1. Azərbaycan multikulturalizmin əsas xüsusiyyətləri



Yüklə 87,55 Kb.
səhifə2/8
tarix24.12.2023
ölçüsü87,55 Kb.
#193584
1   2   3   4   5   6   7   8
multikulturalizm

2.Milli dinlər
Dünyanın ən qədim dinlərindən biri sayılan zərdüştiliyin mənsubları öz etiqadlarını “mazdayasna” (Avesta dilində “Mazda tanrısına pərəstiş” deməkdir. –Red.) və ya “vahvi-daena” (Avesta dilində “xeyirxah din” deməkdir –Red.), özlərini isə “behdin” (fars dilində “dindar” mənasına gəlir –Red.) adlandırırlar. Qərb dünyasında bu din Zoroastrizm kimi məşhurdur. Zərdüştilik və Zoroastrizm adları sözügedən dinin banisi Zərdüştün adından götürülmüşdür. Qədim yunanlar ona “ulduza sitayiş edən” mənasına gələn “Zoroastr” adını vermişlər. Onun adı zərdüştiliyin müqəddəs kitabı “Avesta”da “Zaratuştra Spitama” şəklində keçir. “Zaratuştra” sözü qədim pəhləvi dilində “dəvələri tərbiyə edən”, “yaşlı dəvə sahibi”, “sarı dəvə sahibi” mənalarına gəlir. Spitama isə Zərdüştün mənsub olduğu kahin nəslinin adıdır. Zərdüştün həyatı haqqında etibarlı məlumatları yalnız “Avesta”nın ən qədim hissəsi olan “Qat”lardan əldə etmək mümkündür. Lakin bu mötəbər məlumatların sayı azdır. “Avesta”nın digər mətnlərində Zərdüşt əfsanəvi şəxsiyyət kimi təsvir olunur. Onun həyatına dair əfsanə və rəvayətlər orta əsrlərdə pəhləvi dilində yazılmış zərdüşti ədəbiyyatda, habelə X-XI əsrlərdə Bəhram adlı şəxs tərəfindən fars dilində qələmə alınmış “Zərdüştnamə” kitabında əksini tapmışdır. Əksər tədqiqatçılar hesab edirlər ki, Zərdüşt peyğəmbər e.ə. VII-VI əsrlərdə yaşamışdır. Elm dünyasında onun doğulduğu yer barədə müxtəlif mülahizələr irəli sürülmüşdür. İran, Əfqanıstan, Fələstin və Orta Asiyada dünyaya gəldiyini iddia edənlər vardır. Lakin elm dünyasında Zərdüşt peyğəmbərin Cənubi Azərbaycanda anadan olduğunu bildirən tədqiqatçılar da az deyildir. Rəvayətlərə görə, Zərdüşt kahin ailəsində dünyaya gəlmişdir. Onun atasının adı Poruşasp, anasının adı isə Duqdova olmuşdur. Atası kahin olduğu üçün o, yeddi yaşından etibarən bu vəzifəyə hazırlanmışdır. Bunun üçün Zərdüşt müxtəlif dini mətnləri əzbərləmiş və ayinlərin yerinə yetirilmə qaydalarını öyrənmiş, on beş yaşında kahinliyə təyin olunmuş, iyirmi yaşına çatdıqda isə valideynlərindən ayrılaraq, özünü dərk etmək və həqiqəti tapmaq məqsədilə səyahətə çıxmışdır. Səyahət zamanı Zərdüşt müdriklərlə görüşərək biliklərini artırmışdır. Həmçinin rəvayətlərdə qeyd olunur ki, o, 30 yaşında Daitiya çayı kənarında xeyir tanrısı Ahura Mazda (avesta dilində “Müdrik Tanrı” deməkdir.- Red.) və ya Hörmüzdən (Ahura Mazda adının sadələşdirilmiş forması. – Red.) vəhy almışdır. Bu hadisə “Avesta”da belə təsvir edilmişdir: “Bahar bayramında iştirak edən Zərdüşt dan söküləndə yemək hazırlamaq üçün su dalınca çaya yollandı. O, axının ortasından su doldurub sahilə qayıdanda elə bu zaman yaz səhərinin təmiz havasında onun qarşısında bir xəyal görünüb onu işıq saçan Ahura Mazdanın və başqa beş zatın yanına gətirdi. Bu zaman bu yeddi tanrı (ilahə) ona vəhy verdi”.Vəhy aldıqdan sonra o, yeni dini təlimi təbliğ etməyə başlamış, insanları tanrı Ahura Mazdanın yolu ilə getməyə və xeyirxahlığa dəvət etmişdir. Lakin çoxallahlığa etiqad bəsləyən soydaşları onun təlimini rədd etmişlər. O, on il boyu diyar-diyar gəzib dolaşaraq öz təlimini təbliğ etmiş, lakin təhqir və təzyiqlərlə üzləşmişdir. Dövrün kahinləri onun əleyhinə çıxaraq yeni dinin yayılmasına mane olmağa çalışmışlar. Bu on il ərzində Zərdüşt peyğəmbər yaxın qohumu Madiomanhdan başqa, özünə tərəfdar qazana bilməmişdir. “Avesta”dan belə məlum olur ki, uzun illər təzyiqlərə məruz qalan Zərdüşt Kavi Viştaspa adlı hökmdarın simasında özünə himayədar tapmışdır. Onun adı “Qat”larda dörd dəfə çəkilir. Bu hökmdarın yaşadığı yer və idarə etdiyi dövlət barədə dəqiq məlumat olmasa da, tədqiqatçılar onun bir tarixi şəxsiyyət olduğunu inkar etmirlər. Rəvayətlərə görə, Kavi Viştaspa Zərdüştün dinini qəbul etdikdən sonra təkcə öz ölkəsində deyil, habelə digər məmləkətlərdə də yaymağa başlamışdır. Hesab olunur ki, Zərdüşt Kavi Viştaspanın sarayında yeni dinin əsaslarını formalaşdırdı, dini ayinləri və dua mətnlərini sistemləşdirdi. O, ömrünün sonunadək Kavi Viştaspanın sarayında yaşadı, 70 və ya 77 yaşında ikən qətlə yetirildi. Belə ki, köhnə inancların tərəfdarı olan bir kahin dua edən Zərdüştün kürəyinə xəncər saplayaraq onu öldürdü. Zərdüşt üç dəfə ailə həyatı qurmuşdur. Bu evliliklərdən Urvatat-nara, Hvara-çitra, İsad-vastra adlı üç oğlu və Freni, Triti, Poruçista adlı üç qızı dünyaya gəlmişdir. Onun ölümündən sonra Zərdüştilik təlimi Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycan, İran, Orta Asiya, Əfqanıstanda geniş intişar tapdı, Əhəmənilər dövləti (e.ə. 550 – e.ə. 330) və Sasanilər imperiyasında (224 – 651) dövlət dini səviyyəsinə yüksəldi. Onu da qeyd edək ki, zərdüştiliyə məxsus ilk yazılı abidələr Əhəmənilər dövləti dövründə yaranmışdır. Sasanilər imperiyası vaxtı isə mərkəzləşdirilmiş zərdüşti dini təşkilatın formalaşdırılması məqsədilə tədbirlər görülmüş, habelə Adurbad Mahraspandananın rəhbərliyi altında “Avesta” kitabı sistemləşdirilmişdir. İslamın gəlişindən sonra Zərdüştilik əvvəlki hakim mövqeyini itirmiş və tənəzzülə uğramışdır. Hazırda azsaylı zərdüşti icmalar İran və Hindistanda mövcudluğunu qoruyur. Bununla yanaşı, Əfqanıstan, Tacikistan, Pakistan, habelə ABŞ və bir sıra Avropa dövlətlərində zərdüştiliyin mənsublarının yaşadığı məlumdur. Lakin müasir dövrdə dünyada yaşayan zərdüştilərin ümumi sayı dəqiq bilinmir. Ehtimal olunur ki, dünya üzrə bu dinin mənsublarının sayı 125-300 min nəfər təşkil edir

Yüklə 87,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin