1 Atropatena dövlətinin qonşu dövlətlərlə münasibəti


Albaniya Sasanilər hakimiyyəti dövründə



Yüklə 21,46 Kb.
səhifə3/4
tarix07.11.2022
ölçüsü21,46 Kb.
#67689
1   2   3   4
1 Atropatena dövlətinin qonşu dövlətlərlə münasibəti

3.Albaniya Sasanilər hakimiyyəti dövründə
Albaniyanın Kürün sağ sahili hissəsi isə Arsax, Uti, Paytakaran və Sünik adlanan dörd iri nəhəngdən ibarət idi. Onların da hər biri qavarlara bölünürdü.
Qədim Atropatena torpaqları isə Sasani dövlətinin mövcud olduğu bütün dövrdə onun tərkibində olmuş və Adurbadaqan (hərfən “odun himayəsində olan ölkə”) adlanmışdır. Erkən Sasani dövründə Adurbadaqanın sərhədləri çox güman ki, Parfiya dövlətinin tərkibində olan Atropatenanın sərhədlərinə uyğun gəlmişdir. Sasanilər dövlətində Adurbadaqan əvvəllər dövlətin şəhrlərindən1 biri idi.
I Şapurun (241-272) hakimiyyəti dövrünə aid olan, Nəqşi-Rüstəmdə aşkar edilmiş kitabədə Sasanilər dövlətinin şəhrləri arasında Adurbadaqanın, Albaniyanın da adları çəkilir. Bu zaman Adurbadaqan (Cənubi Azərbaycan) da imperiyanın başqa yerləri kimi idarə olunurdu. Sasanilərin dövründə vilayətləri, əsasən, Sasani sarayından təyin olunan məmurlar idarə edirdi. Sasani şahı I Xosrov Ənuşirəvanın (531-579) VI əsrin ortalarında keçirdiyi inzibati islahatlar nəticəsində dörd iri canişinlik - kust (tərəf, cəhət) yaradıldı. Bu zaman həm Albaniya, həm də Cənubi Azərbaycan “Azərbaycan kustu”nun, yəni Şimal canişinliyinin tərkibində idi.
Albaniya Sasanilər dövründə. Eramızın I əsrindən etibarən Albaniyada Parfiya Arşakilərinin bir qolu olan alban Arşakiləri hakimiyyətdə idilər. VII əsrin alban tarixçisi Moisey Kalankatlı bu sülalədən olan on hökmdarın adını çəkir. Albaniyanın ilk arşaki hökmdarı I Qoçaq Vaçaqan ölkənin bütün vilayətlərini birləşdirdi və mərkəzləşmiş dövlət yaratdı. III−V əsrlərdə Albaniya artıq mərkəzləşmiş feodal dövlət oldu. Bu dövlətdə hökmdar ölkənin qanunvericisi, baş hakimi, hərbi qüvvələrin baş komandanı idi.




IV əsrin son rübündə bütün Cənubi Qafqaz Bizans və Sasanilər dövlətləri arasında nüfuz dairələrinə bölündü. Bu zaman Albaniya Sasanilər dövlətinin təsiri altında idi. Alban hökmdarı Urnayr (313-371) İran şahı II Şapurun müttəfiqi kimi Sasani-Roma müharibələrində iştirak etmiş, 359-cu ildə Amid və 371-ci ildəki Dzirav döyüşlərində Sasanilərin tərəfində döyüşmüşdü.
III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq 
Yüklə 21,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin