34.Azərbaycanda İslam dininin yayılması və onun əhəmiyyəti.
Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasanilərin bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər təəccüblü və gözlənilməz oldu, çünki Təbərinin dediyinə görə, ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər [1] və əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən- Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn Xəttab (634-644) öz qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə"[2].
Lakin ərəb qoşunu, məğlub olub hər tərəfə qaçışan Sasani orduları üzərində asanlıqla qazandığı qələbələrdən və əldə etdiyi zəngin qənimətlərdən həvəsə gəlib daha şimala doğru irəliləməkdə davam edirdilər və xəlifələr adətən öz komandalarının bu "özbaşınalığına" fıkir vermirdilər, xüsusilə ona görə ki, qələbə ilə qurtaran hər bir vuruşma xəlifənin xəzinəsinə və qoşuna böyük gəlir gətirirdi. Ərəblər yeni vilayət və ölkələri tutanda əvvəllər həmin yerləri öz idarə anlayışları əsasında idarə etməyə başladılar. Bu idarə üsulu həmin ölkələrdə yalnız mümkün olduğu qədər çox vergi və natural mükəlləfıyyətlər əldə etməkdən, habelə başqa dinə mənsub olub itaət altına alınanlar arasında islam dinini yaymaqdan ibarət idi. Azərbaycan və xüsusilə Arran əhalisi, bu ölkələr ərəblər tərəfindən istila edilməzdən əvvəl, daimi Bizans-Sasani müharibələri, xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul vəziyyətdə idi.
Əksəriyyəti köçəri olan istilaçı ərəblərin özləri hələ yeni olan dini (islamı) lazımınca mənimsəmədiklərinə görə, əvvəllər Azərbaycan əhalisini islamı qəbul etməyə məcbur etmirdilər [4] , əlbəttə, yeni dini qəbul etmək istəyənlərə mane olmurdular. Bu xüsusilə Arrana aid idi, çünki onun əhalisi xristian, "Kitab əhli" ("əhl əl-Kitab") idi[5].
Ölkənin cənub hissəsinə gəldikdə isə, burada islam dini İranın dövlət dinini (zərdüştiliyi) sıxışdırmışdı. Ancaq atəşpərəstlər və məcuslar (çoxallahlılar) təqib olunurdular, çünki onlar "Kitab əhli" deyildilər.
Azərbaycan dehqan-feodalları əvvəllər öz ata-babalarının dinini müdafiə etməyə cəhd etmiş olsalar da, çox keçmədən yəqin etdilər ki, öz əvvəlki imtiyazlarını saxlamaq üçün onlara ancaq ölkədə hakimiyyəti ələ keçirmiş ərəblərlə əməkdaşlıq etmək qalır. Buna görə də Azərbaycanın feodal aristokratiyasının (kəndli kütlələri hələ bir yana dursun) islam dinini qəbul etməsi prosesi çox tez başa çatdı, belə ki, cəmi yüz il ərzində, Abbasilərin hakimiyyət başına keçməsi ilə islam dini zərdüştiliyi tamamilə sıxışdırdı.
Azərbaycanda yalnız ərəb qoşunları və hakimiyyət idarələrinin əl çatdıra bilmədiyi dağ rayonlarının əhalisi qədim dinə inanmaqda davam edirdi, çünki İbn Xəldunun sərrast söylədiyi fıkrinə görə, ərəblər "dağlıq yerlərə deyil, düzənlik yerlərə basqın etməyə meyil göstərirlər, ona görə ki, bu xalq öz vəhşiliyindən qarəti, soyğunçuluğu və viran etməyi sevir, dağ yerlərində isə bu məqsədə nail olmaq asan deyildir".[6]
Lakin qeyd edilməlidir ki, ərəblərin Azərbaycanda "Kitab-əhli" ilə mülayim rəftar etmələrinin səbəbi bir də odur ki, onlar Bizans imperiyasına qarşı mübarizədə hərbi əməliyyat meydanı olan Zaqafqaziya vilayətlərinin strateji əhəmiyyətini yaxşı başa düşürdülər. Buna görə də işğalçı ərəblərin Zaqafqaziya əhalisi ilə, nə səbəbə belə "dostcasına iltifatla" rəftar etdiklərini başa düşmək olar.
35.Azərbaycanda Xilafətin yaratdığı inzibati idarə sistemi,vergilər,torpaq mülkiyyəti formaları.
36.Azərbaycanda xilafət əleyhinə ilk üsyanlar və onların nəticələri.
Dostları ilə paylaş: |