17. Ekoloji problemlərin həlli üçün Dünya cəmiyyətinin gücünün birləşdirilməsi
Beynəlxalq sazişlər. Qlobal problemlərin xüsusiyyəti ondadır ki, onlar bütün Dünya cəmiyyətinin birgə səyi ilə həll edilə bilər. Heç bir ölkə formalaşan qlobal ziddiyyətləri ayrılıqda həll edə bilməz. Buna görə də ölkələr öz qüvvələrini birləşdirir, həmçinin bu məsələlərin həlli üçün öz hüquqlarının müəyyən hissəsini beynəlxalq təşkilatlara həvalə edir. Dövlətlər 200-ə qədər ekoloji yönümlü müqavilə bağlayıblar, onlardan 100-ü 1972-ci ildə yaşayış mühiti haqqında BMT-nin Konvensiyası qəbul ediləndən sonra bağlanıb. Beynəlxalq təşkilatlar. Qlobal miqyasda qərarlar qəbul edildikdə əhalinin geniş kütlələrinin maraqlarını qoruyan beynəlxalq dövlət təşkilatları, qeyri-dövlət birlikləri vacib rol oynayır. Onların birgə fəaliyyəti ətraf mühitin qorunması uğrunda ümumdünya hərəkatının yaranmasına yardım edir. Təşkilatlara YUNESKO – BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı (United Nations Educational, Scientific and Cultural Organization – UNESCO), EKOSOS – BMT- nin iqtisadi və sosial inkişaf üzrə Şurası (Economic and Social
Council United Nations – UN ECOSOC), İƏİT – İqtisadi əlaqə və inkişaf təşkilatı (Organization for Economic Cooperation and Development – OECD), YUNEP – BMT-nin ətraf mühitin qorunması proqramını (United Nations Environment Programmer – UNEP) göstərmək olar.
Avropa ölkələri BMT AİK – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (United Nations Economic Commission for Europe – UNECE) çərçivəsində ətraf mühitin qorunması üzrə əməkdaşlıq edir. Onun vəzifəsi Avropa standartlarının qəbulu ilə vahid iqtisadi siyasət aparmaqdır.
Dostları ilə paylaş: |