1. Excel cədvəl prosessoru



Yüklə 0,76 Mb.
səhifə1/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
  1   2   3   4   5   6   7   8   9   ...   38
UNEC 1638823694


1. Excel cədvəl prosessoru

Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Bu paketlərdən ən çox yayılanı və istifadə olunanı Lotus 1-2-3, Quatro-Pro, SuperCalc və Microsoft Excel - dir. Microsoft Excel cədvəl prosessorunun bir neçə versiyası mövcuddur. Sonuncu Microsoft Excel 2007-dir.

Excel, cədvəllərlə işləyən zaman istifadəçiyə aşağıdakı imkanları verir:

  • cədvəlin xanalarında müxtəlif funksiyalardan (riyazi, maliyyə, statistik, mühəndis və s.) təşkil olunmuş mürəkkəb düsturlardan istifadə olunur. Cədvəlin digər xanalarındakı qiymətlərdən asılı olaraq, düsturlarla nəticənin qiyməti hesablanır;

bir neçə cədvəlin əlaqəsini təşkil etmək. Bu zaman bir cədvəlin xanalarının qiyməti digər cədvəlin verilənləri əsasında təşkil olunur. Bu halda ilkin cədvəlin verilənlərinin dəyişməsi əsas cədvəldəki son nəticənin avtomatik dəyişməsinə təsir edir;

  • verilənlərdən təşkil olunmuş böyük massivlərin analizini asanlaşdırmaq üçün interaktiv olaraq cədvəlləri yaratmaq;

  • verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını, çeşidləmə əməliyyatını, aralıq nəticələrin hesablanmasını və filtrləməni cədvəllərə tətbiq etmək;

  • verilənlərin birləşməsini (konsalidasiyasını) həyata keçirmək, yəni bir neçə cədvəlin verilənlərini bir cədvəldə birləşdirmək olar;

  • verilənlərin eyni adlı massivlərindən – ssenaridən istifadə etməklə, eyni cədvəldə son nəticənin qiymətini tərtib etmək. Verilənlərin bir neçə massivindən, son nəticənin bir neçə variantını tez almaq mümkündür;

  • düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını avtomatik yerinə yetirmək. Istifadəçi səhvlər haqqındakı məlumatın kodlarının analizindan başqa, xanalar arası asılılığı izləmək imkanına malikdir. "Зависимости" alətlər panelinin köməyi ilə cədvəli ekrana çıxarmaq rejimini vermək olar. Bu zaman ilkin xanalarla asılı xanalar müxtəlif rəngli xətlərlə birləşir;

  • verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsini mühafizə etmək. Bir və ya bir neçə xananı, cədvəlin özünü və ya işçi kitabı mühafizə etmək olar. Bu zaman mümkün mühafizə dərəcələrinin kombinasiyasından istifadə etmək mümkündür;

  • cədvəlin təyin olunmuş hissəsini gizlətməyə və ya əks etdirməyə imkan verən strukturlaşmış verilənlərdən istifadə etmək. Bu, informasiyanın seçilməsi prosesini və işçi vərəqdəki verilənlərə nəzarəti olduqca təkmilləşdirir;

  • əvvəldən hazırlanmış və yadda saxlanılmış sıra şəklindəki verilənlə­rin eyni və ya müxtəlif qiymətlərini cədvəlin bir neçə xanalarına sürətli daxil etmək üçün avtodoldurma mexanizmini tətbiq etmək. Sıranın hər bir həddi cədvəlin bir xanasına daxil edilir. Verilənlərin xanalara daxil edilmə ardıcıllığını sıranın istənilən həddindən başlayaraq düz və ya əks istiqamatdə həyata keçirmək olar;

  • ixtiyari sayda qiyməti olan bir və ya iki dəyişəndən təşkil olunmuş əvəzetmə cədvəlindən istifadə etmək. Dəyişənlərin bu qiymətlərindən eyni düsturun nəticəsinin hesablanmasında istifadə olunur və nəticələrə verilənlər massivi şəklində əks etdirilir.

Excel cədvəl prosessoru bu deyilənlərdən başqa, həmçinin mətn proses-sorunun ümumi funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə, diaqramların quraşdırılması, avtomatik əvəz etmə və orfoqrafiyanın yoxlanılması, stil və şablonlardan istifadə, verilənlərin avtomatik formatlaşdırılması, digər tətbiqi proqramlarla verilənlərin mübadiləsi və s. servis imkanlarından ibarətdir.

Excel cədvəl prosessorundan mürəkkəb hesabatlarda, çeşidləmə, filtrləmə massivlərin statistik analizi və bunlar əsasında diaqramların quraşdırılmasında istifadə etmək məqsədəuyğundur.





Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin