1.Birçalovlu ekskavatorların əsas düyünləri
Hidravlik ekskavatorlar tikinti zamanı demək olar ki ən çox tələb olunan texnikalardandır.Həm qazma həm yükləmə işlərində istifadə olunur.
Azərbaycanda ən çox rast gəlinən markalar LİUGONG,CAT,VOLVO,HYUNDAI,KOMATSU,DOOSAN,N.HOLLAND,
HİTACHİ,JCB və digərləridir.
Ən çox 2 tip ekskavatorlara rast gəlirik:
1) Təkərli ekskavatorlar
Təkərli ekskavatorlar ən çox asfalt örütüklü ərazilərdə istifadə olunur və uzunməsafəli obyektlər arasında rahat hərəkət edə bilirlər.Tırtıllı ekskavatorlardan fərqli olaraq sürətlər qutusu və körpülər quraşdırılır.Əsasən 14-22 ton ağırlığında nümunələr çoxluq təşkil edir.
Adlandırmalarda olan hərf və rəqəmlərin mənası belədir.
Məsələn
VOLVO EW 205 D
EW-Excavator Wheeller-Təkərli ekskavator
205-20 ton ağırlığa işarədir
D-ekskavatorun buraxılışının seriyasına aiddir
Yaxud
DOOSAN 210 W
21 ton təkərli ekskavator
İşçi kütlə yazılan rəqəmin ətrafında ± 1 ton ətrafında oynaya bilər
2) Tırtıllı ekskavatorlar
Tırtıllı ekskavatorlar əsasən palçıqlı,nahamar ərazilərdə çox istifadə olunur.Əsasən 20-50 ton ağırlığında nümunələrə çox rast gəlirik.
Adlandırmalarda olan hərf və rəqəmlərin mənası belədir.
VOLVO EC 350 DL
EC-Excavator crawler 35 ton DL series
35 ton ağırlığında DL seriyalı tırtıllı ekskavator
Ekskavator almaq istəsəniz mütləq bu göstəriciləri incələyin:
1) Mühərrik-at gücü və watt ölçü vahidləri ilə göstərilir. Excavator almaq istəyən çox adamın ilk diqqətini cəlb edən məsələ çalovun həcmi olsa da hesab edirəm ki,mühərrik gücü daha vacibdir.Mühərrik gücü cədlik,qoparma qüvvəsi,yükqaldırma göstəricilərinə birbaşa təsir edən aspektdir.
Ölkəmizdə ən çox CUMMİNS,DEUTZ,PPERKİNS markalı mühərriklərə rast gəlinir.Bəzi markalar öz istehsalı olan mühərriklərdən istifadə edirlər.Məsələn VOLVO D7,D9,D12 və ya D13 mühərrikləri istehsal edir.
2) Hidravlik sistem (nasoslar və paylayıcılar)-KAWASAKI,ATOS,BOSCH və yaxud istehsalçının quraşdırdığı digər marka ola bilər
3) Çalov-Çalov qaya tipli yaxud sadə ola bilər
4) Təkərli ekskavatorlarda ötürmələr qutusu və körpülər-Ölkəmizdə ən çox ZF və CARRARO tipli ötürmələr qurğularına rast gəlinir.
Mühərrik,ötürmələr qurğuları,nasoslar və əsas hissələr nə qədər “populyar” olarsa ehtiyat hissə və təmirçisini tapmaq sizə bir o qədər asan olacaq.