Hər raund yerinə yetirildikdən sonra Feystel şəbəkəsinin prinsipinə uyğun olaraq sol və sağ yarı yerlərini dəyişir. Aydındır ki, sonuncu raunddan sonra sol və sağ yarının mübadiləsi mənasızdır, verilənləri əhəmiyyətli dərəcədə dəyişdirməyən bu əməliyyat kriptoanalizi heç cürə çətinləşdirməycək və çox böyük həcmli verilənlərin şifrləmə prosesini açıq şəkildə yavaşıdacaq. Buna görə adətən sonuncu raunddan sonra yarım blokların mübadiləsini lazımsız kimi buraxmaq olar.
Şifrin hər raundu 72-bitlik alt açar şəklində öz unikal raund açarından istifadə edir. Birinci raundda alt açarı almaq üçün əsas açarın birinci baytı iki dəfə təkrarlanır, sonra əsas açarın digər 7 baytı əlavə edilir. Hər sonrakı raund üçün alt açar əvvəlki iterasiya alt açarının sola 7 bayt (56 bit) dövri sürüşməsi ilə alınır. Alqoritmin ən kritik hissəsi qammalama funksiyasıdır.