№01 (07) may 2012 №01(07) may 2012



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix07.04.2017
ölçüsü5,04 Kb.
#13626
  1   2   3   4   5   6   7   8   9   ...   17
13626

  № 01 (07)  MAY 2012
   № 01(07)     MAY 2012
ANALİTİK   KİNO  JURNALI
A N A L İ T İ K     K İ N O     J U R N A L I

www.railway.gov.az
Telefon: 499-44-07
YÜK VƏ SƏRNİŞİN DAŞIMALARI
E T İ B A R L I

    № 01(07)     MAY 2012
ANALİTİK   KİNO  JURNALI

2
Səh. 37   Sokurovun “Faust”u
Səh. 45 
Aliyə
Bir zaman 
Anadoluda
Səh. 49 Toğrul Abbasov
İlahi̇ məxluqun 
narahatlığı
Səh. 54 Aygün Aslanlı
İlahi 
məxluq, 
Avropanın qürubu və 
Kamran babanın sandığı
Səh. 57 Aliyə 
 
 Vüqar niyə qayıtmır? 
Səh. 60 
Teymur Dai̇mi̇ 
“Sonuncu”
  fi̇lmi̇ni̇n 
  eksperi̇mental 
  tərəfləri̇ barədə
Səh. 5 
Ədələt Vəliyev:
“Əhalinin  
  yerli filmlərə 
  marağı artıb”
Səh. 12  Aygün Aslanlı.
 
Serial zamanı
Səh. 16
Vahid Mustafayev: 
“Hər şeyə fərqli̇ 
  rakursdan baxmaq 
  lazımdır” 
Səh. 24   Ənvər Əbluc:
“Heç kəs öz 
ayranına 
turş deməz”
Səh. 31    Elxan Cəfərov:
“İndiki 
  məqamda  
  həqiqət 
  özünü 
  doğrultmur”
MARKETİNQ
KİNOZAL

Səh. 67 
Zeynəb Atakan:
“Vaci̇b olan  
  hədəfi̇ tapmaqdır”
Səh. 75   Aydın Dadaşov: 
“Di̇aqnoz –
problemi̇n 
həlli̇di̇r”
Səh. 82
Şərif Ağayar: 
“Çömçəsi̇ndə 
yan-yörəsi̇nə 
yorğan-döşək doldurulmuş 
yaşlı bi̇r qadın vardı...”
Səh. 89    Sevda Sultanova
Terensi̇n boş fəlsəfəsi̇
Səh. 93   Teymur 
Dai̇mi̇
Ki̇nonun 
fövqündə: 
Terens 
Mali̇ki̇n 
ki̇nofəlsəfəsi̇
Səh. 109    Aydın Dadaşov
Əbədi̇ mövzuların 
ekran həlli̇
RAKURS
Səh. 121 
Aliyə 
Kamera
və uşaq
Səh. 130   Elcin Əli̇bəyli̇ 
Azərbaycan teleməkanında 
vi̇deokli̇pləri̇n yaradıcı axtarışları 
televi̇zi̇ya tədqi̇qatının əsas obyekti̇ ki̇mi̇
Səh. 141
Dadaş Adna
      Səh. 153 
Pedro 
Almodovardan 
ki̇no dərsi̇
Səh. 161 
Sevda Sultanova
Tarkovski
(hekayə)
Səh. 167   
Тогрул Джуварлы,
 
 
   Валерий Ивченко:
 
   Жизнь Ганиева
 
   (киносценарий)
PEŞƏSİ PRODÜSER
LAYİHƏ
NƏZƏRİYYƏ
PORTRET
STOP KADR
SƏRBƏST MÖVZU
MASTER KLASS
    № 01(07)     MAY 2012
ANALİTİK   KİNO  JURNALI


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il

5
A
zərbaycan Prezidenti tərəfindən 2008-ci ildə təsdiq olun-
muş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inki-
şa fına dair Dövlət Proqramı”nın qəbulun dan 4 ilə yaxın 
vaxt  keçib.  Ötən  bu  illərə  baxanda  müsbət  dəyi şik liklər 
göz qaba ğın dadır. Siz dövlət proqra mı nın həyata keçiril məsi işində 
xüsusi ilə hansı nəticələri qeyd etmək istərdiniz?
– İlk öncə qeyd etmək istəyirəm ki, son illərdə ölkə başçısının ümumən Azərbay­
can mədəniyyətinə göstərdiyi diqqət həddindən artıq önəmlidir. Teatr, muzey, musiqi 
məktəbləri və mədəniyyət anlamı adı altında başa düşülən digər təsisatlar kimi kino da 
mədəniyyətin tərkib hissəsindən biridir. Diqqət yetirin, teatrların, muzeylərin, kitab­
xanaların, o cümlədən kinonun inkişafı ilə bağlı ölkə başçısı tərəfindən proqram lar 
qəbul olunub. Hesab edirəm ki, bu çox vacib məsələdir. Bilirsiniz ki, Sovetlər İttifaqı 
dağılma ərəfəsində 80­ci ilin ortalarından Qorbaçovun bədnam yenidənqurma siyasəti 
ilə həyata keçirilən tədbirlər əslində müttəfiq respublikaları, eləcə də Azərbaycanda 
MARKETİNQ
MARKETİNQ
Ədalət Vəliyev: 
“ƏHALİNİN 
  YERLİ FİLMLƏRƏ MARAĞI ARTIB”
Azərbaycan 
mədəniyyət və turizm 
nazirinin müavini 
Ədalət Vəliyevin 
“Fokus” jurnalına 
müsahibəsi


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
6
M A R K E T İ N Q   /   Ədalət Vəliyev: “Əhali̇ni̇n yerli̇ fi̇lmlərə marağı artıb”
bir sıra həyatı vacib olan sa­
hə   lərə  öldürücü  təsir  gös­
tər di.  Bunlardan  da  biri  ki­
no  idi.  Nə  baş  verdi?  Kino 
zal ları  boşalmağa  baş  ladı, 
kino teatr lar  fəaliy yət lə rini 
da yan dır mağa  məc  bur  oldu. 
Kino teatr lar  yaxşı  hallarda 
me bel  satışı  zalla rı na  çev­
ril mə yə  başladı.  Ta ma şaçı 
audi toriyası  olmadığı,  kino­
ya  maraq  azaldığı  üçün  bü­
tün lüklə  kino  industriyası 
qar şısı  alınmayan  fəlakətlə 
üz ləşdi.  Keçmiş  SSRİ  miq­
ya sın da  bir­birinin  ardın ca 
kino stu di ya lar  öz  fəaliy yət 
isti qa mətini  ciddi  film lər­
dən kommersiya filmlərinə yönəltdi və bu gün ciddi filmlər kimi qəbul etmək istə di­
yi  miz filmlər demək olar ki, sıradan çıxma ğa başladı. Bu proses Azərbaycanda da baş 
verdi: tamaşaçı qıtlığı, kinoteatrların yarar sız hala düşməyi, kinonun davamlı şəkil də 
re  gion larda  göstərilməməsi,  mərkəzdən  (Moskva dan  Bakıya,  o  cümlədən  Bakı dan 
rayon lara) filmlərin gətirilməməsi, kino­prokat sisteminin iflici və nəticədə kino stu di­
ya nın acınacaqlı vəziyyəti. İllərboyu artıq nizam lanmış kino çəkilişi sistemində – bədii, 
sənədli, animasiya– plansızlıq, maliyyə çətin likləri və bütövlükdə sənətdə bir düş kün lük 
yarandı. Təbii ki, daha sonrakı illərdə Azər baycan müstəqillik əldə etdi və müstəqil li­
yi nin ilk illəri nə qədər çətin olsa da ulu öndərimiz Azərbaycan mədəniyyətinin inki şafı 
ilə bağlı, daha sonra kinonu və sair mədəniyyəti ehtiva edən bir çox sahələrlə bağlı qa­
nun ların qəbul olunmasına parlament tərəfindən nail oldu. Bu gün isə artıq Azərbay can 
bü tün dünyada tanınan, sayılan, seçilən dövlətlər sırasındadır. Bu aspektdən yanaş saq 
dü şü nü rəm ki, Azərbaycan kinosunda da baş verən dəyişikliklər çox vacib dəyişik lik­
lər dir. Bakı şəhərində və regionlarda olan bütün teatrlar – Milli Akademik Dram Teatrı, 
Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı, Heydər Əliyev Sarayı təmir 
olundu, Muğam Mərkəzi açıldı, Ağdam, Mingəçevir teatrları yenidən quruldu, bilava­
sitə kinoya aidiyyatı olan silsilə işlər görüldü. MDB və Avropada ən yaxşı film saxlanc 
Azərbaycan Mədəniyyət və 
Turizm nazirinin müavini 
Ədalət Vəliyev

7
məkanlarından biri Dövlət Film Fondu müasir tələblər səviyyəsində istismara buraxıldı. 
Elə  həmin  məkanda,  yəni  kinostudiyanın  ərazisində  kino  işçilərinin  sosial  rifahının 
yuxarı qaldırılması üçün ölkə başçısının sərəncamı ilə yaşayış binası inşa olundu. 
Bundan başqa 2011­ci ildə Nizami Kino Mərkəzinin istifadəyə verilməsini qeyd 
etmək  istərdim.  Mərkəzin  istifadəyə  verilməsi  ölkəmizdə  beynəlxalq  kino  layihə­
lərinin həyata keçirilməsi üçün geniş imkan yaradır. Bir neçə il əvvəl insanlarda belə 
bir  sual  yaranırdı:  “Azərbaycanda  kinoteatr  olacaqmı?”  Mən  təsadüfən  teatrların 
adını sadalamadım, nazirlik yeni bir layihə üzərində işləyir, biz respublikanın əsaslı 
təmirdən çıxmış 100­ə qədər teatr və mədəniyyət saraylarının siyahısını hazırlamışıq. 
Həmin binalarda həftənin müxtəlif günlərində filmlər nümayiş etdirəcəyik. Bu əslində 
Azərbaycanın  rayonlarında  film  prokatını  yaratmaq  imkanlarının  olduğu  anlamına 
gəlir. Kinostudiyanın yeni rəhbərliyinə bu işlə məşğul olmaq həvala olunub, hazırda 
hazırlıq işləri gedir. Güman edirəm ki, bu ilin ikinci yarısında bu istiqamətdə xeyli 
ciddi  irəliləyişə  nail  olacağıq.  2006­2011­ci  ilə  qədər  filmlərin  istehsalına  dövlət 
büdcəsindən ayrılan vəsaitin həcmi təxminən 2 dəfə artıb ki, bu da çəkilən filmlərin 
say etibarı ilə çoxluğuna səbəb olub. Həmçinin qeyd etməliyəm ki, istehsal olunan 
filmlərə ölkə əhalisi tərəfindən maraq artıb. Eyni zamanda həmin filmlər beynəlxalq 
festivallarda da uğurlu nəticələr əldə ediblər. Məsələn, 2008­2011­ci illərdə müxtəlif 
janrlı filmlər 40­a yaxın ölkədə 100­dən artıq festivalda iştirak edib, “Ən yaxşı film”, 
“Ən yaxşı rejissor işi”, “Ən yaxşı debüt” və başqa nominasiyalarda qalib gəlib. Onu 
da qeyd edim ki, festivala qatılan filmlər arasında “Bu meydan, bu ekran” layihəsi 
çərçivəsində  istehsal  olunan  filmlər  üstünlük  təşkil  edir.  Bu  filmlərdən  “Ev”,  “Bir 
addım”,  “Düyün”,  “Koramal”  və  başqa  qısametrajlı  filmləri  qeyd  etmək  olar. 
Tammetrajlı  filmlərdən  isə  uğurlu  festival  həyatı  yaşayan  “40­cı  qapı”,  “Buta”, 
“Sahə” filmlərinin adlarını çəkə bilərəm. 
“40-cı qapı”, rejissor Elçin Musaoğlu


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
8
M A R K E T İ N Q   /   Ədalət Vəliyev: “Əhali̇ni̇n yerli̇ fi̇lmlərə marağı artıb”
Ölkəmizin  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  İSESKO  və 
YUNESKONUN  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın  bilavasitə  dəstəyi, 
təşəbbüsü və yaxından köməkliyi ilə Fransanın çox məşhur tanınmış şirkəti hazırda 
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostusiyasının yenidən qurulması layihəsi­
nin hazırlanması ilə məşğuldur. 
İl ərzində Film Fondu tərəfindən onlarla öz ömrünü kinoya həsr etmiş insanların 
taleyi  ilə  bağlı  xatirə  gecələri,  sənədli  filmlərin  təqdimatı  və  sair  yubileylər  həyata 
keçirilir. Film Fondla bağlı bir məqamı da deyim, burda 500 mindən yuxarı film saxlamaq 
imkanımız var. Hazırda isə 60 mindən bir az artıq film saxlayırıq. Biz xarici dövlətlərin 
filmlərini Azərbaycan kinosuna qazanc məqsədilə bu məkanda saxlaya bilərik. 
Artıq  Nizami  Kino  Mərkəzində  Azərbaycan  filmləri  nümayişi  olunur.  Ötən  il 
biz  kinoteatrlarda  nümayiş  olunan  dünya  kinostudiyalarının  istehsalı  olan  filmlərin 
Azərbaycan dilində təqdim olunmasına nail olduq. Bundan başqa Azərbaycan film ləri  nin 
qeydiyyatdan keçməsi və lisenziyalaşdırılması məsələsi ilə nazirlik ciddi şəkildə məşğul 
olur. Belə ki, filmlərin reyestrinin fəaliyyəti ilə bağlı 1000­ə yaxın film qeydə alınıb. 
Azərbaycanda akkreditə olunmuş bir çox dövlətlər özlərinin kino həftələrini keçiriblər. 
Eləcə də bu illər ərzində bir çox xarici dövlətlərdə – Meksika, Kuba, Misir, Macarıstan, 
Türkiyədə – Azərbaycan kino günləri də müvəffəqiyyətlə həyata keçirilib. Xüsusilə qeyd 
edim  ki,  “Azərbaycan  kinosu”  ensiklopedik  lüğəti  hazırlanıb  və  kino  ilə  bağlı  çoxlu 
sayda kitab nəşr olunub. Bunlara misal olaraq, Mais Ağabəyovun “Kinoda rəssam işi”, 
Aydın Dadaşovun “Kinoşünaslıq”, Aydın Kazım zadənin “Azərbaycan kinorejissorları”, 
Rafiq Quliyevin “Səssiz kinonun təsvir irsi” kitablarını qeyd etmək lazımdır. 
“Mədəniyyət”  qəzeti  vaxtaşırı  Azərbaycan  kinosunun  təbliği  ilə  məşğul  olur. 
Eləcə də sizin jurnalın fəaliyyəti dövlətə və dövlətçiliyə sədaqətli bir yolla kinonun 
inkişafına  xeyir  gətirəcək  məqamları  işıqlandırmağı,  təhlili  ciddi,  düşündürücü 
materialların  çap  olunmasına  istiqamətlənməklə  çox  böyük  xidmət  göstərir.  On  il 
əvvəl bunu ancaq arzu etmək olardı. 
Hesab edirəm ki, ən böyük uğurlarımız hələ qarşıdadır.Yəni, Azərbaycan kino su­
nun işıqlı gələcəyi uzaq gələcəyin söhbəti deyil. 

9
● “Nizami” kinoteatrının təmiri,fəaliyyətə başlaması həm şəhərimizin sakin-
ləri, həm kino ictimaiyyəti və ziyalılar tərəfindən müsbət qarşılandı. Sizə elə 
gəlmir ki, bütün respublikanı əhatə edən kino nümayişi zallarını boş qalmaq 
təhlükəsi gözləyə bilər? Burda tamaşaçının məsuliyyətsizliyi çoxdur yoxsa 
başqa faktorlar da rol oynayır?
–  Neçə  illərdir  ki,  teatra  getməyən  adamlar  deyirdilər  ki,  teatr  ölüb.  Biz  yeni 
və  əsaslı  təmirdən  çıxmış  binalar,  mərkəzləşmiş  kart  sistemi  ilə  biletləri  satmağa 
başla yanda  rəqəmlərə  diqqətlə  baxdıq  və  gördük  ki,  teatrlar  çox  böyük  inkişafa 
başlayıblar. İnsanlar hər şeydə maraq və rahatlıq axtarırlar. Gözəl film gözəl, rahat 
binada baxıl“40­cı qapı”malıdır. Əgər bunun gözəl oturacağı, gözəl foyesi yoxdursa, 
əgər binanın damından yağış yağırsa tamaşaçı özünü orda necə rahat hiss edə bilər? 
Niyə “Azərbaycan” kinoteatrı, “Park Cinema” hər zaman tamaşaçı ilə dolu idi? Çünki 
orda ilkin vacib olan şəraitlər yaradılıb. Bugünki kinoteatrlar əslində özündə bir çox 
funksiyaları birləşdirən kinoteatr rolunu oynamalıdır. Əmin olun, kinoteatrların sayının 
artması tamaşaçıların sayının azalmasına yox, artmasına xidmət edəcək. 
● Proqramda beynəlxalq Euvroimage təşkilatına üzvlük, birgə istehsalın dəs-
tək lənməsi də xüsusi qeyd olunur. Bu sahədə nə yeniliklər var?
– Qeyd edim ki, bu zamana qədər “Sahə”, “Kabusun gözü ilə”, “Ondan yaxşı 
qardaş yox idi”, “15 ispaniyalı Bakıda”, “Ümid yeri” və s. bədii və sənədli filmlər 
xarici dövlətlərlə birgə çəkilən ekran əsərləridir. Birgə filmlərin bəziləri də məsələn, 
“Qorxma mən səninləyəm 2”, “Qırmızı bağ”, “Mahmud və Məryəm” istehsal mərhə­
lə sindədirlər. Azərbaycan hazırda da dünyanın başqa dövlətləri ilə birgə film istehsalı 
barədə danışıqlar aparır. Amma bizim bu gün bu işlə çox ciddi şəkildə məşğul olma­
mağımızın  səbəbi  hələlik  kinostudiyamızın  hazır  olmaması,  maddi  texniki  bazanın 
zəifliyidir. Kinostudiya hazır olandan sonra Fransa, İtaliya, Almaniya eləcə də dünya­
nın bir çox ölkələri ilə birgə istehsalla bağlı işlər görüləcək.
◄ “Buta”, rejissor İlqar Nəcəf 
 
“Sahə”, rejissor İlqar Safat. ►


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
10
M A R K E T İ N Q   /   Ədalət Vəliyev: “Əhali̇ni̇n yerli̇ fi̇lmlərə marağı artıb”
  ●  Proqramda  özəl  prodüser  mərkəzlərinin  dəstəklənməsi  məsələsi  də  xüsusi 
önəm daşıyır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə prodüser mər kəz lərinin 
çəkdiyi  filmlərin  arasında  uğurlu,  beynəlxalq  festivallarda  iştirak  etmiş  filmlər  var. 
“Nərimanfilm”, “Buta Film” kinoşirkətləri dövlət tərə findən sifariş edilmiş layihələrə 
əlavə maliyyə vəsaiti də cəlb ediblər. Güclü özəl prodüser mərkəzlərinin formalaşması 
üçün daha nələri etmək lazımdır? Onların hansı zəif cəhətləri daha çox sezilir?
– Bizdə yalnış təsəvvür mövcuddur. Biz iyirmi illik müstəqilliyini yaşayan Azər­
baycanla 200 illik müstəqilliyini yaşayan və dövlətçilik ənənəsi ilə yanaşı mədə niy­
yət  ənənəsi  olan  dövləti  eyni  tərəziyə  qoyub,  eyni  nəticəni  gözləyirik.  Prodüserlik 
məktəbi İngiltərədə, Amerikada neçə illərdir mövcuddur, biz də çox qısa vaxt ərzində 
onların tempinə çatmaq istəyirik. Bu isə bir az qeyri­ciddi səslənir. Mənim fikrimcə, 
Azərbaycanda normal, kifayət qədər ciddi insanlar var ki, bu işlə məşğuldurlar. Sadə cə 
gəncləri alışdırmaq, öyrətmək, oxutmaq lazımdır. İnsanlar xarici dillər bilməli, dünya­
nın  kino  şəbəkələrində  təcrübə  keçməlidirlər,  yəni  ixtisaslaşmanı  daha  da  dərinləş­
dirməlidirlər. Zamanla bunlar hamısı həll olunacaq. 
●  Bu sualı  sizə  “Çağdaş Azərbaycan  teatrının  təşkilatlanma  problemləri” 
fun da mental  monoqrafiyanın  müəllifi  kimi  vermək  istəyirəm.  Analoji  as-
pekt dən  milli  kinematoqrafiyamıza  baxanda  kinomuzun  təşkilatlanması, 
ba za rın formalaşması, istehsalçılar və prokatçılar arasında harmonik mü-
na si bət lərin yaranması, xarici festivallarda təmsil oluna biləcək film lərin 
çoxal ması nəzərindən sizcə, milli kinomuzun zəif bəndi hansıdır? Kadr ça-
tış maz lığı, passionar şəxslərin azlığı yoxsa kino təhsilinin və ya kino dər-
gi lərinin durumu? 
– Azərbaycan kinosunun sadaladığınız problemləri ayrı bir məqalənin mövzu su­
dur. Bu gün biz kinoda uğurlarımızdan, görülən, görüləcək işlərdən danışdıq. Əlbəttə, 
kinomuzda ciddi problemlər var. Həmin dövlət proqramı o problemlərin böyük bir 
qisminin  aradan  qaldırılması  üçün  hazırlanmış  dövlətin  konsepsiyasıdır.  Heç  kəs 
danmır ki, kinoda bu gün kadr, prokat, kinoteatr binaları ilə bağlı ciddi problemlər 
mövcuddur. Amma  son  illər  görülən  işlər  bizdə  böyük  inam  və  ümid  yaradıb  ki, 
Azərbaycan kinosu dürüst yolla inkişaf edir. Və bu istiqamətdə böyük nailiyyətlərə 
biz artıq imza atırıq. 
●  Son  illərin  tendesiyalarını  analiz  edəndə  ikili  tendensiya  hiss  olunur.  Bir 
tərəfdən festival üçün nəzərdə tutulmuş filmlər, başqa tərəfdən milli tarixi-
mizlə bağlı və ya daxili tamaşaçılara həsr olunmuş filmlər. Büdcə cəhətdən 
bu iki tendensiyanı fərqləndirmək olar. İribüdcəli və standart büdcəli. Siz-
cə,  milli  mədəniyyətimizin,  kinematoqrafiyamızın  inkişafı  baxımın dan  bu 
tenden siyalar hansı nisbətdə olmalıdır və ya ikisindən birini seçməliyikmi?
– Mənim üçün belə bölgü yoxdur. Zaman­zaman tariximizə mütləq şəkildə müra­
ciət edib, onun parlaq səhifələrini işıqlandırmalıyıq. Və həmin filmlərin büdcəsinin 
də  böyüklüyü  labüddur.  Məsələn,  21­ci  əsrdə  yaşayıb  12­ci  əsr  haqqında,  hətta 
1985­ci il haqqında film çəksək, o dövrün maşınları, o dövrün geyimi, yaşam tərzini 
qurmaq iri maliyyə hesabına başa gələcək. Bugünki həyatımızdan bəhs edən filmlər 
isə daha kiçik büdcə ilə çəkiləcək. Bir də deyirəm, mənim üçün belə bölgü yoxdur. 

11
Mənim üçün filmdə parlaq, gözəl ssenari, son dərəcə gözəl rejissor işi, son dərəcə 
gözəl aktyor ifası var. 
●  Sirr  deyilsə,  şəxsi  kino  zövqünüz  ilə  bağlı  sual  verərdim.  Hansı  filmlərə 
üstünlük verirsiniz? Ziyalı tamaşaçı kimi və məmur tamaşaçı kimi zövqlə-
rinizdə fərq olurmu?
– Oxuduğum kitablar rəngarəng olduğu kimi filmlərə də baxış bucağım fərqlidir. 
Tarixi filmlərdən sənədli filmlərə, detektiv filmlərdən məişət mövzulu filmlərə qədər 
hamısına  baxıram.  Yetər  ki,  o  məni  öz  ağuşuna  alsın,  məni  cəlb  etsin,  dərinliyinə 
aparsın. Dayaz, problemsiz, konfliksiz filmləri sevmirəm. Kinonun da teatrın da başla­
ğıcında dayanan vacib məqamlar var: dinamika, xarakterlər, konfliktlər. Əgər bunlar 
yoxdursa, deməli artıq problem var. Sualınızın ikinci qisminə gəlincə, bəlkə sual belə 
qoyula bilərdi: “Peşəkar yoxsa həvəskar gözü ilə baxırsınız?” Mən istər­istəməz bütün 
yaradıcı işlərə peşəkar gözü ilə baxıram. 
● Bəs ən çox baxdığınız filmlə ən çox sevdiyiniz film arasında bir fərq varmı? 
– Bilirsiniz, mən hətta deyim ki, bizim adət etdiyimiz filmlər də var. Bu haqda heç 
vaxt heç kəs danışmır. Hamı niyəsə sevdiyi filmlər haqqında danışır. Amma sevdiyimiz 
filmlərin  bir  qismi  artıq  adət  etdiyimiz  filmlərdir.  Məsələn,  Üzeyir  bəy  günləri 
çərçivəsində “Məşədi İbad”, “Arşın mal alan” filmlərinə baxmaq artıq adətə çevrilib. 
Çünki telekanallar da daim bu filmləri nümayiş etdirir. Bununla yanaşı bəzi filmlər də 
var ki, çox sevilir, amma davamlı ekranda verilmir. Biz “Qaçaq Nəbi”, “Fətəli xan”a da 
davamlı baxa bilərik. Amma niyə “Nəsimi” adəti üzrə daha çox verilir, nəinki digərləri? 
 
●  “Fokus”  kino  jurnalının  7-ci  sayı  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
birbaşa maliyyələşdirməsi hesabına çap olunur. Sizin simanızda nazirliyin 
rəhbərliyinə və əməkdaşlarınıza həm bununla, həm də bayaq ünvanımıza 
dediyiniz xoş sözlərə görə dərin təşəkkürümüzü bildirmək istəyirik. Jurnalın 
məzmunu, formatı ilə bağlı arzularınızı eşitmək də maraqlı olardı. 
–  Mən  kino  jurnalını  bir  az  daha  rəngli,  daha  baxımlı,  daha  çox  filmlərdən 
şəkil lərin əks olunduğu formada görmək istərdim. Sizin jurnalın daxili tutumu çox 
zəngindir. Hesab edirəm ki, vaxtaşırı maraqlı ssenarilərə yer ayrılmalı, dünyanın kino 
aləminə  sirayət  etmək  gücü  olan  qələm  sahiblərinin  məqalələrini  tərcümə  edərək 
hər  nömrədə  verilməlisiniz.  Bundan  başqa  jurnalda  dünya  kinosunda  baş  verən 
qalmaqallı hadi sələr deyil, ciddi məqamlar əksini tapmalıdır. Təcrübi xarakter daşıyan 
yazıların bu jur nalda verilməsinin tərəfdarı deyiləm. Xronologiya ilə bağlı müəyyən 
məsələlərin olması da daha yaxşı olardı. Tam səmimi deyirəm, çox çalışıram jurnalın 
bütün nömrə lərini oxuyum, oxumağa imkan olmayanda səhifələyirəm. Jurnalınızın 
maliyyə mənbələri güclənsə, dediyim nüanslara diqqət yetirəcəyinizi bilirəm. Sizə 
uğurlar arzulayıram. 
müsahibəni apardı Nərmin Muradova


01
 (0
7)
 m
ay
 2
01
2-
ci
 il
12

Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin