Atropatenanın Seleviklər dövlətindən asılı vəziyyətə düşməsi (e.ə 223-190)
Makedoniyalı İsgəndərin imperiyası dağıldıqdan sonra onun imperiyası Misir, Makedoniya və Seleviklər (Suriya) dövlətinə parçalandı. Seleviklər dövləti qısa zamanda Mesopotamiya, İran, Mərkəzi Asiya və Qafqazı özünə birləşdirməyə başladı. Seleviklər dövlətində hakimiyyətə III Antiox gəldikdən sonra e.ə 223-cü ildə Atropatenaya hücum etdi. III Antioxun Atropatenaya hücumu nəticəsində:
Atropatena hökmdarı Artabazan məğlub oldu
Atropatena Seleviklərdən asılı vəziyyətə düşdü
Atropatenanın Seleviklər dövlətindən asılılığı cəmi 33 il çəkdi. Belə ki, Aralıq dənizi hövzəsində qüdrətli dövlətə çevrilən
Roma dövləti e.ə 190-cı ildə Maqneziya döyüşündə Selevik hökmüdarı III Antioxu məğlub etdi. Maqneziya döyüşü nəticəsində:
Seleviklər dövləti məğlub oldu və parçalanması gücləndi
Atropatena dövləti yenidən müstəqil oldu
Atropatenanın Parfiya dövləti ilə münasibətləri
Seleviklər dövlətinin parçalanması nəticəsində Mərkəzi Asiyada Parfiya dövləti (e.ə 247 – e. 224-cü illərdə mövcud olmuşdur) yarandı. E.ə II əsrin ikinci yarısında Parfiya dövləti Roma dövləti ilə Ön Asiyada ağalıq uğrunda mübarizə aparırdılar. Bu zaman Selevkilər dövləti zəifləyərək bir neçə xırda dövlətlərə parçalanmışdı. Parfiya və Atropatena dövlətləri Romanı özlərinin müstəqilliyi üçün təhlükə hesab edirdilər. Romaya qarşı mübarizə Parfiya və Atropatena dövlətlərini bir biri ilə yaxınlaşdırırdı.
Dostları ilə paylaş: |