1. Azərbaycanın təbii-coğrafi şəraiti


Atropatenin təsərrüfatı,mədəniyyəti,əhalsinin dini görüşləri



Yüklə 344,46 Kb.
səhifə22/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   18   19   20   21   22   23   24   25   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

21.Atropatenin təsərrüfatı,mədəniyyəti,əhalsinin dini görüşləri.

Atropatenanın maddi mədəniyyət abidələri indiyədək çox az, kifayət olmayan dərəcədə öyrənilmişdir. Bu, birincisi, yazılı mənbələrin azsaylı və natamam, yarımçıq, qırıq olması və ikincisi, bu bölgənin arxeoloji cəhətdən tədqiqinin azhəcmli olması ilə izah edilir. Lakin buna baxmayaraq, artıq indi Atropatenanın yaşayış məskənlərini və onların tiplərini, memarlıq prinsiplərini, tikinti texnikasının üsullarını, dəfn adətlərinin tipləri, bu dövlətin pul dövriyyəsinin səviyyəsini və maddi mədəniyyətin bəzi başqa cəhətlərini bu və ya digər dərəcədə səciyyələndirmək olar.



Almaniya Arxeoloji İnstitutu nun ekspedisiyasının Astara-Ərdəbil bölgəsindəki kəşfiyyat işləri Mada-Atropatenada [Parfiya] dövründə tikilmiş qalalar haqqında təsəvvür yaradır. Bu işlərin gedişində uzun zaman ərzində, o cümlədən keramik materialın mühakimə yürütməyə imkan verdiyi kimi, Parfiya dövründə də fəaliyyət göstərmiş bir sıra qalalar: Qaleye-Sasan, Qaleye-Növduz, Ərdəbildən 30 kilometr şimal-qərbdə olan "Qala" qeydə alınmışdır. Onların yerləşməsində və quruluşunda bir sıra ümumi cəhətləri görmək olar. Bütün qalalar uca, çətinliklə fəth oluna bilən təpələrdə yerləşir, iri, yonulmamış daşlardan tikilmiş güclü divarlarla, yarımdairəvi qüllələrlə əhatələnmişdir, zəif daxili tikilişə malikdir, lakin bununla belə divarların daxilində həmişə içməli su ehtiyatlarını mühafizə etmək üçün çən çinlilər vardı.

Bütün dövrlərdə və xüsusilə qədim zamanlarda inşaat materialının seçilməsi tamamilə ətraf landşaftın şəraitindən asılı olmuşdur. Müxtəlif vilayətlər arasındakı iqtisadi əlaqələrin nisbətən inkişaf etməməsi üzündən inşaat materiallarının daşınması çətin idi və buna görə də yerli materiallara üstünlük verilirdi. Atropatenanın coğrafi şəraiti inşaat materialı kimi daşın geniş surətdə tətbiq olunmasına yardım edirdi. Düzdür, emalı xeyli zəhmət tələb etdiyi üçün daş (əsasən yonulmamış) ilk növbədə müdafiə xarakterli qurğuların (şəhər və qala divarları, qüllələr, istehkamlar və s.) tikintisində istifadə edilirdi. Gil və yaxud gips məhlulu ilə möhkəmləndirilmiş kiçik daşlar və çaydaşıları adətən bişmiş kərpicdən ucaldılan binaların özülü olurdu. Bişmiş kərpici öz əhəmiyyətinə görə bu vilayətdə ikinci inşaat materialı hesab etmək olar ([Zöhhak qalası|Qaleye-Zöhhak]dakı pavilyon). İctimai təyinatlı binaların memarlıq baxımından bəzədilməsində daş, xüsusilə əhəngdaşı, qumdaşı geniş surətdə tətbiq edilirdi. Məsələn, Qaleye-Zöhhakda olan sarayda xeyli sayda bəzək detalları qeydə alınmışdır. Burada qarətçilik məqsədilə aparılmış qazıntılar nəticəsində binanın daş kvadratlardan tikilmiş otaqlarından biri qismən açılmışdır.

E.ə. I əsr – eramızın I əsri üçün zoomorf keramikanın mövcudluğu səciyyəvidir. Üç-dörd kiçik ayaqcıqları olan, burun hissəsi realist və yaxud stilistik surətdə tərtib olunmuş heyvan başı şəklində hazırlanmış qablar zoomorf keramikanı təmsil edir.

Atropatenanın qəbir abidələri indiyədək kifayət dərəcədə öyrənilməmişdir. Əslində iri gil qablardan ibarət olan, ədəbiyyatda "küp qəbirlər" adını almış qəbirlərdən başqa Atropatena ərazisindən qəbirlərin digər növləri hələlik məlum deyildir.

Küp qəbirlər təsərrüfat təyinatlı iri gil qablarda (hündürlüyü 1,50-1,80 metr, eni isə çox hallarda 1 metrdən artıq) dəfn adətinin təzahürüdür. Küp qəbirləri heç bir məzarüstü qurğulara malik deyildir. Meyit çox zaman üfüqi vəziyyətdə olan küpün içərisində sıx bükülü vəziyyətdə küpün boğaz hissəsinə doğru yönəlmiş halda, sağ və ya sol böyrü üstə yerləşdirilirdi. Belə bir fikir irəli sürülmüşdür ki, kişilər sol, qadınlar isə sağ böyrü üstə dəfn edilirdi.

Atropatena ərazisindən tapılmış sikkə dəfinələri və sikkələrin ayrı-ayrı nümunələri hələ azsaylıdır. Lakin mövcud olan sikkələr kütləsi bu dövlətin pul dövriyyəsinin səviyyəsi haqqında təsəvvür yaratmağa imkan verir. Hellinizm dövründə Atropatena ərazisində pul dövriyyəsi hələlik az təsadüf edilən sikkələr əsasında təsdiqlənir. Onların arasında Makedoniyalı İskəndərin ölümündən sonra dövriyyəyə buraxılmış, Urmiya gölü yaxınlığındakı qəbirlərdən birində aşkar olunmuş draxmanı (e.ə. III əsr) qeyd etmək lazımdır.





Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin