1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə52/203
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#30462
1   ...   48   49   50   51   52   53   54   55   ...   203
N 87

44
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
 
Ɔ
Nəticə 
Azərbaycan-Türkiyə  əlaqələri  sadəcə  ikitərəfli  əlaqələr  olmayıb, 
regional balansa və hadisələrə təsir edən, regional və qlobal güclərin regiona 
siyasətinə  qarşı  ortaq  mövqedən  çıxış  edə  bilən  və  regional  hadisələrin 
təsirinə məruz qalan münasibətlərdir. İki dövlətin bir çox regional hadisədə 
ortaq mövqe göstərməsi regional maraqlarının üst-üstə düşməsindən irəli 
gəlir. Enerji ehtiyatları və xətləri, erməni problemi, Rusiya, İran və ABŞ-ın 
Cənubi Qafqaz siyasəti Türkiyə və Azərbaycanın münasibətlərinə təsir edən 
regional məsələlərdir və bu məsələlərdə hər iki tərəfin görüşləri bəzən fərqli 
olsa da, əsasən üst-üstə düşür. 
Soyuq müharibədən sonra hər iki dövlət regionda eyni qrupda yer aldı. 
Qarşılıqlı ortaq güvən, ictimaiyyətin təzyiqləri, Azərbaycan siyasi elitasının 
Türkiyəni seçməsi və iki dövlətin regional mənada ortaq təhlükələrlə qarşı-
qarşıya qalması onların regional siyasətlərinin üst-üstə düşməsinə və regional 
məsələlərə bənzər reaksiya verməsinə səbəb olub. Ortaq təhlükələrə qarşı 
bənzər reaksiyalar iki dövlətin region siyasətini birlikdə qurmasına gətirib 
çıxarıb.
67
 Bu mənada iki dövlətin regional münasibətlərində bir qarşılıqlı 
asılılığın (“interdependence”) olduğunu söyləmək mümkündür.
Regional  hadisələrə  qarşı  iki  dövlət  arasında  reaksiyalar  2009-cu  ilə 
qədər eyni olub. 2009-cu ildə Türkiyənin Ermənistanla sərhəd açılımı və 
münasibətləri  “normallaşdırma”  cəhdi,  həmçinin  Qarabağ  məsələsinin 
həllinə  baxışda  yaşanan  fərqli  yanaşma  və  2011-ci  ildə  Yaxın  Şərqdə 
cərəyan edən hadisələr məsələsində Türkiyənin rolu tərəflərin bəzi regional 
hadisələrdə fərqli mövqelərdən çıxış etməsinə səbəb olub. 
Bu iki dövlətin regional əməkdaşlığı çərçivəsində həyata keçən layihələr 
hərbi layihələr deyil, region insanının sosial və iqtisadi rifahını artıracaq 
layihələrdir.  BTC,  BTƏ  və  BTAQ  bu  layihələrin  bariz  nümunələridir.  
Bu iki dövlət Gürcüstana da dəstək verərək regionda üçüncü bir dövlətin 
inkişafına və müstəqilliyinin möhkəmlənməsinə kömək göstərib. 
Türkiyə və Azərbaycan Ermənistana vəd verib ki, Qarabağ ətrafındakı 
işğal etdiyi rayonlardan çəkiləcəyi halda kommunikasiya və enerji xətlərini 
yenidən  bərpa  edəcəklər.  Ermənistan  bu  təklifi  qəbul  edəcəyi  təqdirdə 
regionda  onun  da  xeyrinə  olan  ümumi  bir  iqtisadi  və  sosial  əməkdaşlıq 
mexanizmi  yarana  bilər.  Bu  isə  regionda  əməkdaşlıq  təşkilatının  ortaya 
çıxmasına  və  xarici  güclərin  regiondaxili  məsələlərə  müdaxiləsinin 
azalmasına səbəb ola bilər. 
67   Bilal Şımşır, göstərilən əsəri, s. 296.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin