1. Ekologiya nəyi öyrənir?
A) Canlı orqanizmlərin mövcud olduqları təbii şəraiti, özləri arasında, həm də əhatə edən mühitlə qarşılıqlı münasibətləri
B) Canlıların fiziologiyasını
C) Ətraf mühitin çirklənməsini
D) Canlıların çoxalma qanunauyğunluqlarını
E) Bitkilərin morfologiyası və vegetasiyasını
2. Ekologiya termini ilk dəfə neçənci ildə elmə daxil edilmişdir?
A) 1866
B) 1876
C) 1886
D) 1988
E) 1976
3. Ekologiyanın bir bioloji elm kimi əsasını təşkil edən ümumi ekologiya neçə hissədən təşkil olunub?
A) 3
B) 2
C) 4
D) 5
E) 6
4. Canlıların fiziologiyası və yaşadığı şəraitdəki davranışını öyrənən ekologiya hansıdır?
A) Auto və ya faktorial ekologiya
B) Populyasiya ekologiyası
C) Landşaft ekologiyası
D) Estuarilərin ekologiyası
E) Populyasiya ekologiyası
5. Hansı obyekt populyasiya ekologiyasının predmetinə aiddir?
A) Demoqrafik göstəricilər
B) Canlıların fiziologiyası
C) Növarası münasibətlər
D) Enerji axınları
E) İnformasiya axınları
6. Maddi aləmi təşkil edən obyektlərin maksimum neçə fundamental xassəsi vardır?
A) 4
B) 2
C) 3
D) 1
E) 5
7. Ekoloji xassə və qanunauyğunluqlar hansı səviyyədə müşahidə edilmir?
A) Molekulyar-genetik səviyyədə
B) Növ səviyyəsində;
C) Populyasiya səviyyəsində
D) Biogeosenoz səviyyəsində
E) Biosfer səviyyəsində
8. Ekoloji xassələr hansı prosesdə özünü büruzə verir?
A) Canlıların qarşılıqlı təsirində
B) Maddənin aqreqat halının dəyişməsində
C) Canlıların çoxalması prosesində
D) Zülalların parçalanması mərhələsində
E) Biokimyəvi proseslərdə
9. Canlı varlıqlar dünyası hansı imperiyalara bölünürlər?
A) viruslar və hüceyrəli orqanizmlər
B) viruslar və bakteriyalar
C) bitkilər və göbələklər
D) prokariotlar və erkariotlar
E) viruslar və heyvanlar
10. Zülal biosintezi hansı proses əsasında həyata keçirilir?
A) matris sintezi
B) oksidləşmə-reduksiya
C) parçalanma
D) tənəffüs
E) qıcqırma
11. Canlılar maddə mübadiləsinin xarakterinə görə köklü fərqlənən neçə böyük qrupda birləşirlər?
A) 2
B) 3
C) 4
D) 5
E) 6
12. Orqanizm tərkibində olan zülal molekulları maksimum neçə aminturşudan ibarət ola bilər?
A) 20
B) 15
C) 10
D) 25
E) 30
13. Hansı üzvi əsas irsi bioinformasiya daşıyan DNT molekulunun tərkibinə daxil deyil?
A) Urasil
B) Adenin
C) Quanin
D) Timin
E) Sitozin
14. Aşağıdakı hansı ardıcıllıq zülal sintezinin mərhələlərini düzgün əks etdirir?
A) Replikasiya – transkripsiya – translyasiya
B) Replikasiya – translyasiya – transkripsiya
C) Transkripsiya – replikasiya – translyasiya
D) Translyasiya – transkripsiya – replikasiya
E) Translyasiya – transkripsiya
15. Maddələr mübadiləsinin əsasını hansı proseslər təşkil edir?
A) assimilyasiya və dissimilyasiya
B) zülal biosintezi və parçalanma
C) zülal biosintezi və tənəffüs
D) assimilyasiya və qlikoliz
E) assimilyasiya və tənəffüs
16. Genetik informasiyanı daşıyan molekul hansıdır?
A) DNT
B) Adenin
C) Quanin
D) Timin
E) ATF
17. Canlı orqanizm tərkibində enerjinin toplanması və transformasiyasında iştirak edən əsas maddə hansıdır?
A) ATF;
B) DNT;
C) RNT;
D) Zülallar;
E) Karbohidratlar.
18. Yerdə ən qədim özünütərədən həyat formaları hansılardır?
A) eobiontlar
B) göy-yaşıl yosunlar
C) bakteriyalar
D) göbələklər
E) bitkilər
19. İlkin atmosferin tərkibində mövcud olmayan qaz hansıdır?
A) O2 (oksigen)
B) NH3 (ammonyak)
C) CO2 (karbon qazı)
D) CH4 (metan)
E) su buxarları
20. Yerdə yaranmış bioekoloji həyat formalarının əmələ gəlməsi haqqında neçə nəzəriyyə vardır?
A) 3
B) 2
C) 4
D) 5
E) 6
21. Yerdəki bioekoloji həyatın formalaşması neçə əsas mərhələdən keçmişdir?
A) 5
B) 2
C) 3
D) 4
E) 6
22. Canlı sistemlər ətraf mühitlə neçə axınla mübadilədə olurlar?
A) enerji, maddə və informasiya
B) su, hava, maddə
C) su, enerji, maddə
D) oksigen, carbon, hidrogen
E) atom, ion, molekul
23. Canlı təbiətdə həyatın təşkil olunmuş səviyyələri neçədir?
A) 6
B) 2
C) 3
D) 4
E) 5
24. Həyatın təşkili olunmuş səviyyələrindən hansına ontogenetik səviyyə də demək olar?
A) Orqanizm səviyyəsi
B) Molekulyar-genetik səviyyə
C) Hüceyrə səviyyəsi
D) Növ-populyasiya səviyyəsi
E) Biosfer səviyyəsi
25. Yerdəki bioekoloji həyatın təşkili səviyyəsində “Növ-populyasiya” səviyyəsi iyerarxiya pilləsində neçənci yerdə durur?
A) 4
B) 2
C) 3
D) 6
E) 5
26. Molekulyar-genetik səviyyədə elementar vahid hansıdır?
A) Nuklein turşusunun molekulunun fraqmenti olan genlər
B) Zülal molekulları
C) DNT
D) Adenin
E) Xromosomlar
27. Molekulyar-genetik səviyyədə elementar hadisə hansıdır?
A) Genlərin konvariant reduplikasiyası
B) Orqanizmin bütün həyatı boyu onun fərdi inkişafında qanunauyğun dəyişkənlikləri
C) Genefondun formalaşması
D) Maddə axını
E) Enerji axını
28. Orqanizm səviyyəsində elementar vahid hansıdır?
A) Canlı fərd
B) Nuklein turşusunun molekulunun fraqmenti olan genlər
C) Populyasiya
D) DNT
E) Orqan
29. Orqanizm səviyyəsində elementar hadisə hansıdır?
A) Orqanizmin bütün həyatı boyu onun fərdi inkişafında qanunauyğun dəyişkənlikləri
B) Genlərin konvariant reduplikasiyası
C) Dəyişilmiş genlərlə təkrarlanması hadisəsi
D) Maddə axınları
E) İnformasiya axınları
30. Populyasiya-növ səviyyəsinin elementar vahidi hansıdır?
A) Populyasiya
B) Orqan
C) Orqanizm
D) Canlı fərd
E) Biosenoz
31. Populyasiya-növ səviyyəsində elementar hadisə nədir?
A) Genefondun formalaşması
B) Orqanizmin bütün həyatı boyu onun fərdi inkişafında qanunauyğun dəyişkənliklər
C) İnformasiya axını
D) Maddə axını
E) Enerji axını
32. Biogeosenoz səviyyəsinin elementar vahidi nədir?
A) Biosenoz
B) Populyasiya
C) Orqanizm
D) Canlı fərd
E) Ekosistem
33. Canlı obyektin xarici təsirləri qəbul etməsi qabiliyyəti necə adlanır?
A) Qıcıqlanma
B) Həyəcanlanma
C) Adaptasiya
D) Homeostatik reaksiya
E) Aqressiya
34. Canlı orqanizmin inkişafının hər hansı bir mərhələsində ona bilavasitə təsir edən mühit elementi nə adlanır?
A) Ekoloji faktor
B) Mutagen faktor
C) Aqressor
D) Uyğunlaşma faktoru
E) Regenerator
35. Ekoloji faktorlar hansı əsas təsirə malikdirlər?
A) Limitləşdirici
B) Dolayı
C) Birbaşa
D) Keçici
E) Qarışıq
36. Həyati əhəmiyyətə malik olan ekoloji faktorlar necə adlanır?
A) Limitləşdirici
B) Antropogen
C) Dolayı
D) Qarışıq
E) Biotik
37. Ekoloji faktorlar hansı əsas qruplara bölünürlər?
A) biotik, abiotik, antropogen
B) fiziki, kimyəvi, bioloji
C) edafik, homotopik, heterotipik
D) edafik, topoqrafik, işıqlanma
E) qida, ərazi, reproduktiv
38. Aşağıdakı faktorlardan hansı abiotik faktorlar qrupuna aiddir?
A) Nəmlik
B) Simbioz
C) Kirayəçilik
D) Mutualizm
E) Yırtıcılıq
39. Antropogen faktorları hansı canlı yaradır?
A) İnsan
B) Bitki
C) Heyvan
D) Destruktorlar
E) Yırtıcı heyvanlar
40. Ekoloji faktorun həyat fəaliyyəti üçün ən əlverişli zonası necə adlanır?
A) optimum nöqtə
B) stress zonası
C) normal həyat fəaliyyəti
D) maksimum nöqtə
E) minimum nöqtə
41. Ozon təbəqəsində udulmayan və yer səthinə çatan ultrabənövşəyi şüaların dalğa uzunluğu hansı intervaldadır?
A) 280-400 nm
B) 280-320 nm
C) 150-400 nm
D) 400-760 nm
E) 760-1000 nm
42. Ekoloji faktorun dözümlülük diapazonu necə adlanır?
A) tolerantlıq zonası
B) optimum zonası
C) normal fəaliyyət
D) letal (ölüm) zonası
E) maksimum zonası
43. Yerdəki canlılar üçün böyük əhəmiyyətə malik olan görünən işıq neçə yarım diapazondan ibarətdir?
A) 7
B) 6
C) 5
D) 8
E) 9
44. Görünən işıq diapazonunun təsiri altında canlı aləmdə neçə mühüm proses baş verir?
A) 6
B) 4
C) 5
D) 3
E) 7
45. Fotosintez prosesində hansı maddə iştirak edir?
A) Karbon qazı
B) Azot oksidi
C) Ozon qazı
D) Kükürd qazları
E) Dəm qazı
46. Bitki üzərinə düşən Günəş enerjisinin neçə %-i fotosintez prosesinə sərf olunur?
A) 1-5%
B) 6-9%
C) 10-12%
D) 13-15%
E) 16-20%
47. Fotosintez prosesində kimyəvi xarakterinə görə hansı maddələr əmələ gəlir?
A) C6H12O6 və O2
B) C6H12 və CO2
C) C6H12O6 və CH4
D) NH3 və O2
E) C6H12 və H2O
48. Hansı canlı orqanizm fotosintez prosesində günəş enerjisinin 12% sərf edir?
A) xlorella yosunu
B) sianobakteriya
C) nitrifikasiya bakteriyası
D) şibyə
E) mamır
49. Fotosintez prosesində bioekoloji əhəmiyyətinə görə əsas hansı maddə yaranır?
A) Karbohidratlar
B) Zülallar
C) Karbon turşuları
D) DNT
E) ATF
50. Bitki üzərinə düşən Günəş enerjisinin təqribən neçə %-i onun tərkibindəki suyun buxarlanmasına sərf olunur?
A) 75%
B) 70%
C) 65%
D) 60%
E) 50%
51. Orqanizmin gündüzün uzunluğuna reaksiyası necə adlanır?
A) Fotoperiodizm
B) Simbioz
C) Amensalizm
D) Mutualizm
E) Transpirasiya
52. Xarici qıcıqlandırıcı faktorun təsirindən tropizmin neçə tipi əmələ gəlir?
A) 6
B) 5
C) 4
D) 3
E) 2
53. Taksisin neçə tipi vardır?
A) 6
B) 7
C) 8
D) 9
E) 10
54. Hansı xarici qıcıqlandırıcı faktorun təsiri altında xemotropizm əmələ gəlir?
A) Kimyəvi faktorun
B) İşığın
C) Suyun
D) Bərk səthin
E) Havanın
55. Reotaksisi yaradan hansı qıcıqlandırıcı faktordur?
A) Mühitin müqaviməti
B) Kimyəvi faktor
C) İşıq
D) Ağırlıq qüvvəsi
E) Hava
56. Neçə saat intervalında baş verən ritmə sirikad ritm deyilir?
A) 24
B) 8
C) 12
D) 18
E) 20
57. Yerdə ekoloji mühiti təmin edən enerji mənbəyi hansıdır?
A) Günəş şüalanması
B) Neft məhsulları
C) Təbii qaz
D) Biokütlə enerjisi
E) Radioaktiv maddələrin enerjisi
58. Bitki səthindən suyun buxarlanması necə adlanır?
A) Transpirasiya
B) Fotosintez
C) Fotoperiodizm
D) Tropizm
E) Taksis
59. Ozon qatı təbəqəsində ozon hansı elementdən əmələ gəlir?
A) Oksigendən
B) Azotdan
C) Arqondan
D) Karbon qazından
E) Dəm qazından
60. Qida hansı faktor qrupuna aiddir?
A) Biotik
B) Antropogen
C) Abiotik
D) Geofiziki
E) İqlim
61. Ekologiyada nəmliyin neçə növündən istifadə edirlər?
A) 3
B) 2
C) 4
D) 5
E) 6
62. 1 m3 havanı doydurmaq üçün lazım olan su buxarının qramla miqdarı mühitin hansı parametrini xarakterizə edir?
A) Maksimal nəmliyi
B) Nəmliyi
C) Nisbi nəmliyi
D) Mütləq nəmliyi
E) Rütubəti
63. Suda yaşayan orqanizmlər suyun duzluluq dərəcəsindən asılı olaraq neçə qrupa bölünürlər?
A) 2
B) 3
C) 4
D) 5
E) 6
64. Su qıtlığına çox dözümlü olan canlılar necə adlanırlar?
A) Kserofillər
B) Mezofillər
C) Hidrofillər
D) Qalofillər
E) Hiqrofillər
65. Su qıtlığına dözümünə görə bitkilərin neçə ekoloji növü vardır?
A) 5
B) 2
C) 3
D) 7
E) 6
66. Ən az yağıntı düşən rayon hansı kontinentdədir?
A) Afrikada
B) Amerikada
C) Asiyada
D) Avro-Asiyada
E) Avstraliyada
67. Temperaturun səviyyəsinə və dəyişmə intervalına dözümlülüyünə görə canlıların neçə növü müəyyən edilmişdir?
A) 4
B) 3
C) 2
D) 5
E) 6
68. Temperaturun kiçik intervalda dəyişməsinə dözən canlılar necə adlanırlar?
A) Stenotermlər
B) Evritermlər
C) Meqatermlər
D) Termofil stenotermlər
E) Psixrofil stenotermlər
69. Temperaturun böyük intervalda dəyişməsinə dözən canlılar necə adlanırlar?
A) Evritermlər
B) Stenotermlər
C) Meqatermlər
D) Psixrofil stenotermlər
E) Termofil stenotermlər
70. Edafik faktorlara hansı obyektin xassələri aiddir?
A) Torpaqların
B) Atmosferin
C) Hidrosferin
D) Bitkilərin
E) Heyvanların
71. Torpağın tərkibinə neçə əsas struktur komponentləri daxildir?
A) 4
B) 3
C) 2
D) 5
E) 6
72. Torpaqdakı suyun neçə tipini müəyyən edirlər?
A) 3
B) 2
C) 4
D) 5
E) 6
73. Kolloid hissəciklər ətrafında nazik, möhkəm təbəqə şəklində birləşmiş hiqroskopik su gilli torpaqlarda torpağın ümumi çəkisinin təqribən neçə %-ni təşkil edir?
A) 15
B) 10
C) 8
D) 5
E) 0,5
74. Torpağın saxlaya bildiyi suyun ümumi miqdarı necə adlanır?
A) Nəmlik tutumu
B) Ümumi nəmlik
C) Nisbi nəmlik
D) Mütləq nəmlik
E) Maksimal nəmlik
75. Torpağın şoranlaşması onun tərkibində olan hansı duzların miqdarı təyin edir?
A) xloridlər, sulfatlar, karbonatlar
B) xloridlər, nitratlar, sulfatlar
C) kalsium, maqnezium və sulfat duzları
D) kalsium, maqnezium və karbonat duzları
E) kalsium duzları, nitratlar, xloridlər
76. Təbii suların codluğu suda həll olmuş hansı ionlarının miqdarının cəmi ilə müəyyən edilir?
A) Kalsium və maqnezium
B) Natrium və maqnezium
C) Kalsium və natrium
D) Silisium və maqnezium
E) Kalsium və silisium
77. Hansı ifadə suyun oksidləşmə dərəcəsini düzgün ifadə edir?
A) Normal şəraitdə 1 l suda olan üzvi maddələri oksidləşdirən qüvvətli oksidləşdiricinin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır
B) Normal şəraitdə 1 l suda olan üzvi maddələri oksidləşdirən zəif oksidləşdiricinin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır
C) Normal şəraitdə 1 l suda olan üzvi maddələri oksidləşdirən qüvvətli hava oksigeninin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır
D) Normal şəraitdə 1 m3 suda olan qeyri-üzvi maddələri oksidləşdirən qüvvətli oksidləşdiricinin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır
E) 1 m3 suda olan üzvi maddələri oksidləşdirən hava oksigeninin sərf olunan miqdarı suyun oksidləşmə dərəcəsi adlanır
78. Torpaqda üzvi qalıqların parçalanması nəticəsində əmələ gələn amorf maddə necə adlanır?
A) Humus
B) Biokütlə
C) Torpağın üst qatı
D) Kolloid suspenziya
E) Çürüntu
79. Biotik ritmlər əmələgəlmə mənbəyinə görə neçə qrupa bölünürlər?
A) 2
B) 3
C) 4
D) 5
E) 6
80. Yerin Günəş ətrafında tam dövründə, Yerdə mövsüm dəyişkənlikləri baş verməsinə səbəb nədir?
A) Yer oxunun ekliptika müstəvisi ilə 6633 bucaq əmələ gətirməsi
B) Atmosferdə gedən təbii proseslər
C) Günəş şüalanması intensivliyinin dəyişməsi
D) Qütb gecəsi və gündüzünün uzunluğu
E) İşığın intensivliyi və en dairəsinin dəyişməsi
81. Biotik reaksiyaları neçə əsas tipə bölmək olar?
A) 2
B) 3
C) 4
D) 5
E) 6
82. Homotipik reaksiyalara hansılar aiddir?
A) qrup effekti, kütlə effekti, novdaxili rəqabət
B) qrup effekti, simbioz, kütlə effekti
C) rəqabət, amensalizm, kommensalizm
D) qrup effekti, parazitizm, kütlə effekti
E) qrup effekti, kütlə effekti, neytralizm
83. Heterotipik reaksiyaların neçə əsas növü vardır?
A) 9
B) 7
C) 8
D) 10
E) 11
84. Aşağıdakı faktorlardan hansı biotik faktorlar qrupuna aiddir?
A) Parazitizm
B) Temperatur
C) Nəmlik
D) Günəş şüaları
E) İonlaşdırıcı şüalanma
85. Biotik reaksiyalara səbəb olan əsas faktor hansıdır?
A) Qida ehtiyatlarına tələbat
B) Edafik faktorlar
C) Topoqrafik faktorlar
D) Nəmlik
E) Temperatur
86. Hansı reaksiya heterotipik reaksiya deyil?
A) Qrup effekti
B) Neytralizm
C) Simbioz
D) Əməkdaşlıq
E) Parazitizm
87. Hansı reaksiya homotipik reaksiya deyil?
A) Simbioz
B) Kütlə effekti
C) Qrup effekti
D) İmprinting
E) Növdaxili rəqabət
88. Hansı reaksiya heterotipik reaksiyadır?
A) Mutualizm
B) Kütlə effekti
C) Qrup effekti
D) İmprinting
E) Növdaxili rəqabət
89. Hetorotipik reaksiyalardan insana ən çox xas olanı hansıdır?
A) Yırtıcılıq
B) Parazitizm
C) Kirayəçilik
D) Əməkdaşlıq
E) Simbioz
90. Növün ən əsas əlaməti nədir?
A) Genetik təcrid olunması
B) Funksional əlaməti
C) Davranış reaksiyaları
D) Rəngi
E) Seçdiyi təbii şərait
91. Populyasiya müəyyən ərazini (arealı) kifayət qədər uzun müddət, nəsillərlə, yüksək panmikasiya ilə məskun edən, başqa belə qruplardan bu və ya digər tərzdə təcrid olunan neçə növün fərdlərinin birliyidir?
A) 1
B) 3
C) 5
D) 7
E) Bütün
92. Populyasiyanın yayıldı ərazi necə adlanır?
A) Areal
B) Biosenoz
C) Biogeosenoz
D) Ekosistem
E) Ekoloji mühit
93. Hansı göstərici populyasiyanın əsas göctəricilərinə aid deyil?
A) Növarası münasibətlər
B) Doğum göstəricisi
C) Ölüm göstəricisi
D) Yerdəyişmə
E) Növdaxili münasibətlər
94. Populyasiya daxilində qida və ərazi kimi ekoloji faktorların təsiri nəticəsində neçə əsas istiqamətdə mühüm hadisələr baş verir?
A) 2
B) 3
C) 4
D) 5
E) 6
95. Genofondun formalaşdığı birlik hansıdır?
A) Populyasiya
B) Biosenoz
C) Biogeosenoz
D) Ekosistem
E) Acaq heyvanların birliy
96. Populyasiyalar və populyasiyanı təşkil edən fərdlər ərazidə neçə cür yayıla bilirlər?
A) 3
B) 2
C) 4
D) 5
E) 6
97. Növlərin müxtəlif yaşayış mühitini mənimsəmək qabiliyyəti hansı parametrlə ilə ifadə edilir?
A) Ekoloji valentliklə
B) Adaptasiyla dərəcəsi ilə
C) Aqressiya səviyyəsi ilə
D) Sinbiozla əlaqəsi ilə
E) Activlik radiusu ilə
98. Populyasiya genetikasının əsas qanununun adı nədir?
A) Hardi-Vaynberqer qanunu
B) Mendel qanunu
C) Hekkel qanunu
D) Hardi qanunu
E) Vaynberqer qanunu
99. Eksponensional artima malik populyasiya necə adlanır?
A) Mendel populyasiyası
B) Hekkel populyasiyası
C) Hardi populyasiyası
D) Hardi-Vaynberqer populyasiyası
E) Vaynberqer populyasiyası
100. Ən çox genetik yararsız yükə malik canlı hansıdır?
A) İnsan
B) Bitkilər
C) Heyvanlar
D) Mikroorqanizmlər
E) Göbələklər
101. Hansı populyasiya Mendel populyasiyası adlanır?
A) Eksponensial artan
B) Artmayan
C) Say tərkibi sabit qalan
D) Say tərkibi azalan
E) Say tərkibi dalğalanan
102. Aşağıdakı hansı düstur populyasiyada fərdlərin eksponensial artımını xarakterizə edir?
A)
B) r= a-b
C)
D)
E)
103. Aşağıdakı hansı düstur populyasiyanın təbii şəraitdə artımını xarakterizə edir?
A)
B) r= a-b
C)
D)
E)
Dostları ilə paylaş: |