Kirin hakimiyyəti (e.ə 550-530) II Kirin hakimiyyəti dövrünə aiddir:
•Midiya dövlətini süquta uğratdı
•Əhəmənilər dövlətinin əsasını qoydu
•Anadoluda Lidiya (e.ə 547) və Babilistan dövlətini (e.ə 539) işğal etdi
•Misirə qədər Qərb ölkələrini könüllü Əhəmənilər dövlətinə tabe etdi
•Massagetlərlə döyüşdə məğlub oldu
QEYD: E.ə 530-cu ildə Araz çayı yaxınlığında döyüşdə II Kir, Tomrisin başçılığ etdiyi massaget tayfaları ilə döyüşdə
məğlub edilərək öldürüldü. Ondan sonra hakimiyyətə onun oğlu II Kambis gəldi
Kambisin hakimiyyəti (e.ə 530-522)II Kambisin hakimiyyəti dövrünə aiddir:
•Cənubi Qafqazı Əhəmənilər imperiyasının tərkibinə qatdı
•E.ə 525-ci ildə Pelusiya döyüşü nəticəsində Misir dövlətini işğal edərək özünü firon elan etdi
•İmperiyanın ərazisi Hind okeanından Misirə və Qafqazdan İranadək genişləndirdi
•Misirə səfəri zamanı Əhəmənilər dövlətində dövlət çevrilişi baş verdi
II Kambis Misirdə olarkən E.ə 522-ci ildəQaumata (əsil adı Bardi) adlı bir maq (kahin) özünü II Kirin oğlu kimi qələmə
verərək dövlət çevrilişi etdi və Əhəməni taxt-tacını ələ keçirdi. Əhəməni taxt-tacını ələ keçirdikdən sonra Qaumata aşağıdakı iki mühüm siyasəti həyata çeçirməyə başladı: