1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


SİYASİ PROSESLƏRİN TƏDQİQİNDƏ TƏTBİQİ SOSİOLOGİYANIN ROLU



Yüklə 206,29 Kb.
səhifə38/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   33   34   35   36   37   38   39   40   41
sosiologiya

2. SİYASİ PROSESLƏRİN TƏDQİQİNDƏ TƏTBİQİ SOSİOLOGİYANIN ROLU
Hər bir dövlət quruluşunun sabitliyi, onun qərarlar qəbul edərək qüvvə tətbiq etmədən yerinə
yetirilməsini təmin etməsi xeyli dərəjədə dövlətin qanuni xarakterindən və səmərəli fəaliyyətindən asılıdır.
Qanunilik sistemin belə bir fikri təlqin etməsi ilə bağlıdır ki, mövjud siyasi institutlar hazırki jəmiyyət
üçün vajibdir. Sistemin səmərəliliyi isə onun faktiki fəaliyyəti, dövlət idarəçiliyinin əsas funksiyalarına
əhalinin, əsas iqtisadi institutlara nəzarət edən qrupların münasibəti ilə əlaqədardır. Səmərəlilik əsasən
əməli xarakter daşıdığı halda qanunilik mənəvi sərvətlərlə bağlı olub qiymətvermə xarakteri daşıyır.
Hakimiyyət siyasi xadimin müəyyən şəraitdə hətta müqavimətə belə baxmayaraq öz iradəsini həyata
keçirməsi deməkdir. Görkəmli alman sosioloqu Maks Veber belə bir fikir irəli sürmüşdür ki, hakimiyyət
aşağıdakı 3 yolla qanunilik əldə edə bilər:
1. Ənənəvi yolla, başqa sözlə deyilərsə ona görə ki, «həmişə» qanuni olmuşdur. Hakimiyyətin
qanuniliyi əsasən monarxist jəmiyyətlərdə bu tipə aid olur.
2. Rasional –hüquqi hakimiyyət. Bu tip qanuni əsasla hakimiyyətə gəlmiş adamların
hakimiyyətinin hamı tərəfindən qəbul edilməsinə əsaslanır. Bu yol demokratik quruluşa
malik olan ölkələr üçün xarakterikdir.
3. Xarizma hakimiyyəti yüksək şəxsi keyfiyyətlərə malik olan rəhbərə inamla bağlıdır. Bəzi
hallarda, məsələn, dini peyğəmbərlərə münasibətdə bu, ilahiləşdirmə səviyyəsinə çatır, bəzi
hallarda isə bu, həqiqətən qeyri-adi istedada malik olan şəxsiyyətə inamdan irəli gəlir. Bu
yol inkişaf etməkdə olan ölkələr üçün səjiyyəvidir.
Hazırda dünyanın bir çox dövlətlərində qanunçuluğa riayət lazımı səviyyədə deyildir. Onun böhranı
əslində dünyada baş verən dəyişikliklərin böhranından ibarətdir. Bu jür dövlətlərdə siyasi hakimiyyətin və
inamların zəifliyi ilə bağlı olaraq dərin böhranlar baş verməsi ehtimalı böyükdür. Bu, o halda baş verə
bilər ki, 1) quruluşun dəyişməsi dövründə ənənəvi mühüm qrupların statusuna qarşı təhlükə yaranır və 2)
keçid dövründə jəmiyyətdə mövjud olan əsas qrupların heç də hamısı siyasi sistemə jəlb olunmurlar,
yaxud həkimiyyətə sərf etməyən siyasi tələblər irəli sürürlər. Qanunçuluğun normaya çevrilməsi üçün yeni
sistem uzun bir dövr ərzində jəmiyyətdə mövjud olan əsas sosial qruplarda belə bir inam yaratmalıdır ki,
fəaliyyətdə olan qanunlar hamı üçün eyni dərəjədə obyektiv xarakter daşıyır.
Tamamilə aydındır ki, siyasi qarşıdurmadan qaçılmanın ən düzgün yolu siyasi institutlarda
qanunçuluğun saxlanması ilə yanaşı struktur dəyişikliklərinin leqallaşması ola bilərdi.Məsələn, əgər biz
demokratik dövlətləri, sabit və qeyri-sabit ölkələrə bölsək və meyar kimi ikinji dünya müharibəsindən
sonra siyasi demokratiyanın fasiləsiz mövjudluğunu və son otuz-qırx il ərzində dnmokratik «oyun
qaydaları» əleyhinə heç bir siyasi hərəkatın meydana gəlmədiyini götürsək qarşıya çox maraqlı fakt çıxır:
dünyada mövjud olan stabil demokratik dövlətlərin böyük əksəriyyəti ya krallıq, ya da monarxdan asılı
olan dominion dövlətləridir. Bunlara misal olaraq İngiltərəni, İsveçi, Norveçi, Danimarkanı, Belçikanı,
Hollandiyanı, Lüksemburqu, Kanadanı, Yeni Zellandiyanı və s. göstərmək olar.
Demokratiyanın stabil xarakter daşıdığı respublikalara misal olaraq isə Birləşmiş Ştatları, İsveçrəni
və Uruqvayı göstərmək olar15. Birinji qrup ölkələrdə monarxiyanın saxlanması sayəsində müasir
industrial jəmiyyətə keçid zamanı dövlət quruluşu əhalinin bütün təbəqələrinin loyal münasibətini
qazanmağa nail olmuşdur, baxmayaraq ki, onlar daha geniş demokratiya və bərabərlik arzusunda idilər.
İnqilab nətijəsində monarxiyanın devrildiyi ölkələrdə isə respublika recimləri uzun sürən dövr ərzində
əhalinin mühüm təbəqələrinin gözündə qanunilik statusunu almağa müvəffəq ola bilmirdilər.
Radikal sosial dəyişikliklər zamanı qanunçuluğun itirilməsinin ikinji ümumi səbəbi müxtəlif
jəmiyyətlərin «siyasi səhnəyə çıxması», böhranı hansı yollarla həll etmək istəməsidir, yəni hansı mərhələdə
sosial qruplar siyasi proseslərə qoşula bilərlər. Hər dəfə yeni qruplar siyasi fəallıq göstərdikdə (məsələn
fəhlələr iqtisadi və siyasi hakimiyyətə malik olmaq istədikdə) onların siyasi institutlara asanlıqla yaxın
buraxılması adətən bu jür yeni qrupların siyasi sistemə loyal münasibəti ilə müşaiyət olunur. Bu isə öz
növbəsində keçmiş hakim institutlara və stratlara, məsələn monarxlara və aristokratlara hakimiyyəti
itirdikdən sonra öz statuslarını qoruyub saxlamaq imkanı verir.
Yeni stratların hakimiyyətə yaxın buraxılmasına imkan verməyən siyasi sistemlər də qanunçuluğu
15 Bax: Amerikanskaə soüioloqiə. M., 1972, s. 207.
100
təhlükə altına qoyurlar. Bununla onlar siyasi səhnəyə «qızıl əsrin» gələjəyi ümidini (utopik və yerinə
yetməyən) çıxarırlar. Dövlət hakimiyyətinə zor vasitəsi ilə gələn qruplar adətən siyasi həyatda iştirakın
verdiyi imkanları genişləndirirlər.
Müstəqillik əldə etmiş olan gənj dövlətlərdə qarşıya çıxan çoxlu sayda problemlər xarizmatik
hakimiyyətə meyli güjləndirir. Xarizma, yaxud hakimiyyətin mənbəyi kimi tanınan şəxsiyyətə pərəstiş
formalaşmaq üçün nə uzun zaman, nə də hamı tərəfindən qəbul edilmiş normalar toplusu tələb etmir.
Xarizmatik tipli rəhbər hər şeydən əvvəl ölkənin ideallarını və arzularını özündə təjəssüm etdirən milli
qəhrəmandır. Lakin sosioloqlar göstərirlər ki, xarizmatik qanunjülüğa əsaslanan dövlətlərdə sabitlik
qanunçuluğun digər tiplərinə nisbətən daha zəif olur. Xarizmatik rəhbər adətən hakimiyyətin mənbəyi və
nümayəndəsi kimi çıxış edir. Lakin məhdud monarxiyalarda və demokratik respublikalarda mənbə
rolunu oynayan kral, prezident, yaxud konstitusiya konkret recimin fəaliyyətinə görə məsuliyyət daşımır.
Sosioloci tədqiqatlar göstərir ki, əhali hakimiyyətin mənbəyinə yalnız hörmət hissi ilə yanaşdığı halda,
onun nümayəndəsinin siyasətini yaxşı yaxud pis kimi qiymətləndirir. Xarizmatik sistemdə hökümətin
fəaliyyətindən narazılıq dövlət quruluşunun qanuniliyini zəiflədir və rəhbərin, onun sisteminin
devrilməsinə gətirib çıxara bilər.
Görkəmli amerikan sosioloqu Seymur Martin Linset özünün «İlk yeni dövlət» adlı əsərində qeyd
edir ki, bəzi müasir xarizmatik dövlətlər kimi Amerika respublikası da öz mövjudluğunun ilk dövrlərində
xarizma vasitəsi ilə qanuniləşdirilmişdir. Hazırkı dövlətlərin bəzi rəhbərləri kimi Jorj Vaşinqtonu da o
vaxtlar ideallaşdırırdılar. Baxmayaraq ki, onun özü bu jür ideallaşdırma əleyhinə çıxırdı. Lakin o, şüurlu
surətdə konstitusiyalı monarx mövqeyində dayanırdı ki, rasional hüquqi sistemin təşəkkülü mümkün
olsun. Vaşinqton öz kabinetinin üzvləri olan Hamiltonla Jeffersonun rəhbərliyi altında düşmən
fraksiyaların formalaşmasına imkan vermişdi, baxmayaraq ki, Jeffersonçuların baxışlarına rəğbət
bəsləmirdi. O, könüllü surətdə öz xarizmatik liderliyindən imtina etdi və prezident vəzifəsindən istefa
verdi. Demokratik prezident seçkilərinin keçirilməsinə nail olmaqla o, amerikan dövlət quruluşunun
rasional-hüquqi hakimiyyət sisteminə çevrilməsi prosesini güjləndirmiş oldu.
Dövlət quruluşu milli nüfuzun yüksəldilməsi sayəsində də əhali arasında ümumi rəğbət qazana bilər.
Məsələn, Fransada Beşinji Respublika sol təmayüllü ziyalılar arasında ona görə geniş rəğbət qazana
bilmişdi ki, prezident de Qoll Fransanın dünyada aparıjı dövlətlərdən biri olması, fransız dili və
mədəniyyətinin üstünlüyü haqqında fikirləri təbliğ edirdi.
Bir sıra sosioloqların fikrinjə Latın Amerikası ölkələrində dövlət çevrilişləri ona görə tez-tez baş
verir ki, onların çoxu İspaniya və Portuqaliya ilə əlaqələri üzdükdən və müstəqillik əldə etdikdən sonra,
rasional - hüquqi dövlət sistemi qurmağa nail ola bilmədilər. Lazımi iqtisadi və simvolik səmərəliliyə
malik olmayan bu dövlətlərin çoxu qanunilik səviyyəsinə qalxa bilmir və böhranlara tab gətirmir. Bu jür
vəziyyət Afrika və Şərqi Asiyanın bir sıra dövlətlərində 1960-70-ji illərdə daha bariz şəkildə özünü büruzə
verirdi.
Sosioloci tədqiqatlar göstərir ki, səmərəlilik və qanunçuluq avtokratiyadan daha çox demokratiya
üçün zəruridir, çünki demokratiya razılaşma üzərində mövjud olur. Demokratiya müxtəlif sosial qruplara
və şəxsiyyətlərə siyasətdə iştirak etmək üçun maksimum imkanlar açır. Sosial qrupların və şəxsiyyətlərin
qərarlar qəbul edilməsində fəal iştirakı Maks Veberin və Yozef Şumpeterin fikrinjə seçijilərin səsi
uğrunda rəqabətdə siyasi elitanın formalaşdırılmasından asılıdır. Bir sıra sosioloqların fikrinjə iqtisadi
inkişafın yüksək səviyyəsi ilə sabit demokratik dövlət quruluşu arasında statistik əlaqə mövjüddur.
Onların apardıqları tədqiqatlar göstərir ki, ölkə iqtisadi və mədəni jəhətdən nə qədər inkişaf etmişdirsə
burada rəqabətdə olan partiyalar sisteminin olması ehtimalı da bir o dərəjədə böyükdür.
Siyasətin sosiologiyasının ən geniş tədqiq edilmiş sahələrindən biri partiyaların seçkilərdə iştirakı və
davranışı problemidir. Bir sıra ölkələrdə seçkilərə dair sənədlər uzun dövr üçün mövjuddur. Bundan
əlavə, ijtimai rəyin standart sorğu metodlarından istifadə etməklə seçijilərin rəyini asanlıqla öyrənmək
mümkündür. Seçkilər eyni zamanda jəmiyyətdə həm razılaşmanın, həm də qarşıdurmanın timsalıdır.
Sosioloqlar öz diqqətlərini əsasən siyasi partiyalar arasında qüvvələr nisbətinə, siyasi qarşıdurma yaradan
dini, peşə, etnik, sinfi, regional fərqlərə yönəldirlər.
Müasir demokratik ölkələrdə partiyalara göstərilən köməyin mənbəyi kimi stratifikasiya və mədəni
sərvətlərlə bağlı olan amillər göstərilir. Sosial vəziyyətə, gəlir səviyyəsinə, hakimiyyətdə iştirakı dərəjəsinə,
habelə ideal jəmiyyət haqqında təsəvvürlərdəki fərqlərə görə insanlar arasında qarşıdurma partiyalar
arasında da qarşıdurma yaradır. Bir sıra gənj ölkələrdə varlı və sabit ölkələrdən fərqli olaraq partiya
münaqişələri sağlara və sollara parçalanmaya görə deyil, modernist və ənənəvi elementlərə görə baş verir.
Sosializm və kommunizm simvolik olaraq müstəqillik, sosial modernizasiya və maksimal bərabərçiliklə
eyniləşdirildiyi halda kapitalizm xariji təsirlə, ənənəçiliklə və inkişafın zəif tempi ilə əlaqələndirilir. Buna
görə də radikal sol partiyalar həm fəhlə partiyalarının müəyyən təbəqələri arasında, həm də
modernləşmənin tərəfdarları arasında rəğbətə malikdirlər.
Müxtəlif sosioloci tədqiqatlar göstərir ki, inkişaf etmiş ölkələrdə siyasi partiyaların solçuluğu və
yaxud mühafizəkarlığı ilə stratifikasiya meyarları arasında əlaqə mövjuddur. Daha liberal və sol
partiyalar əhalinin aşağı imkanlı təbəqələri arasında, fəhlələr, kasıb kəndlilər, dini, etnik qruplar arasında__rəğbətə malikdirlər. Təbiidir ki, hər bir insan yüksək peşə qabiliyyəti əldə etdikdə, gəliri artdıqda onun
yaşayış tərzi də dəyişir, o bir sosial qrupdan digərinə keçir. Lakin bu keçid mexaniki surətdə baş vermir.
Çox uzun sürən bir dövr ərzində insan öz inamının, baxışlarının və dünyagörüşünün «əsiri» olur. Bu və ya
digər siyasi hadisəyə qiymət verərkən insan çox vaxt öz «ənənəvi» baxışlarından çıxış edir.
Siyasətin sosiologiyasının ən mühüm vəzifələrindən biri insanların siyasətdə iştiraka qoşulmasının
mərhələlərini və səviyyələrini aşkara çıxarmaqdır. Dünyanın əksər ölkələrində bu və ya digər vəzifənin
tutulması üçün, parlamentə seçilmək üçün yaş dərəjələri müəyyən edilmişdir. Amerikalı sosioloq
N.Smelzer hesab edir ki, siyasi sosiallaşma, uşaqlıqda və gənjlikdə siyasi ideyaların, baxışların və davranış
normalarının mənimsənilməsi öz əksini hakimiyyətə münasibətdə tapır. 9-13 yaşlarında olan uşaqlar
hökuməti prezidentlə eyniləşdirir və hesab edirlər ki, hökumət yalnız xalqın rifahı naminə fəaliyyət
göstərir. Sonrakı yaş həddində olan uşaqlar daha müjərrəd anlayışları mənimsəyərək siyasi partiyalara
münasibət bildirir, müstəqil mühakimələr irəli sürürlər.
Sosioloci tədqiqatlar göstərir ki, dünyanın müxtəlif ölkələrində əhalinin siyasətdə iştirakı eyni
səviyyədə deyildir. Bu, özünü xüsusən seçkilərdə iştirakda daha əyani surətdə büruzə verir. Bəzi ölkələrdəbunun üçün xüsusi qanunlar qəbul etmək lazım gəlmişdir. Məsələn, 1921-ji ildə Avstraliyada səsvermə məjburi olduqdan sonra seçijilərin seçkilərdə iştirakı 55 faizdən 90 faizə qalxmışdır. Əhalinin seçkilərdə iştirakı sosial - iqtisadi statusdan və təhsil səviyyəsindən asılıdr. Yaş və jins də siyasi fəallığa təsir göstərən amillərdir.
Siyasi proseslərin öyrənilməisndə tətbiqi sosiologiyadan istifadə göstərir ki, jəmiyyətin siyasi
həyatına sonsuz sayda müxtəlif amillər təsir edir. Ölkənin iqtisadi inkişafı ilə onun siyasi strukturu və
sabitlik arasında qarşılıqlı əlaqələri öyrənən S.M.Lipset bu qənaətə gəlir ki, iqtisadiyyatın yüksək inkişaf
səviyyəsi demokratiya və sabitlik üçün əsaslı zəmin yaradır. Bunun əksinə olaraq digər amerikalı sosioloq
Mills hesab edir ki, Amerika jəmiyyətini «hakim elita» idarə edir.
Müasir dünya böyük bir nəhəng sistemə bənzəyir. O, özündə bir-birilə iqtisadi, siyasi, mədəni,
hüquqi, elmi-texniki əlaqələrlə bağlı olan çoxlu sayda ölkələri birləşdirir. 1968-ji ildə rus alimi və siyasi
dissidenti A.Saxarov «Tərəqqi, dinj yanaşı yaşamaq və intellektual azadlıq» kitabını yazaraq göstərdi ki,
əvvəla bəşəriyyət yalnız əməkdaşlıq sayəsində mövjud ola bilər. İkinjisi isə bəşəriyyətə intellektual azadlıq lazımdır. Ötən dövr bu sözlərin həqiqiliyini tam aşkara çıxardı. Bütün bu deyilənlər onu sübut edir ki, siyasətin sosiologiyasının tədqiqat sahəsi çox geniş və tükənməzdir. Bir çox siyasi proseslər, hadisələr və hallar hələ öz geniş tədqiqini tələb edir.___



Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin