Mündəricat
Giriş....................................................................................................................2
1-Cİ TİP ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNİN QİDALANMASI.......3
Pəhriz lazımdırmı?............................................................................................3
Zülallar və yağlar...............................................................................................4
Karbohidratlar...................................................................................................5
Sadə və mürəkkəb karbohidratlar......................................................................6
Sadə və mürəkkəb karbohidratların quruluşu ..................................................6
Çörək vahidi sistemi...........................................................................................6
Hər hansı ərzağa üstünlük vermək lazımdırmı?...............................................7
Asanlıqla mənimsənilən karbohidratlar...........................................................8
Qidalanmada məhdudiyyət...............................................................................8
Qida rejimi..........................................................................................................9
Normal çəkinin düsturu.....................................................................................9
Əgər artıq çəkiniz varsa
...................................................................................10
Şəkərəvəzedicilər................................................................................................11
Alkoqol.............................................................................................................12
FİZİKİ İŞ.........................................................................................................14
Fiziki işin ağırlığının diabetə təsiri .................................................................14
Fiziki işin ağırlığına görə qanda şəkərin miqdarı.............................................14
Fiziki işin müddəti ..........................................................................................15
İnsulin dozasının azaldılması qaydaları ........................................................16
İdman və diabet ...............................................................................................17
ÇÖRƏK VAHİDLƏRİ..............................................................................18-32
2
Giriş
Hələ qədim və orta əsrlərin alimləri hər hansı bir xəstəliyin müalicəsində başqa
tibbi tədbirlərlə yanaşı qidalanmanın (pəhrizin) doğru aparılmasına müstəsna
əhəmiyyət vermişlər. Bu məsələ şəkərli diabet xəstəliyinin müalicəsində isə
xüsusi diqqət tələb edir. Çünki qəbul edilən qidanın tərkibinə daxil olan
maddələr (karbohidratlar, yağlar və zülallar) qanda şəkərin səviyyəsinə bilavasitə
təsir edir və xəstəliyin gedişini şərtləndirir.
Artıq bütün bunlar aydın məsələdir. O da məlumdur ki, indiyədək belə xəstələr
üçün qidalanma bir çox məhdudiyyətlər və qida növlərinin məxsusi seçilməsini
tələb edən ənənələrə malik idi. Belə məhdudiyyətlər isə bir çox xəstələrdə
mənəvi sıxıntılar oyadır, onların həyat tərzi ilə yaşadıqları cəmiyyət arasında
uyğunsuzluq yaradırdı.
Lakin son vaxtlar tibb elmində şəkərli diabet xəstəliyinin müalicəsində fərqli
yanaşma baş vermiş, bu sahədə əhəmiyyətli nəticələr əldə edilmişdir.
Bu xüsusilə 1-ci tip şəkərli diabet xəstəliyinin müalicəsində özünü göstərir.
Belə ki, əgər 2-ci tip şəkərli diabetin müalicəsində əsas üsul azkalorili pəhriz və
fiziki fəallığın artırılması ilə təşkil edilirsə, 1-ci tip şəkərli diabet xəstəliyinin
müalicəsində mədəaltı vəzidəki insulin hasil edən beta hüceyrələrinin məhvi
nəticəsində baş verən insulin çatışmazlığı ancaq insulin müalicəsi ilə aradan
qaldırıla bilər. Pəhriz məhdudiyyətləri isə müasir nöqteyi-nəzərlərə görə
köməkçi xarakter daşıyır. Bununla belə qidalanmanın doğru aparılması heç
də əhəmiyyətini itirmir, əksinə xəstəliyin müalicəsinə və həyat keyfiyyətinin
yaxşılaşdırılmasına öz təsirini göstərir.
Məlumdur ki, fiziki işin ağırlığı hipoqlikemiyanı yaradan səbəblərdən biridir.
Əgər vurulan insulinin ölçüsü və qəbul edilən karbohidratın miqdarı əvvəlki
kimi olubsa və fiziki fəallıq həmişəkindən artıqdırsa, onda hipoqlikemiyanın
yaranması baş verə bilər. Buradan aydın olur ki, qanda şəkərin səviyyəsini azaldan
fiziki işin ağırlığı deyil, insulindir. Odur ki, 1-ci tip şəkərli diabetin müalicəsində
fiziki işin ağırlığı özlüyündə şəkərsalıcı vasitə kimi istifadə edilməməlidir, onu
hipoqlikemiya yaranmaması üçün nəzərə almaq lazımdır.
3
1-Cİ TİP ŞƏKƏRLİ DİABET
XƏSTƏLƏRİNİN QİDALANMASI
Pəhriz lazımdırmı?
Bir sıra ümumi məqsədlər olduğu halda (qanda yüksək şəkərin ləğvi,
hipoqlikemiya riskinin minimuma salınması, fəsadların profilaktikası) 1-ci və
2-ci tip şəkərli diabetinin müalicə üsulları əhəmiyyətli dərəcədə fərqlənir. 2-ci
tip şəkərli diabetin əsas müalicə üsulu aşağı kalorili pəhrizin və fiziki fəallığın
artırılması hesabına bədən kütləsinin normaya gətirilməsidir. Mədəaltı
vəzidəki beta hüceyrələrinin məhvi və insulin çatışmazlığından yaranan 1-ci
tip şəkərli diabetdə isə, əsas müalicə üsulu əvəzedici insulin müalicəsidir. Pəhriz
məhdudiyyətləri isə müasir nöqteyi-nəzərlərə görə köməkçi xarakter daşıyır.
Insulin müalicəsi sağlam insanın insulini hasil etməsindən fərqləndiyi kimi,
pəhriz məhdudiyyəti də şəkərli diabet xəstəsinə o dərəcədə tətbiq edilməlidir.
1-ci tip şəkərli diabetin ənənəvi pəhriz müalicəsinin əsas prinsipləri son illərdə
tənqidi olaraq yenidən gözdən kecirilməyə məruz qalıb. Ənənəvi pəhrizin
əsas prinsiplərindən biri budur ki, hər gün müəyyən edilmiş eyni miqdardakı
kalorinin qəbul edilməsi tövsiyə olunur. Hər bir xəstəyə onun “ideal çəkisi”
nəzərə alınmaqla bir günlük kalorinin qəbul edilməsi təyin edilirdi. Bunun isə
mənası yoxdur və aşağıda göstərilən səbəblərə görə mümkün deyil: a) çəkisi
normal olan sağlam adamlarda qəbul və sərf etdikləri enerji arasında balans
müxtəlif günlərdə əhəmiyyətli dərəcədə fərqlənir. Sağlam adamların enerji sərfi
onların fiziki fəallıqlarının dəyişkənliyinə görə sabit deyil. Deməli, əgər 1-ci tip
şəkərli diabet xəstəsinə hər gün müəyyən edilmiş eyni kalorili xörəklər verilirsə,
onun çəkisinin normal saxlanılması üçün hər gün o qədər də ciddi, eyni fiziki
fəallığın yerinə yetirilməsi tələb olunmalıdır ki, bu isə qeyri-realdır. b) 1-ci tip
normal çəkili şəkərli diabet xəstəsinin iştah tənzimlənməsi eyni çəkili sağlam
adamın iştah tənzimlənməsindən fərqlənmir. Bəzi hallarda iştahı olmadıqda
belə hipoqlikemiyanın qarşısını almaq məqsədilə onların qida qəbul etmələri
heç də insulin müalicəsinə uyğun hal kimi hesab edilməməlidir.
4
İnsulin müalicəsinə və qanda şəkərin səviyyəsi ilə maddələr mübadiləsinə
özünənəzarət üsullarının təkmilləşdirilməsi, xəstəyə aclıq və toxluq
hissiyyatlarından asılı olaraq sağlam insanlar kimi qida qəbul etmələrini
tənzimləmə imkanı yaradır. Beləliklə, 1-ci tip şəkərli diabet xəstəsinin tam
qidalanması (rasion- qida payı) mükəmməl sağlam qidalanmaya (rasiona) uyğun
gəlir (kalori və əsas qida maddələrinin balanslaşdırılması ilə). Ancaq bir fərq
var ki, vurulan insulin sizin nə vaxt və nə qədər yediyinizi bilmir. Ona görə də
insulinin təsirinin qidalanmaya uyğun olmasını siz özünüz nəzərə almalısınız.
Deməli, hansı qidanin qanda şəkəri artırdığını bilməlisiniz .
Zülallar və yağlar
Bütün qida məhsulları üç komponentdən ibarətdir:
zülallar, yağlar və karbohidratlar. Onların hamısı
kaloriyə malik olsalar da, heç də hamısı qanda
şəkəri artırmır. Ancaq xəstələr çox vaxt bu anlayışı
səhv salırlar. Ənənəvi olaraq 1-ci tip şəkərli diabet
xəstələrinin pəhrizində yağlara məhdudiyyət qoyulması qəbul edilib, guya
bununla kompensasiyanın (şəkərin normada olması) vəziyyəti yaxşılaşır. Lakin
qidanın kaloriliyinin insulinə olan tələbata təsirinin öyrənilməsi göstərmişdir
ki, yağların miqdarının azaldılması hesabına kalorinin kəskin azalması insulinə
olan tələbatda əksini tapmır. Bu dəlillər sübut edir ki, bir çox fikirlər icində
yer alan qidadakı yağların şəkəri artırma təsirinə malik olması haqqındakı
fikir doğru deyil. Xüsusilə “asetonun əmələ gəlməməsi üçün” yağların
məhdudiyyəti barədə verilən tövsiyə savadlı səslənmir. Şəkərli diabet xəstəsində
asetonun yaranma mexanizmi ancaq insulinin çatışmazlığı ilə bağlıdır. Eynilə
zülalların da şəkərin artırmasında elə bir təsiredici qüvvəsi yoxdur. Yuxarıda
göstərilənlərdən bəlli olur ki, 1-ci tip şəkərli diabet xəstəsi də özünün iştahası və
adəti üzrə, bədən çəkisi normada olmaq şərtiylə zülal və yağları sağlam adamın
qəbul etdiyi miqdarda qəbul edə bilər. Çəki çox olduğu halda xəstənin nə etməli
olması ilə əlaqədar məlumat aşağıda veriləcək.
5
Karbohidratlar
Ancaq karbohidratlar real şəkər artırma təsirinə
malikdirlər. Lakin bu o demək deyil ki, onları
məhdudlaşdırmaq lazımdır. Sadəcə qısa təsirli
insulinin ölçüsünü düzgün hesablamaq üçün
karbohidratları nəzərə almaq lazımdır. Hansı
qidaların tərkibində karbohidratlar var? Bunu
yadda saxlamaq asandır: bitki məhsullarının
əksəriyyəti və heyvanlardan alınan maye süd məhsulları . Bu və ya digər
ərzaqlardan qanda şəkərin artmasını bilmək sizin üçün mühümdür. Bu ərzaqlar
şəkərin miqdarını artırırmı? Artırırsa nə qədər? Elə karbohidratlı ərzaq növləri
var ki, onların qəbulundan sonra qanda şəkər ya artmır, ya da cüzi səviyyədə
artır. Başqa qidalar isə qanda şəkəri çox və uzun müddətə artırır. Bundan asılı
olaraq ərzaqlar aşağıdakı şəkildə bölünür:
1) “Sərbəst” karbohidrat tərkibli ərzaqlar;
2) Hesablanması lazım olan karbohidrat tərkibli ərzaqlar.
“Sərbəst”, yəni qanda şəkəri zəif miqdarda artıran ərzaqlara demək olar ki,
bütün adi tərəvəzlər daxildir. Ancaq kartof və qarğıdalını hesablamaq lazımdır.
Beləliklə hesablamadan kələmi, kahını, cəfərini, şüyüdü, qırmızı turpu, kökü,
badımcanı, balqabağı, bibəri və s. yemək olar. Bu qrup tərəvəzlər arasında ən çox
karbohidrat paxlalılar fəsiləsinə aid olanların (lobya, paxla, noxud) tərkibində
olur, ancaq onların qəbulundan sonra qanda şəkərin miqdarı çox da artmır.
Ona görə də əgər siz bunlardan az miqdarda yesəniz (məs: 200 qramdan çox
olmamaq şərtiylə qarnir -bişmiş halında) onları hesaba almaya bilərsiniz.
Hesablanması tələb olunan karbohidratlar 5 əsas qrupa bölünür:
1. dənli (taxıl) – çörək və bulka məmulatları, makaron, yarma, qarğıdalı.
2. meyvələr
3. bəzi tərəvəzlər (kartof)
4. süd və maye süd məhsulları
5. tərkibində təmiz şəkər olan ərzaq
6
Sadə və mürəkkəb karbohidratlar
Quruluşuna görə karbohidratlar sadə (şəkər) və mürəkkəb (nişasta) olur.
Birincilər çox sadə kimyəvi düstura malikdirlər, ona görə onlar bağırsağa tez
sorulur və artıq 10 dəqiqədən sonra qanda şəkəri artırır.
Sadə karbohidrata aiddir:
1) qlükoza (və ya üzüm şəkəri) – tibbi dərman kimi meyvələrdə, balda var.
2) fruktoza (və ya meyvə şəkəri) - meyvələrdə, balda şəkər əvəzləyici şəklində
var.
3) Saxaroza (və ya qida şəkəri) – adi şəkərdə və onun əlavəsi olan məmulatlarda,
meyvələrdə var.
4) laktoza (və ya süd şəkəri) – süd məhsullarında var.
5) maltoza (və ya səməni şəkəri) – pivədə var.
Sadə və mürəkkəb karbohidratların quruluşu
Sadə karbohidratların tez sorulma qabiliyyəti olduğu halda, onlardan
hazırlanan bəzi məhsullar heç də şəkəri dərhal artırmır. Məsələ bundadır
ki, karbohidratların sorulma prosesi belə məhsullarda bitki qabığı, lifi (məs:
meyvələrdə) və ya yağ (məs: süd məhsullarında) olduğu ücün ləngiyə bilər.
Beləliklə, alma qanda şəkərin miqdarını yavaş artırdığı halda ondan çəkilən
şirə tez artırır. Ona görə də əsasən tez sorulan karbohidratlara adi şəkər və onun
əlavə edildiyi bəzi məmulatlar (məs. içkilər) aiddir.
Nişasta (kraxmal) – çoxlu qlükoza molekullarından ibarət uzun zəncirvarı
quruluşa malikdir. Qlükozanın bağırsağa sorulması üçün nişasta
parçalanmalıdır. Məhz buna görə də, belə karbohidratlar şəkəri gec, təxminən
30 dəqiqədən sonra artırır. Mürəkkəb karbohidratlar bütün taxıl mənşəli
ərzaqlarda və kartofda olur.
Çörək vahidi sistemi
Siz müxtəlif cür qidalanmaq istəyirsinizmi? Bunun üçün qanda şəkərin miqdarı
azca fərqlənmək şərti ilə karbohidrat tərkibli bir xörəyi başqası ilə əvəz etməyi
7
öyrənmək lazımdır. Belə dəyişməni çörək vahidi (ÇV) sisteminin köməyi ilə
asanlıqla etmək mümkündür. Bir çörək vahidi tərkibi 10-12 qram karbohidrat
olan ərzağın çəkisinə bərabərdir (məsələn: çəkisi 20-30 qr olan çörək parçası).
Kitabçanın arxasında çörək vahidləri ilə tanış ola bilərsiniz. Şərti olaraq “çörək”
vahidi adlansa da bununla təkcə çörəyin miqdarını yox, həmçinin karbohidrat
tərkibli istənilən ərzağın miqdarını da hesablamaq olar.
Bir ərzaqda nə qədər ÇV (çörək vahidi) olduğunu öyrəndikdə onu asanlıqla
başqa bir ərzaqla dəyişə bilərsiniz.( ancaq həmin ərzaqda da eyni miqdarda ÇV
olmaq şərti ilə) Məsələn, 1 ÇV bir ədəd orta ölçülü portağal, bir stəkan süd, və
ya 2 dolu xörək qaşığı sıyığın tərkibində var. ÇV sisteminin əlverişli çəhəti ondan
ibarətdir ki, xəstə üçün ərzaqlardakı karbohidratın miqdarını 1 qram dəqiqliyi
ilə hesablamaq üçün tərəzidə çəkmək zərurəti yaranmır, gözlə qavranılması
asan olan ölçülərin köməyi ilə bu miqdarı (tikə, stəkan, ədəd, qaşıq və s.) ölçmək
kifayətdir. Müxtəlif ədəbiyyatlarda eyni ərzaqların tərkibi fərqli göstərilə bilər.
Ümumiyyətlə hər hansı bir cədvəldə bu və ya digər ərzağın tərkibindəki 1 ÇV
təxmini verilir. Deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, vurulan
insulinin ölçüsünə uyğun yeyilən qida qanda şəkərin yaxşı göstəriciliyinə
xidmət edən ən ali təcrübi meyardır. Əvvəlcədən nə qədər ÇV yeməyi nəzərdə
tutursunuzsa, yeməkdən əvvəl qanda şəkəri ölçüb, qısa təsirli insulinin müvafiq
dozasını qana yeritməklə, yeməkdən sonra qanda şəkəri yoxlayın.
Hansısa ərzağa üstünlük vermək lazımdırmı?
Bu bölmədə istərdik ki, xəstələr arasında yayılan bu və ya digər ərzağın qanda
şəkərə təsiri barədə fikirlərə aydınlıq gətirək. Belə ki, xəstələr hesab edirlər ki,
ancaq qara çörək yemək olar. ÇV cədvəlindən görürsünüz ki, ağ və qara çörəyin
tərkibindəki karbohidratın miqdarında elə bir əhəmiyyətli fərq yoxdur. Eyni
sözü qarabaşaq (qreçka) sıyığı haqqında da demək olar, çünki bu ərzaq on illər
ərzində, diabetli xəstələr üçün müalicəvi məhsul sayılırdı. Cədvələ baxmaqla
qarabaşağın başqa yarmalardan heç də əhəmiyyətli dərəcədə fərqlənmədiyini
görə bilərsiniz. Onun tərkibində bəzi əhəmiyyətli elementlərin (dəmir,
8
vitaminlər) olması şəkərli diabetə heç bir aidiyyatı yoxdur. Buradan aydın olur
ki, xəstə pəhriz gözlədiyinə inandığı halda qarabaşaq sıyığı yeyir və təəccüb
edir ki, qanda şəkərin miqdarı yuxarı olaraq qalır. Eyni hallar meyvələrin
qəbulu zamanı da baş verirdi: müxtəlif çeşidli alma növlərində karbohidratların
miqdarı təxminən eyni olduğu halda, xəstəyə ancaq göy, turş almaların yeyilməsi
məsləhət görülürdü. Beləliklə, 1-ci tip şəkərli diabet xəstəsi insulin müalicəsini
düzgün yerinə yetirirsə onun üçün ərzağın növü deyil, ondakı karbohidratların
düzgün hesablanması daha vacibdir.
Diabetli xəstə ücün istənilən xörəklər hazırlana bilər. Hətta xəstəyə zövqünə
görə ədviyyat da istifadə etməyə icazə verilir. Yeməkləri buxarda hazırlamaq,
qızardılmış, kəskin və s. qida növlərindən cəkinmək o xəstələrə məsləhət görülür
ki, onlarda diabetdən əlavə mədə-bağırsaq yollarının problemi və ya uzun müddət
şəkərin kompensasiyasının (şəkərin sabitliyi) pozulması nəticəsində qaraciyərin
zədələnməsi əlaməti ortaya çıxır. Şəkərin kompensasiyası bərpa edildikdə və
qaraciyərin vəziyyəti normaya gətirildikdə əlavə pəhriz məhdudiyyətləri aradan
qaldırılır.
Asanlıqla mənimsənilən karbohidratlar
İnsulinlə müalicə olunan xəstəyə şirniyyat yemək olarmı? Əvvəllər diabet
pəhrizinin əsas tərkib hissəsi kimi şirniyatın qadağan olunması əslində böyük
əhəmiyyət kəsb etmir. Əgər siz hər hansı yeməkdən öncə insulin vurursunuzsa,
onda yemək yeməzdən əvvəl qanınızda kifayət qədər insulin var. Belə olduqda
siz bir qədər dondurma və ya çərəz kimi bir dilim tort yeyə bilərsiniz. Artıq
çoxdan sübut olunub ki, gün ərzində bir neçə dəfə qandakı şəkərin miqdarını
ölçən və insulin dozasını doğru dəyişə bilən, yaxşı təlim keçmiş diabetli xəstə
çörək vahidini hesablayaraq bir qədər şirin qida qəbul edə bilər.
Qidalanmada məhdudiyyət
1-ci tip şəkərli diabet xəstəsinin qidalanmasında hansı məhdudiyyətlər var:
1) hər dəfə qida qəbulunun 7-10 ÇV-dən artıq olması tövsiyə edilmir;
9
2) Şirniyyatın maye halı (limonad, şirin çay, meyvə şirələri) tövsiyə edilmir.
Ancaq bu çətinlik şəkərəvəzedicilərin istifadəsi ilə asanlıqla həll edilir.
3) Əvvəlcədən çörək vahidi planlaşdırılır, çünki insulin yeməkdən əvvəl vurulur.
Qida rejimi
1-ci tip şəkərli diabetin pəhriz müalicəsində ənənəyə uyğun olaraq qəbul
edilmiş ümumi qaydaya görə gün ərzində böyük olmayan hissələrlə 5-6 dəfə
qida qəbul edilməsi nəzərdə tutulur. Bu zərurət qidalanmanı uzun təsirli
insulinin təsirinə uyğunlaşdırmaq ücün yaranıb. Çünki qida qəbulunu
buraxdıqda hipoqlikemiya (şəkər azlığı) yarana bilər, karbohidratların çox
miqdarda istifadəsi zamanı isə qanda şəkər yüksək həddə çata bilər. Əgər əsas
qida qəbulundan əvvəl qısa təsirli insulin vurularsa, ona uyğun olaraq uzun
təsirli insulininin ölçüsünü azaltmaqla, qida qəbulu saylarını ixtisara salmaq və
yeməklər arası hipoqlikemiya (şəkər azlığı) təhlükəsini azaltmaq olar. Yuxarıda
qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, 1-ci tip şəkərli diabet xəstəsi lazımi
təlim keçdikdə öz qidalanmasını sağlam adamın qidalanmasına yaxınlaşdıra
bilər. Bir tərəfdən xəstədə öz xəstəlıyinə qarşi mənfi münasibətlər yaradaraq,
indiyədək formalaşmış vərdiş və dadların, həyat tərzinin dəyişdirilməsini
tələb edən, digər tərəfdən də yerinə yetirilməsi son dərəcə çətin olan ənənəvi
pəhriz qaydaları qadağanedici xarakter daşıyır. Qida məsələsindəki qadağaların
aradan qaldırılması “həyat keyfiyyətini” əhəmiyyətli dərəcədə artırır. Bir daha
xatırlatmaq istəyirik ki, belə qidalanmanı ancaq təlim görmüş, özünənəzarət
aparan və çoxsaylı insulin vuran xəstə həyata keçirə bilər.
Normal çəkinin düsturu
“Sərbəst” qida barədəki yuxarıda göstərilən qaydalar ancaq normal çəkinin
olması şərtilə mümkündür. Bəs normal çəkini necə hesablamaq olar? Bir
neçə hesablama üsulları vardır ki, onlardan da daha çox istifadə edilən bədən
kütləsinin indeksi (BKİ) adlanan üsuldur. BKİ-ni hesablamaq üçün öz çəki
göstəricisini (kiloqramla) boy ölçüsünün göstəricisinə (metrlə) bölüb kvadrata
10
yüksəltmək lazımdır:
BKİ (kq/m2) = [Çəki (kq) : Boya (m)]2
• Əgər Sizin BKİ, 18-25 arasında yerləşərsə, onda çəkiniz normaldır.
• Əgər bu 25-30 həddindədirsə, onda çəkiniz artıqdır.
• Əgər BKİ 30-u keçirsə, onda siz piylənmə kateqoriyasına düşürsünüz.
Əlavə çəkilər piy toxumalarının artıq olmasına dəlalət edir. Çəkiniz nə qədər
çox olarsa sağlamlığınıza bir o qədər böyük təhlükə yaradar. Artıq çəkinin,
yəni piy toxumalarının bədən kütləsində yayılması da əhəmiyyət kəsb edir. Piy
bədəndə nisbətən bərabər vəziyyətdə yerləşə bilər. Ola bilər ki, piy əsasən bud və
baldır hissələrdə bölünsün. Sağlamlıq üçün ən xoşagəlməz hal isə “abdominal”
adlanan (latınca abdomen – qarın) piy bölünməsidir ki, bu zaman piy toxuması
əsasən qarın nahiyəsində toplanır. Irəli çıxan qarın forması dərialtı piydən
daha çox daxildə- qarın boşluğunda yığılan piy hesabına alınır ki, bu da daha
çox ziyan gətirən məsələlərdən biridir. Məhz ürək-damar xəstəliklərinin böyük
bir hissəsi də abdominal piyləşmə ilə əlaqədardır. Abdominal piyləşməni belin
dairəsini ölçərək bilmək olar. Bu göstərici kişilərdə 94-dən, qadınlarda isə 80-
dən az olmalıdır.
Əgər artıq çəkiniz varsa
Əgər sizdə çəkinizlə əlaqədar narahatlıq yaranarsa, onda qidalanma qaydasında
bir qədər dəyişiklik etməlisiniz. Çəkinin azaldılmasına və gələcəkdə onun
saxlanılmasına necə nail olmaq olar? Arıqlamaq üçün az yemək lazımdır.
Bəllidir ki, bunu kim bilmir? Ancaq bir çoxları özləri üçün bu problemi başqa
cür formalaşdırır: nə yemək lazımdır ki, arıqlanma baş versin? Qeyd etməliyik
ki, arıqlamaq üçün hər hansı xüsusi bir ərzaq mövcud deyil. Hazırda pəhrizi
gözləmədən yüksək nəticəli və çəkinin tam təhlükəsiz azalmasını təmin
edən tibbi dərmanlar mövcud deyil. Tək ümidverici yol orqanizmə daxil olan
enerjinin (bu kalorilərlə hesablanır) məhdudlaşdırılmasıdır, yəni az kalorili
pəhrizə əməl etmək lazımdır. Nəticədə enerji çatışmazlığı ona gətirir ki, çəkidə
artıq kiloqramları təşkil edən bədəndəki piy toxumalarında yığılmış enerji
11
ehtiyatı orqanizmin müxtəlif ehtiyaclarına sərf olunur və bu da mütləq çəkinin
azalmasına səbəb olur.
Qidamızda enerji daşıyıcısı kimi onun üç tərkib hissəsi vardır: zülallar, yağlar
və karbohidratlar. Bunlardan ən kalorili yağlardır. Onlarda (9 kkal 1 qr), zülal
və karbohidratlarda (4 kkal 1 qr), nisbətən iki dəfədən az enerji var. Ancaq hər
bir ərzağın tam doğru kalorisini hesablamaq heç də vacib deyil. Bütün qida
ərzaqların üç əsas qrupa bölmək kifayətdir:
1)Ən çox kalorili ərzaqları kənar etmək və ya maksimum dərəcədə
məhdudlaşdırmaq. Bu qrupa tərkibində çoxlu yağ olan ərzaqlar daxildir (yağ, o
cümlədən bitki yağı, yağlı ət, balıq, hisə verilmiş məhsullar, kolbasa məmulatları,
quşun dərisi, konservlər, yağlılığı 30%-dən çox olan pendirlər, qaymaq, xama,
mayonez, qoz, tum), qənd və şirniyyatlar (qənnadı məmulatları, konfetlər,
şokolad, mürəbbə, cem, bal, şirin içkilər, dondurma), həmçinin alkoqollu içkilər
(1 qr təmiz spirtdə 7 kkal var).
2) Tərkibində çoxlu su olan ərzaqları məhdudiyyətsiz istifadə etmək olar (onlarda
kalori yoxdur). Bu qrupa kartof istisna olunmaqla bütün tərəvəzlər daxildir
(yağsız hazırlanmaq şərti ilə) Buraya həmçinin çay, kofe və şəkər əvəzedicilərlə
hazırlanmış içkilər də aid edilir.
3)Orta kalorili ərzaqlardır. Bu qrupa yağsız ət, yağsız balıq, yağsız süd
məhsulları, yağlılığı 30%-dən az olan pendirlər, kartof, qarğıdalı, yetişmiş paxla,
çörək və çörək məmulatları, makaron, yarmalar, meyvə, yumurta daxildir. Bu
ərzaqlardan da nisbi orta miqdarda istifadə etmək lazımdır.
Bütün bunlarla yanaşı bilməlisiniz ki, gün ərzində (rasionda- qida payında) çörək
vahidinin azaldılması vurulan insulin ölçüsünün azalmasına gətirib çıxarır.
Şəkər əvəzedicilər
Qanda şəkərin miqdarını artırmadan şirinlik tamını ona şəkər əvəzedicilər verə
bilir. Söhbət burada ancaq kalorisi olmayan şəkər salıcılardan gedir: saxarin,
aspartam, siklamat, asesulfam K. Bu beynəlxalq adlardır (kimyəvi), onların
tərkibindəki maddələri göstərir. Eyni şəkər əvəzedicilərin ticarət (kommersiya)
12
adları isə müxtəlif ola bilər. Qablaşdırmada
mütləq dərmanın beynəlxalq adı
olmalıdır. Buna diqqət yetirmək lazımdır.
Belə şəkər salıcılardan qazlaşdırılmış
içkilər düzəldilir. (onun adında layt və ya
diet sözü ola bilər).
Kalorisiz şəkər salıcılar ilə yanaşı satışda
şəkərin ksilit, sorbit, izomalt, fruktoza kimi
oxşarları da ola bilər. Bunlar adi istifadə olunan şəkərə nisbətən qanda şəkəri
az artırmasına baxmayaraq, öz kaloriləri ilə adi karbohidratlara yaxın olduğu
üçün çəkisi çox olan xəstələrə tövsiyə edilmir. Bu sıradan olan xəstələr “pəhriz”
yazılan ərzaqları da qəbul etməməlidirlər, çünki onların əksəriyyəti kalorili
şəkər əvəzedicilərdən hazırlanıb (məsələn: şokolad, peçenye, vafli, cem). Bütün
bu hallarda bilmək lazımdır ki, onların tərkibində həm də adi karbohidratlar
(un, meyvə kütləsi və s.) var. Ona görə də bu qidaları qəbul edərkən vurulan
insulinin ona uyğun olması üçün mütləq ÇV-ni hesablamaq lazımdır.
Alkoqol
Alkoqolun özünəməxsus təsir əlaməti var, əgər xəstə hər hansı şəkər salıcı dərman
o cümlədən insulin qəbul edirsə, bunu bilməlidir. Bu əlamətlər ondan ibarətdir
ki, qanda şəkərin miqdarını normadan aşağı salır – hipoqlikemiya yaradaraq
həyat üçün təhlükəli olur. Bu hadisə o zaman baş verir ki, spirt qaraciyərdən
şəkər ehtiyatının çıxmasının qarşısını alır və bu vaxt insulinin adi ölçüsü artıq
olur. Bundan başqa sərxoşluq vəziyyətində hipoqlikemiyanın (şəkər azlığı)
ilkin əlamətlərinə diqqət yetirilməyə bilər və onun aradan götürülməsi üçün
vaxtında lazımi tədbirlər görülməz. Ona görə də hər bir şəkərli diabet xəstəsi
alkoqollu içkilər qəbul edərkən bir neçə müəyyən edilmiş qaydaları bilməlidir.
Alkoqol içkiləri ancaq şəkərli diabetin yaxşı kompensasiyası halında (qanda
şəkərin normal vəziyyətində) qəbul etmək olar. Çəkisi çox olan kök adamlar
alkoqol içkiləri qəbul etməməlidirlər, çünki belə içkilər böyük kaloriyə malikdir.
13
Bütün içkilər şərti olaraq iki əsas qrupa bölünür. Birinci qrupa tərkibində 40%
spirt olan, şəkəri olmayan (araq, konyak, viski) sərt (tünd) alkoqol içkilər daxildir,
və “Təhlükə ölçüsü” deyilən bir hədd var ki, onu keçdikdə hipoqlikemiyanın
inkişafı üçün təhlükə yaranır. Bu qrup içkilər üçün doza 50-100 ml-dir. Süfrədə
mütləq qəlyanaltı qismində karbohidrat tərkibli ərzaqların olmasını bilmək
lazımdır. (çörək, kartof və s.).
İkinci qrupa tərkibində spirti az, amma şəkər ola bilən içkilər aiddir. Bu qrup
içkilərdən şəkərli diabet xəstələrinə tərkibində şəkəri 3-5% dən yüksək olmayan
turş (quru-suxie) içkilər, tövsiyə edilir. Bura müxtəlif çaxırlar, turş şampan
aiddir. Bu içkilərin isə “təhlükə dozası” 200-250 ml-dir. Ona görə də mütləq
şüşənin etiketində olan məlumata diqqət etmək lazımdır. Diabetdə xüsusilə
şəkəri əhəmiyyətli dərəcədə artıran içkilərin qəbulu arzuedilməzdir. Bunlar
çərəz (desert) və tündləşdirilmiş çaxırlar, likörlər, şirin şampanlardır. Pivə
haqqında isə ayrıca məlumat vermək lazımdır. Əgər pivə az miqdarda (300 ml-
dən çox olmayaraq) qəbul edilərsə, onda onu “icazə verilən” içkilər qrupuna aid
etmək olar, çünki onun tərkibindəki karbohidrat alkoqolun təsirinin qarşını
alır. Ona görə də insulinin ölçüsü hesablanarkən buradakı karbohidrat hesaba
alınmamalıdır, əks təqdirdə hipoqlikemiya yarana bilər.
Alkoqol hipoqlikemiyasının gecikmə kimi bir xüsusiyyətini yadda saxlamaq
lazımdır. Belə ki, əgər siz axşam xeyli spirtli içki qəbul etmisinizsə, gecə
hipoqlikemiya ağır formada yarana bilər. Ona görə də yatmazdan əvvəl qanda
şəkəri müəyyən etmək lazımdır və onun səviyyəsi normal olduqda əlavə olaraq
karbohidrat tərkibli qida qəbul edilməlidir.
Sonda qeyd etməliyik ki, alkoqolun hipoqlikemiya təsirinə əsaslanaraq heç
bir halda onunla insulini əvəz etmək olmaz. Bu doğru deyil və ağır nəticələrə
gətirib çıxara bilər. Yuxarıda aydınlaşdırıldığı kimi alkoqol hipoqlikemiyası 1-ci
tip şəkərli diabetdə çatmayan insulini heç vaxt əvəz edib özbaşına qanda şəkəri
sala bilməz. Ona görə də, əvvəlcədən yüksək olan və qida qəbulundan sonra
artan şəkəri insulinsiz heç bir alkoqol aşağı sala bilməz. Həmçinin onun qara
ciyərə və digər orqanlara olan təsiri bütünlüklə mənfi nəticələrə gətirib çıxarır.
14
FİZİKİ İŞ
Fiziki işin ağırlığının diabetə təsiri
Təkzibedilməz bir faktdır ki, fiziki işin ağırlığı hipoqlikemiya yaradan
səbəblərdən biridir. Bu aşağıda göstərilən səbəbdən yaranır: fəal işləyən əzələlər
qandan qlükozanın sorulması üçün az miqdarda insulin tələb edir, yəni onların
insulinə olan həssaslığı artır (hüceyrələr – “qıfıl gözləri” insulinlə, yəni “açarla”
yaxşı açılır). Əzələlər insan orqanizmində kifayət qədər böyük həcmə malikdir.
Ona görə də böyük miqdarda qlükoza, əgər eyni vaxtda çoxlu əzələ qrupları
fəal işləyərsə qısa vaxt ərzində qan dövranında yox ola bilər. Buna cavab olaraq,
sağlam adamda mədəaltı vəzidə insulin hasilatı azalır və qaraciyərdən şəkərin
ixracı artır, amma qanda şəkərin səviyyəsi normal həddə qalır. Diabetli xəstədə
isə qanın tərkibində insulinin azalması avtomatik olaraq baş vermir. Ona görə
ki, o dəri altından sorulmağa başlayır. Beləliklə, əgər insulinin ölçüsü və qidanın
tərkibində karbohidratın miqdarı əvvəlki kimi qalarsa, amma fiziki fəallıq
adi vaxtda olduğundan daha yüksək olarsa, onda hipoqlikemiya yarana bilər.
Buradan aydın olur ki, qanda şəkərin miqdarını fiziki işin ağırlığı deyil, insulin
azaldır. Ona görə də 1-ci tip şəkərli diabetin müalicəsində iş ağırlığı özlüyündə
heç də şəkər salıcı vasitə kimi istifadə edilməməlidir. Onu hipoqlikemiyadan
qacmaq üçün hesaba almaq lazımdır.
Fiziki işlə məşğul olduqda hansı amilləri nəzərə almaq lazımdır? Hər şeydən
əvvəl qanda şəkərin ilkin göstəricisi, fiziki işin ağırlığının intensivliyi və müddəti
nəzərə alınır.
Fiziki işin ağırlığından əvvəl qanda şəkərin miqdarı
Fiziki işdən əvvəl qanda şəkər 5 mmol/l olarsa, onda 30 dəqiqəlik fiziki işin
ağırlığından sonra (idman, velosipedlə gəzinti və s.) hipoqlikemiyanın yaranma
ehtimalı çox yüksək olacaq. Əgər qanda şəkər 8 mmol/l olarsa, onda belə bir
ağırlıqdan sonra bəzi adamlarda hipoqlikemiya yarana bilər, bəzilərində isə
şəkərin miqdarı sadəcə olaraq 4 mmoll/l düşər. Fiziki işdən öncə qanda şəkər 10
15
mmol/l olarsa, hipoqlikemiyanın
yaranma ehtimalı aşağıdır. Bu
zaman ən yaxşı halda şəkər 7 mmol/
l-ə qədər düşə bilər. Amma əgər
şəkər 18 mmol/l olarsa, hətta qanda
şəkər arta bilər və keton hissəcikləri
(aseton) yaranar. Bu aşağıda
göstərildiyi kimi baş verir. Əzələlərə
az miqdarda insulin çatmayacaq
(18 mmol/l şəkər bundan xəbər verir). Qlükozanın qanda sorulması üçün bu
vacibdir. Bu vəziyyətdə əzələlərin enerjisini təmin etmək üçün qaraciyər şəkər
hasilatını artırır, ancaq o insulin çatışmazlığı şəraitində əzələlər tərəfindən
mənimsənilməyəcək və beləliklə qanda şəkər daha da artacaq.
Bununla əlaqədar olaraq, diabetin sabit saxlanılması pozularsa (dekompensasiya),
xüsusən də qanda şəkər 14-15 mmol/l-dən yuxarı qalxarsa fiziki iş tövsiyə
edilmir.
Fiziki işin müddəti
Müddətinə görə fiziki işin ağırlığı qısa müddətli (1 saata qədər) və uzunmüddətli
(1 saatdan çox) olaraq fərqlənir. Fiziki işin ağırlığına təkcə göstərilən müddət
ərzində idmanla yox, həm də ev işləri (otaqların təmizlənməsi, paltar yumaq,
bağda işləmək və s.) aid edilir.
Qısamüddətli fiziki işdə hipoqlikemiyanın qarşısını almaq üçün nə etmək
lazımdır? Qısa müddətli iş çox vaxt planlaşdırmadığından insulinin dozası
əvvəlcədən hesablanmır. Ona görə də bu işdən əvvəl 1-2 çörək vahidli, gec həzm
olunan ərzaq (çörək, meyvə) qəbul edilməlidir. Bəzi hallarda, məsələn daha
intensiv ağırlıqlı idman zamanı tez həzm olunan karbohidratdan, hətta onları
maye halında istifadə etmək lazımdır. (yarışa başlamazdan əvvəl bir stəkan şirə
qəbul etmək)
16
İnsulinin ölçüsünün azaldılması qaydaları
Uzun sürən fiziki işdən sonra bir qayda olaraq orqanizmin insulinə olan tələbatı
azalır. Vaxtında insulinin ölçüsünü aşağı salmaq üçün işin ağırlığı əvvəlcədən
planlaşdırılır. Əgər xəstə əvvəlki miqdarda çörək vahidi qəbul edərsə, onda həm
qısa, həm də uzun təsirli insulinin miqdarını 30-50% azaltmaq olar. Həmçinin
qeyd etməliyik ki, uzun sürən fiziki işin ağırlığından sonra (məs: bütün gün
ərzində davam edərsə) onun “hipoqlikemiya” təsiri hələ bir müddət, 12-24 saat
ərzində müşahidə ediləcək (gecə, sonrakı günün səhəri). Deməli, işdən əvvəl və
sonra vurulan insulinlərin dozası aşağı salınmalıdır (bəzən qeyd olunduğu kimi
30-50%).
Aşağıda, xəstənin uzun müddət fiziki məşq zamanı insulinin ölçüsünü azaltmaq
üçün necə davranması barədə məlumat verilir. (məs: gün ərzində xizəklə dağlara
səyahət edərsə): 4.02-də xəstə bütün gün ərzində dağlara səyahət (gəzinti)
etməyə hazırlaşır, bu gəzinti səhər yeməyindən sonra başlayır. Bir halda ki, o, adi
halda olduğundan artıq yemək istəmir, səhər o həm qısa təsirli insulinin (12-
dən 6 vahidədək), həm də uzun təsirli insulinin ölçüsünü (12-dən 6 vahidədək)
iki dəfəyə qədər azaldır. Nahar yeməyindən əvvəl (özü ilə buterbrod və
meyvə götürüb) o, yenə də qısa təsirli insulin ölçüsünü 50% azaldır (10-dan 5
vahidədək). Şam yeməyi zamanı evə qayıdanda qısa təsirli insulinin ölçüsünü
yeməkdən əvvəl yarıyadək (8-dən 4 vahidədək), demək olar ki, o qədər də axşam
vurulacaq uzun təsirli insulinin miqdarı (14-dən 8 vahidədək) azaldır. Növbəti
gün səhər, yəni 5.02-də o yenə də adi günlərinə nisbətən həm qısa, həm də uzun
təsirli insulinin dozasını azaldır (12-dən 10 vahidədək). Nahar yeməyində isə o,
səyahətdən (gəzintidən) əvvəl vuruduğu insulin miqdarını istifadə edir.
Təəssüf ki, belə və ya başqa növ fiziki işin ağırlığından sonra qanda şəkərin
nə qədər azalacağı barədə qəti şəkildə düzgün fikir yürütmək mümkün
deyil. Insulinin ölçüsünü azaltmaq və ya əlavə karbohidrat qəbul etməklə
hipoqlikemiyanın qarşısının alınacağına tam əmin olmaq olmaz. Ona görə də
17
mütləq özünüzlə kifayət qədər tez həzm olunan karbohidratlı ərzaq götürün,
uzun sürən işin ağırlığı nəticəsində tək bir hipoqlikemiyanın (qanda şəkərin
azlığı) baş verəcəyini nəzərdə tutmayın.
İdman və diabet
Şəkərli diabet xəstəsinə peşəkərcasına idmanla məşğul olmaq və yarışlarda
iştirak etmək olarmı? Şəkərli diabet xəstələrinə idmanın əksər növləri ilə məşğul
olmağa icazə verilir. Hətta 1-ci tip şəkər xəstəsi olimpiya çempionu olmuşdur.
İdmanın hipoqlikemiya baş verdikdə həyat üçün təhlükə yaradan ekstremal
növləri tövsiyə edilmir (məsələn paraşurtla tullanma, alpinizm, təkbaşına sualtı
üzgüçülük və s.). Həmçinin, diabetin fəsadlarının olmasını mütləq nəzərə almaq
lazımdır. Əgər göz, ayaq tərəfdən fəsad varsa və ya arterial təzyiqin yüksək həddi
müşahidə edilirsə, onda xəstə mütləq idmanın hansı növü ilə məşğul olması
barədə həkimlə məsləhətləşməlidir. Qeyri-bərabər iş ağırlığında belə vəziyyətdə
olan xəstənin halı daha da pisləşə bilər. Məsələn, göz zədələndikdə xəstəyə ağır
atletika ilə məşğul olmaq əks göstəricidir. Əgər siz idmanla və ya digər fiziki işlə
müntəzəm məşğul olursunuzsa, onda hər dəfə insulinin ölçüsünü azaltmaq
haqda fikirləşməyəcəksiniz. Təcrübə qazandıqdan sonra siz artıq belə günlərdə
nə qədər insulin vurulacağını biləcəksiniz.
Diabet xəstəsi əgər yaxınları ilə birlikdə idmanla məşğul olarsa o, özünü
çətinliklərdən xeyli uzaqlaşdırmış olar. Çünki yaxınları diabetin əlamətləri ilə
tanışdırlar və xəstədə hipoqlikemiya baş verdikdə nə etmək lazım olduğunu
bilirlər.
18
ÇÖRƏK VAHİDLƏRİ
(1Ç/V=10-12qr karbohidrat)
SÜD VƏ SÜD MƏHSULLARI
1Ç/V
1st SÜD 250 ml
1st QATIQ 250 ml
1st XAMA 250 ml
(qaymaq)
YOGURT 200 qr
19
UN MƏHSULLARI
* 1Ç/V
1dilim AĞ ÇÖRƏK 20qr
1dilim QARA ÇÖRƏK 25qr
QURUDULMUŞ ÇÖRƏK 15qr
KREKER (quru peçenye) 15qr
1x/q ÜYÜDÜLMÜŞ QURU ÇÖRƏK 15qr
*-bəzi qidalar hansı ki, adları yuxarıda qeyd olunmayıb(məs. düşbərə, perajki, bilini
və başqa un məhsulları) onların da tərkibi karbohidrat var. Və bu qidaların Ç/V
miqdari onlarin ölçüsünə və reçeptinə görə dəyişir.
20
MAKARON MƏMULATLARI
(bişmiş halda)
2x/q VERMİŞEL,MAKARON, * 15 qr
ƏRİŞTƏ,XƏNGƏL 15 qr
*-bişməmiş halda qeyd olunur, bişmiş halda 2-4 x/q(50qr) = 1Ç/V. Yenədə qidanin
ölçüsündən asılıdı.
YARMA MƏHSULLARI
1x/q QARABAŞAQ* 15 qr
21
0,5 QARĞIDALI 100 qr
3x/q QARĞIDALI 60 qr
KONSERVASI
4x/q QARĞIDALI 15 qr
10x/q QARĞIDALI
POPKORNI 15 qr
1x/q MANNA* 15 qr
1x/q UN(istənilən) 15 qr
22
1x/q YULAF (OVSANKA)* 15qr
2x/q OVSYANKA DƏNƏLƏRİ* 20qr
1x/q ARPA YARMASI * 15qr
(PERLOVKA)
1x/q DARI (PŞENO) 15qr
1x/q DÜYÜ* 15qr
*-bişməmiş halda qeyd olunur, bişmiş halda 2 x/q(50qr) = 1Ç/V.
23
KARTOF
1Ç/V
1ədəd orta ölçüdə KARTOF 75qr
2x/q KARTOF 90qr
PÜRESİ
2x/q QIZARMIŞ 90qr
KARTOF
2x/q KARTOF 25qr
ÇİPSİ
24
MEYVƏLƏR
1Ç/V
2-3 ƏDƏD ƏRİK 110 qr
15ədəd GİLAS 100 qr
1 ədəd böyük HEYVA 140 qr
1 dilim ANANAS 140 qr
1 dilim QARPIZ 270 qr
25
1 ədəd orta PORTAĞAL 150 qr
1/2 ədəd orta BANAN 70 qr
12 ədəd orta ÜZÜM 70 qr
15 ədəd ALBALI 90 qr
1 ədəd orta NAR 170 qr
1/2 ədəd iri QREYFRUT 170 qr
1 ədəd kiçik ARMUD 90 qr
26
1 dilim YEMİŞ 100 qr
8x/q BÖYÜRTİKAN 140 qr
1 ədəd ƏNCİR 80 qr
1 ədəd iri KİVİ 110 qr
10 ədəd orta ÇİYƏLƏK 160 qr
6x/q KRİJOVNİK 120 qr
27
8x/q MORUQ 160 qr
2-3 ədəd orta MANDARİN 150 qr
1 ədəd orta ŞAFTALI 120 qr
3-4 ədəd orta GAVALI 90 qr
7 ç/q QARAĞAT 120 qr
28
1/2 ədəd orta XURMA 70 qr
7 çay qaşığı QARAGİLƏ 90 qr
ÇERNİKA
1 ədəd kiçik ALMA 90 qr
1/2 stəkan MEYVƏ SOKU 100ml
MEYVƏ QURUSU 20 qr
29
TƏRƏVƏZ, PAXLALAILAR VƏ QOZ
1Ç/V
3ədəd orta KÖK 200 qr
1ədəd orta ÇUĞUNDUR 150 qr
1x/q quru PAXLALI 20 qr
7x/q təzə NOXUD 100 qr
30
3x/q LOBYA 50 qr
QOZ 60-90 qr*
*-növündən asilidi
Ət məhsulları
1Ç/V
2-3dilim KOLBASA 100qr
2-3dənə SOSİSKA 100qr
31
1ədəd orta KOTLET 100qr
BAŞQA QİDALAR
1Ç/V
2x/q ŞƏKƏR TOZU 10 qr
2dənə QƏND 10 qr
1st KVAS 250 ml
DONDURMA 65 qr
32
ŞOKOLAD 20 qr
BAL 12 qr
1 Çörək vahidinin tərkibində (Ç/V) 10-12 qr karbohidrat (k/h) var.
Qida məhsullarının tərkibində k/h olduğu üçün Ç/V ilə hesablanır.
Hər bir şəkərli diabetlə xəstə olan insan fərdi qidalanma planın sutkalıq
kaloriyə və karbohidrat vahidinə (çörək vahidinə) görə hesablamağı
bacarmalıdır. Bir dəfəyə qəbul olunacaq qidanın ümumi dəyəri 7Ç/V
dən artıq olmamalıdır. Fərdi olaraq Insulinə təlabat sutka ərzində
müxtəlif dəyişkənlikdə olur.
Dostları ilə paylaş: |