1. Azərbaycan dili haqqında



Yüklə 21,32 Kb.
səhifə5/5
tarix18.03.2023
ölçüsü21,32 Kb.
#88687
1   2   3   4   5
Document

5.Ana müqəddəs Varlıqdır.
Ana müqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir.
Ana ağlayanda da ürəkdən ağlayır. Bəzən ən bulanıq ürəklər onun göz yaşları ilə durulur, ən kirli vicdanlar onun göz yaşları ilə yuyulur. Kim bilir, bəlkə də dənizlər göz yaşı olsaydı, buna dözməz, quruyardı… Gözləri görməyən, anadangəlmə kor olan bir gənc ana haqqında hisslərini belə ifadə edir: «Eşitdim ki, dünya gözəldir. Günəşin doğuşu da, batışı da dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim da yoxdur. Ancaq ürəyimi yandıran bir şey var. Anam… Kaş bircə dəfə də olsa onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa ona baxa biləydim. Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim…» Bu yazını oxuyarkən ananın bütün dünyadan, gözəlliklərdən, günəşdən, ay və ulduzlardan, uca dağlardan da gözəl, əzəmətli, əyilməz olduğunu görməmək özü elə dünya işığından məhrum olmaq deməkdir.
Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua ilə qalxar, dua ilə enər, ana dodaqları dua ilə açılar, dua ilə yumular.Uca peyğəmbərimiz də «Cənnət anaların ayaqları altındadır» deyib. Bununla da anaların ucalığını, müqəddəsliyinin ölçüsünü göstərir.Analarımız bizə hər şeyi öyrədir. O, bizə Allaha inanmağı, başqalarının əməyinə qiymət verməyi, məntiqi düşünməyi, cəsarətliliyi, dayanıqlılığı, paxıllıq etməməyi, gələcəyə ümidlə baxmağı, susmağı, ədaləti … hər şeyi öyrədir. Nə biliriksə hər şeydə Anaya borcluyuq. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur.
Yüklə 21,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin