31
mişdir. Heyvanlar haqqında nağıllar, Sehrli nağıllar, Dini
nağıllar, Novellavari nağıllar, Axmaq div (şeytan) haqqında
nağıllar, Lətifəvari nağıllar, Zəncirvari nağıllar, Bahadırlıq
nağılları. Qeyd edim ki, bu bölgü zamanı qabardılaraq gös-
tərilən digər başlıqlar (Dini nağıllar, Novellavari nağıllar,
Axmaq div (şeytan) haqqında nağıllar, Lətifəvari nağıllar,
Zəncirvari nağıllar, Bahadırlıq nağılları,) əsas üç başlıqdan
törəmələrdir. Bölgünün bu qədər uzun aparılması, məqsəd-
dən çox kənara çıxmışdır. Fikrimizi izah etmək üçün Dini
nağıllar bölgüsünü ələ alaq. Qeyd edək ki, dini bilgilər rus
folklorunda nağıl şəklində yayılmışdır. Bunun təsiri ilə mü-
əllifin Dini nağıllar başlığını böldüyünü vurğuladıqdan son-
ra, qeyd etməliyik ki, bu bölgü də Türk nağılları üçün ke-
çərli deyil. Çünki dini bilginin qəbul edilə bilməsi üçün əv-
vəla oradakı bilgilərin, şəxsiyyətlərin və süjetin gerçəkliklə
əlaqəsi olmalıdır. Bundan başqa, Rüstəmzadənin dini nağıl-
lar olaraq topladığı mətnlər (Ağdaş folkloru, 2006:245,
252, 254 ve s.) formul, motiv anlamında da nağıl tələbləri-
nə uymur. Burada söyləyicinin mətnə “biri vardı biri yox”
və s. kimi nağıl qəliblərini süni şəkildə əlavə etdiyi açıqca
hiss edilir.
Bizcə, nağıl mətnlərini tədqiq və təhlil edərkən bölgüsü
forma və məzmuna görə aparılmalıdır. Formaca bölgüdə
kumilyativ nağıllar qeyd edilməli, məzmunca bölgüdə isə
sehrli nağıllar, heyvanlar haqqında nağıllar, məişət nağılları
qruplaşmalıdır.
Dostları ilə paylaş: