357. Natiqlik sənətinin ikinci adı:
A) ritorika
B) etiket
C) mimika
D) cest
E) etika
358. Müraciət etiketlərini göstərin.
1) Xanım! 2) Salam! 3) Əlvida!
4) Mübarək! 5) Var ol! 6) Cənab!
A) 1, 6
B) 1, 2, 5
C) 2, 3, 4
D) 3, 4
E) 4, 5
359. Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti nədir?
A) nitqin düzgünlüyü
B) nitqin dəqiqliyi
C) nitqin ifadəliliyi
D) nitqin elmiliyi
E) nitqin sərbəstliyi
360. «Silahlı əsgərlər kəndin sakit sakinlərinə amansız divan tutdular» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik
B) qrammatik
C) fonetik
D) orfoqrafik
E) orfoepik
361. «Babamın maraqlı yaddaşına söz ola bilməzdi» cümləsində hansı söz leksik normaya uyğun deyil?
A) maraqlı
B) babamın
C) yaddaşına
D) söz
E) ola bilməzdi
362. «Sən də, Murad da karikatura çəkməkdə çox mahirsən» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) leksik
C) orfoqrafik
D) orfoepik
E) həm orfoqrafik, həm orfoepik
Dostları ilə paylaş: |