1 Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri


Albaniya e.ə.IV-eramızın III əsrlərində



Yüklə 82,01 Kb.
səhifə25/46
tarix02.01.2022
ölçüsü82,01 Kb.
#43956
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   46
tarix kol

7 Albaniya e.ə.IV-eramızın III əsrlərində.
Albaniya dövlətinin yaranması
Azərbaycanın cənub bölgəsinə nisbətən şimalında dövlət qurumu bir qədər gec yaranmışdı. Belə ki, e.ə III minillikdə Azərbaycanın cənubunda dövlət qurumları yarandığı halda, şimalında e.ə IV əsrdə yaranmışdı. Makedoniyalı İsgəndərin Şərqə yürüşü zamanı e.ə 330-cu ildə Əhəmənilər imperiyasının dağılması nəticəsində müstəqil Albaniya dövləti (e.ə IV əsrin sonu – III əsrin əvvəllərində) yarandı. Albaniya dövlətinin ərazisinə aşağıdakı torpaqlar daxil idi:


  • İndiki müstəqil Azərbaycan Respublikasının ərazisi




  • Gürcüstanın Alazan vadisi və Dağıstanın cənub rayonları




  • Qərbi Azərbaycan (indiki Ermənistan) torpaqları




  • İberiya (Gürcüstan) ilə Xəzər dənizi arasındakı torpaqlar

Albaniyanın sərhədləri müxtəlif vaxtlarda dəyişilmişdir. Albaniya Şimalda Qafqaz dağları, cənubda Atropatena, cənub-qərbdə Ön Asiya, şərqdə Xəzər dənizi ilə həmsərhədd idi.


Albaniyanın ərazisi və sərhədləri haqqında antik müəlliflərin əsərlərində bir çox məlumatlar verilmişdi. Onlardan yunan tarixçisi Strabon Kür çayının Albaniya ərazisi ilə axaraq dənizə töküldüyünü və Kaspiana vilayətinin Albaniyanın tərkibinə daxil olduğunu qeyd edir. Kaspiana vilayəti Kür çayının aşağı axarında, dəniz sahilinə qədər olan ərazidə yerləşirdi.
Albaniyanın ilk paytaxtı Qəbələ (Kabala) sonra isə Bərdə şəhəri olmuşdu. Albaniyanın yaşayış məntəqələrinin sayı İberiyaAtropatenadakı yaşayış məntəqələrinin ümumi miqdarından çox olmuşdur.


Yüklə 82,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin