1. Azərbaycanın təbii-coğrafi şəraiti


-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası



Yüklə 344,46 Kb.
səhifə109/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   105   106   107   108   109   110   111   112   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

107.1947-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası.

Böyük Vətən müharibəsindən sonrakı illərdə SSRİ ərazisində şovinist və yerli millətçilik siyasətinin güclənməsi xalqlar arasında tez-tez münaqişə və toqquşmalar, konfliktlər, ciddi təhlükəli problemlər yaradılmasında açıq təzahür edirdi. Moskva hakimiyyəti Qafqazda da Azərbaycan erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq və onlar üzərində hakim mövqeyini saxlamaq naminə milli münaqişə ocaqları yaratmaq siyasəti yürüdürdü. Bu məkrli siyasət, əsasən, qondarma "Dağlıq Qarabağ" konfliktinin süni surətdə kəskinləşdirilməsi məqsədi güdürdü. Moskvanın fitvası və havadarlığı ilə mərkəzdəki və xarici ölkələrin lobbisinə arxalanan erməni millətçiləri, kommunist — daşnaklar sonrakı illərdə müharibə, vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki tarixi-etnik ərazilərindən sıxışdırılıb çıxarılması, birinci növbədə, Qarabağın qoparılıb Ermənistana verilməsi tələbi ilə çıxış edirdilər.

XX əsrin 40-cı illərdə Moskvanın, bilavasitə A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda partiya elitasının fəal iştirakı ilə gizli "Qarabağ hərəkatı", "Qarabağ komitəsi" yaradılmışdı.[4] 1945-ci ilin payızında Ermənistan rəhbərliyi növbəti dəfə ÜİK(b)P MK qarşısında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi məsələsini qaldırır. Ermənistan K(b)P MK və XKS-nin Stalinə müraciətində heç bir elmi, tarixi əsası olmadan Dağlıq Qarabağ ərazisinin guya iqtisadi cəhətdən daha çox Azərbaycan SSR-lə deyil, Ermənistan SSR-lə bağlı olduğunu sübut etməyə cəhd olunur. Məsələyə dərhal reaksiya verən Mərkəzi hökumətin nümayəndəsi ÜİK(b)P MK katibi G.M.Malenkov 1945-ci ildə noyabrın 28-də Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova yazdığı məktubunda bu məsələ ilə bağlı məlumat verir və onun rəyini soruşur.[5] M.C.Bağırov 1945-ci il 10 dekabr tarixdə ("tam məxfidir" qrifi ilə) ona cavab məktubu göndərir.[6] Məktubda Ermənistanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü bütün iddiaların heç bir elmi, tarixi əsası olmadığı və Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olduğu tutarlı faktlarla sübut edilirdi.

Cavab məktubunda sovet hakimiyyəti illərində ilk dəfə Azərbaycan rəhbərliyi tərəfindən tarixi Azərbaycan torpaqları problemini qaldırır və burada Dağlıq Qarabağın Ermənistana güzəştə gediləcəyi təqdirdə müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana və Sovet Rusiyasına verilmiş bir çox tarixi ərazilərin Azərbaycan SSR-ə qaytarılmasını vacib hesab edilir. Azərbaycan rəhbərliyinin məsələnin bu səpkidə müzakirə olunmasına razılıq verməsi ermənilərin planlarının pozulması ilə yanaşı, Mərkəzi hökumətə problemin bütün ölkə üçün sonsuz fəlakətlər yaradacağını anlatdı. Belə bir təhlükənin real olduğunu görən mərkəzi hökumət ermənilərin iddialarını rədd edərək məsələnin "arxivə verilməsini" tövsiyə etdi. Eyni zamanda Moskva Türkiyə ilə sərhəddə ermənilərin mövqeyini möhkəmləndirmək tədbirləri gördü.

Hələ 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən, gələcəkdə "Böyük Ermənistan" dövləti yaratmaq xülyasında olan ermənilər əlverişli şəraitdən istifadə edərək, SSRİ xarici işlər naziri V.Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdilər. V.Molotov məsələ ilə bağlı İ.Stalinlə danışdıqdan sonra onların Ermənistan SSR ərazisinə köçürülməsinə razılıq vermişdi.[7] 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı Fərman verdi.[8] Ermənilərin Ermənistan SSR-ə repartasiyası "Daşnaksutyun" partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə deportasiyanın "azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi" şəraitində baş verdiyi iddia edilirdi. Bu işə Qriqorian kilsəsi də xeyir-duasını vermişdi.

Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar verdi. SSRI Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 100 min azərbaycanlı 1948–1950-ci illərdə; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər "könüllülük prinsipinə əsasən" Azərbaycana köçürülməli idi.[9] Qərarın axırıncı, II maddəsində ayrıca göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər.[10] O zaman Ermənistan SSR-də 400 min nəfərdən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən mütəşəkkil surətdə Azərbaycan SSR-ə 1799 təsərrüfat, 7747 nəfər köçürüldü. 429 ailə (2834 nəfər) müxtəlif təzyiqlərə məruz qaldığına görə pərakəndə halda Azərbaycana gəlməyə məcbur olmuşdu. 1948-ci ilin payızınadək deportasiyaya məruz qalanların sayı 10.584 nəfər idi.[11]


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin