68. Radiometr-rentgenometr DP-5V DP-5V(məncə budur)DP-5V DP-5A (B,V) radiometr-rentgenmetri.
Təyinatı: DP-5A səhra radiometr - rentgenmetri γ-şüalanma səviyyələrini,habelə ərazinin və müxtəlif əşyaların γ-şüalanma nəticəsində məruz qaldığı radioaktiv zəhərlənməni ölçmək üçün nəzərdə tutulmuşdurγ-şüalanma dozasının gücü, ölçmə zamanı cihazın müvafiq sayğac yerləşən sahədə, millirentgen-saat
(mR/saat) və ya rentgen saatla (R/saat) təyin edilir. Cihazın zondu içərisində şüalanma detektorları, gücləndirici-normalizator və sxemin digər ünsürləri yerləşdirilmiş polad silindrdən ibarətdir. Burada şüalanma detektoru olaraq STS-5 və Sİ-3BQ tipli halogen sayğaclardan istifadə edilmişdir. Silindirin polad gövdəsində β-şüalanmanı indikasiya etmək üçün pəncərə vardır. Bu pəncərəyə suya davamlı etilsellüoz plyonka yapışdırılmışdır. Zondungövdəsinə fırlanan silindir formalı bürünc ekran geydirilmişdir. Bu ekranda ölçüləri zondun gövdəsindəki pəncərənin ölçülərinə uyğun gələn pəncərə vardır. Ekran zond gövdəsinin uzunu boyu bir qədər yerini dəyişə bilir. Ekranı
müəyyən vəziyyətdə bərkitmək üçün onun səthində iki işarə edilmişdir. Silindringövdəsində fiksator üçün iki yarığı olan halqa formalı stopor çıxıntısı vardır.Ekran dayaq çəngəli qarşısında B vəziyyətinə keçirilərkən ekranın pəncərəsi zondun gövdəsindəki pəncərənin tuşunda dayanır. Ekranın belə vəziyyətində β vəγ-şüalanmaları bir-birinin tuşundakı hər iki pəncərədən və plastik kütlə plyonkalardan keçərək sayğaca daxil olur.
Ekranın fiksatoru dayaq çəngəli qarşısında Q vəziyyətinə keçirilərkən silindirik ekran zondun gövdəsindəki pəncərənin qarşısını kəsib onu örtür və sayğaclara şüalanma keçməsinin qarşısını alır. Bu zaman sayğacda impulslar yalnız γ-şüalanmanın təsiri nəticəsində əmələ gələcəkdir. Zondun elektrik avadanlığı lövhə üzərində quraşdırılmışdır. Lövhə zondun gövdəsinə üst qayka vasitəsilə birləşir. Ölçmək rahat olsun deyə, zondun dəstəyi
var. Zond 1,2 m uzunluqda elastik kabel vasitəsilə cihazın pultuna birləşdirilir.
Ölçmə pultu aşağıdakı əsas qovşaqlardan ibarətdir: panel, örtük (gövdə), şassi və qida mənbələri yuvasının qapağı.