1. Azərbaycan dili haqqında


Azərbaycan əlifbasının tarixi inkişaf yolu



Yüklə 21,32 Kb.
səhifə3/5
tarix18.03.2023
ölçüsü21,32 Kb.
#88687
1   2   3   4   5
Document

3.Azərbaycan əlifbasının tarixi inkişaf yolu.
Məlumdur ki,insanlar öz nitqlərini fonetik cəhətdən təhlil etməyə alışdıqları zaman səsləri işarələrlə,yəni hərflərlə əks etdirməyə başlamışlar.Sözdəki səslər hərflərlə göstəriləndən sonra əlifba meydana çıxmışdır.Əlifbanın yaranmasında həm misirlilərin,həm minoyların, həm də finikiyalıların böyük rolu olmuşdur.
Əlifbanın mənşəyinə dair Misir nəzəriyyəsinə görə,yazı tarixində ilk dəfə olaraq səsləri əks etdirən işarələr bizim eradan əvvəl Misir yazısında əmələ gəlmişdir.Həmin işarələr ancaq samit səsləri bildirirdi.Misirlilər ilk dəfə olaraq hərf yaratmalarına baxmayaraq, sırf hərfli yazıdan istifadə edə bilməmişlər.
Misir və minoy yazılarının təsirində qədim qərbi sami xalqları bir sıra hərfi-səs əlifbası yaratmışlar.Sami dillərin yazılarından ən çox inkişaf etmişi Finikiya yazısıdır.Finikiyalılar dövrünün məşhur ticarətçiləri olmuşlar.Onların dili qədim ərəb dilinə yaxın olmuşdur.Bu dildə sözlər ən çox samitlə başlanır.Cəmiyyət tarixində ilk səs-yazı sistemlərindən biri olan Finikiya yazısında 22 hərf işlənilmişdir.
Yazı tarixçilərinin müəyyən etdiklərinə görə Finikiya əlifbası iki istiqamətdə yayılmışdır:şərq istiqamətində və qərb istiqamətində.Şərqdə finikiya əlifbası əsasında ilk dəfə arami əlifbası meydana çıxmışdır.Sonralar arami yazısı əsasında bütün Şərqin əlifbaları yaranmışdır.Alimlər həmin əlifbaları dörd budağa bölmüşlər:
1.Yəhudi budağı
2.Suriya budağı
3.İran budağı
4.Ərəb budağı
Qərbdə Finikiya əlifbası əsasında qədim yunan əlifbası yaranmışdır.
Qədim Azərbaycanda mənəvi mədəniyyətin bu növündən geniş istifadə edilmişdir.Əlifba hərflərin sıra ilə düzülüşüdür,yəni hərflər sistemidir.Əlifbada hərflərin düzülüşü möhkəm ənənəvi sıraya malikdir.Bu düzülüşün çox mühüm praktiki əhəmiyyəti vardır.Lüğətlər də əlifba prinsipinə əsasən düzülür.Xalqımız uzun illər ərəb əlifbasından,XX əsrdə gah latın,gah da kiril əlifbasından istifadə etmişdir.Nəhayət,90-cı illərin əvvəllərindən xalqımız latın əlifbasından istifadə edir


Yüklə 21,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin