1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Fransada Sol Blok Höküməti



Yüklə 108,94 Kb.
səhifə72/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   68   69   70   71   72   73   74   75   ...   79
cavab

77.Fransada Sol Blok Höküməti

Radikal sosialistlər 1923-cü ildə "Milli blok"dan ayrıldılar. Seçki ərəfəsində, 1924-cü ildə onlar sosialistlər və respublikaçılarla birlikdə "Sol blok" yaratdılar. Bu blok seçkiqabağı kampaniyada ümumi siyasi amnistiya verilməsi, 8 saatlıq iş gününə amal edilmasi, kapital üzərinə vergi qoymaqla ölkənin maliyyə sisteminin sağlamlaşdırılması və b. vədləri verdi.

1924-cü il mayın 11-də keçirilən parlament seçkilərində "Sol blok" 287, sağ partiyalar 125, kommunistlər isə 26 mandat qazandılar. "Sol blok" qələbə qazandıqdan dərhal sonra iyunun 1-də deputatlar palatasının sol qrupları Milyeranın prezident kreslosundan əl çəkməyəcəyi təqdirdə hökumət təşkil etməyəcəklərini bildirdilər. Belə olduqda sağlar və digər partiyalar Fransua Marsal başda olmaqla koalisiyalı hökumət yaratdılar. Lakin deputatlar palatası bu hökuməti təsdiq etmədi. Duşmüş olduğu ağır vəziyyətdə Milyeran iyunun 11-də konstitusiyaya uyğun olaraq istefaya getdi. İyunun 13-də Qaston Dumerq Fransa Milli Məclisində respublika prezidenti seçildi. 1924-cü ilin iyununda radikal-sosialist Eduard Errio (1872-1957) isə baş nazir oldu. O, 1925-ci ilin aprelinədək baş nazir vəzifəsində işlədi. Zabit ailəsində anadan olmuş, tarix-filologiya fakultəsini bitirmiş, ziyalı, demokrat və pasifist olan Eduard Errio buna qədər Lion şəhərinin meri və deputatlar palatasının sədri vəzifələrində işləmişdi

Sol blok höküməti siyasi və hüquqi sahədə bir sıra islahatlar keçirdi. 1924-cü ilin dekabrında siyasi məhbuslara amnistiya verildi. Qadınlar bələdiyyə va kontonlarda iştirak etmək hüququ qazandılar. Bu tədbirlər cəmiyyətdə müsbət qarşılansa da iqtisadi problemlər hələ də həll olunmamış qalırdı.

Kapital üzərinə vergi qoyulması haqqında qanun layihəsi 1925-ci il aprelin 11-də senat tərəfindən rədd edildikdə Errio kabi neti istefaya getdi. Beləliklə, Errio "qızıl divanı" başı ilə sındıra bilmədi.

1925-ci il aprelin 17-də Pol Penlevenin başçılığı ilə yeni höku mət yaradıldı. Lakin bu hökumət də daxili siyasətdə uğur qazana bilmədi. Sənayedə, xüsusən pambıq-parça, yun və b. yüngül sənaye sahələrində vəziyyət ağır idi. Belə şəraitdə iri inhisarların yaradıl ması gücləndi.

"Sol blok" hökumətlərinin xarici siyasətinin başlıca məqsədi Avropada hegemonluğa nail olmaq, müstəmləkələrdə möhkəmlən mək və nüfuz dairəsi qazanmaq idi.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin