Üçüncü kitabda ( hissədə) -Ərəblərin tarix səhnəsinə çıxmasından, Cənubi Qafqaza hücumları vəbuərazilərəsahibolmalarından, həmçinin hunlarla münasibətlərindən bəhs edilir.
QEYD: “Kitabi Dədə Qorqud” dastanı xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır. Dastan IX əsrin əvvəllərində ərəb dilinə tərcümə edildi və islam mədəniyyətinin dəyərli incisinə çevirildi.
Memarlıq Bu dövrdə şəhərlərin hamısı qala divarları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şəbəkəsi və kanalizasiya qurğuları yaradılırdı. Qabların və abidələrin üzərində ərəb əlifbasının küfi xətti ilə yazılmış yazılar onların yarandığı dövrü və sənətkarını dəqiqləşdirir. Azərbaycanda İslamın qərarlaşması nəticəsində:
Memarlığın və şəhərsalmanın yeni istiqaməti müəyyən olundu
Tikinti və abadlıq sahəsində yeni ənənələr yarandı
İnşaat sahəsində bişmiş kərpic, hörgü texnikası təkmilləşdi
Yonulmuş daşdan tağlı konstruksiyaların qurulması işi xeyli təkmilləşdi
Azərbaycan memarlığında günbəzli tikililər geniş yayıldı
Azərbaycan memarlığında günbəzli tikililər VIII əsrə qədər geniş yayılmışdı. Bərdə şəhəri yaxınlığında Tərtər çayıüzərində çaylaq daşından hörülmüş körpü bizə məlum olan xilafət dövrü memarlığının yeganə və ən səciyyəvi nümunəsidir.