1. Azərbaycanda milli mətbəxdə balıq xörəkləri Azərbaycan milli mətbəxində şirniyyatlar Azərbayan milli mətbəxində mürəbbələr



Yüklə 43,49 Kb.
səhifə3/29
tarix02.01.2022
ölçüsü43,49 Kb.
#42646
1   2   3   4   5   6   7   8   9   ...   29
MİLLİ MƏTBƏX

ƏRİK MÜRƏBBƏSİ

Ərzaqlar:

ərik – 1 kq.
şəkər – 1,2 kq. 

İri əriyin çəyirdəyi çıxarılır, xırdalar isə bütöv bişirilir. Əriyin səthi 8-10 yerdən deşdəklənir və 1 dəq. suda pörtlədilir. Üzərinə qaynar şərbət tökülür. 8-10 saat saxlanılır. Arada 8 saat saxlamaq şərti ilə 3 dəfə mürəbbənin şirəsi qaynadılıb əriyin üstünə tökülür və 4-cü dəfə hazır olana kimi bişirilir.

 

HEYVA MÜRƏBBƏSİ

Ərzaqlar:

təmizlənib doğranmış heyva – 1 kq.
şəkər – 1,2 kq. 

Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir. Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbbə arada 8-10 dəq. qaynadılıb 8 saat saxlanılmaq şərti ilə 3-4 dəfəyə bişirilir.



QOZ MÜRƏBBƏSİ

Ərzaqlar:

Emal edilmiş qoz – 1 kq.
şəkər – 1,5 kq.
limon turşusu – 3 q.
mixək – 3 q. və ya hil – 3 q. (50 əd. qoza 1 kq. şəkər) 

Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozu qabığı nazik soyulur, gündə 2-3 dəfə suyuna dəyişmək şərti ilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırmaq şərti ilə 2-3 gün əhəng suyunda çıxarılmış qozları bir neçə yerindən dişdəkləyib yenidən gündə 2-3 dəfə suyuna dəyişmək şərti ilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 20-25 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir və 20 gündən az olmayaraq yetişdirilir. Əhəng suyunu hazırlamaq üçün 500 təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.




Yüklə 43,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin