1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə27/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
sosiologiya

2. SOSİAL İNSTİTUTLARIN ƏSAS
ƏLAMƏTLƏRİ VƏ FUNKSİYALARI
Sosial institutun ən ümumi əlamətlərinə aşağıdakıları aid etmək olar:
 Fəaliyyət prosesində iştirak edən subyektlərin müəyyən dairəyə
ayrılması;
 Müəyyən (az yaxud çox formalaşmış) təşkilat;
 Sosial institut çərçivəsində insanların davranışını tənzimləyən spesifik
sosial norma və qaydaların olması;
 İnstitutun sosial əhəmiyyətli funksiyalarının inteqrasiyalaşmasını
şərtləndirən sisteminin olması.
Bu əlamətlər jiddi dəyişməz normativlər deyil. Onlar müasir jəmiyyətin müxtəlif
institutlarının yaranması və formalaşması ilə əlaqədar olaraq dəyişilə də bilər. Amma
bütövlükdə isə onlar müxtəlif xarakterli sosial yaranmanın institutlaşması proseslərinin
təhlili üçün münasib alətdirlər.
Sosioloci yanaşma institutun sosial funksiyalarına və onun normativ strukturuna
xüsusi diqqət tələb edir. Sosial institutların jəmiyyətdə yerinə yetirdikləri funksiyalara
aşağıdakılar aiddir:
- Jəmiyyət üzvlərinin sosial münasibətlər çərçivəsində fəaliyyətlərinin
tənzimlənməsi;
- Jəmiyyət üzvlərinin tələbatlarının təmin olunması üçün imkanların
yaranması;
- Jəmiyyət həyatının sabitliyinin və sosial inteqrasiyanın təmin olunması;
- Fərdlərin sosiallaşması.
Jəmiyyət həyatında olduğu kimi, sosial institutların da strukturu özündə bir sıra
elementlərin tərkibi birləşməsindən əmələ gəlir. Bu elementlər sosial institutların müxtəlif
növlərində müxtəlif olurlar. Müasir sosioloq Yan Sepanskiy sosial institutların aşağıdakı
struktur elementlərini ayırır:
- İnstitutun məqsəd və fəaliyyət sferası;
- Məqsədə nail olunması üçün qabaqjadan baxılan funksiyalar;
- İnstitutun strukturunda normativ şərtlənən sosial rollar və statuslar;
- Funksiyaların (maddi, simvolik və ideal) reallaşması və məqsədə nail olunması üçün
vəsait və müəssisə.
Jəmiyyətdə sosial institutların təsnifatına yanaşmalar müxtəlif ola bilər. Onlar siyasi
institutlara (dövlət, partiya, ordu); iqtisadi institutlara (əməyin bölgüsü, mülkiyyət, vergi
və s.); qohumluq (nigah və ailə) institutlarına; mənəvi sahədə fəaliyyət göstərən institutlara
(təhsil, mədəniyyət, kütləvi kommunikasiyalar) və i.a. ayrılırlar.
İkinji meyara əsaslanan institutlar formal və qeyri-formala bölünürlər. Birinjinin
fəaliyyəti olduqja jiddi normativə əsaslanır və öz ifadəsini hüquqi jəhətdən
möhkəmlənmiş qanunlarda, qaydalarda, təlimatlarda tapır. Bu, dövlət, ordu, məhkəmə
və sairədir. Qeyri-formal institutlarda bu jür sosial rollar, fuksiyalar, fəaliyyət vasitəsi və
metodları jiddi normativlərə əsaslanmır. Bütün bunlar - adət, ənənə, sosial normalar və
ilaxır kollektiv primitiv qaydalarla ifadə olunurlar.
Sosial institut anlayışına jəmiyyət həyatının sistem-struktur təhlilində mərkəzi yer
xasdır. Burada insanların fəaliyyətinin bütün sahələrində davranışının müxtəlif növlərinin
və formalarının təhlilinə mühüm zəmin yaranır. Ümümilikdə bunlar sosial institutların
sosial münasibətlər zəminində formalaşdığını təsdiq edir.
Sosial institutlar jəmiyyətin sistemli öyrənilməsinə kompleks yanaşmanı zəruri edir.
Ona görə ki, onun özü yalnız kompleks formada özünün əsl mahiyyətini tapır. Bu
aspekdə məlum olur ki, sosial institutların müxtəlif növlərini və tiplərini bir-birindən
ayrılıqda təsəvvür etmək olmaz. D.Homansın nəzəriyyəsinə görə, sosiologiyada sosial
institutların izahı və əsaslandırılmasının dörd tipi mövjuddur.
Bu, birinjisi, psixoloci tipdir ki, Homansın fikrinjə, hər bir sosial institut özünün
yaranması genezisinə görə psixoloci hadisədir. İkinji tip – tarixi olub, burada instituta
müəyyən konkret fəaliyyət sahəsinin tarixi inkişafının son məhsulu olaraq baxılır. Daha iki
tip mövjuddur ki, bunlar isə struktur – funksional yanaşma təhlili ilə bağlıdır. Bu
struktur tipə görə, sübut olunur ki, hər bir institut sosial sistemdə nətijə etibarilə digər
institutlarla münasibətinə əsasən mövjuddur. Qeyd etmək lazımdır ki, D.Homansın sosial
institutların dörd tipindən birinji ikisi düzgün ifadə olunmuşdur. Amma, onun son iki
tiplər barəsində münasibətini məqbul hesab etmək olmaz. Bunu sadəjə belə təsnif etmək
olar ki, məsələn, sosial institutlardan ailəni təhsildən, təhsili mədəniyyətdən, mədəniyyəti
siyasətdən və bütün bunları dindən ayrılıqda götürmək məntiqsiz olardı. Təbii ki, hər bir
sosial institutun özünə xas spesifikliyi saxlanmaq şərtilə.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin