1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə



Yüklə 3.21 Mb.
səhifə6/29
tarix23.06.2017
ölçüsü3.21 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

13-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”. Nəqliyyatda, kimya və eləcə də sənayenin digər sahələrində bir çox neft məhsullarından (həmçinin avtomobil benzinindən) xammal kimi istifadə olunması mümkündür.

14-cü sətir “Enerji məqsədli son istehlak” altı iri qrupun – sənaye; nəqliyyat; kənd və meşə təsərrüfatı, balıqçılıq; ticarət, mehmanxana və restoranlar; iqtisadiyyatın digər sahələri və ev təsərrüfatları üzrə enerjinin son istehlakı haqqındakı məlumatlarından formalaşdırılır.



Sənaye - (sətir 14.1). 14.01–14.11-ci altsətirlərdə sənayenin sahələri üzrə enerji məqsədli ilə istehlak olunmuş avtomobil benzininin miqdarı göstərilir.

Nəqliyyat - (sətir 14.2) – Avtomobil nəqliyyatı (sətir 14.22) üzrə nəqliyyat vasitələrinin bütün növləri tərəfindən istehlak edilmiş avtomobil benzininin miqdarı göstərilir. Avtomobil yollarından kənarda istifadə olunmuş yanacaq (yükləmə-boşaltma işləri, kənd və meşə təsərrüfatının ehtiyacları üçün daşınmalar və s.) daxil edilmir. Hava nəqliyyatı (14.23) istisna olmaqla, qalan nəqliyyatın bütün növlərində avtomobil benzinindən istifadə oluna bilər.

Kənd və meşə təsərrüfatı, balıqçılıq (sətir 14.3) sahələrində (balıqyetişdirmə, açıq dənizdə balıq ovu daxil olmaqla) istifadə olunmuş avtomobil benzininin miqdarı bu sətirdə əks etdirilir.

Ticarət, mehmanxana və restoranların öz fəaliyyətinin təmin edilməsi zamanı istehlak etdiyi avtomobil benzininin miqdarı 14.4-cü sətirdə göstərilir.

İqtisadiyyatın digər sahələri üzrə yuxarıda adları sadalanmayan, rabitə, səhiyyə, təhsil, bank və sığorta sektorunda, habelə dövlət idarəetmə orqanları və s. sahələrdə müəssisələrin əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilmiş avtomobil benzininin miqdarı 14.5-ci sətirdə əks etdirilir.

Ev təsərrüfarlarında məişət məqsədləri üçün istifadə edilmiş avtomobil benzininin miqdarı balansın 14.6-cı sətrində göstərilir.



15-ci sətir “Statisik fərq”. Avtomobil benzininin son istehlak üçün yararlı (12-ci sətir) miqdarından onun qeyri-enerji (sət.13) və enerji (sət.14) məqsədli son istehlakının cəmi çıxıldıqdan sonra yaranan fərqdir. Statistik fərqin qiyməti mənfi işarə ilə də ola bilər. “Statistik fərq” sətrinin məlumatları balans məlumatlarının keyfiyyətini qiymətləndirməyə imkan verən əsas meyardır. Belə ki, enerji daşıyıcıları arasında avtomobil benzini böyük paya malik olduğundan statistik fərqin 1%-dək olmasına yol verilir.

Avtomobil benzini məhsulu üzrə əmtəə balansının maketi

min ton

A X I N L A R

Sətrin

№-si


Avtomobil benzini

A

B

C

1

Təchizatın mənbə-ləri sektoru

İlkin enerji məhsullarının istehsalı

1



İdxal

2

 

İxrac (rəqəm « – » işarəsi ilə qeyd edilir)

3

 

Beynəlxalq reyslər üzrə üzən gəmilərin yanacaq çənlərinə yanacaq doldurulmuşdur (« – » ilə)

4

X

Ehtiyatların (qalıqların) dəyişməsi

5

 

Ü M U M İ D A X İ L İ İ S T E H L A K (1-5-ci sətir. cəmi)

6

 

Transformasiya (çevirmə) sektoru

Transformasiya sektorunun məsrəfləri

7

 

İctimai ehtiyacların ödənilməsi üçün fəaliyyət göstərən istilik elektrik stansiyaları

7.1

X

Müəssisələrin daxili ehtiyaclarının ödənilməsinə xidmət edən istilik elektrik stansiyaları (generatorlar daxil olmaqla)

7.2

X

Domna sobaları

7.3




Qaz emalı zavodları

7.4

X

Neft emalı zavodları

7.5

X

İstilik mərkəzləri (qazanxanalar)

7.6

X

Transformasiya sektorunun buraxılışı

8

 

İctimai ehtiyacların ödənilməsi üçün fəaliyyət göstərən istilik elektrik stansiyaları

8.1

X

Müəssisələrin daxili ehtiyaclarının ödənilməsinə xidmət edən istilik elektrik stansiyaları (generatorlar daxil olmaqla)

8.2

X

Domna sobaları

8.3

X

Qaz emalı zavodları

8.4

X

Neft emalı zavodları

8.5




İstilik mərkəzləri (qazanxanalar)

8.6

X

Enerji məhsullarının məhsullararası yerdəyişmələri, qayıtmalar

9

 

Məhsullararası yerdəyişmələr

9.1




Məhsulların yerdəyişmələri 

9.2




Neft-kimya sənayesindən enerji məhsulu qayıtmışdır

9.3

 

Daxili və xüsusi istehlak, itkilər

Energetika sektorunun daxili istehlakı və xüsusi sərfiyyatı

10

 

Neft-qaz çıxarma müəssisələri

10.1



Neft və qaz emalı zavodları

10.2




Elektrik stansiyaları

10.3

X

Bölüşdürmə zamanı itkilər və digər itkilər

11

 X

SON İSTEHLAK ÜÇÜN YARARLIDIR (sət.13 + sət.14)

12

 

S O N İ S T E H L A K S E K T O R U

Qeyri-enerji məqsədli son istehlak

13

 

Kimya sənayesi

13.1




Sənayenin digər sahələri

13.2




Nəqliyyat

13.3




Enerji məqsədli son istehlak

14

 

Sənaye (14.01 – 14.11-ci sətirlərinin cəmi)

14.1

 

Qara metallurgiya

14.01




Əlvan metallurgiya

14.02




Kimya sənayesi (rezin, plastik kütlə məmulatları istehsalı daxil olmaqla)

14.03




Digər qeyri-metal mineral maddələrin istehsalı

14.04




Mədənçıxarma sənayesi

14.05




Qida məhsullarının istehsalı

14.06




Toxuculuq, tikiş sənayesi, dəri, dəridən məmulatlar və ayaqqabı sənayesi

14.07




Oduncaqların emalı və ağac məmulatı istehsalı

14.08




Sellüloz-kağız sənayesi, nəşriyyat işi

14.09




Maşın, avadanlıq, nəqliyyat vasitələri istehsalı

14.1




Sənayenin digər sahələri

14.11




Nəqliyyat (14.21, 14.22, 14.23, 14.24, 14.25 s. cəmi)

14.2

 

Dəmir yolu və elektrik nəqliyyatı

14.21




Avtomobil nəqliyyatı

14.22




Hava nəqliyyatı

14.23

X

beynəlxalq mülki aviasiya

14.231

X

ölkədaxili aviadaşımalar

14.232

X

Boru kəməri nəqliyyatı

14.24




Nəqliyyatın digər növləri

14.25




Kənd və meşə təsərrüfatı, balıqçılıq

14.3




Ticarət, mehmanxana və restoranlar

14.4




İqtisadiyyatın digər sahələri

14.5




Ev təsərrüfatları

14.6




S t a t i s t i k f ə r q (12-ci sət. - (s.13 + s.14)

15

 


1.4. Reaktiv mühərriklər üçün ağ neft

Göstəricinin qısa tərifi. Reaktiv mühərriklər üçün ağ neft aviasiya turbinli güc qurğularında istifadə olunan distillə məhsuludur. Onun ağ neft kimi 150-3000 C diapazonunda (adətən 2500 C-dən yüksək olmur) distillə olunma və eyni alışma temperaturuna malik xüsusiyyətləri vardır. Bundan başqa, reaktiv mühərriklər üçün ağ neft Hava Nəqliyyatının Beynəlxalq Assosiasiyasının (İATA) müəyyən etdiyi bir sıra özünəməxsus xassələrə (donma temperaturu kimi) malikdir. Bu kateqoriyaya ağ neftin qarışdırma komponentləri də daxildir.

Göstəricinin hesablanma metodologiyası. Reaktiv mühərriklər üçün ağ neftin miqdarı tonla ölçülür, bu məhsul növünü istehsal edən neft emalı müəssisələri tərəfindən uçota alınır və istehsalı 23-emal (neftayırma), 5-energetika, idxalı, ixracı və istehlakı 1-neft məhsulları, 5-energetika, 6-energetika, 4-yanacaq rəsmi statistika hesabatlarında öz əksini taparaq Sənaye Məhsullarının Statistik Təsnifatı üzrə 23.20.14.00.0 kodu ilə kodlaşdırılır. İsteh-salçı müəssisələrdə reaktiv mühərriklər üçün ağ neftin ehtiyatlarının dəyişməsi-nə dair məlumatlar da həmçinin 23-emal (neftayırma) hesabatında əks etdirilir. Reaktiv mühərriklər üçün ağ neftin idxal-ixracı həyata keçirilən zaman məhsula HS/CN beynəlxalq ticarət nomenklaturasının 2710.00(.51+.55) kodu verilir.

Məlumatların əhatəliliyi. Reaktiv mühərriklər üçün ağ neftin istehsalı, ehtiyatların dəyişməsi haqqında statistik məlumatlar başdan-başa statistika müşahidəsi metodu əsasında formalaşdırıldığından, mülkiyyət növündən asılı olmayaraq ölkə ərazisində bu fəaliyyət növü ilə məşğul olan bütün təsərrüfat subyektlərindən toplanır. İdxal-ixrac haqqında məlumatlar Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Hava Yolları” Dövlət Konserninin məlumatları əsasında formalaşdırılır.

Reaktiv mühərriklər üçün ağ neft məhsulu üzrə əmtəə balansı aşağıdakı kimi tərtib edilir:



1-ci sətir “İlkin enerji məhsullarının istehsalı (hasilatı)”. Reaktiv mühərriklər üçün ağ neft xam neftdən alındığına görə törəmə məhsullara aid edilir. Ona görə də bu sətir boş saxlanılır.

2-ci və 3-cü sətirlər “İdxal” və “İxrac”. Bu sətirlərdə fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə gətirilən və ölkədən çıxarılan reaktiv mühərriklər üçün ağ neftin həcmi göstərilir. Beynəlxalq metodologiyaya əsasən yüklərin gömrük orqanlarında rəsmiləşdirilməsinin baş verib-verməməsindən asılı olmayaraq, idxal-ixrac əməliyyatları məhsulun ölkənin milli sərhədlərini keçən zaman baş vermiş hesab edilir. Ölkə ərazisindən tranzitlə keçən enerji məhsulları (elektrik enerjisi istisna olmaqla) idxal-ixrac göstəricilərində nəzərə alınmır. Balansda ixrac göstəriciləri « - » işarəsi ilə qeyd edilir.

4-сü sətir “Beynəlxalq reyslər üzrə üzən gəmilərin yanacaq çənlərinə yanacaq doldurulmuşdur”. Gəmilərdə reaktiv mühərriklər üçün ağ neftdən yanacaq kimi istifadə olunmadığına görə, bu sətir boş saxlanılır.

5-ci sətir “Ehtiyatların (qalıqların) dəyişməsi”. Ehtiyatların dəyişməsi hesabat dövrünün əvvəlinə olan ehtiyatlardan hesabat dövrünün sonuna olan ehtiyatları çıxmaqla hesablanır. Hesabat dövrünün sonuna ehtiyatlar artdıqda rəqəm « - » işarəsi ilə yazılır. Reaktiv mühərriklər üçün ağ neftin ehtiyatları bu məhsulun istehsalçılarında, idxalçılarında, enerji məhsullarının transformasiyası, bölüşdürülməsi, ticarəti ilə məşğul olan müəssisələrdə ola bilər.

6-сı sətir “Ümumi daxili istehlak” Reaktiv mühərriklər üçün ağ neftlə bütün təchiz olunma mənbələrinin, yəni, balansın 2-ci, 3-cü və 5-ci sətirlərinin məlumatlarının toplanmasından alınır.

7-ci sətir “Transformasiya sektorunun məsrəfləri”. Bu sətir boş saxlanılır.

8-ci sətir “Transformasiya sektorunun buraxılışı”. Reaktiv mühərriklər üçün ağ neft yalnız neft emalı zavodlarında istehsal olunduğuna görə 8.5-ci altsətirdə göstərilir.



9-cu sətir “Enerji məhsullarının məhsullararası yerdəyişmələri, qayıtmalar”. Məhsullararası yerdəyişmə - enerji məhsullarının keyfiyyətinin (xüsusiyyətlərinin) dəyişməsi ilə bağlı, onların yenidən təsnifləşdirilməsidir. Yerdəyişməyə məruz qalmış məhsulun həcmi balansda “çıxdığı” məhsul sütununda mənfi kəmiyyət kimi, “daxil olduğu” məhsul sütununda isə müsbət kəmiyyət kimi qeyd edilir.

Neft-kimya sənayesində prosesləri keçdikdən sonra neft emalı zavodlarına təmizlənmə və emal üçün qayıdan ağ neft balansın 9.3-cü (Neft-kimya sənayesindən enerji məhsulu qayıtmışdır) sətrində qeyd edilir.


1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə