Həmədanın tutulması ərəblərin vəziyyətini daha da ağırlaşdırdı
Həmədan döyüşü - nizami ərəb orduları üzərində sayca beşinci qələbə idi.
XI əsrin 30-cu illərinin əvəlləri azadlıq müharibəsinin uğurlu dövrü idi. Bu zaman Xürrəmilərin uğurlu qələbələrinin səbəbi əsasən aşağıdakı amillərlə bağlı idi:
• Suriya və Misirdə eyni vaxtda üsyanların başlaması
Ərəblərin Bizansla müharibəni davam etdirməsi
Xürrəmilərin əraziyə və dağ yollarına yaxşı bələd olması
Ərəblər çox çalışsalar da, xürrəmilərin zərbələrini dəf edə bilmirdilər. Babəkin adamları pusqu dəstələri təşkil edərək silahı, pulu və ərzağı ələ keçirirdilər. Qəfil hücumlarla ərəb döyüşçüləri arasında vahimə və çaşqınlıq yaradırdılar. Müharibə İranın da bir sıra vilayətlərini və şəhərlərini bürümüşdü. Hərəkatın belə genişlənəcəyindən qorxan Xəlifə Məmun (813 - 833) ölərkən varisi Mötəsimə Babəkilərə qarşı amansız olmağı vəsiyyət etdi: “Xürrəmilərə qarşı müharibəyə qətiyyətli və rəhmsiz adam göndər. Əgər xürrəmilərə qarşı mübarizə uzansa, onda onların üzərinə bütün dostlarınla və köməkçilərinlə özün get”.
Dostları ilə paylaş: |