Xürrəmilər hərəkatının zəiflənməsi
Yeni xəlifə seçilən Mötəsim (833 - 842) sələfinin vəsiyyətinə əməl edərək, xürrəmilərə qarşı güclü ordu göndərdi. 833-cü il, dekabrın 25-də ərəblərlə xürrəmilər arasında II Həmədan döyüşü başladı. II Həmədan döyüşü nəticəsində:
Xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğrayaraq böyük itkilər verdilər
Qələbə xilafətin başçılarına və ərəb sərkərdələrinə bu vaxta qədərki səhvlərini anlatdı
Həmədan döyüşündən sonra Xəlifə xürrəmilərə qarşı mübarizədə qalib gəlmək üçün aşağıdakı tədbirləri həyata keçirdi:
Bizansla müharibəni dayandırdı, orduda intizam möhkəmləndirildi
Ordunun təchizinə, təcrübəli və səriştəli sərkərdələrlə möhkəmləndirilməsinə xüsusi diqqət yetirdi
Dövlətin fəaliyyətini, bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı müharibəyə yönəltdi
Yollar sahmana salındı və təhlükəsizlik üçün keşikçi məntəqələri yaradıldı
Məşhur sərkərdə Afşini Xürrəmilərə qarşı vuruşan ərəb ordunusuna baş komandan təyin etdi
Müharibə uzandıqca qüvvələr nisbətindəki fərq ərəblərin xeyrinə dəyişdi. Ərəb ordusu yeni qüvvələr hesabına gücləndiyi halda, xürrəmilərin sırası seyrəlirdi. Bununla belə, Xürrəmilər hələ də xilafət ordularına rahatlıq vermirdilər. Babək hərbi manevrləri ilə düşmənin planlarını pozur və onları çıxılmaz vəziyyətə salırdı.
Xürrəmilər 836-cı ildə II Həşdadsər döyüşündə xüsusi məharət göstərdilər. Babək ilə ərəb sərkərdəsi Buğa arasında baş verən II Həşdadsər döyüşü nəticəsində:
Xürrəmilər ərəblər üzərində parlaq qələbə çaldılar
|