Ekologiyanın tədqiqat predmeti bioloji makrosistemlər (növlər, biosenozlar) və onların zaman və məkan üzrə dinamikasıdır. Ekologiyanın tədqiqat obyektləri müxtəlif təsnifat əlamətləri nəzərə almaqla fərqləndirirlər.
Çirklənmə mənbələri. Hazırda Yerin bütün ekosistemləri antropogen təsirin nəticəsində dəyişikliyə uğrayıb. İnsan ətraf mühitə təsir edir, onu çirkləndirir. Çirklənmə − ekosistemlərə onlara xas olmayan fiziki, kimyəvi və bioloji komponentlərin əlavə edilməsi və ya onların konsentrasiyasının təbii fonla müqayisədə artmasıdır.