ZOĞAL MÜRƏBBƏSİ
Ərzaqlar:
zoğal – 1 kq.
şəkər – 1,2 kq.
Zoğaldan bütöv və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5-8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərti ilə 4-5 dəfəyə bişirilir.
QARPIZ MÜRƏBBƏSİ
Ərzaqlar:
qarpız qabığı – 1 kq.
şəkər – 1,2 kq.
vanilin – 0,5 q.
limon turşusu – 1,2 q.
Qarpız mürəbbəsi üçün qalınqabıq qarpız növləri götürülür. Əvvəlcə qabığın yaşıl hissəsi nazik kəsilib atılır, düzbucaq və romb (1,5-2) və ya kub (2-3 sm) formasında doğranılır. 0,8-1,0 saat əhəng suyunda saxlanılır. Sonra təmiz yuyulub üstünə qaynar şərbət tökülür, arada 8 saat saxlanılmaqla 3 dəfəyə bişirilir, hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir.
Dostları ilə paylaş: |