tərəfin­dən müəy­yən edilib, toplanmasını təklif edir. Vergi mənbələrinin paylaşdırılması bir sıra neqativ hallara gətirib çıxara bilər:
a) vergilərdə optimal əsasın əldə olunmasının çətinləşməsi: vergi si­ya­sətinin müxtəlif idarə pillələri tərəfindən, aralarında bir uzlaşma sax­lamadan müstəqil bir tərzdə və ayrı-ayrılıqda müəyyən edilməsi ver­gilərdə ümumi optimallığa nail olmağı çətinləşdirir. Çünki optimal vergi əsasının reallaşdırılması üçün bütün inzibati vahidlər tam uzlaşma şəraitində fəaliyyət göstərməlidir.
b) vergi hasilatında azalmanın meydana gəlməsi: bu fikrə görə "vergi əsasının parçalara ayrılması nəticəsində ayrı-ayrı vahidlərin, bu vergi obyektlərindən topladıqları verginin ümumi həcmi, vahid vergiləmə əsasından tək bir idarənin topladığı vergi həcmindən azdır". Doğrudan da mənbəyi öz inzibati sərhədləri içində yerləşməyən vergiləri, yerli özü­nü­idarələrin səmərəli şəkildə toplamaları mümkün deyil. Çünki, ver­giləmənin səmərəli həyata keçməsinin iki şərti var: Əvvəlcə vergi mən­bəyi haqqında ətraflı məlumata, sonra da vergiləmədə lazımı səla­hiy­yətlərə malik olmaq. Mənbəyi öz sərhədlərindən kənarda olan vergi­lərdə yerli özünüidarələr, bu şərtlərin ikisindən də məhrumdur.
Digər tərəfdən müstəqil vergiləmə səlahiyyətlərinə malik yerli özünüidarələr arasında əməyin və kapitalın motivasiyasına əsaslanan bir vergi rəqabəti yarana bilər. Bu vəziyyətdə hər idarə, öz tərəfindən kapitalı öz sərhədləri daxilinə çəkəcək və əhalinin çoxalmasının sosial çətinlik­lərinə hədəf olmamaq üçün isə əhalinin miqrasiya etməyə məcbur edən vergi siyasəti həyata keçirəcək. Nəticədə hər iki hal vergi hasilatının azal­masına gətirib çıxarır.
Vergi mənbələrinin paylanmasının müsbət tərəfləri də vardır:
a) vergi mənbələrinin idarələr arasında bölünməsi nəticəsində yerli özünüidarələr maliyyə baxımından tam müstəqil hala gəlir;
b) maliyyə cəhətdən müstəqil hala gələn yerli özünüidarə vahid­lərinin sakinlər qarşısında məsuliyyəti artır. Çünki, yerli orqan­ların fəa­liy­yətini daha yaxından izləmək imkanı olan seçicilərin ic­ti­mai rəyi, yerli özü­nü­idarələri öz qərarlarında seçici mənzərə alma­ğa məc­bur edə­cək.
Yerli özünüidarəetmə orqanları öz fəaliyyətlərində yerli büdcənin vəsaiti ilə yanaşı yerli büdcədənkənar fondların vəsaitindən də istifadə edirlər.
Bələdiyyə büdcədənkənar fondları məqsədli xarakter daşıyır və bələdiyyə nümayəndəli orqanı tərəfindən yaradılır. Bələdiyyə büdcə­dən­kənar fondları aşağıdakı mənbələr hesabına formalaşa bilər.
- vətəndaşların, müəssisələrin, təşkilatların könüllü ianəsi və maliyyə yardımları;
- ətraf mühitdən qeyri-rasional istifadəyə, onun çirkləndirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş təbiətin mühafizəsi qaydalarına əməl etməməyə görə inzibati qaydada cərimələrdən;
- mədəni-tarixi obyektlərə ziyan vurmağa və onları məhv etməyə görə cərimələrdən;
- qanunvericiliyə zidd olmayan digər mənbələr.
Bələdiyyə büdcədənkənar fondlarının vəsaiti ayrıca hesabda yer­ləşdirilir və onlar ancaq öz təyinatı və məqsədli xərcləri maliy­yələşdirmək üçün istifadə edilə bilər.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin