İlk peşə ixtisas təhsilli müəssisələr – peşə məktəbləri, peşə liseyləri
Orta ixtisas təhsilli müəssisələr: kolleclər
Kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.
Ali təhsil müəssisələri – universitetlət, institutlar, akademiyalar
Ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç səviyyədə aparılır: bakalavriant, magistratura, doktorantura
Əlavə təhsil müəssisələri – universitetlər, institutlar, elmi-təhsil mərkəzləri və
Nəzərdən keçirilən təhsil müəssisələri Təhsil Qanunu bazasında hazırlanmış öz Nizamnamələri əsasında fəaliyyət göstərir
Təhsil müəssisələri. Mülkiyyət hüququna görə üç cür təhsil müəssisəsi fəaliyyət göstərir: dövlət, bələdiyyə, özəl təhsil müəssisələri. Məqsəd təhsildə rəqabət mühiti yaratmaqdan ibarətdir. Təhsil müəssisələrində təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.
Hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün xüsusi razılıq – lisenziya almalıdır. Lisenziya dövlət müəssisələrinə müddətsiz, bələdiyyə və özəl təhsil müəssisələrinə 5 illik, əcnəbilər, xarici hüquqi şəxslər tərəfindən açılan təhsil müəssisələrinə 3 illik müddətə verilir.