KitabYurdu.az
85
Prokurorluq qanunda nəzərdə tutulmuş hallarda və qaydada:
- cinayət işi başlayır və ibtidai istintaq aparır;
- ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini
təmin edir;
- təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra
və tətbiq olunmasına nəzarət edir;
- məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə
dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
- məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət
ittihamını müdafiə edir;
- məhkəmə qərarlarından protest verir;
- məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail
olunmasında iştirak edir.
«Prokurorluq haqqında» qanunun 5-ci maddəsinə görə, prokurorluğun
fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: qanunçuluq; hər kəsin qanun
qarşısında hüquq bərabərliyi; fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi
şəxslərin hüquqlarına əməl və hörmət edilməsi; obyektivlik, qərəzsizlik və faktlara
əsaslanma; vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların
Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması; siyasi bitərəflik.
Azərbaycan Respublikası Prokurorluğu qanunvericiliklə müəyyən edilmiş
qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqə yaradır
və öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin həllində iştirak edir. Hər hansı
şəxs tərəfindən, hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla prokurorluğun
qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir, hədə, qanunsuz müdaxilə
edilməsi, habelə prokurorluğa hörmətsizlik göstərilməsi yolverilməzdir və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə
səbəb olur.
TƏKRAR ÜÇÜN SUALLAR
1) Dünya parlamentarizminin tarixi haqqında nə bilirsiniz?
2) Azərbaycan parlamentarizminin hansı xüsusiyyətlərini söyləyə bilərsiniz?
3) Dövlət orqanları sistemində Milli Məclisin nə kimi yeri vardır?
4) Milli Məclisin hakimiyyətin digər qolları ilə qarşılıqlı əlaqəsi özünü nədə
göstərir?
5) Milli Məclis öz fəaliyyətində hansı prinsipləri rəhbər tutur?
6) Milli Məclisin Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətləri nədən ibarətdir?
KitabYurdu.az
86
7) Azərbaycan Respublikası Milli Məclisinin hansı daimi komissiyaları vardır?
8) Qanuna görə deputatlar hansı səlahiyyətlərə malikdirlər?
9) Milli Məclisin deputatı hansı hallarda mandatdan məhrum edilir?
10) Respublika qanunvericiliyində deputatın hansı hüquq və vəzifələri təsbit
olunmuşdur?
11) Qanunvericilik prosesinin mərhələləri haqqında danışın.
12) Azərbaycan Respublikasında prezidentlik institutu nə vaxt təsis edilmişdir?
Prezidentlik institutunun inkişafı haqqında danışın.
13) Dövlət orqanları sistemində respublika Prezidenti nə kimi yer tutur?
14) Azərbaycan Respublikası Prezidenti hansı səlahiyyətlərə malikdir?
15) Hansı şəxslər Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz?
16) Azərbaycan Respublikası Prezidentinin seçilməsi qaydaları nədən ibarətdir?
17) Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı hansı hallarda baş verir?
18) Respublikamızda məhkəmə hakimiyyəti hansı spesifik əlamətlərlə digər
hakimiyyət qollarından fərqlənir?
19) Məhkəmə hakimiyyətinin rolu nədən ibarətdir?
20) Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri haqqında
danışın.
21) Azərbaycan Respublikasının məhkəmə sisteminə hansı məhkəmələr daxildir?
22) Respublikamızda hakimlərin hüquqi statusu necə müəyyən olunur?
23) Andlı iclasçılar institutunun anlayışını verin.
24) Mühakimə üsulunun hansı formaları vardır?
25) Məhkəmə hakimiyyəti sistemində prokurorluq orqanlarının yerini açıqlayın.
Mövzu 5
. MÜLKİ HÜQUQUN PREDMETİ VƏ MÜLKİ
HÜQUQ MÜNASİBƏTLƏRİ
P L A N
1. Mülki hüququn anlayışı və sistemi. Mülki qanunvericilik.
2. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu.
3. Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri.
4. Əqdlər.
KitabYurdu.az
87
5. İddia müddəti.
1. Mülki hüququn anlayışı və sistemi. Mülki
qanunvericilik.
Mülki hüququn anlayışı və sistemi. Mülki hüquq - milli hüququn mühüm
bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla əlaqədar
olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi
tənzimetmənin predmetini təşkil edir.
Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul
münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının
alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. bu
kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin
əvəzinin ödənilməsi, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması,
əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün bunlar indiki
dövrdə - bazar iqtisadiyyatına keçid dövründə mülki hüququn rolunun daha da
artmasına səbəb olur.
Göstərilən ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus
metodu var. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai
münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır.
Bu və ya digər hüquq sahəsinin metodu həmin sahə ilə tənzimlənən ictimai
münasibətlərin xarakterindən, cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətdən,
müvafiq ictimai münasibətlərin iştirakçılarının vəziyyətindən asılıdır. Hüquqi
tənzimləmə məqsədlərinə uyğun olaraq subyektlərin lazımi davranışını təmin edən
bu vasitələrin məcmusu bu və ya başqa hüquq sahəsinin metodunu səciyyələndirir.
Mülki hüququn metodu - ictimai münasibətləri mülki-hüquqi tənzimetmə
metodudur.
İctimai münasibətləri mülki-hüquqi tənzimetmə metodu dedikdə, mülki
münasibətləri tənzim edən normalarda nəzərdə tutulan forma, üsul və fəndlərin
məcmusu başa düşülür. Mülki hüququn (predmeti də daxil olmaqla) digər hüquq
sahələrindən fərqləndirilməsi məhz bu metodun aşağıdakı xüsusiyyətləri ilə
səciyyələnir:
1) Tərəflərin bərabərliyi;
2) Tərəflərin münasibətin məzmununu müəyyən edən sərbəstliyi
(dispozitivliyi);
3) Tərəflərin təşəbbüskarlığı;
4) Münasibətlərin bir qayda olaraq iddia qaydasında müdafiəsi;
5) Tərəflərin əmlak məsuliyyəti.
Subyektlərin hüquq bərabərliyinə əsaslanan, əmlak və şəxsi qeyri-əmlak
münasibətlərini tənzim edən mülki hüquq normaları nizamsız vəziyyətdə deyil,
müəyyən sistemdə düzülmüşlər. Mülki hüquq institutlarının müəyyən məntiqi
ardıcıllıqla düzülüşünə mülki hüququn sistemi deyilir. Mülki hüquq institutu
dedikdə isə, eyni cinsli münasibətləri tənzim edən hüquq normalarının məcmusu
başa düşülür. Məsələn, mülkiyyət münasibətlərini tənzim edən hüquq normalarının
məcmusu mülkiyyət hüququ institutu adlanır.
Mülki hüququn sistemi obyektiv surətdə formalaşmışdır və mülki hüququn
predmetinə daxil olan ictimai münasibətlərin spesifik xüsusiyyətlərinə əsaslanır.
Digər müstəqil hüquq sahələri kimi mülki hüququn sistemi də iki hissədən -
ümumi və xüsusi hissələrdən ibarətdir. Mülki hüququn predmetinə daxil olan
KitabYurdu.az
88
saysız-hesabsız ictimai münasibətlərin ümumi xüsusiyyətləri onların hüquqi
tənzimləmə vahidliyini, bu münasibətlərin konkret növlərinin spesifik əlamətləri isə
onların hüquqi tənzimləmə differensasiyasını qabaqcadan müəyyən edir.
Ümumi hissəyə elə normalar və müddəalar daxildir ki, onlar ümumi xarakter
daşıyır və bütün hüquq institutları, yaxud onların çoxuna eyni dərəcədə tətbiq edilir.
Buraya mülki hüququn predmetini, vəzifələrini, onun əsas prinsiplərini, mülki
hüquq üzrə hüquq münasibətlərini müəyyən edən bölmələr, habelə şəxslər (fiziki
və hüquqi), əşya hüququ, o cümlədən mülkiyyət hüququ, əqdlər, müddətlər və
öhdəliklər haqqında ümumi müddəalar daxildir. Mülki hüququn ümumi hissəsinin
normaları sayəsində fiziki və hüquqi şəxslər arasında, habelə onların öz aralarında,
fəaliyyətin bütün sahələrində - sənaye, nəqliyyat, tikinti, ticarət, məişət, kənd
təsərrüfatı, sahibkarlıq, əqli fəaliyyət və digər sahələrdə əmlak münasibətlərinin
eyni cür tənzimlənməsi həyata keçirilir.
Mülki hüquqla tənzim olunan ictimai münasibətlərin ayrı-ayrı növlərini və
qruplarını nizama salan normalar mülki hüququn xüsusi hissəsini təşkil edir. Xüsusi
hissə özündə məzmunca müxtəlif mülki hüquq normalarını birləşdirir. Bu normalar
mülki hüquq institutlarında qruplaşdırılır. Mülki hüquq institutu özündə müəyyən
növ ictimai münasibətlərin yalnız bir hissəsini tənzim edən normaları birləşdirir.
Xüsusi hissəyə müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı, dəyişmə,
bağışlama, əmlak kirayəsi, icarə, borc, lizinq, podrat, tapşırıq, və s.; qanundan
əmələ gələn öhdəliklər - özgə işlərini tapşırıqsız aparma, əsassız varlanma; mülki
hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər, habelə vərəsəlik
hüququnu müəyyən edən bölmələr daxildir. Bura, həmçinin, yaradıcılıq
fəaliyyətinin nəticələrinə olan hüquqlar - müəlliflik hüququ, kəşf hüququ, ixtira,
səmərələşdirmə təkliflərinə və sənaye nümunələrinə olan hüquqları əks etdirən
normalar aiddir.
Beləliklə, mülki hüquq normalarının sistem halında qruplaşmasının, nəinki
nəzəri, həm də hüquqyaradıcı və hüquqtətbiqedici orqanlar üçün mühüm praktiki
əhəmiyyəti vardır. Məzmunu mülki hüquq normalarından ibarət olan yeni normativ
aktların qəbul edilməsi zamanı onların mövcud olan hüquq normalarına
uyğunluğunu müəyyənləşdirmək lazımdır. Mülki hüquq normalarının müəyyən
sistemdə qruplaşması bu işi xeyli asanlaşdırır. Əks-təqdirdə, mülki hüquq
normalarının nizamsız vəziyyətdə olması qəbul edilən qanunların onlara
uyğunluğunun müəyyənləşdirilməsində olduqca çətinliklər yaradardı. Mülki hüquq
normalarının müəyyən meyarlara görə sistemləşdirilməsi bu normaların konkret
hadisələrə uyğun olaraq axtarılıb-tapılması və tətbiq edilməsini xeyli asanlaşdırır.
Mülki qanunvericilik (mülki hüququn mənbələri). Mülki hüquq
normalarının, vahidliyi və differensasiyası nəzərə alınmaqla qruplaşdırılması öz
ifadəsini mülki hüququn mənbələri hesab edilən müxtəlif hüquqi normativ aktlarda
tapır. Özündə əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edən, mülki hüquq
normalarmı əks etdirən aktların məcmusuna mülki qanunvericilik deyilir.
Mülki Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu
Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq
normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.
Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi
vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi
əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər
KitabYurdu.az
89
öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan
şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Ailə, əmək münasibətləri, təbii
ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli
hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmlak, torpaq, təbiəti mühafizə,
müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki
qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
Mülki hüququn mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiyada mülkiyyət
və onun formaları, vətəndaşların mülkiyyət və əqli mülkiyyət hüququ, şəxsi və
mənzil toxunulmazlığı, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi, azad
sahibkarlıq, zərərin ödənilməsini tələb etmək və s. hüquqları, həmçinin, onların
həyata keçirilməsi təminatlarını müəyyən edən məsələlər öz əksini tapmışdır.
Konstitusiyadan sonra mülki hüququn mənbələri içərisində Azərbaycan
Respublikasının 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəlləsi
başlıca yer tutur. 74 fəsildən və 1325 maddədən ibarət olan bu Məcəllənin ümumi
hissəsində (1-566-cı maddələr) mülki hüququn ümumi və prinsipial müddəaları
təsbit olunmuş, xüsusi hissədə (567-1325-ci maddələr) isə öhdəlik hüququnun
bütün növləri müvafiq ardıcıllıqla verilmiş, vərəsəlik hüququnun ümumi və xüsusi
hissəsini tənzim edən normalar sistemləşdirilmişdir.
Vəzifələri mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak
münasibətlərini tənzimləməkdən, onların hüquqlarını və qanuni mənafelərini
müdafİə etməkdən, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi
həyatının və şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaqdan, mülki
dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar
iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarət olan bu Məcəllənin əsas
məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin
azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
Mülki hüququn mənbələrinə həm də Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamları da daxildir. Lakin Nazirlər Kabinetinin qəbul
etdiyi bütün aktlar deyil, yalnız mülki münasibətlər sahəsində qəbul etdiyi qərar və
sərəncamlar mülki hüququn mənbəyini təşkil edir. Bu aktlarla əsasən, təşkilatlar
arasındakı əmlak münasibətləri nizama salınır. Bundan başqa, digər dövlət
orqanlarının verdiyi aktlar da mülki hüququn mənbəyi sayılır və mülki
münasibətləri nizama salır. Məsələn, Milli Bankın instruksiyası ilə kredit və
hesablaşma münasibətləri, Nəqliyyat Nazirliyinin qaydaları və başqa aktları ilə
sərnişinlərin və yüklərin daşınması və s. münasibətlər nizama salınır.
Mülki hüquq normaları, həmçinin, yerli icra hakimiyyəti və bələdiyyə
orqanlarının qərarlarında öz əksini tapır.
Azərbaycan Respublikasının bütün qanunları kimi mülki qanunlar da dərc
edildiyi gündən qüvvəyə minir (əgər qanunda başqa müddət göstərilməyibsə).
Mülki qanunların geriyə qüvvəsi yoxdur, yəni mülki qanunlar ondan əvvəl yaranan
münasibətlərə tətbiq edilmir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən, qanunla
birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.
Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə,
mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki hüquq normaları, onların
ləğv olunması və ya qanun qaydasında dəyişdirilməsi ilə öz qüvvəsini itirir.
Azərbaycan Respublikasının mülki qanunları respublikanın bütün ərazisində
qüvvədədir. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan
KitabYurdu.az
90
Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən
mühafizə edilməlidir.
Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən bütün fiziki və hüququ şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə
müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa,
əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi
münasibətlərə də tətbiq olunur. Xarici vətəndaşların və hüquqi şəxslərin
Azərbaycan Respublikası ərazisindəki hüquqi vəziyyətinin müəyyən edilməsində
beynəlxalq müqavilələrin böyük əhəmiyyəti var.
Məhkəmələr tərəfindən qəbul edilən aktlar heç bir hüquq norması
yaratmadığı, dəyişdirmədiyi və xitam etmədiyi üçün mülki hüququn mənbəyi də
hesab edilmir. Bu aktların ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar mülki
qanunvericilikdəki boşluğu doldurur və qərarların qanuna uyğun qəbul edilməsini
təmin edir. Mülki qanunvericilikdə boşluq o deməkdir ki, müəyyən məsələ hüquq
vasitəsilə həll edilməlidir, lakin qanunvericilikdə onun hüquqi cəhətdən həlli
nəzərdə tutulmayıb.
Məhkəmə mübahisəli məsələni həll edərkən qanunvericilikdəki boşluğu
aşkar edərsə, özü onu həll edə bilməz. Bu halda o, qanunverici orqana yeni norma
qəbul etmək haqqında müvafiq təqdimat verməlidir. Qanunla müəyyən edilmiş
hallarda məhkəmə konkret işi qanunun analogiyası (yunanca analogia - uyğunluq,
oxşarlıq), yaxud hüququn analogiyası əsasında həll edə bilər.
Mülki Məcəllənin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki
qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və
onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu,
onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki
qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin
hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir
(hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və
mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki hüquqları məhdudlaşdıran və ya
məsuliyyət müəyyənləşdirən mülki qanunvericilik normalarının analogiya üzrə
tətbiqinə yol verilmir.
2. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və
məzmunu
Mülki hüquq münasibətlərinin anlayışı və xüsusiyyətləri. Müxtəlif səpkili
normativ aktlarda ehtiva olunan mülki hüquq normalarının tənzim etdiyi əmlak və
şəxsi qeyri - əmlak xarakterli ictimai münasibətlər mülki hüququn predmetini təşkil
edir. İctimai münasibətlərin mülki-hüquqi tənzimetmə mexanizminin açılmasında
mülki hüquq münasibətlərinin anlayışı mühüm rol oynayır.
İctimai münasibətlərin mülki hüquq normaları ilə tənzim edilməsi nəticəsində
onlar hüquqi forma əldə edir və mülki hüquq münasibətləri təşəkkül tapır. Mülki
hüquq münasibətləri - mülki hüquq normaları ilə nizama salınan bu və ya digər
münasibətlər deyil, məhz həmin ictimai münasibətlərdir. Mülki hüququn
predmetinə həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri daxildir. Əmlak
münasibətlərinin mülki hüquqla tənzim edilməsi nəticəsində mülki əmlak hüquq
münasibətləri əmələ gəlir. Şəxsi qeyri-əmlak hüquq münasibətləri də, bu
münasibətlərin mülki hüquq normaları ilə nizama salınması nəticəsində formalaşır.
KitabYurdu.az
91
Mülki hüquq normaları ilə nizama salınan ictimai münasibətlərə mülki
hüquq münasibətləri deyilir. Eyni anlayış şəxsi qeyri-əmlak münasibətləri üçün də
xasdır. Hüquqi tənzimetmə hər hansı bir yeni ictimai münasibətin əmələ gəlməsinə
deyil, mülki hüquq münasibətlərinin növlərindən biri olan və artıq mövcud olan
şəxsi qeyri-əmlak münasibətlərinə müəyyən forma verməsinə səbəb olur.
Mülki hüquq münasibətlərini digər ictimai münasibətlərdən fərqləndirən bir
sıra spesifik xüsusiyyətlər vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
1) Mülki hüquq münasibətlərinin subyekt çoxluğunun olması və bu
subyektlərin bir-birinə qarşı münasibətdə bərabər olması;
2) Mülki hüquq münasibəti subyektlərinin münasibətin məzmununu
müəyyən etməkdə sərbəstliyi;
3) Mülki hüquq münasibətlərinin obyekt çoxluğunun olması;
4) Mülki hüquq münasibətlərinin əmələgəlmə əsaslarının müxtəlifliyi;
5) Mülki hüquq münasibətlərinin pozulması nəticəsində məsuliyyətin
əmlak xarakteri daşıması;
6) Mülki hüquq münasibətlərinin müdafiəsinin bir qayda olaraq iddia
qaydasında olması.
Beləliklə, bütün bu xüsusiyyətləri ümumiləşdirməklə mülki hüquq
münasibətlərinə belə bir geniş anlayış vermək olar: subyektləri bir-biri ilə qarşılıqlı
hüquq və vəzifələrlə əlaqədar olan, subyektlərin bərabərliyinə, sərbəstliyinə və
məsuliyyətinə əsaslanan, pozularkən bir qayda olaraq iddia qaydasında müdafiə
olunan, əmtəə-pul formasında olan əmlak münasibətləri və şəxsi qeyri-əmlak
münasibətlərinin məcmusuna mülki hüquq münasibətləri deyilir.
Mülki hüquq münasibətlərinin təsnifatı (növləri). Mülki hüquq
münasibətləri bir sıra əsaslara görə tənifləşdirilir: Maddi məzmununa görə mülki
hüquq münasibətləri 2 yerə bölünür:
1. Əmlak münasibətləri;
2. Şəxsi qeyri-əmlak münasibətləri.
Mülki hüquq münasibətlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə
bölgüsü onunla xarakterizə olunur ki:
1. Əmlak münasibətləri iqtisadi dəyərə malik olan münasibətlərdirsə, şəxsi
qeyri-əmlak münasibətləri maddi məzmuna, iqtisadi dəyərə malik
olmayan münasibətlərdir;
2. Əmlak münasibətlərindən fərqli olaraq, şəxsi qeyri-əmlak münasibətləri
vətəndaşların və ya təşkilatların qeyri-əmlak marağına xidmət edir;
3. Əmlak münasibətlərində hüquq varisliyinə yol verilirsə, şəxsi qeyri-əmlak
münasibətlərində hüquq varisliyinə yol verilmir.
Mülki hüquq münasibətləri içərisində ən çox rast gəlinəni əmlak
münasibətləridir. Təşkilatların, habelə vətəndaşların mülki hüquqları və vəzifələri
əksər hallarda əmlak xarakterli olur.
Şəxsi qeyri-əmlak münasibətləri 3 qrupa ayrılır:
1. Şəxsi qeyri-əmlak xarakterli hüquq münasibətləri;
2. Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri;
3. Təşkilati hüquq münasibətləri.
Şəxsi qeyri-əmlak hüquq münasibətləri özündə qeyri-əmlak xarakterli
cəhətləri birləşdirir ki, həmin cəhətlər insanla bağlıdır. Məsələn, ad, şərəf, ləyaqət
və s.
Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri bu münasibətlər
Dostları ilə paylaş: |