Midiya dövlətinin yaranması Midiya dövləti İranın mərkəzində meydana gəlmişdir. Midiya Mannadan cənub-şərqdə, yerləşirdi. Mannanın Gizilbundavilayəti hər iki dövlətin sərhəddini təşkil edirdi. Mixi yazılarında Midiyanın adı- Maday, Matay, Amaday, yunan mənbələrindəisə Midiya şəklində işlənmişdir. Midiya ölkəsi haqqına ilk məlumatlare.əIXəsrəaiddir. İlkdəfə Midiya adınıe.ə843-cü ildə, Assur hökmdarı III Salmanasar işlətmişdi.
Midiya tayfaları içərisində maqlar xüsusi yer tuturdu. Midiya tayfaları haqqında geniş məlumatı yunan tarixçisi Heredot“Tarix” əsərində vermişdir. O, Midiya ərazisində altı qəbilənin yaşadığını qeyd edir. Onlardan mataylartürk mənşəli tayfa idi.
E.ə IX-VIII əsrlərdə Midiya ərazisi xırda vilayət hakimləri tərəfindən idarə olunurdu. E.ə IX əsrin ikinci yarısında Assuriya hökmdarları Midiya ərazisinə yürüşlər edib ölkəni qarət edərək, xırda hökmdarları özündən asılı vəziyyətə saldılar.
Nəticədə ayrı-ayrı Midiya vilayətləri xərac verməyə məcbur oldu.