11-cü sual. Tam təcridetmə abstraksiyası
Tam təcridi yayındırma zamanı tədqiq olunan obyektə onun digər xassə və xüsusiyətlərini nəzərə almadan yaxud ona tam obyekt kimi baxmadan nəzər salırlar.
Məsələn, irəlidə Qız Qalası ilə bağlı misala qayıdaq. Əgər biz qalanın yalnız pəncərələrinin memarlıq xüsusiyyətlərini, elementlərini öyrəniriksə onda həmin elementləri bütün qalanın ümumi memarlıq elementlərindən abstraksiya yolu ilə təcrid etməyi bacarmalıyıq. Yaxud 1918-ci ilin yazında bolşevik-daşnak silahlı qüvvələrinin Qubanın hər hansı bir kəndində törətdiyi qırğınları öyrənmək, sözügedən hadisənin ən incə detallarını təfərrüatı ilə tətbiq etmək istəyiriksə sırf bu hadisəni bütövlükdə 1918-ci il soyqırımlarını təcridi yayındırma vasitəsilə abstraksiya etməyi bacarmalıyıq. Yaxud hər hansı bir dilçi deyər ki, İrəvan dəftərlərinin yazı dilini, üslubunu öyrənmək istəyirsə, tədqiqat zamanı özünə lazım olan elementləri, detalları, bütövlükdə adıçəkilən tarixi mənbəni digər cəhətlərindən abstraksiya edərək təcridi yayındırmaq metodu ilə ayırmağı bacarmalıdır.
Belə metod çox zaman sənədin əslinin həqiqiliyini, yaxud müəllifin identifikasiyasını müəyyənləşdirmək üçün həddən ziyadı vacibdir.
Tam təcridi yayındırma tarixi idrakın tədqiqi metodlarında tam dəyərli, qənaətbəxş metod sayılmır. Çünki, tarixi hadisə və roseslərin inkişafı prosesində bütün hadisələr əslində bir-birilə sıx qarşılıqlı əlaqədə inkişaf edirlər. Yəni, Qubanın ayrıca bir kəndində ki, soyqırımı əslində 1918-ci ildəki soyqırımların ayrılmaz bir hissəsidir. 1918-ci ilin yazında erməni daşnaqlarının BXKS-nın rəhbərliyi altında həyata keçirdiyi qətliam və talanlar isə öz növbəsində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları siyasətinin bir həlqəsi, yaxud davamı idi.
Deməli, tam təcridi yayındırma metodu tarixi informasiyanın tam dolğun olmaması baxımından qüsurludur. Lakin bütövlükdə problemin qoyuluşu baxımından məlumatların toplanılaraq əldə edilməsi və sistemləşdirilməsi mərhələsində çox faydalıdır.
Dostları ilə paylaş: |