1.Ehtimal nəzəriyyəsinin predmeti.
Bu gün ehtimal nəzəriyyəsi bütün təbiət elmlərinin təməl daşı, statistika isə
insan fəaliyyətinin bütün sahələrinin ayrılmaz hissəsidir”.Məşhur Amerika alimi
Kasın bu kəlamı ehtimal nəzəriyyəsi və riyazi statistikanın müasir dövrdə oynadığı
rolu çox gözəl ifadə edir.Buna görə də bu elmlərin əsasları ilə tanış olmağı riyazi
mədəniyyətin zəruri komponenti hesab etmək olar.
Ehtimal nəzəriyyəsi – nəzəri və tətbiqi əhəmiyyət kəsb edən riyazi
elmdir.İndi elm və texnikanın elə bir sahəsi yoxdur ki, orada ehtimal-statistika
üsullarından bu və ya başqa dərəcədə istifadə edilməsin.Bu cəhət həm ehtimal
nəzəriyyəsinin, həm də onun tətbiq edildiyi müxtəlif elm sahələrinin (məsələn,
riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat, ekonometrika, tibbi elm, hərbi iş,
texnika və s.) inkişafına geniş imkan vermişdir.
Son bir neçə onilliklər ərzində riyaziyyatda yeni elmi istiqamətlər meydana
gəlmişdir.Bunlardan etibarlılıq, kütləvi xidmət, stoxostik proqramlaşdırma, atəş,
dəniz dalğaları, meteorologiya, müşahidənin xətaları, informasiya, radiotexnika,
rabitə və s. nəzəriyyələri qeyd etmək olar. Ehtimal nəzəriyyəsinin tətbiq sahələri
daim genişlənir və bu proses bu gün də davam edir.Konkret həyati məsələləri həll
etməyə imkan verən bu elmi istiqamətlər ehtimal nəzəriyyəsinin inkişafına
əsaslanır.İndi ehtimal nəzəriyyəsinə nəinki riyaziyyatçı, habelə mühəndis,
iqtisadçı, geoloq, həkim, fizik, kimyaçı, bioloq və s. kimi müxtəlif peşə sahibləri
müraciət edir.
Təbiət və cəmiyyət qanunları səbəb əlaqələrinin təzahürü formalarına görə
deteminik və statistik qanunlara bölünür. Məlumdur ki, riyaziyyat , başqa elm
sahələrində olduğu kimi, gerçək aləmdə baş verən hadisə və proseslərin
qanunlarını öyrənir.Buna klassik nümunə kimi Nyuton mexanikasını göstərmək
olar.Göy cisimlərinin çoxəsrlik müşahidəsi nəticəsində onların hərəkət qanununları
riyazi düsturlar şəklində verilmişdir.Mexanikanın qanunlarına əsasən Günəş
sisteminin planetlərinin mövcud vəziyyətinə görə onların gələcək zamanın
istənilən anına vəziyyəti praktiki olaraq birqiymətli təyin edilə bilir.Eyni zamanda
günəş və ay tutulmalarının tarixini əvvəlcədən söyləmək olar.Bütün bunlar
determinik qanunulardır.
Bununla yanaşı makroaləmin əksər hadisələri haqqında bizim günbəgün
dərinləşən və dəqiqləşən kifayət qədər biliklərimiz olmasına baxmayaraq onların
keçmişi və gələcəyi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Məsələn,
iqlimin uzunmüddətli, havanın isə qısa müddətli dəyişməsi proqnozlaşdırmanın
obyekti sayıla bilməz.Mikroaləmin əksər qanun və qanunauyğunluqları determinik
çərçivəyə daxil edilə bilməz.Məsələn, nəzəri fizikaya görə konkret anda elektronun
vəziyyəti haqqında heç nə demək mümkün olmadığı halda, onun fəzada paylanma
vəziyyəti haqqında danışmaq olar.Bü cür qanunlara statistik qanunlar
deyilir.Statistik qanunlara görə sistemin gələcək vəziyyəti birqiymətli olaraq deyil,
müəyyən ehtimalla müəyyən edilir.
Ehtimal nəzəriyyəsinin mühüm tətbiq sahələrindən biri də iqtisadiyyatdır.Bu
gün iqtisadi proseslərin tədqiqi və proqnozlaşdırılmasını ehtimal nəzəriyyəsinə
əsaslanan
ekonometrik
proqnozlaşdırma,
reqressiya
analizi,
trend
və
hamarlaşdırma modelləri və bir sıra digər üsullardan istifadə etmədən təsəvvür
etmək mümkün deyildir.
İqtisadiyyatın sığorta ehtiyatı, ehtiyat gücləri, Dövlət ehtiyatı və bu kimi
anlayışları statistik qanunauyğunluqların mövcudluğunu təsdiq edir. Bu isə ehtimal
nəzəriyyəsinin tətbiqini zəruri edir.Eyni zamanda qeyd etmək lazımdır ki,
təsadüfsüz inkişaf mümkün deyildir.Həyatın yaranmasını, bioloji növlərin
təkamülünü, bəşəriyyət tarixini, insanların yaradıcılıq fəaliyyətini, sosial-iqtisadi
sistemlərin inkişafını təsadüfsüz təsəvvür etmək olmaz.Beləliklə, təsadüfün
təzahürünə hadisənin artıq formalaşmış istiqamətdən müsbət ( yeni elmi kəşflərin
və texnologiyaların tətbiqi, istesalın təşkili və idarə edilməsinin yeni formaları və
s.) və mənfi ( kortəbii fəlakətlər, avadanlığın sıradan çıxması, işçilərin xəstələməsi,
onların fiziki və psixi vəziyyəti və s.) kənarlaşma kimi baxmaq lazımdır. Bütün
bunlar bilavasitə hadisənin axarının əhəmiyyətli surətdə dəyişməsinə gətirib
çıxarır.Bazat iqtisadiyyatı şəraitində xalq təsərrüfatı sahələrinin əlaqələri daha da
mürəkkəbləşir.Beləliklə, dinamik sistemin inkişaf qanunauyğunluqlarına görə
sosial-iqtisadi hadisələri təsvir edən qanunların statistik xarakteri güclənməlidir.
Bütün bunlar iqtisadi hadisə və proseslərin statistik analizinin bir vasitəsi
kimi ehtimal nəzəriyyəsi və riyazi statistikanın metodlarının mənimsənilməsini
zəruru edir.
Insan fəaliyyətinin bütün sahələrində nəticəsi təsadüfdən asılı olan, yəni
nəticəsini əvvəlcədən söyləmək mümkün olmayan hadisələrə tez-tez rast
gəlinir.Məsələn, sığorta edilmiş əmlakın təbii fəlakət nəticəsində sıradan çıxması
təsadüfün nəticəsidir.Belə olan halda təsadüfü hadisələr haqqında əvvəlcədən nə
isə söyləmək olarmı və yaxud sığorta şirkətləri öz işlərində nəyi əsas tuturlar?
Məlum olur ki, sığorta edilmiş ayrıca bir obyektin gələcək taleyi haqqında
heç nə söyləmək mümükn olmasa da, onların əksəriyyətinin vəziyyəti haqqında
yəqinliklə cox şey demək olar.
Real gerçəklikdə baş verən hər bir hadisəni öyrənmək üçün insanlar
müəyyən müşahidələr, təcrübələr, ölçmə işləri – sınaqlar aparırlar. Mümkün qədər
çox aparıla bilən , praktiki olaraq qeyri- məhdud sayda təkrar edilə bilən sınaqların
nəticəsinə əsasən həmin hadisənin xassələri və qanuna uyğunluğu aşkar edilir.
İnsanlar bu qanunauyğunluğu öyrənməklə müəyyən dərəcədə təsadüfü
hadisələri idarə etməyi, onların təsirinin nəticələrini əvvəlcədən söyləməyə və
aradan qaldırmağa, hətta onlardan öz praktiki fəaliyyət sahələrində məsədyönlü
şəkildə istifadə etmək imkanı əldə edirlər.
Tutaq ki, eyni şərtlər kompleksi daxilində aparılan sınaq nəticəsində hadisə
baş verə və verməyə bilər.Onda təsadüfü hadisəni, hadisənin başvermə sayının
aparılan sınaqların sayına nisbəti olan hadisənin tezliyi ilə xarakterizə etmək olar.
Tezliyə misal olaraq müəyyən yaşayış məntəqəsində il ərzində doğulan
oğlanların hissəsini, məhsul istehsalında keyfiyyətsiz məhsulun xüsusi çəkisini və
s. göstərmək olar.
Coxlu sayda sınaqlardan ibarət müxtəlif seriyalarda hadisənin tezliyi
müəyyən sabit ədəd ətrafında ehtizas etdikdə deyirlər ki, bu hadisənin tezliyi
dayanıqlıq xassəsinə malikdir.Məsələn, oğlan doğulma hadisəsinin tezliyi bu
xassəyə malikdir.
Tezlikləri dayanıqlıq xassəsinə malik olan təsadüfü hadisələrə müxtəlif bilik
sahələrində o cümlədən, fizikada , biologiyada, kimyada, maşınqayırma
sənayesində, atəş nəzəriyyəsində, iqtisadiyyatda və s. tez-tez təsadüf edilir.
Hadisənin təsadüfülüyü onun səbəbsiz olması anlamına gətirmir.Təbiət hadisələri
bir-biri ilə qarşılıqlı əlaqədədirlər və bir-birilərini şərtləndirirlər. Onların birinin
dəyişilməsi digərinin dəyişilməsinə səbəb olur.Gerçək aləmdə ayrıca götürülmüş
heç bir hadisəni anlamaq mümkün deyildir.Əksinə istənilən hadisə onu əhatə edən
hadisələrlə qarşılıqlı əlaqədə götürüldükdə onu anlamaq və əsaslandırmaq olur.
Məsələn, atəş zamanı mərminin hədəfi vurması təsadüfü hadisədir və onun
səbəbini əsaslandırmaq olar.Belə ki, mərminin üçüş traektoriyasına coxlu sayda
faktorlar təsir edir.Onların hər biri müxtəlif anlarda kəmiyyətcə müxtəlif təsirlərə
malikdirlər.Ona görə də müəyyən zaman kəsiyində onların hər birinin mərminin
traektoriyasına ayrılıqda və birgə təsirini qiymətləndirmək mümkün olmur və
nəticədə mərminin hədəfi vurması təsadüfün nəticəsi olur.Deməli, mərminin hədəfi
vurmasına bir hadisə kimi baxdıqda, aparılan təcrübə zamanı o, baş verə də bilər,
verməyə də bilər.Belə hadisənin konkret bir təcrübə zamanı baş verməsi haqqında
qabaqcadan heç nə demək mümkün olmasa da , çoxlu sayda ardıcıl aparılan
təcrübələr nəticəsində onun baş verib-verməməsi haqqında bəzən müəyyən
qanunauyğunluq almaq olar. Beləliklə, ehtimal nəzəriyyəsi tezlikləri dayanıqlı olan
təsadüfü hadisələri öyrənir və bu hadisələrin kütləvi təkrarında onların
qanunauyğunluqlarını aşkar edir.
Qanunauyğun hadisə dedikdə münasib şəraitdə hökmən baş verən hadisə
başa düşülür.Yuxarıda qeyd edildiyi kimi, elə hadisələr də vardır ki, onların baş
verib-verməməsi təsadüfü xarakter daşıyır.Məsələn, bir atəş zamanı atılan güllə
hədəfə dəyədə bilər, dəyməyədə bilər; sığorta edilmiş əmlak təbii fəlakət
nəticəsində
sıradan
çıxada
bilər
çıxmayada
bilər.
Belə
hadisələrin
qanunauyğunluğunu qabaqcadan söyləməkdə seçilən riyazi model böyük rol
oynayır, yəni ehtimal nəzəriyyəsi əslində təsadüfü proseslərin riyazi modelini
öyrənən riyazi elmdir.Başqa sözlə, ehtimal nəzəriyyəsi riyazi modellərdə təsadüfü
hadisələrin ehtimalları arasında elə əlaqə təyin edir ki, bu əlaqələr mürəkkəb
hadisələrin ehtimallarını daha sadə hadisələrin ehtimalları vasitəsilə hesablamaq
imkanı verir.
Eyni şəraitdə hər hansı hadisəni öyrənmək üçün ardıcıl olaraq aparılan
müşahidə və təcrübələrin nəticəsi çox zaman eyni olmur.Dəyişməyən şəraitdə eyni
bir cihazla aparılan ölçmələrin nəticəsi, ümumiyyətlə müxtəlif olur. Buna görə də
aparılan hər bir təcrübənin və ya müşahidənin nəticəsini əvvəlcədən söyləmək çox
zaman mümkün olmur.
Təsadüfü hadisənin qanunauyğunluğunu ancaq onu eyni bir şəraitdə təkrarən
coxlu sayda müşahidə etdikdə görmək olar.Buradan belə bir nəticəyə gəlirik ki,
ancaq praktiki olaraq qeyri-məhdud sayda müşahidə edilə bilən hadisələri
öyrənmək olar.Belə hadisələrə kütləvi hadisələr deyilir Buna görə də ehtimal
nəzəriyyəsində əsasən kütləvi hadisələr, yəni praktiki olaraq eyni şəraitdə istənilən
sayda təkrar oluna bilən hadisələr öyrənilir.
Burada qeyd etmək lazımdır ki, təsadüfü hadisələri öyrənmək üçün heç də
onların faktiki olaraq coxlu sayda müşahidə etməyə lüzum yoxdur. Ən sadə
hadisələrin qanunauyğunluqlarını öyrənənib və bunun əsasında müvafiq
nəzəriyyəni quraraq daha mürəkkəb hadisələrin, hətta praktiki olaraq bilavasitə
müşahidə edilə bilməyən, lakin prinsip etibarı ilə xəyalən coxlu sayda müşahidə
edilə bilən hadisələri nəzəri olaraq öyrənmək olar.Məsələn bir uçuş üçün nəzərdə
tutulmuş kosmik gəminin layihələndirilməsi prosesində bütün vasitələrin saz
işləməsinə və üçuşun müvəffəqqiyyətlə həyata keçməsinə əmin olmaq üçün üçüşü
təmin edən vasitələrin etibarlılığını tədqiq etmək olar. Elmin gücü ondadır ki,
bilavasitə müşahidələrdən alınan sadə müddəalara əsaslanaraq bilavasitə müşahidə
aparmadan nəzəri üsullarla yeni faktları aşkara cıxarmaq və onların axarlnı
əvvəlcədən söyləmək olar.
Hər bir hadisə kimi təsadüfü hadisələr də müəyən səbəblər üzündən
meydana çıxır.Hadisələrin ümumi əlaqələri qanununa görə ətraf aləmdə başverən
bütün hadisələr qarşılıqlı əlaqədədirlər və biri digərinə təsir edir.Ona görə də
müşahidə edilən hər bir hadisə qeyri-məhdud sayda digər haisələrlə səbəb
əlaqəsindədir və onların axarı qeyri-məhdud sayda amillərdən asılıdır.
Qeyriməhdud sayda olan bu əlaqələrinin hamısını öyrənmək və onların hər birinin
təsirini qiymətləndirmək ümumiyyətlə mümkün deyildir. Ona görə də bu və ya
digər hadisə öyrənildikdə hadisənin axarını müəyyənedən əsas amillərlərlə
kifayətlənirlər və kifayət qədər çoxlu sayda ikinci dərəcəli amilləri nəzərə
almırlar.Bütün bunlar isə hadisənin mahiyyətini daha dərindən anlamağa və onun
qanunauyğunluğunu aşkar etməyə imkan verir.Başqa sözlə öyrənilən hadisə
müvafiq sadə model ilə əvəz edilir.Bunun nəticəsində elmin istənilən qanunu
öyrənilən hadisənin əsas mahiyyətini əks etdirir, lakin, o, hadisənin özündən daha
bəsitdir.Heç bir qanun hadisəni hərtərəfli, onun bütün müxtəlifliyi və tamlığı ilə
xarakterizə edə bilməz. Qeyri-məhdud sayda nəzərə alınmayan amilərin birgə təsri
hesabına real hadisənin qanunauyğunluqdan müşühidə edilən kənarlaşmaları
təsadüfü hadisələrdir.
Hər hansı bir hadisənin qanunauyğunluğunu təcrübü olaraq müəyyən etmək
üçün onu eyni bir şəraitdə təkrarən cox sayda müşahidə etmək lazımdır. Bu zaman
eyni bir şərait dedikdə nəzarət edilən amillərin bütün kəmiyyət xarakteristikalarının
eyni bir qiymət alması başa düşülür.Bununla belə nəzarət edilən bütün amillər
müxtəlif olacaqdır. Nəticədə eyni bir hadisənin müxtəlif müşahidələrində nəzarət
edilən amillərin təsiri praktiki olaraq eyni olacaqdır. Hadisənin qanunauyğunluğu
elə burada aydınlaşır. Nəzarət edilə bilməyən amillərin təsiri hesabına
qanunauyğunluqdan təsadüfü kənarlaşmalar isə müxtəlif müşühidələr də müxtəlif
olacaqdır. Təsadüfü kənarlaşmaların konkret müşahidədə hansı qiymət alacağını
prinsip etibarı ilə əvvəlcədən söyləmək mümkün deyildir.
Ehtimal nəzəriyyəsində riyaziyyat elminin bir çox sahələrində istifadə
olunan üsullardan və alınan nəticələrdən (kombinator analizdə, riyazi analizdə,
cəbrdə, məntiqdə və s.) geniş istifadə olunur.Ancaq ehtimal nəzəriyyəsinin sırf
özünə məxsus öyrənmə üsulları vardır. Çünki onun öyrəndiyi məsələlərin
əksəriyyətində dəqiq riyazi quruluş olmur və belə məsələlərin riyazi modelini
qurmaqda nəzəri ehtimal intuisiyadan istifadə oluna bilər.
Dostları ilə paylaş: |