150. Döş qəfəsi yaralanmalarında qeyd edilən hemopnevmotoraks zamanı qan yığılan nahiyənin proyeksiya yerində fizikal müayinələrdə hansı əlamət qeyd edilmir? A) vezikulyar tənəffüsün eşidilməsi
B) perkussiyada küt səsin olması
C) inspeksiyada həmin tərəfin tənəffüs aktından geri qalması
D) auskultasiyada tənəffüs keçiriciliyinin qeyd edilməməsi
E) palpasiyada səs titrəməsinin qeyd edilməməsi
151. Travma şokunun torpid (sönmə) fazası üçün variantlarda göstərilən hansı simptom xarakterik deyil? A) bradikardiya
B) hipotoniya (hipotenziya)
C) nitqi oyanıqlıq
D) huş pozğunluqları
E) hipotermiya
152. Yaralılarda həzm sistemi xəstəliklərdən onikibarmaq bağırsağın xora xəstəliyinin hansı ağırlaşmasında qaraciyər kütlüyü itir? A) onikibarmaq bağırsaq xorasının perforasiyası zamanı
B) onikibarmaq bağırsaq xorasının qanaxması zamanı
C) onikibarmaq bağırsaq xorasının maliqnizasiyası zamanı
D) onikibarmaq bağırsaq xorasının peneterasiyası zamanı
E) onikibarmaq bağırsaq soğanağının stenozu zamanı