Energetik resurslar
. Günəş və kosmos, atom-energetikası,
yanacaq- energetikası, termal və digər enerji mənbələrinin
məcmusu energetik resurslar adlanır. İstehsalatda istifadə
olunmasına görə təbii resursları aşağıdakı təsnifata ayırırlar: -
Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya
ərazilərindəki torpaqlar öz təyinatına görə aşağıdakı qruplara
daxil olur: kənd təsərrüfatı, yaşayış məntəqələri, qeyri kənd
təsərrüfatı təyinatlı (sənaye, nəqliyyat, dağ-mədən və b.).
Dünyanın torpaq fondu – 13,4 milyard hektar təşkil edir. Kənd
təsərrüfatı istehsalı resurslarına aid olan təbii elementlər kənd
təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim
resursları – mədəni bitkilərin böyümə və inkişafına lazım olan
istilik və rütubətlik; b) torpaq resursları. - Bitki örtüyü fondu –
Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və
otlaqlar daxildir. Bu ərazilərdə kənd təsərrüfatı istehsalı və
xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və
bunlar bioloji resursların bir hissəsi sayılır. - Su resursları -
Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və
yerüstü suların məcmusu (əsas mənbəyi çay suları hesab edilən
şirin su resursları xüsusi əhəmiyyət kəsb edir). - Hidroenerji
resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti
və b. - Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan
tərəfindən istifadə olunan su, meşə və başqa yerlərdə
məskunlaşan heyvanlar. - Faydalı qazıntılar (filiz, qeyri-filiz,
yanacaq-energetik) – Təsərrüfatda istifadə oluna bilən Yer
qabığında mineralların təbii toplanması. Toplanan faydalı
qazıntılar, onların yataqlarını əmələ gətirir, onların ehtiyatı
sənaye əhəmiyyəti daşımalıdır. Məlum olduğu kimi, insan öz
təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu
səbəbdən onların çoxu azalır və son nəticədə tamamilə tükənə
bilər. Odur ki, təbii resursların uçotu aparıldıqda və onlar
təsərrüfat üçün əldə edildikdə onların ehtiyatının tükənməsi
anlayışından istifadə olunur. Buna görə təbii resursların belə
təsnifatı ekoloji təsnifat da adlanır. Bütün təbii resurslar
tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və
tükənməyən .
|