41.Saci və Salari sülalə dövlətləri.
9-cu əsrin sonunda xilafətin siyasi hakimiyyətinin zəifləməsi tarixi Azərbaycan ərazisində müstəqil və yarımmmüstəqil dövlətlərin yaranmasına səbəb oldu. Həmin dövrdə cənubda Sacilər sülaləsinin yaratdığı yeni dövlət təşəkkül tapdı (898-941). Dövlətin yaranması mənşəcə usruşanalı türk olan xəlifə sərkərdəsi Əbu-s-Sac Divdadatın oğlu Məhəmmədin adı ilə bağlıdır. Sacilər sülaləsinin ən görkəmli nümayəndəsi, bütün Azərbaycan torpaqlarını ilk dəfə müstəqil dövlət çərçivəsində birləşdirə bilmiş Yusif ibn Əbu-s-Sac olmuşdur. Qərbdə Ani və Dvindən şərqdə Xəzər dənizinədək, cənubda Zəncandan şimalda Dərbəndədək olan geniş ərazi Sacilərə tabe oldu. 941-ci ildə Deyləm hakiminin oğlu, Salarilər nəslindən olan Mərzban ibn Məhəmməd Sacilərin Azərbaycandakı hakimiyyətinə son qoydu. Paytaxtı Marağa və Ərdəbil şəhərləri olmuşdur.
IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərindən biri Sacilər dövləti idi. Xilafətin zəifləməsi nəticəsində vilayət hakimlər ilə yanaşı, ayrı-ayrı sərkədələrin də nüfuzu artır, mövqeyi güclənirdi. Belə sərkərdələrdən biridə əslən Mərkəzi Asiya türklərindən olan Əbu sac Divdad olmuşdur. Xəlifənin apardığı mübarizələrdə sədaqəti və Bizansa qarşı döyüşlərdə qəhrəmanlığı ilə Xəlifənin etibarını qazanan Əbu Sac Divdad Azərbaycana hakim təyin edilir və bununla da yeni sülənin əsası qoyulur. Bu sülalənin nümayəndələri afşin titulunu daşıyırdılar.
Salarilər dövlətinin (941-983) əsası 941-ci ildə Mərzban ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Məhz onun hakimiyyəti dövründə Salarilər dövlətinin sərhədləri Sacilər dövlətinin ən yüksək inkişaf dövrü hüdudları ilə üst-üstə düşürdü. Demək olar, bütün Azərbaycanı ələ keçirmiş Mərzban ibn Məhəmməd Ermənistanda da hakimiyyətini təsdiqlədi, əvvəllər Sacilərə vergi verən Şirvanşahları indi də onlara vergi ödəməyə məcbur etdi.Beləliklə, Salarilərə tabe edilmiş ərazinin hüdudları şimalda Dərbəndədək çatdı. Salarilər dövlətinin varlığına 981-ci ildə Rəvvadilər tərəfindən son qoyuldu. Paytaxtı Ərdəbil şəhəri idi.
Beləliklə, Salarilər dövləti şimalda Dərbənd keçidindən başlayaraq, cənubda Dəclə və Fərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Bu da təbii olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafına, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi. Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı, müxtəlif etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-qarışması prosesi daha sürətləndi.
Dostları ilə paylaş: |