Azərbaycan Hava Yolları QSC
Milli Aviasiya Akademiyası
Sərbəst iş № 3
Fakültə: “ Hava nəqliyyatı "
Qrup: "1138a"
İxtisas: “ Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi ”
Fənn: " Həyat fəaliyyətinin təhlükəsizliyi "
Mövzu: " Nüvə silahlarının mexaniki zədələmə ocağının xarakteristikası "
Tələbə: Axundov Hüseyn
Müəllim: Səfərov Surxay
BAKI- 2020
Nüvə silahlarının zədələmə ocağının xarakteristikası. Bu elə bir ərazidir ki, burada nüvə partlayışmm zədələyici amillərinin təsiri nəticəsində külli miqdarda insan, heyvan və bitki təlafatı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zəhərlənsin. Nüvə zədələnmə ocağı qarışıq zədələnmələr ocağıdır: burada eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zəhərlənmə ocaqları əmələ gələ bilər. Bu ocağı şərti olaraq 4 zonaya bölmək olar (şəkil 1):
Şəkil 1. Nüvə silahının partlaması nəticəsində zədələnmə ocaqları
Tam dağıntı zonası- nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zonası deyilir ki, bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur, sahəsi ümumi zədələmə sahəsinin 10-12%-ni təşkil edir. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uçulur. Sığınacaqların əksəriyyəti (75%-ə qədəri) və yeraltı kommunal-energetika şəbəkələri (95%) salamat qalır. Küçələrdə başdan-başa uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolları uçqunlarla tutulur. Açıq havada olan insanlar 4-cü dərəcəli yanığa məruz qalır, həmçinin ölümcül doza ilə şüalanırlar. Beləliklə, mühafizə olunmayan əhali arsında itkilər 90%-dən çox, ölüm halı 80%, sanitar itkilər 10% təşkil edir.
Güclü dağıntılar zonası. Zonanın sərhədlərində zərbə dalğası nəticəsində izafi təzyiq 50–30 kPa, zədələmə zonası isə ümumi sahənin 8–10%-ni təşkil edir. Binalar güclü dağılır və onları təmir etmək mümkün deyil. İşıq şüalanması nəticəsində başdan-başa yanğınlar baş verir, küçə-lərdə başdan-başa uçqunlar əmələ gəlir. Açıq ərazidə yerləşən insanlar zədələnir və yaralanır, yanıq dərəcəsi əsasən 3-cü və 4-cü dərəcəlidir. Əhali çox güclü şüalanmaya məruz qalır. Bu zonada güclü dağıntı zonası 50%-dən az deyil, insan itkilərindən 35%-i əvəzsiz, 15%-i sanitar itkilərdir.
Orta dağıntı zonası. Zonanın sərhədində izafi təzyiq 30–20 kPa, sahasəi isə ocağın ümumi sahəsinin 18–20%-i təşkil edir. Binalar əsasən orta dağıntılara məruz qalaraq, təmir yolu ilə bərpa oluna bilərlər. Açıq sahədə yerləşən insanlar orta və yüngül dərəcəli zədə və əsasən 2-ci və 3-cü dərəcəli yanığa məruz qalır. İnsanlar həmçinin radioaktiv şüalanmaya məruz qalır, Beləliklə, bu zonada insanlar arasında ümumi itkilər 40%, onlardan 10% –i ölümcül, 30% –i isə sanitar itkilər təşkil edir.
Zəif dağıntılar zonası. Onun sərhədlərində izafi təzyiq 20– 10 kPa, sahəsi isə ümumi sahənin 60–70% təşkil edir. Binalar zəif dağıntıya məruz qalır, onların cari təmiri mümkündür. Ayrı-ayrı yanğınlar müşahidə olunur. Açıq ərazidə olan insanlar əsasən yüngül zədələr, kontuziyalar və əsasən 1-ci dərəcəli yanıqlar alır, şüalanma dozası açıq sahədə qalma vaxtından asılıdır.
Zərbə dalğası- partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürətlə yayılan çox güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğalarının yayılmasına və onların zədələyici təsirinə ərazinin relyefi, şəhər tikililəri, meşə massivləri, meteoroloji şərait və nüvə partlayışının gücü və növü əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki (cəbhəsindəki) izafi təzyiq (Pf), dalğanın sürət təzyiqi (Psür) və izafi təzyiqin təsir müddətidir. Zərbə dalğasının insanlara təsiri onların ölümünə və ya müxtəlif dərəcəli xəsarət almasına, həmçinin dağılan bina və qurğulardan ayrılan qəlpələr vasiətsi ilə yaralanmalarına gətirib çıxarır. İri bina və qurğular əsasən izafi təzyiq hesabına, kiçik obyektlər isə – sürət basqısı hesabına dağılır.
İzafi təzyiq (Pf) - yaranmış maksimal təzyiq (Pmax) ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin (RA) fərqinə bərabərdir (şəkil 2)
Şəkil 2. Nüvə partlayışı zamanı təzyiqin zamandan asılı olaraq dəyişmə qrafiki
İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqeam – qüvvə (kqq/sm2 ) ilə ifadə edilir. Izafi təzyiq həmçinin (N/m2 ) və Pa ilə ölçülür.
1 N/m2=1 Pa
1 kPa 0,01 kqq/sm2.
Zərbə dalğasının önündə izafi təzyiqi (Pf) 10 kPa-dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 dağıntı zonasına (zolağına) ayrılır (tam, güclü, orta dərəcəli və zəif dağıntı zonaları): - tam dağıntı zonası Pf > 50 kPa; - güclü dağıntı zonası Pf = 30...50 kPa; -orta dağıntı zonası Pf = 20...30 kPa; - zəif dağıntı zonası Pf = 10...20 kPa.
Misal üçün, bir milyon tonluq (q =1 Mt) nüvə silahı partladıqda, tam dağılma zonası 4 km, güclü dağılma zonası 5,4 km, orta dağılma 7,2 km, zəif dağılma 11 km radiusunda olacaq.
Nüfuzedici radiasiya- nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, gözə görünməyən - şüalar və neytron selindən ibarətdir. Onun təsiri nəticəsində havanın, bütün əşyaların və insanların ionlaşması baş verir və bu təsir şüalanma dozasından və partlayışdan sonra keçən vaxtdan asılıdır. Bu isə insan və heyvan orqanizmində maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), rentgen (R), rad ölçü vahidləri ilə ölçülür: 1 qr=100 rad. Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəstəliyinə tutulurlar:
I yüngül dərəcəli D = 100...200 rad (1-2 Qr);
II orta dərəcəli D = 200...400 rad (2-4 Qr);
III ağır dərəcəli D = 400...600 rad (4-6 Qr);
IV çox ağır dərəcəli D>600 rad (6 Qr).
Şüalanma dozasından asılı olaraq şüa xəstəliyinin dörd dərəcəsi fərqləndirilir:
- 1-ci dərəcəli (yüngül) şüa xəstəliyi cəmi doza 1,5-2,5 qreyə çatdıqda yaranır. Gizli dövr 2-3 həftə davam edir, bundan sonra ümumi zəiflik, ürəkbulanması, baş gicəllənməsi, temperaturun dövrü artması müşahidə olunur. Qanda ağ qan kürəciklərinin miqdarı azalır. Belə hallar müalicə oluna bilər.
- 2-ci dərəcəli (orta) şüa xəstəliyi cəmi doza 2,5-4,0 qreyə çatdıqda yaranır. Gizli dövr təxminən 1 həftə davam edir. Xəstəliyin əlamətləri daha aydın biruzə verir. Aktiv müalicə olunduqda sağalma 1.5-2 aydan sonra başlayır.
- 3-cü dərəcəli (ağır) şüa xəstəliyi cəmi doza 4,0-7,0 qreyə çatdıqda yaranır. Gizli dövr təxminən bir neçə saat davam edir. Xəstəlik intensiv və ağır keçir. Əlverişli halda sağalma 6-8 aydan sonra başlaya bilər.
- 4-cü dərəcəli (çox ağır) şüa xəstəliyi cəmi doza 4,0 qreydən çox olduqda yaranır. Sağalma ehtimalı yoxdur.
Dostları ilə paylaş: |