1. Ekologiyanın kompleks uçotu çərçivəsində ətraf mühitin mühafizəsinə


Ətraf mühitin mühafizəsinə çəkilən xərclərin



Yüklə 170,5 Kb.
səhifə2/18
tarix05.05.2023
ölçüsü170,5 Kb.
#108058
1   2   3   4   5   6   7   8   9   ...   18
Ətraf mühitin mühafizəsinə çəkilən xərclərin
təyin edilməsi

Təbiəti mühafizə xərclərini ətraf mühitin mühafizəsinə çəkilən cari xərclər və ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilmiş investisiyalar təşkil edir.




Ətraf mühitin mühafizəsinə çəkilən cari xərclər

Ətraf mühitin mühafizəsinəçəkilən cari xərclər dedikdə, ətraf mühitin mühafizəsi ilə əlaqədar istismar xərcləri başa düşülür.


Azərbaycanda dövlət statistika müşahidəsi kimi fəaliyyət göstərən hesabat formaları ətraf mühitin mühafizəsinə çəkilən xərclərin bir hissəsini əks etdirir: müəssisələrin carı ekoloji xərcləri; dövlət qoruqlarının və milli parkların saxlanması; heyvanlar aləminin qorunması və çoxaldılması; təbiətin mühafizəsi bölməsinə daxil olan elmi-tədqiqat işlərinə çəkilən xərclər; ətraf mühitin mühafizəsinə dair təhsil və maarifləndirmə xərcləri; ətraf mühitin mühafizəsinin dövlət tərəfindən idarə edilməsinə çəkilən xərclər (o cümlədən ekoloji nəzarət və monitorinq, informasiya təminatı və s.).
Bu sahədə əsas dövlət statistik nəzarət formalarından biri 4-ətraf mühit “Ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərə və ödənişlərə dair hesabat” formasıdır. Bu hesabat formasını təmizləyici qurğulara malik olan, müxtəlif təbiəti mühafizə tədbirlərini həyata keçirən, təbii sərvətlərdən istifadəyə və ətraf mühitin çirkləndirilməsinə görə ödənişləri həyata keçirən hüquqi şəxslər təqdim edirlər.Hesabat formasında ətraf mühitin mühafizəsini həyata keçirən əsas fondların saxlanılması və istismarı xərcləri, onların əsaslı təmiri xərcləri (fondların təkmilləşdirilməsinə çəkilən xərclər nəzərə alınmamaqla), torpağın bərpa edilməsinə çəkilən xərclər əks olunur.
Digər hesabat formaları qrupu özündə bioloji ehtiyatların, hidrobiontların, həmçinin xüsusi olaraq qorunan dövlət əhəmiyyətli təbii ərazilərin, dövlət qoruqlarının və milli parkların qorunması xərclərini əks etdirir:

  1. 2- (ovçuluq) “Ovçuluq təsərrüfatları üzrə hesabat”;

  2. 5- (balıqartırma) “Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında hesabat”;

  3. 1-qoruq “ Milli parklar və dövlət qoruqları üzrə hesabat” formaları.

Bu hesabat formalarını uyğun olaraq aşağıdakı təsərrüfatlar təqdim edir:
a) bütün ovçuluq təsərrüfatları;
b) təbiisuhövzələrinə buraxmaqməqsədilə qiymətlibalıqnövlərinin çoxaldılması ilə məşğulolanmüəssisələr;
v) fəaliyyət göstərən dövlət qoruqları və milli parklar.

Yüklə 170,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin