Topun çiyindən bir əllə ötürülməsi - yaxın və orta məsafələrdə ən çox yayılmış üsuludur. Burada qulaylanma üçün qısa vaxt ayrılır və topa yaxşı nəzarət olur. Topun əldən çıxan anında biləklə əlavə hərəkət oyunçuya topun uçuş istiqamətini və trayektoriyasını geniş diapazonda dəyişməyə imkan verir.
Hazırlıq mərhələsi : dirsəkləri qaldıraraq topla əlləri sağ çiyin tərəfə (sağ əllə ötürəndə top sağ əldə sol əlin köməyi ilə saxlanılır) elə aparırlar ki, dirsəyi qalxmasın eyni zamanda oyunçu qulaylanma tərəfə dönür.
Əsas mərhələ top olan sağ əli tez düzəldirlər və eyni zamanda əllərlə qamçılama hərəkəti və gövdənin dönməsini yerini yetirirlər.
Tamamlayıcı mərhələ : qısa vaxtda topun uçuşundan sonra sağ əl elə bil onu müşaiyət edir, aşağı aparılır ; oyunçu yarım bükülü ayaqlarla müvazinət vəziyyətinə qayıdır.
Dostları ilə paylaş: |