Maddə 10. Sığorta məbləği, sığorta haqqı
10.1. Sığorta müqaviləsində tərəflərin razılığı ilə Sığortaçı tərəfindən ödənilən xərclərin hər bir
növü (tibbi, daĢınma, tibbi daĢınma, ölümdən sonrakı repatriasiya xərcləri) üçün təyin edilən
sığorta məbləği dedikdə Sığortaçının ödədiyi tibbi və tibbi daĢınma xərclərinin və həmçinin
daĢınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi olan pul məbləği baĢa düĢülür;
10.2. Sığorta haqqı sığorta müqaviləsinə müvafiq olaraq Sığortaçıya (onun brokerinə və ya
agentinə) Sığortalı tərəfindən ödənilməli olan məbləğdir.
10.3. Sığorta haqqı Sığortaçının tariflərinə müvafiq olaraq müəyyən edilir və onun məbləği
sığorta müqaviləsində göstərilir. Əgər Sığortaçı yüksək təhlükə ilə bağlı, o cümlədən 6.1.6-
6.1.12 bəndlərində göstərilən fəaliyyətlə məĢğul olan və həmçinin 60 yaĢı ötmüĢ Ģəxsləri
sığortalamaq barədə qərar qəbul edərsə, sığorta haqqına artırıcı əmsallar tətbiq edilə bilər.
10.4. sığortalı bütün sığorta müddəti üçün sığorta haqqını birdəfəlik ödəyir. Sığorta
müqaviləsində sığorta haqqının nisyə ödənilməsi nəzərdə tutula bilər. ÖdəniĢ köçürmə yolu və
ya nağd qaydada həyata keçirilə bilər.
Dostları ilə paylaş: |