" nformatika" fə nnində n imtahan suallarının cavabları
1. “ nformatika” elminin predmeti haqqında ümumi mə lumat
nsanın informasiyaya münasibə ti informasiya emalının avtomatlaş dırılması
mümkünlüyündə n sonra kökündə n də yiş mə yə və inkiş af etmə yə baş lamış dır.
Bunun da nə ticə sində yaradıcı və mütə xə ssis insanların intelektual fə aliyyə tinin
mə hsulu kimi informasiya ehtiyatları sürə tlə çoxalmağ a baş lanmış dır.
nformatika - kompüterlərdən və şəbəkələrdən, xüsusən nternetdən
istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir.
“ nformatika” fənn və elmi istiqamət kimi kompüterlərin köməyi ilə
informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını
öyrənir.
nformatikanın fundamenti (əsası) - hesablama prosesləri və
hesablama maşınları, sistemləri, şəbəkələrinin təşkili haqqında olan hesablama
elmləridir.
Akademik B.M.Qluş kovun və B. S. Mixaleviçin fikrinə görə informatika
kompüterləş dirilmiş informasiya sistemlə rinin fə aliyyə tinin
layihə ləş dirilmə sinin, iş lə nilmə sinin, yaradılmasının, sə mə rə liliyinin
qiymə tlə ndirilmə sinin, onun müxtə lif sahə lə rdə tə tbiqinin və tə sirinin bütün
aspektlə rini öyrə nə n kompleks elmdir.
“ nformatika” bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır.
nformasiya və avtomatika sözlərindən yaranmış
nformatika (ingiliscə
Informatics) terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış
informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. “ nformatika”
termini bəzi hallarda “Kompüter elmləri” (Computer science) termini ilə
eyniləşdirilir. Hazırda “ nformatika” elmi informasiya emalı proseslərinin
(informasiyanın toplanması, ötürülməsi, saxlanması, dəyişdirilməsi, ləğvi və s.)
kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi
kimi formalaşmışdır.
nformasiya (latınca informatio) ifadə olunma formasından asılı olmayaraq
insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan
məlumat və biliklərdir Biliklər isə müəyyən faktlar və onlar arasındaki asılılıqlar
şə
klində ifadə olunur.
nsanlar min illər ərzində çox boyük həcmli informasiyalar toplamış və
onları müxtəlif üsul və vasitələrlə saxlamışlar.
nformasiyanın 1) faydalılıq, 2) tamliq, 3) həqiqilik, 4) qiymətlilik, 5)
təzəlilik və s. kimi xassələri vardır.
nformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə
formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər.
nformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və
onu digər əlifbaya da keçirmək olar.
nformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə
ifadə olunur.
“
Verilə nlə r” (ingiliscə data) texniki vasitələrlə saxlanması, emal edilməsi
və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.
nformasiyanı ölçmə k üçün ən minimal informasiya vahidi kimi bit
(ingiliscə binary digi t sözundən) qəbul edilmişdir. Praktikada isə əsasən aşağıdakı
daha böyük informasiya ölçü vahidləri işlədilir:
1 Bayt=8 bit; 1 Kb = 1024 bayt = 2
10
bayt; 1 Mb= 1024 Kb = 2
20
bayt;
1Gb= 1024 Mb = 2
30
bayt; 1Tb = 1024 Gb = 2
40
bayt;
nformasiya proseslə ri və onların avtomatlaş dırılması. Kompüter
texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin
avtomatlaşdırılması daha da sürətlənmişdir.
nformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o,
simli və ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.
nformasiyanın saxlanması. nformasiya emal edilməzdən əvvəl və sonra
müasir kompüterlərdə istifadə olunan daşıyıcılarlda - maqnit və lazer disklərində
və qurğularıında saxlanır.
nformasiya axtarışı və emalı. nformasiyanın emalı qarşıya qoyulan
məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və
proqramlardan istifadə olunur. Aftomatlaşdırılmış üsulla kompüterdə emal olunan
informasiya istifadəçilərə adətən kompüterin xarici qurğuları ilə (monitor, printer,
qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır
Qeyd olunmalıdır ki, son illərdə “ nformatika” termini əvəzinə “Kompüter
texnologiyası” və ya “ nformasiya texnologiyası” terminlərindən daha çox
istifadə olunur.
“
Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə))
məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul
və vasitələr haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən kompüter
texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram
vasitələrindən istifadə texnologiyası deməkdir.
nformasiya texnologiyası - informasiya ehtiyatlarından istifadə olunması
proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq
məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və
istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən
metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.
nformatika, eləcə də nformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-
yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil
olmuşdur. Bunlara misal olaraq: nfokommunikasiya, informasiya infrastrukturu,
informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya
resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans, telekonfrans, axtarış
serverləri, relevant informasiya, spam, provayder, host, çat, meynfreym, LAN,
WAN, XML, HTTP və s. göstərmək olar.
nformatikanin və IKT-nın yeni elm sahə si kimi inkiş afi. Hazırda KT
müstəqil və yeni elm sahəsi kimi formalaşır. T-ın tədqiqat obyekti informasiya
proseslərinin səmərəli təşkili üsullarıdır, tədqiqat pedmeti isə T-ın nəzəri əsasları
və yaradılması üsullarıdır.
2. “ nformatika” fə nninin ə hə miyyə ti və və zifə lə ri
Informatikanın ən mühüm və vacib fənlərdən biri kimi əksər dünya
ölkələrinin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilir. Informatika
insanın zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında,
mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində əhəmiyyətli rol oynayır.
nformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm
sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi
prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə
çevrilir. nformatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni
ixtisaslara yiyələnməsində mühüm rol oynayır.
nformatika fənni insanları informasiyalaşmış cəmiyyətdə praktik həyati
fəaliyyətə hazırlayır. O, dünyadakı elektron informasiya resurslarını təhlil etmək
bacarıqlarını formalaşdırır.
nsanların praktiki fəaliyyətə, əməyə və öz təhsillərini fasiləsiz davam
etdirmələrinə hazırlanması informatikanın, kompyuter savadlılığının və
informasiya mədəniyyətinin aparıcı rol oynamasından, gənclərrin nformasiya
cəmiyyətinə nəzəri və praktiki hazırlığından, onlara müasir şəraitdə dərketmə
üsulları və vasitələrindən istifadə etməyə şərait yaradılmasından bilavasitə asılıdır.
nsanlar informasiya mədəniyyətinə, kompyuter savadına yiyələndikcə əmək
bacarıqlarını müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq
imkanı əldə edirlər.
3. “ nformatika” fənninin əsas tərkib hissələri
nformatika fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin
etmək üçün fənnin əsas məzmununun zəruri hesab edilən aşağıdakı tərkib hissələri
mövcuddur:
a) nformasiya və informasiya proseslə ri. nformasiya öyrənilən obyektlər
və hadisələr haqqında olan bilik və məlumatları göstərir. Həmin biliklər müəyyən
faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.
nformasiya prosesləri informasiyalar üzərində yerinə yetirilən müxtəlif
proseslərin məcmusu kimi başa düşülür. nformasiya proseslərinə müxtəlif təlim
prosesində, idarəetmədə qərar qəbul etmədə texniki layihələrin işlənməsi və s.
zamanı baş verən informasiya çtvrilmələri də aiddir.
nsan öz fəaliyyəti prosesində ətraf aləmdən informasiya almadan keçinə
bilməz və bu əsasda onu əhatə edənlərlə informasiya mübadiləsində olur, həmin
proseslərə şüurlu, hərtərəfli və məntiqi yanaşır.
b)Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma.
Kompyuterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə
zəruri mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində tədqiqat obyekti
haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsiredici amillər, inkişaf
göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli
qurulur. Konseptual modelin izahı riyazi simvolların dilinə çevrilir: yəni obyektin
riyazi modeli yaradılır. Riyazi modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir
və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompyuter proqramına
çevrilir. Alınmış kompyuter modelinə tədqiqat obyektinə aid real informasiyalar
daxil edilir və nəticədə obyektin informasiya modeli alınır. Məhz bu model imkan
verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti haqqında real situasiya öyrənilsin,
onun nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın.
Proqramlaşdırma dillərinin köməyilə intellektual xüsusiyyətlərə malik olan
bütün kompyuter proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə
etməklə həyata keçirilir. Məhz bu cür proqramların meydana gəlməsi ilə də süni
intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan intellektual sistemlər insanın
yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin emalına əsaslanır.
Qeyri-səlis məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar
ki, bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis modelin giriş informasiyaları qeyri-
dəqiq qiymətlər çoxluğudur. Ona gürə də həmin modellər mürəkkəb və qeyri-
müəyyən şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur.
Qeyd edilənlər onu deməyə əsas verir ki, ətraf aləmdəki müxtəlif tipli,
formalı proseslərin formallaşdırıla bilməsi və onun əsasında obyektin kompyuter
modelinin qurulması, müəyyən proseslərin başvermə ardıcıllığının öyrənilməsi,
məsələlərin həlli ardıcıllığının müəyyənləşdirilməsi vacibdir və onsuz kompyuter
vasitəsi ilə yeni məsələlərin həlli mümkün deyildir.
c)Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemlə ri.
Müasir kompyuterlər bir-birini tamamlayan iki - texniki təminat hissəsindən
(qurğulardan) və proqram-informasiya təminatından ibarətdir. Kompyuter hər
hansı işi özünün texniki qurğuları vasitəsi ilə proqram əsasında yerinə yetirir. Onun
proqram təminatı kompyuterin yaddaş qurğularında saxlanılan və kütləvi istifadə
olunan proqramlar toplusundan ibarətdir.
KT kursuna mətn və qrafiki redaktorlar, elektron cədvəllər, verilənlər
bazası, telekommunikasiya vasitələri, multimedia texnologiyaları, audio-video
konfrans, Internet, informasiya sistemləri və s. daxildir və onların öyrənilməsi
praktik istifadə baxımından böyük əhəmiyyət kəsb edir.
d)Cə miyyə tin informasiyalaş dırılması. Cəmiyyətin inkişaf tarixində üçüncü
qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir KT ictimai həyatın
informasiyalaşdırılması prosesi kimi reallaşır.
nformasiya cəmiyyəti ( C) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin
informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək
hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin
aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi,
bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir.
Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal
informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının
(məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron
hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması,
müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və
təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi
hüquqlarının tam təmin edilməsi və s. aiddir.
4. Verilə nlə r, informasiya və bilik.
Verilə n – hadisə barədə qeyd edilmiş məlumatdır və heç bir dəyişikliyə
uğramadan ixtiyari müddətə saxlana bilər. nformasiya isə qərar qəbulu üçün
yararlı formada təqdim edilən işlənmiş verilənlərdir. Bilik – bəlli qaydada işlənmiş
və istifadə edilmiş informasiyadır.
nformasiya (latınca informatio) öyrənilən obyektlər və hadisələr haqqında
ə
ldə edilən bilikləri göstərir. Həmin biliklər müəyyən faktlar və onlar arasındakı
asılılıqlar şəklində ifadə olunur. nformasiya nəzəriyyəsində informasiyanın
kəmiyyət (miqdar) baxımından təyinində də bu yanaşma əsas götürülmüşdür.
Ə
gər obyekt və ya hadisə haqqında alınan bilik təkrarlanırsa, o, informasiya
hesab olunmur, yəni o, informasiya daşımır. "Fakt" sözü "məlumat" və "xəbər"
sözləri ilə eyni mənalıdır. Beləliklə, fakt (məlumat, xəbər) hər hansı obyekt və ya
hadisənin xassələrini təyin edir. Deyilənlərdən belə nəticə çıxarıla bilər ki, bütün
hallarda informasiya faktdır, fakt isə informasiya olmaya bilər (əgər o təkrarlanırsa
və ya tədqiqatçı üçün əhəmiyyət kəsb etmirsə).
nformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt "verilənlər" sözü ilə
ifadə olunur. "Verilənlər" (ingiliscə data) texniki vasitələrlə (məsələn,
kompüterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir
olunan (kodlaşdırılan) məlumatdır. "Verilən" termini latınca "datum" (fakt)
sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə
bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə
edə bilər. Odur ki, verilənlər dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin
təsviri başa düşülür.
Verilənlər ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin
olunurlar.
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir, məsələn, çəki, ölçü,
rəng və s. Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir, çünki
faktları bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin
zənginliyi verilənlərin adları ilə qiymətlərinin birlikdə təsvirinə imkan verir.
Məsələn, "temperatur+30 dərəcədir" ifadəsində "+30" verilənin qiyməti,
"temperatur dərəcə ilə" verilənin adıdır.
Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada
istifadə olunur. Tipinə görə verilənləri 4 qrupa ayırırlar: hesabi (və ya rəqəm tipli),
mətn (və ya simvol tipli), məntiqi və göstəriçi tipli verilənlər. Hesabi verilənlərdə
qiymət rəqəmlərlə ifadə olunur (məsələn, "boyu 174 sm"). Mətn tipli verilənlərdə
qiymət sözlə (simvollarla) ifadə olunur (məsələn, "qırmızı rəngli"). Məntiqi
verilənlərdə qiymət məntiqi kəmiyyətlə («yalan», «doğru») ifadə olunur (məsələn,
"ikinin tək ədəd olması yalandır"). Göstərici tipli verilənlərdən isə
proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur. Qeyd edək
ki, proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına,
uzunluğuna görə də xarakterizə edilir.
5. Verilə nlə rin, informasiyanın və biliyin xassə lə ri.
Verlənlərin xassələri: Prezentativlik (təqdimatlılıq), Dəqiqlik, Gerçəklik.
nformasiyanın xassələri: Aktuallıq, Məqamlılıq.
Biliyin xassələri. Bilik predmet və ya konkret, konseptual və ya ümumiləşdiurici
və metabilik şəklində ola bləndir. Konkret bilik konkret oblasta aid
informasiyadan yaranır. Konseptual bilik metodoloji xarakterli olur. Metabilik
bilik haqqında bilikdir. Məsələn, Mendeleyev cədvəli.
Qısa izahatdan göründüyü kimi, "informasiya", "fakt" ("məlumat", "xəbər") və
"verilənlər" anlayışları bir-birinə çox oxşar olsa da, onlar arasında müəyyən fərqlər
var. Buna baxmayaraq, informatikada bu anlayışlar eyni məna kəsb edirlər, yəni bu
terminlər sinonim kimi qəbul olunur. Bunun əsas səbəbi ondan ibarətdir ki,
kompüterdə saxlanan, emal olunan və istifadəçiyə çatdırılan verilənlərin (faktların)
informasiya daşıyıb-daşımaması məsələsi istifadəçiyə aiddir. Beləliklə,
informatikada ən çox işlədilən "informasiya" və "verilənlər" sözləri qarşılıqlı əvəz
olunan anlayışlardır.
6. nformasiyanın mövcudolma formaları və adekvatlığı.
nformasiya—xəbərin məna yüküdür. Xəbər—ötürülən məlumatdır. Xəbər
mənbədə hasil edilir, ünvanda istehlak olunur. Xəbər mənbəyi dedikdə, özündən
informasiya şüalandıra bilən obyekt nəzərdə tutulur. Xəbər ünvanı isə informasiya
qəbul edə bilən obyektdir.
Xəbər simvol, mətn və şəkil formasında ötürülə bilir. Simvol forması—hərf,
rəqəm, işarə və s.-dən ibarət ən sadə formadır. Buna görə də simvol forması yalnız
sadə siqnalların ötürülməsində istifadə edilə bilir. Siqnal—elementar xəbərdir.
Мə
tn forması informasiyanın nisbətən mürəkkəb təqdimat formasıdır. Мətn
formasında da simvollardan istifadə edilir. Lakin burada simvolların
kombinasiyaları geniş tətbiq olunur. Bu isə mətn formasının geniş tətbiqinə imkan
yaratmışdır. Ən mürəkkəb forma şəkilötürmə formasıdır. Çünki bu forma həddən
çox informasiya tutumludur. nformasiyanın ən sadə və universal təqdimat forması
2-lik formadır. Bu, "hə" və "yox" kimi elementar münasibət bildiricilərinin
yükləndiyi 1 və 0 rəqəmləridir. 1-elektrik cərəyanı var, 0-cərəyan yoxdur—
deməkdir. Faydalı informasiya yalnız yaxşı veriləndən alınır. Gerçəkliyin
səviyyəsinə təsir edən xətanı yaradan amillər təyin edilə biləndirsə, verilən etibarlı
hesab edilir. Yaxşı verilən dedikdə, təqdimatlı, dəqiq və etibarlı verilən nəzərdə
tutulur. Veriləni informasiyaya çevirən emal prosesi adekvat və gerçəkdirsə, onda
alınan informasiya da dəqiq və etibarlı sayılır.
7. qtisadi informasiya və onun növləri.
qtisadi informasiya - çəmiyyətdə istehsal münasibətlərini xarakterizə edir.
qtisadi informasiya iqtisadi sistemin (müəssisənin, nazirliyin, dövlətin və s.)
ayrılmaz tərkib hissəsidir. qtisadi informasiya dəqiq, gerçək və operativ
olmalıdır. Dəqiqlik bir informasiyanın bütün istehlakçılar tərəfindən birmənalı
dərk edilməsi yolu ilə təmin edilir. Gerçəklik informasiyanın elə keyfiyyət
səviyəsidir ki, bu səviyyə təmin olunduqda sistemin səmərəli fəaliyyətinə xələl
gəlmir. Оperativlik isə konkret şəraitdə yüksək aktuallıq nümayişidir. darəetmə
funksiyaları üzrə iqtisadi informasiya plan-uçot, normativ-arayış və hesabat-sta-
tistika informasiyasına ayrılır. Yaranma yeri üzrə informasiya giriş və çıxış
informasiyaya bölünür.
8. Sistemin entropiyası anlayışı.
Müəyyən bir α
α
α
α sisteminin qəbul edilmiş qeyri-müəyyənlik ölçüsü H(α
α
α
α) ilə
işarə olunan entropiyadır.Hər hansı β
β
β
β məlumatı alındıqda sistemin entropiyası
H
β
β
β
β
(α
α
α
α) olur.Aydındır ki, H(α
α
α
α)>
>
>
>H
β
β
β
β
Поделитесь с Вашими друзьями: |